İstanbul'un fəthinə dair hədis

Muhamməd b. əl-Ala--> Zeyd b. əl-Hubab'dan;

o--> Vəlid b. əl-Muğirə əl- Muafiri'dən;

o--> Ubeydullah (Abdullah) b. Bişr əl-Ğanəvi'dən;

o da--> atasından (Bişr əl-Ğanəvi'dən), rəvayət etdiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurdu:

"Konstantiniyyə (İstanbul) əlbət fəth olunacaqdır. Onu fəth edəcək əmir, nə gözəl əmir və o ordu, nə gözəl ordudur."

Abdullah b. Bişr deyir ki:

"Məsləmə b. Abdu'l-Məlik məni çağırdı və məndən bu hədisi soruşdu. O, həmin il, Konstantiniyyəni fəth etmək üzərə səfərə çıxdı."

----------------------

• Buxari, "Tarixu'l-Kəbir", l, Qisim-ll, s. 81 (Heydərbabad/1362)

• Əhməd b. Hənbəl, "Müsnəd", lV, 335 (İstanbul/1992)

• Hakim, "Müstədrək alə's-Sahiheyn", lV, s. 422, hədis no: 8300 (Mustafa Abdulqadir Ata təhqiqi ilə, Beyrut/1990)

• ibnu'l-Əsir, İzzuddin əbu'l-Həsən Əli b. Muhamməd b. əbi'l-Kərim əş-Şeybani əl-Cəzəri, "Usdu'l-Qabə fi Mərifəti's-Sahabə", l, s. 224, (Beyrut/1970)

• ibn Abdi'l-Bərr, "əl-İstiab fi Mərifəti'l-Əshab", Bişr əl-Ğanəvi bioqrafiyası, l, s. 148, Misir/1328;

• Cəlaləddin Suyuti, "əl-Camiu's-Sağir", ll, s. 123; V, s. 262, Misir/1373

----------------------

Hədisin raviləri:

1. Bişr əl-Ğanəvi əl-Haşimi, Səhabələrin həyatından bəhs edilən qaynaqlarda (*), Allah Rəsulunun səhabəsi olması üzərində, ittifaq edilmişdir.

Bişr, bu hədisin tək səhabə ravisi olduğu kimi, ondan bu hədisi nəql edən də, bir tək oğludur.

(* Tirmizi, "Təsmiyətu Ashab-i Rasulullah", no: 2849;

İbn Abdi'l-Bərr, "əl-İstiab fi Mərifəti's-Sahabə", l, s. 70;

İbnu'l-Əsir, "Usdu'l-Qabə fi Mərifəti's-Sahabə", l, s. 189)

------------------

2. Abdullah b. Bişr əl-Ğanəvi:

Künyəsi, Əbu Umeyr olub Bişr əl-Ğanəvi'nin oğlu olan Abdullah, Kufəlidir. Tabiun'dan olub adı, bəzi qaynaqlarda, Ubeydullah olaraq da keçir. Cərh və tadilçilər arasında siqa və güvənilən biri olaraq keçməkdədir. (*)

(* Zəhəbi, "Mizani'l-İtidal", ll, s. 398, Misir/1963;

İbn Həcər, "Təhzibu't-təhzib", V, s. 161, Heydərabad/1325)

-------------------

3. Vəlid b. əl-Muğirə:

Künyəsi, əbu'l-Abbas olub Misirlidir. Hafizəsinin qüvvətli olması ilə məşhur olub rəvayətləri hüccət qəbul edilən siqa bir ravidir. (*)

(* Zəhəbi, "Təzkirətu'l-Huffaz", ll, s. 498, Daru'l-Kutubu'l-İlmiyyə, Beyrut/1374;

İbn Həcər, "Təhzibu't-təhzib", lX, s. 385)

---------------------

4. Zeyd b. əl-Hubab:

Hədis öyrənmək üçün məşəqqətli səfərlərə qatılmasından dolayı, "cəvval" və "rahhal" ünvanları ilə xatırlanmışdır. Əslən Xorasanlıdır. Siqa, zəbti qüvvətli, saleh və zəkalı bir Ravi olaraq zikr edilməkdədir. (*)

(* Zəhəbi, "Mizani'l-İtidal", ll, s. 100-101)

-----------------

5. Muhamməd b. əl-Ala:

Kufə'nin mühəddisi adı ilə tanınmışdır. Künyəsi, əbu Qureyb'dir. Özündən, Buxari'nin 75, Muslim'in də 565 hədis rəvayət etdiyi, bütün qaynaqlarda, hörmətlə xatırlanan siqa bir ravidir. (*)

(* Zəhəbi, "Təzkirətu'l-Huffaz", ll, s. 498;

İbn Həcər, "Təhzibu't-Təhzib", lX, s. 385)

------------------

6. Abdə b. Abdullah əl-Xuzai:

Haqqında Əhməd b. Hənbəl'in siqa olaraq dəyərləndirdiyi bu ravi, zəbti qüvvətli bir mühəddisdir. (*)

(* Əbu Abdullah Muhamməd b. Əhməd b. Abdu'l-Hadi əd-Diməşqi, "Tabaqatu uləma-i hədis", l, s. 450, Müəssəsətu'r-Risalə, Beyrut/1996)

---------------------

Görüldüyü üzərə, fəth hədisi, muttasıl (bitişik) bir sənədlə rəvayət olunduğu kimi, bu rəvayət, sənədi baxımından mühəddislər arasında, Buxari'nin "Camiu's-Səhih"ini sair hədis kitablarına üstün qılan ən əhəmiyyətli özəllik sayılan: "ravilərin bir-birini görmüş olması" şərtinin varlığı da, hədisin sihhətinə ayrı bir işarət olaraq görülməlidir.

Hədisin günümüzə qədər gəlib çatan ilk yazılı qaynağı, Buxari'nin: "Tarixu'l-Kəbir" və "Tarixu's-Sağir"idir. (*) İstifadə etdiyimiz mətn də, "Tarixu'l-Kəbir" əsərindən alınmışdır.

(* Buxari, "Tarixu'l-Kəbir", l, Qisim-ll, s. 81, Heydərabad/1362;

Buxari, "Tarixu's-Sağir", l, s. 341 (Mahmud İbrahim Zeyd təhqiqi ilə), Daru'l-Maarifə, Beyrut/1986)

• Hədisin keçdiyi ikinci qaynaq isə, imam Əhməd'in "əl-Müsnəd" əsəridir.

• Üçüncü qaynaq, Hakim ən-Nisaburi'nin "əl-Müstədrək alə's-Sahiheyn" əsəridir.

• Digər bir əsər, əbu Bəkr ibn əbi Şeybə'nin "əl-Musannəf" əsəri;

• Başqa bir qaynaq, Taberani'nin "əl-Mucəmu'l-Kəbir fi əsmai's-Səhabə" isimli əsəridir.

• Ayrıca bu hədis, Xatib əl-Bağdadi'nin "ət-Təlhis"ində,

• ibn Qayyim əl-Cevziyyə'nin "əl-Mucəmu's-Səhabə" adlı əsərində də yer almaqdadır.

• Ayrıca ibn Abdi'l-Bərr "əl-İstiab"ında; ibnu'l-Əsir "Usdu'l-Qabə"sində; ibn Həcər də, "əl-İsabə" əsərində mətnin ilk ravisi sifəti ilə Bişr əl-Ğanəvi'nin tərcüme-i halından bəhs edərkən, bu hədisi nəql etmişlərdir.

• Digər yandan, Zəhəbi, sihhət dərəcəsini bildirmək məqsədilə "ət-Təlhisu'l-Mustədrək"də; Suyuti də, əvvəlki qaynaqlardan toplamaq surətilə meydana gətirdiyi, "əl-Camiu's-Sağir" adlı əsərində bu hədisə yer vermişdir.

"əl-Camiu's-Sağir"ə şərh yazan Munavi və əl-Əzizi'nin ikisi də, hədisin səhih olduğunu qeyd etmələri və xüsusilə də bu hədisin meydana gətirdiyi ruh yüksəkliyi ilə səhabələrin fəth təşəbbüslərinə şəxsən qatılmağa çalışmaları, hədisin sihhətinin ən böyük dəlilidir.

Hədisin Kütübü'l-Sittə dediyimiz kitablarda keçməməsi, səhih olmadığı mənasına gəlmir. Çünki elmi bir reallıq olaraq, Kütübü'l-Sittə (Buxari, Muslim, Tirmizi, əbu Davud, ibn Macə, Nəsai) xaricində qalan bir çox hədis kitabında, bir çox səhih hədis vardır.

Ayrıca fəth hədisini məna olaraq təkid edən digər bir rəvayət də vardır.

Abdullah b. Amr b. əl-As (radiyallahu anh)'ın Nəbi (sallallahu aleyhi və səlləm)'dən rəvayətinə görə, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Konstantiniyyə və Rumiyyə (Roma) fəth ediləcəkdir."

Səhabələr, hansının daha əvvəl fəth ediləcəyini soruşduqlarında, Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurur:

"Herakl'ın şəhəri daha əvvəl fəth ediləcəkdir."

Read 3 times
In order to make a comment, please login or register