İtin nəcis sayılmasının hikməti nədir?

İtin nəcis sayılmasının səbəblərindən biri:

Onun ifrat ac göz olması və nemətləri səbəblərdən bilməsidir. İtin, öz sahibinə şiddətlə bağlanması və ona sədaqət göstərməsi, əslində neməti Allahdan deyil, o sahibi olan insandan bilməsidir.

Yəni it, əslində sahibinə deyil, sahibindən gələn nemətə maraq duyur, o nemətə ac gözlük edib pərəstiş etdiyi üçün, sahibinə sədaqət göstərir. Bu özəlliyinə cəza olaraq da, nəcis, yəni "pis" damğasını yeyir.

Bilindiyi kimi, İslam hüququnda, hədd cəzaları, günahları təmizləmək üçündür. Məsələn, oğrunun dünyada əli kəsilsə, axirətdə, etdiyi bu günahdan qurtular və təmizlənər.

İt də, bu dünyada nəcis damğasını yeyərək, bu ac gözlük və nemətləri səbəblərdən bilmə qüsurunu bir növ təmizləmiş olur.

Heyvanlardan nə inəklər, nə toyuqlar, nə də pişiklər, onları bəsləyən insanlara, nemətlərdən dolayı minnətdarlıq hissi daşımazlarkən, itlərdə insanlara qarşı ifrat minnətdarlıq hissinin olduğu görülməkdədir.

Öz istedad və qabiliyyətinin əl verdiyi ölçüdə, təşəkkür borcunu, öz sahibinə hiss etdirmək istəyər. Hiss dünyasında etmiş olduğu bu yalnışına cəza olaraq, "nəcis/pis" hökmünü almışdır ki, "tahir/təmiz" olsun.

Yəni cəzasını çəkən bir məhkumun həpsdən çıxması kimi, o da nəcis hökmünü almaqla, sanki dünyada cəzasını çəkmiş və təmizlənmiş olur.

Ustad Said Nursi, "Mesnevi-i Nuriye" əsərində belə buyurur:

"Arkadaş! Esbab ve vesaiti (səbəb və vasitələri) insan kucağına alıp yapışırsa, zillet ve hakarete sebep olur.

Meselâ, kelp (it), bütün hayvanlar içerisinde birkaç sıfat-ı haseneyle muttasıftır (gözəl sifətlərlə vəsflənmişdir) ve o sıfatlar ile iştihar etmiştir (məşhur olmuş, tanınmışdır).

Hattâ, sadakat ve vefâdarlığı darb-ı mesel (atalar sözü) olmuştur. Bu güzel ahlâkına binaen (istinadən), insanlar arasında kendisine mübarek bir hayvan nazarıyla bakılmaya lâyık iken, maalesef, insanlar arasında mübarekiyet değil, necisü'l-ayn addedilmiştir (zatı etibarı ilə nəcis sayılmışdır).

Tavuk, inek, kedi gibi sair hayvanlarda, insanların onlara yaptıkları ihsanlara karşı şükran hissi olmadığı halde, insanlarca aziz ve mübarek addedilmektedirler (sayılmaqdadırlar).

Bunun esbabı (səbəbi) ise, kelpte (itdə) hırs marazı (şiddətli acgözlük, istək və arzu) fazla olduğundan, esbab-ı zahiriyeye (zahiri səbəblərə) öyle bir derece ihtimam (əhəmiyyətlə) ile yapışır ki, Mün'im-i Hakikîden (nemətlərin həqiqi sahibi olan Allah'dan) bütün-bütün gafletine sebep olur.

Binaenaleyh (bundan dolayı), vasıtayı müessir (təsir sahibi) bilerek, Müessir-i Hakikîden (həqiqi təsir sahibi Allahdan) yaptığı gaflete ceza olarak necis hükmünü almıştır ki, tâhir (təmiz) olsun. Çünkü hükümler, hadler, günahları affeder. Ve beynennâs (insanlar arasında) tahkir darbesini, gaflete kefaret olarak yemiştir.

Öteki hayvanlar ise, vesaiti (vasitələri) bilmiyorlar ve esbaba (səbəblərə) o kadar kıymet vermiyorlar.

Meselâ, kedi seni sever, tazarru eder (istəyər, yalvarar)—senden ihsanı alıncaya kadar. İhsanı aldıktan sonra öyle bir tavır alır ki, sanki aranızda muârefe (qarşılıqlı tanışlıq) yokmuş ve kendilerinde sana karşı şükran hissi de yoktur.

Ancak Mün'im-i Hakikîye (nemətlərin həqiqi sahibi olan Allaha) şükran hisleri vardır. Çünkü, fıtratları, Sânii (hər şeyi sənətlə yaradan Allahı) bilir ve lisan-ı halleriyle (hal dillərilə) ibadetini yaparlar—şuur olsun, olmasın." (1)

--------------------

Ustadın Nursi'nin bu görüşündən çıxaracağımız dərslər:

Bu hikmət dünyasında, Allah əksəriyyətlə, əşyanın yaradılışını səbəblər əlilə sərgiləyir. Səbəblərin yaradılması, Onun elm və qüdrətilə olduğu kimi, o səbəblər əlilə nəticələrin yaradılması da, yenə Onun iradəsi, qüdrəti və sair sifətlərinin icrasıyladır.

Bunu belə bilib səbəblərə gərəyindən artıq əhəmiyyət verməməyimiz gərəkdiyi dərs verilməkdə, pişik və it nümunələri isə, bu mövzuda bir nümunə olaraq qarşımıza qoyulmaqdadır.

Biz, bu heyvanların daxili dünyasını bilə bilməsək belə, onların bu şəkildə davranışları, Ustad Nursi (rahiməhullah)'ın bildirdiyi şəkildə görülməkdədir.

Burda it nümunəsinin zikr edilməsi, səbəblərə bağlanan nəfsə, əhəmiyyətli bir tənbehdir.

Əgər səbəbləri, nəticənin həqiqi sahibi və icraçısı bilib ona əl açıb ondan bilərsək, bu, bizim zillət və həqarətimizə səbəb olar.

(1- Said Nursi, Mesnevi-i Nuriye: "Katre risalesi", s. 61)

 

Read 2 times
In order to make a comment, please login or register