Kəhf surəsi 25-ci ayə
وَلَبِثُوا ف۪ي كَـهْفِهِمْ ثَلٰثَ مِائَةٍ سِن۪ينَ وَازْدَادُوا تِسْعاً
Və ləbisu fi kəhfihim sələsə miətin sininə və'z-dədu tisan.
Yəni:
"Onlar, mağaralarında, 300 il qaldılar; və (buna), 9 artırdılar." (Kəhf/25)
----------------------------
Təfsiri:
Bu, uca Allahın, onların mağarada qaldıqları müddətə dair verdiyi bir xəbəridir.
• Tabəri, belə deyir:
İsrail oğulları, onların (yəni, mağaradakıların) tapılmasından sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə qədər keçən müddət haqqında, fikir ayrılığına düşdülər. Onlardan bəziləri: "Onlar, 309 il qaldılar." demişlərdir. Şanı uca olan Allah da, peyğəmbərinə, bu müddətin, onların yuxuda keçirdikləri müddət olduğunu; bundan sonrakı müddətin isə, insanlar tərəfindən bilinə bilməyəcəyini xəbər verməkdədir. Beləliklə, uca Allah, buna dair qəti biliyin, sadəcə Özünə həvalə edilməsini əmr etməkdədir.
• ibn Atiyyə isə, belə deyir:
Buna görə, uca Allah, (bu ayədəki)
~ birinci "qaldılar" (yəni, bu ayədəki "ləbisu/qaldılar" feli) ilə: "mağaradakı yuxu"nu qəsd etməkdədir;
~ ikinci "qaldıqları" (yəni, Kəhf/26-dakı: "قُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا / qulilləhu ə'ləmu bi mə ləbisu = De: Onların nə qədər qaldıqlarını, Allah, daha yaxşı bilir.") ifadəsilə də: "onların yerinin bilinməsindən, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə qədər keçən müddəti", ya da "cəsədləri çürüyərək ortadan qalxdıqları müddətə qədər keçən vaxtı" qəsd etməkdədir.
• Mücahid, belə deyir:
(Burda qəsd edilən): "Quranın endiyi müddətə qədər (qaldılar)." deməkdir.
• Dahhak isə, ayəni: "Öldükləri vaxta qədər" deyə açıqlamışdır.
• Bəzi müfəssirlər də, belə deməkdədirlər:
Uca Allah: "(Buna), 9 artırdılar." buyurunca, insanlar, bu 9-un, saatmı, günmü, həftəmi, aymı, ilmi olduğunu bilə bilmədilər. İsrail oğulları da, buna görə görüş ayrılığına düşdülər. Uca Allah da, bu 9 xüsusunda, elmin (biliyin, yəni, bunun nə olduğunun) Özünə həvalə edilməsini əmr etməkdədir. Buna görə, burdakı 9'un nə olduğu, mübhəm buraxılmışdır. Ərəb dilinin zahirindən başa düşülən isə, bu 9-un, "il" olduğudur.
Əshab-ı Kəhf'in halından başa düşülən də, budur:
Onlar, İsa (əleyhissəlam)'dan qısa bir müddət sonra, hökmdara qarşı çıxmış; sonra da, mağaraya girmişdilər. Bu sırada, Həvari'lərdən bəziləri də sağ idilər.
• əl-Quşeyri, belə deyir:
Burdakı 9-dan, 9 gün, 9 saat anlaşılmaz. Çünki, bundan əvvəl, illərdən bəhs edilmişdir. Necə ki, sən: "Yanımda, 100 dirhəm və 5 vardır." desən, bundan başa düşülən, "5 dirhəm"dir.
• əbu Əli deyir:
"9 artırdılar." demək, "Mağarada qalmalarını, 9 il də artırdılar." deməkdir. "Qalma" mənasındakı kəlimə isə, hazf edilmişdir (söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir. Necə ki, biz: "Gülə-gülə" deyərkən, "Gülə-gülə get." mənasını qəsd ediriksə. Belə olduğunda, burda "get" sözü, hazf edilmiş sayılır.)
• ən-Nəqqaş'ın da nəql etdiyi bu rəvayət, bu mənadadır:
Əshab-ı Kəhf, günəş ili hesabı ilə 300 il qaldılar. Burda, ərəb bir Peyğəmbər'ə xəbər vermək bəhs mövzusu olduğundan dolayı, ayrıca 9 il də zikr edilmişdir. Çünki, Onun başa düşəcəyi illər, qəməri (ay hesabına görə olan) illərdir. Bu müddət artıqlığı isə, hər iki hesab arasındakı əlavədən iləri gəlməkdədir.
• əl-Ğəznəvi də, buna yaxın bir açıqlama zikr etmişdir. Yəni, günəş ili ilə ay ili arasındakı fərqə görə, bu 9 il bəhs mövzusu edilmişdir. Çünki, 33 il və 4 aylıq bir müddətdə, 1 il fərq olur. Buna görə, 300 (günəş) ilində, 9 illik bir fərq olur.
(Qurtubi, "əl-Cami li Əhkami'l-Quran")
