Kəhf surəsinin fəziləti
Bəra (radiyallahu anh)'dan belə rəvayət edilir:
Bir nəfər, Kəhf surəsini oxuyurdu. Və yanında, 2 iplə bağlı bir at vardı. Ətrafını isə, bir bulud bürüməyə başlamış və ona, getdikcə yaxınlaşmışdı. (Yanındakı) at, ürkür və qaçmağa başlayır.
Sabah olduğunda, bu şəxs, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gəlir və başından keçənləri Ona danışır.
(Bunun üzərinə) Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurur:
"O, Quranla birlikdə enən səkinətdir."
-------------------------------------
İzahı:
Hədisdə adı bildirilməyən şəxsin: Useyd b. Hudayr olduğu söylənilmişdir.
"Səkinət", həm Quranda, həm də hədislərdə keçən bir məfhumdur.
~ Təbəri və digərləri, Əli (radiyallahu anh)'ın belə dediyini nəql etmişlərdir:
"Səkinət, səs çıxararaq əsən bir küləyin adıdır. Onun, insan üzünə bənzər üzü vardır."
Deyildiyinə görə, səkinətin 2 başı vardır.
~ Rabi b. Ənəs'dən, səkinətin, işıq saçan bir gözü olduğu nəql edilmişdir.
~ Süddi isə, belə deyir:
"Səkinət, cənnətdən gələn qızıl bir ləyəndir. Peyğəmbərlərin qəlbi, bu ləyəndə yuyulur."
~ əbu Malik də, bunları söyləmişdir:
"Səkinət, Musanın, lövhələri, Tövratı və əsanı içinə qoyduğu şeyin adıdır."
~ Vehb b. Münəbbih deyir:
"Səkinət, Allahdan gələn bir rahatlıqdır."
~ Dahhaq belə deyir:
"Səkinətin, rəhmət olduğu da söylənilmişdir. Səkinət, qəlbin sakitliyə qovuşmasıdır."
~ Səkinətin, qəlb rahatı və ciddiyyət olduğu da iləri sürülmüşdür.
~ Səkinətin: MƏLƏKLƏR olduğu da söylənilmişdr. Bu görüşü, Sağani zikr etmişdir.
Xülasə, səkinət, keçdiyi yerə görə məna qazanır. Bu mövzudakı hədisdə keçən səkinətin uyğun açıqlaması, ilk nəql etdiyimiz izahdır. Ancaq Vehbin sözü də, göz ardı edilə bilməz.
~ Nəvəvi belə deyir:
"Tərcih edilən görüşə görə, səkinət, qəlb rahatını, rəhməti və mələkləri bir araya gətirən bir cür canlı məxluqdur."
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 66-cı kitab: "Quranın fəziləti kitabı", 11-ci bab: "Kəhf surəsinin fəziləti", hədis no: 5011)
