Kəlam elmi bidətdirmi?
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعْبُدُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُمْ وَٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqva sahibi olasınız." (Bəqərə/21)
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Allahı bilməkdə təfəkkürün əhəmiyyəti:
Bu ayətdə, bir neçə məsələ vardır:
Allah Taala, Rəbbə ibadəti əmr edincə, dərhal ardından, Yaradıcının varlığına dəlil olan şeylərdən bəhs etmişdir. Bu da:
Mükəlləfləri və daha əvvəlki insanları yaratmasıdır.
Bu xüsus isə, Allahı bilməyin yolunun, ancaq təfəkkür və istidlal ilə olduğunu göstərir.
Bu yolu, Haşəviyyə'dən (dini mövzularda ağıl yürütməyi rədd edən, nasların zahirinə bağlı qalmaq surətilə təşbih və təcsimə qədər varan fikirləri mənimsəyənlərdən) bir qrup tənqid edib:
"Bu elmlə məşğul olmaq, bidətdir." demişlərdir.
Görüşümüzü isbat xüsusunda, əqli və nəqli bir çox dəlillərimiz vardır. Burda, 3 məqam vardır:
Kəlam elminin əhəmiyyəti:
✓ Birinci məqam: bu elmin (kəlam elminin) üstünlüyünü açıqlamaq xüsusundadır. Bu üstünlük, bir neçə yöndəndir:
a. Elmin dəyəri, mövzusunun dəyəri ilə ölçülür. Mövzu daha şərəfli olduğunda, onun elmi də daha şərəfli olur. Mövzuların ən şərəflisi, Allahın zatı və sifətləri olduğuna görə, Onunla bağlı elmin, elmlərin ən dəyərlisi olması lazımdır.
b. Elm, ya dinidir və ya deyildir. Şübhə yoxdur ki, dini elm, dini olmayan elmdən daha dəyərlidir. Dini elmlər, ya üsul, yəni (kəlam) elmidir və ya bundan başqadır.
Kəlam elmi xaricindəki elmlərin sihhəti, kəlam elminə söykənir. Çünki müfəssir, xüsusilə, Allah kəlamının mənasından bəhs edir. Bu da, ixtiyar sahibi və iradəsini bəyan edən bir Yaradıcının varlığına dayanır.
Mühəddis, xüsusilə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in sözlərindən bəhs edir. Bu isə, peyğəmbərliyin varlığına dayanır.
Fəqih, xüsusilə, Allahın hökmləri haqqında danışır. Bu da, tövhid və nübüvvətə söykənir.
Beləcə, bütün bu elmlərin, kəlam elminə möhtac olduğu, ortaya çıxmış olur. Görünən budur ki, kəlam elmi, bu elmlərə möhtac deyildir. Bundan dolayı, kəlam elminin, ən dəyərli elm olması lazımdır.
c. Bir şeyin dəyəri, bəzən də, o şeyin ziddinin dəyərsizliyi ilə ortaya çıxır. Hər nə vaxt ki, bir şeyin ziddi dəyərsiz olarsa, o şey, o nisbətdə dəyərli olur. Kəlam elminin ziddi isə, küfr və bidətdir. Bu ikisi, ən dəyərsiz şeylərdir. Bundan dolayı, kəlam elminin ən dəyərli şey olması lazımdır.
d. Bir şeyin qiyməti:
• bəzən mövzusunun dəyərilə;
• bəzən özünə duyulan ehtiyacın şiddətilə;
• bəzən də əqli dəlillərin qüvvətilə
(düz) mütənasibdir. Kəlam elmi isə, bütün bunları əhatə edir. Bu, belədir. Çünki astronomiya elmi mövzusunun, tibb elminin mövzusundan daha şərəfli olması yönündən, tibb elmindən daha şərəflidir. İnsanların tibb elminə olan ehtiyacının, astronomiya elminə olan ehtiyacından daha çox olması yönündən də, tibb elmi, astronomiya elmindən daha şərəflidir. Rizaziyyat elmi isə, dəlillərinin daha qüvvətli olması cəhətindən, hər ikisindən də şərəflidir.
Kəlam elminə gəlincə, bunun qayəsi:
Allahın zatını, sifətlərini, fellərini, mövcud və mədum (mövcud olmayan) şeylərə dair elmlərin (bilgi, məlumatların) qisimlərini bilməkdir. Şübhə yoxdur ki, bu, ən şərəfli işdir.
Bu elmə olan ehtiyaca gəlincə, bu ehtiyac da, daha çoxdur. Çünki ehtiyac, ya din xüsusunda olur, ya da dünya xüsusunda:
• Dini ehtiyac, ən əhəmiyyətli olan ehtiyacdır. Çünki yuxarıda sayılan xüsusları bilən kimsə, böyük bir savaba haqq qazanar və mələklərin səfinə qatılar. Bu şeyləri bilməyən kimsə isə, böyük cəzaya haqq qazanar və şeytanlara qatılar.
• Dünyəvi ehtiyaca gəlincə, bu, dünyanın nizamı, ancaq bir Yaradıcıya, ölümdən sonra dirilişə və həşrə iman etməklə intizama girəcəyindən dolayıdır. Çünki bu iman olmasaydı, aləmdə tam bir xaos meydana gələrdi.
Dəlillərin qüvvətinə gəlincə, deyə bilərik ki:
Bu elmin dəlillərinin, yəqini bir şəkildə tərkib edilərək qətilik ifadə edən müqəddimələrdən meydana gəlmiş olması lazımdır. Belə bir dəlil isə, son dərəcə güclüdür.
Beləcə, kəlam elminin hər cür şərəf və üstünlüyü ehtiva etdiyi, ortaya çıxmaqdadır. Bu səbəblə, bu elmin, elmlərin ən şərəflisi olması lazımdır.
e. Bu elmdə, nəsx və dəyişiklik meydana gəlməyib bölgələrin və cəmiyyətlərin dəyişməsiylə, bu elm dəyişməz. Digər elmlər isə, belə deyildir. Elə isə, bu elmin, elmlərin ən şərəflisi olması lazımdır.
Bu elmin mövzularını və dəlillərini ehtiva edən ayətlər, fiqhi mövzuları ehtiva edən ayətlərdən daha şərəflidir. Bunun dəlili isə:
İxlas surəsi; Bəqərə surəsinin 285-286-cı ayətləri (əmənərrəsulu); və Ayətə'l-Kürsi'nin fəziləti haqqında varid olan xəbərlər, məsələn:
• "Səndən heyz halı haqqında soruşurlar..." (Bəqərə/222);
• "Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə..." (Bəqərə/282) kimi ayətlərin fəziləti haqqında gəlməmişdir.
Bu da, kəlam elminin daha fəzilətli olduğuna dəlalət edir.
f. Şər'i hökmlər haqqındakı ayətlərin sayı, 600'dən daha azdır. Geriyə qalan ayətlər isə, tövhid, nübüvvət, bütpərəstlərə rədd və müşriklərin növlərinin bəyanı haqqındadır. Qissələrlə bağlı ayətlərdən məqsəd, Allah Taalanın:
لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ ۗ...
"Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır..." (Yusuf/111) ayətinə görə, Allahın hikmət və qüdrətini tanımaqdır. Bu da, kəlam elminin ən fəzilətli olduğuna dəlalət edir.
Biz burda, dəlillərin yerlərinə işarət edəcəyik:
Yaradıcının varlığına dəlalət edən dəlillərə gəlincə, Quran, bunlarla doludur. Bunların birincisi, burda zikr edilən bu 5 dəlildir. Bunlar:
Mükəlləfləri və onlardan əvvəlki insanları, göy üzünü, yer üzünü, göydən yerə enən yağış ilə meyvələri yaratmaq və göylər ilə yerin, Quranda yer alan bütün qeyr-i adilikləridir. Bax Yaradıcının varlığının dəlillərindən məqsəd, budur.
Allah Taala'nın sifətlərinin dəlilləri, bunlardır:
√ Bu sifətlərdən "elm" sifətinin dəlili:
إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ
"Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz." (Al-i İmran/5) buyurmuş, sonra arxasından da:
هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ...
"Bətnlərdə sizə istədiyi surəti verən Odur..." (Al-i İmran/6) ayətini gətirmiş olmasıdır.
Bu, mütəkəllimin'in (kəlamçıların) dəlilinin şəxsən özüdür. Çünki onlar, fellərinin möhkəm və sağlam olmasını, Yaradıcının elminə dəlil gətirmişlərdir. Bax burda, Haqq Taala, rəhmlərdə surətlərə şəkil verməsini, əşyanı bildiyinə dəlil gətirmişdir.
Və yenə Allah Taala:
أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
"Yaradan Allah, Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?" (Mülk/14) buyurmuşdur. Bu, yuxarıdakı dəlilin eynisidir.
Allah Taala, yenə:
وَعِندَهُۥ مَفَاتِحُ ٱلْغَيْبِ لَا يَعْلَمُهَآ إِلَّا هُوَ ۚ...
"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir..." (Ənam/59) buyurmaqdadır. Bu da, Onun, hər cür məlumatı bildiyinə dair, bir tənbehdir. Çünki Allah, qeybə aid olan şeylərdən xəbər verir, bir də baxırıq ki, o şeylər, vermiş olduğu xəbərə uyğun bir şəkildə meydana gəlir. Əgər Allah Taala, qeybi bilməsəydi, bu şeylər, xəbər verdiyi şəkildə baş verməzdi.
√ Allahın qüdrət sifətinin dəlili, hamısı 4 ünsürdə bərabər olmaqla birlikdə:
Fərqli canlılar və meyvələrin meydana gəlməsinə dair, Allah Taala'nın bəhs etdiyi bütün şeylərdir.
Bax bütün bunlar, Allah Taala'nın, Zatının gərəyini edən (mucibu'l-bi'z-zat) olmayıb iradə sahibi, müqtədir bir Fail olduğuna dəlalət edir.
√ Allahın "tənzih sifəti"nə, yəni Onun bir cisim olmadığına və bir məkanda olmadığına dəlalət edən dəlil isə, Onun:
قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ
"De ki: O Allah, birdir." (İxlas/1) sözüdür.
Çünki mürəkkəb olan, cüzlərinə də möhtacdır. Möhtac isə, sonradan yaradılmış, deməkdir. Allah Taala "tək" olunca, cisim olmaması ---> cisim olmayınca da, bir məkanda olmaması gərəkdir.
√ Allah Taala'nın "tövhid sifəti"nin dəlili isə, Onun:
لَوْ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَا...
• "Əgər yerdə və göylərdə, Allahdan başqa ilahlar olsaydı, yer və göylər, fəsada uğrayardı..." (Ənbiya/22);
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًا
• "De: “Əgər müşriklərin söylədikləri kimi Allahla yanaşı başqa məbudlar olsaydı, onlar Ərşin Sahibinin yanına çatmaq üçün yol axtarardılar." (İsra/42);
...وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَـٰهٍ ۚ إِذًا لَّذَهَبَ كُلُّ إِلَـٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَـٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
• "...Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə, hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi, digərinə üstün gəlməyə can atardı. Allah, onların Ona aid etdikləri sifətlərdən uzaqdır." (Mu'minun/91) ayətləridir.
√ Nübüvvətlə bağlı dəlil isə, Allah Taala'nın:
وَإِن كُنتُمْ فِى رَيْبٍ مِّمَّا نَزَّلْنَا عَلَىٰ عَبْدِنَا فَأْتُوا۟ بِسُورَةٍ مِّن مِّثْلِهِۦ...
"Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin..." (Bəqərə/23) ayətidir.
√ Məadın (axirət həyatının) dəlili isə:
قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍ...
"De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir..." (Yasin/79) ayətidir.
Əgər sən, kəlam elmini gözdən bir keçirsən, onda:
• bu dəlillərin ortaya qoyulmasından;
• onların müdafiə edilməsindən; və
• bu xüsusda önə sürülən tənqid və yaralayıcı şübhələrin dəf edilməsindən
başqa bir şey görməzsən. Allahın zikr etdiyi dəlilləri ehtiva edən və dəlillərə yönəldilən ittihamları rədd edən bir elmin tənqid ediləcəyini, heç zənn edərsənmi?!
Heç bir ağıllı müsəlmanın, bunu söyləyəcəyini və buna razı olacağını sanmıram.
------------------------------------------------------------------------------------------------------------------
✓ Mələklər və Peyğəmbərlərin, bu dəlilləri istifadə etmələri:
• İkincisi:
Allah Taala, mələklər və peyğəmbərlərin də, bu dəlillərlə istidlal etdiklərini bildirmişdir. Mələklər, belə istidlal etmişlərdir:
... قَالُوٓا۟ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ ٱلدِّمَآءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ...
"...Onlar:
'Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?”– söylədilər..." (Bəqərə/30)
Mələklərin bu sözdən məqsədləri, budur:
"Bu kimi şeyləri yaratmaq, qabihdir (çirkindir). Hikmətli olan bir Şəxs, qabih (çirkin) bir iş tutmaz."
Bunun üzərinə, Haqq Taala, onlara:
...قَالَ إِنِّىٓ أَعْلَمُ مَا لَا تَعْلَمُونَ
"...Mən, sizin bilmədiklərinizi bilirəm." (Bəqərə/30) deyə cavab vermişdir.
Bundan, Allahın məqsədi də, budur:
"Şübhəsiz Mən, hər cür məlumatı bildiyim üçün, onların yaradılması və meydana gətirilmələri xüsusunda, sizin bilmədiyiniz hikməti də bilirəm."
Şübhə yoxdur ki, bu, qarşılıqlı dəlil gətirmədir.
Allah Taala'nın iblis ilə münazirəsi də, açıqdır.
Peyğəmbərlərə gəlincə, bunların ilki, Adəm (əleyhissəlam)'dır.
Allah Taala, Adəm (əleyhissəlam)'ın elmini, mələklərin elminə üstün qılmaq surətilə, onun fəzilətinə dair dəlilini ortaya qoymuşdur ki, bu, tamamilə bir istidlaldır.
Nuh (əleyhissəlam)'ın istidlalı haqqında, Allah Taala, kafirlərin bu sözünü nəql etmişdir:
قَالُوا۟ يَـٰنُوحُ قَدْ جَـٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا...
"Onlar dedilər: 'Ey Nuh! Sən bizimlə çox mücadilə etdin və mücadiləndə də çox iləri getdin..." (Hud/32)
Bu mücadilənin, şəri hökmlərin təfsilatı haqqında olmayıb, əksinə, tövhid və nübüvvət haqqında olduğu, bilinən bir həqiqətdir.
O halda, kəlam elmində, haqqı ortaya qoymaq üçün istidlal edərək mücadilə etmək, peyğəmbərlərin sənətidir.
İbrahim (əleyhissəlam)'a gəlincə, bu mövzuda, Onun halını ortaya qoymaq, uzun çəkər. Onun bu xüsusda, bəzi mərhələləri vardır:
a. Öz-Özünə istidlalı...
Bu, Allah Taala'nın:
فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ رَءَا كَوْكَبًا ۖ قَالَ هَـٰذَا رَبِّى ۖ فَلَمَّآ أَفَلَ قَالَ لَآ أُحِبُّ ٱلْءَافِلِينَ
"Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb: “Bu (durmu) mənim Rəbbim?”– dedi. O batdıqda isə: “Mən batanları (Rəbb deyə) sevmərəm!”– dedi." (Ənam/76)
Bu, kəlam əhlinin, aləmin dəyişən olmasından hərəkət edərək (yola çıxaraq), onun sonradan yaradıldığına dəlil gətirmə yollarıdır.
Sonra Allah Taala, İbrahim (əleyhissəlam)'ı, bu istidlalından dolayı mədh edərək:
وَتِلْكَ حُجَّتُنَآ ءَاتَيْنَـٰهَآ إِبْرَٰهِيمَ عَلَىٰ قَوْمِهِۦ...
"Bax bunlar, qövmünə qarşı İbrahimə verdiyimiz hüccətlər idi..." (Ənam/83) buyurmuşdur.
b. İbrahim (əleyhissəlam)'ın, Öz atasına qarşı istidlalı...
Bu, Allahın:
إِذْ قَالَ لِأَبِيهِ يَـٰٓأَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِى عَنكَ شَيْـًٔا
"Bir zaman o, atasına demişdi:
'Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?" (Məryəm/42)
ayətində bəhs etdiyi istidlaldır.
c. Onun, bəzən sözlə, bəzən də felən, qövmünə qarşı olan istidlalı...
• Sözlə istidlalı, Allahın bu ayətdə bəhs etdiyi xüsusdur:
...مَا هَـٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِىٓ أَنتُمْ لَهَا عَـٰكِفُونَ
"...Bu heykəllər nədir ki, buna sitayiş edirsiniz?" (Ənbiya/52)
• Fel ilə istidlalına gəlincə, o da, Allah Taala'nın:
فَجَعَلَهُمْ جُذَٰذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ
"Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək, yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr." (Ənbiya/58)
d. Onun, zamanın kralına qarşı olan istidlalı...
Bundan, Allah Taala bu ayətdə bəhs edir:
... إِبْرَٰهِۦمُ رَبِّىَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحْىِۦ وَأُمِيتُ ۖ قَالَ إِبْرَٰهِۦمُ فَإِنَّ ٱللَّهَ يَأْتِى بِٱلشَّمْسِ مِنَ ٱلْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ ٱلْمَغْرِبِ فَبُهِتَ ٱلَّذِى كَفَرَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّـٰلِمِينَ
"...İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə, padşah:
“Mən də həm dirildir, həm də öldürürəm!”–
dedi. İbrahim:
“Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”–
dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz." (Bəqərə/258)
Fitrəti xarab olmamış hər kəs, kəlam elminin, sadəcə bu dəlilləri ortaya qoyub, bunlara qarşı irəli sürülən sualları və qarşı çıxılan şeyləri dəf etmək üçün olduğunu bilir.
Bütün bunlar, İbrahim (əleyhissəlam)'ın məbdə (kainatın başlanğıcı) haqqındakı incələməsidir.
Məad (axirət həyatı) haqqındakı incələmələrinə gəlincə, o, Onun bu sözüdür:
وَإِذْ قَالَ إِبْرَٰهِۦمُ رَبِّ أَرِنِى كَيْفَ تُحْىِ ٱلْمَوْتَىٰ ۖ قَالَ أَوَلَمْ تُؤْمِن ۖ قَالَ بَلَىٰ وَلَـٰكِن لِّيَطْمَئِنَّ قَلْبِى ۖ قَالَ فَخُذْ أَرْبَعَةً مِّنَ ٱلطَّيْرِ فَصُرْهُنَّ إِلَيْكَ ثُمَّ ٱجْعَلْ عَلَىٰ كُلِّ جَبَلٍ مِّنْهُنَّ جُزْءًا ثُمَّ ٱدْعُهُنَّ يَأْتِينَكَ سَعْيًا ۚ وَٱعْلَمْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ
Bir zaman İbrahim:
“Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi.
Rəbbi ona: “Məgər sən inanmırsan?”– dedi.
İbrahim dedi:
“Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”.
Allah buyurdu:
“Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə/260)
Musa (əleyhissəlam)'ın istidlalına gəlincə, Onun, nübüvvət və tövhid xüsusunda, Fironla münazirəsinə bax.
Tövhidə gəlincə, bil ki, Musa (əleyhissəlam), əksər yerdə, İbrahim (əleyhissəlam)'ın dəlillərinə istinad edir. Bu, belədir. Çünki Allah Taala, Taha surəsində, bunu belə bildirmişdir:
قَالَ فَمَن رَّبُّكُمَا يَـٰمُوسَىٰ • قَالَ رَبُّنَا ٱلَّذِىٓ أَعْطَىٰ كُلَّ شَىْءٍ خَلْقَهُۥ ثُمَّ هَدَىٰ
"Firon dedi: “Rəbbiniz kimdir, ey Musa?”
Musa dedi: “Rəbbimiz hər şeyi yaradan, sonra da ona doğru yolu göstərəndir!” (Taha/49-50)
Bu, İbrahim (əleyhissəlam)'ın:
ٱلَّذِى خَلَقَنِى فَهُوَ يَهْدِينِ
"O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir." (Şuara/78) sözündə zikr etdiyi dəlilin eynisidir.
Yenə Şuəra surəsində, Musa (əleyhissəlam):
رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ
“O sizin də, ulu babalarınızın da Rəbbidir!” (Şuəra/26) demişdir.
Bu, İbrahim (əleyhissəlam)'ın:
... إِبْرَٰهِۦمُ رَبِّىَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ...
"Rəbbim həm dirildir, həm öldürür." (Bəqərə/258) sözünün eynisidir.
Firon bununla kifayətlənməyib, Ondan, başqa dəlil istəyincə, Musa (əleyhissəlam), belə demişdi:
...رَبُّ ٱلْمَشْرِقِ وَٱلْمَغْرِبِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُمْ تَعْقِلُونَ
“...Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (Şuəra/28)
Bax bu, İbrahim (əleyhissəlam)'ın:
...فَإِنَّ ٱللَّهَ يَأْتِى بِٱلشَّمْسِ مِنَ ٱلْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ ٱلْمَغْرِبِ...
"...Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir..." (Bəqərə/258) sözünün eynisidir.
Bütün bunlar, sənə, bu dəlillərə sarılmağın:
• o məsum peyğəmbərlərin sənəti olduğuna; və
• onların bu dəlilləri ağıllarından çıxardıqları kimi, eyni zamanda, keçmiş təmiz sələflərindən miras olaraq almış olduqlarına da,
diqqət çəkməkdədir.
Musa (əleyhissəlam)'ın nübüvvətə dair möcüzə ilə istidlalına gəlincə, bu, Onun:
...أَوَلَوْ جِئْتُكَ بِشَىْءٍ مُّبِينٍ
“...Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?” (Şuəra/30) sözü ilə bəhs etdiyi şeydir. Bu, Musa (əleyhissəlam)'ın, doğruluğuna, möcüzəni dəlil gətirməsidir.
Muhamməd (sallallahu aleyhi və səlləm)'in, tövhidə, nübüvvətə və axirətə dair dəlillərlə məşğul olması keyfiyyəti, bu xüsusda sözü uzatmağa ehtiyac buraxmayacaq qədər açıqdır. Çünki Quran, bunlarla doludur. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bütün kafir firqələr ilə imtahan edilmişdir:
• Birincisi:
...وَمَا يُهْلِكُنَآ إِلَّا ٱلدَّهْرُ ۚ...
"...Bizi ancaq zaman həlak edər..." (Casiyə24) deyən Dehriyyə'dir.
Halbuki Allah Taala, onların bu görüşlərini, fərqli dəlillərlə çürütmüşdür.
• İkincisi:
İradə və ixtiyar sahibi, hər şeyə qadir Allahı inkar edənlərdir. Allah Taala, onların iddialarını, eyni təbiət və xarici təsirlərə məruz olduqları halda, fərqli tərzdə, bir-birilərindən fərqli bitki və heyvan növlərinin yaradılması dəlili ilə çözmüşdür. Bu da, qədir olan Allahın varlığına dəlalət edir.
• Üçüncüsü:
Allah Taalaya şərik qoşanlardır. Şərik qoşulan bu şey, ülvi (uca) və ya süfli (aşağı) bir varlıq olur:
√ Ülvi olan şərikə gəlincə, bu, ulduzların bu aləmdə müəssir (təsir edici) olduğunu söyləyən kimsənin görüşüdür. Allah Taala, bu kimsənin iddiasını:
فَلَمَّا جَنَّ عَلَيْهِ ٱلَّيْلُ...
"Gecənin qaranlığı onu bürüdükdə..." (Ənam/76) deyə başlayan ayət ilə çürütmüşdür.
√ Süfli olan şərikə gəlincə, bu xristiyanlar, İsa (əleyhissəlam)'ın ilah olduğuna, bütpərəstlər də, bütlərinin ilah olduğuna dair bir çox dəlil gətirmişdir.
• Dördüncüsü:
Nübüvvətə qarşı çıxanlar, ki, bunlar da, 2 qrupdur:
a. Nübüvvətin əslinə qarşı çıxanlar.
Bunlar, Allahın:
...أَبَعَثَ ٱللَّهُ بَشَرًا رَّسُولًا
"Allah, bir insanımı elçi olaraq göndərdi?!" (İsra/94) dediklərini nəql etdiyi kimsələrdir.
b. Nübüvvəti əslində qəbul edən, lakin Muhamməd (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyinə qarşı çıxanlardır.
Bunlar, yəhudi və xristiyanlardır.
Quran-i Kərim, bunlara rəddiyyələrlə doludur. Bu kimsələrin, nübüvvətə qarşı çıxmaları da, bir neçə cəhətdəndir:
~ Bəzən bu, Qurana qarşı çıxaraq olur ki, Allah Taala, bu sözü ilə onların bu təninə cavab vermişdir:
إِنَّ ٱللَّهَ لَا يَسْتَحْىِۦٓ أَن يَضْرِبَ مَثَلًا مَّا بَعُوضَةً فَمَا فَوْقَهَا...
"Allah, bir ağcaqanadı məsəl olaraq gətirməkdən çəkinməz..." (Bəqərə/26)
~ Bəzən bu qarşı çıxmaq, Allah Taalanın bu sözündə bildirdiyi kimi, başqa möcüzələr istəmək şəklində olur:
...لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا
“...Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik." (İsra/90)
~ Bəzən də bu qarşı çıxmaq, Quranın parça-parça nazil olması səbəbilə olur ki, bu, Qurana bir ittihamın yönəldilməsini ifadə edir. Allah Taala, bu qarşı çıxışa, bu sözü ilə cavab vermişdir:
...كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَ ۖ وَرَتَّلْنَـٰهُ تَرْتِيلًا
"...Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə ayəbəayə izah etdik." (Furqan/32)
• Beşincisi:
Həşr (insanların öldükdən sonra təkrar dirildilib mühakimə üçün Allahın hüzurunda toplanmaları) və nəşr (axirətdə ölülərin dirildilib hesabları görüldükdən sonra, cənnətliklərin cənnətə; cəhənnəmliklərin cəhənnəmə göndərilmələri)'nin doğruluğuna, bunu inkar edənlərin görüşlərinin qeyr-i məqbul olduğuna dair fərqli çox dəlillər gətirmişdir.
• Altıncısı:
~ Bəzən faydasızdır deyə mükəlləf tutulmağa qarşı çıxanlar ki, Allah Taala, bunların etirazına:
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا...
"Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, öz əleyhinizə etmiş olursunuz..." (İsra/7) sözü ilə cavab vermişdir.
~ Bəzən də, gerçək olanın bir cəbr olduğu, bunun isə, təklifin sihhətinə zidd düşdüyünü söyləyərək qarşı çıxanlar ki, Allah Taala, bu xüsusa da:
لَا يُسْـَٔلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْـَٔلُونَ
"Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar." (Ənbiya/23) deyərək cavab vermişdir.
Biz burda, bu qısa işarətlərlə kifayətləndik. Çünki bu xüsusdakı geniş incələmə, bu təfsir kitabının bütününə yerləşdirilmişdir.
Bu sənətin, peyğəmbər və nəbilərin metodu olduğu sabit olunca, buna qarşı çıxanların, ya kafir, ya da cahil olduqlarını başa düşmüş olduq.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kəlam elmini öyrənməyin gərəkli olması:
✓ İkinci məqam:
Kəlam elmi təhsil etmənin vacib olduğunun bəyanı xüsusundadır. Buna, əqli və nəqli dəlillər dəlalət etməkdədir.
• Əqli dəlilə gəlincə, bu, belədir:
Bəzi kimsələri təqlid etmək, geriyə qalanları təqlid etməkdən əvla deyildir. Bu da:
~ Ya hər kəsi təqlid etmənin caiz olması deməkdir ki, bu, bizi kafirləri təqlid etməyə sövq edər.
~ Ya da, digərini deyil, bundan başqasını təqlid etməyin zəruri olması deməkdir ki, bu da, insanı, digərini deyil, bundan başqasını niyə təqlid etdiyini söyləmədən, bəzisini deyil, digər bəzilərini təqlid etməklə mükəlləf olmağa məcbur qılar.
~ Ya da, təqlidin əsla caiz olmamasıdır ki, istənilən şey də, budur.
Təqlid etmək qeyr-i məqbul olunca, geriyə, istidlal yolundan başqa bir şey qalmır.
• Nəqli dəlilə gəlincə, buna, ayət və xəbərlər dəlalət etməkdədir.
~ Ayətdən olan dəlillər:
a. Allah Taala'nın:
ٱدْعُ إِلَىٰ سَبِيلِ رَبِّكَ بِٱلْحِكْمَةِ وَٱلْمَوْعِظَةِ ٱلْحَسَنَةِ ۖ وَجَـٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ...
"İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et..." (Nəhl/125) sözüdür.
Şübhə yoxdur ki, Allah Taalanın ayətdə keçən: "hikmət"dən muradı, əqli dəlil və hüccətlərdir.
Buna görə, Allaha əqli dəlil və hüccətlərlə dəvət etmək, əmr olunan bir iş olmuş olur.
Allah Taala'nın
...وَجَـٰدِلْهُم بِٱلَّتِى هِىَ أَحْسَنُ...
"...və onlarla ən gözəl tərzdə mücadilə et..." buyuruğundan murad, dinin füru xüsusunda mücadilə etmək deyildir. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in peyğəmbərliyini inkar edən kimsə ilə, dinin füruu xüsusunda danışmaqda, heç bir fayda yoxdur. Peyğəmbərin nübüvvətini qəbul edən kimsə də, Ona müxalifət etməz.
Beləcə, bu mücadilənin tövhid və nübüvvət xüsusunda olduğunu, anlamış olduq.
Bu səbəblə də, bu xüsusda mücadilə, əmr edilmiş bir xüsus olur.
Sonra biz, Allah Taala'nın:
...إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ...
"... “Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin..." (Al-i İmran/31); və
لَّقَدْ كَانَ لَكُمْ فِى رَسُولِ ٱللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كَانَ يَرْجُوا۟ ٱللَّهَ وَٱلْيَوْمَ ٱلْءَاخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرًا
"Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir." (Əhzab/21) ayətlərindən ötürü, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə tabe olmaqla əmr edilmişik.
Bu səbəblə, belə bir cidal ilə əmr olunmuş olmağımız, gərəkdir.
b. Allah Taala'nın:
وَمِنَ ٱلنَّاسِ مَن يُجَـٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ...
"İnsanlardan, Allah haqqında, elmsiz olaraq mücadilə edənlər vardır..." (Həcc/3) ayəti:
Allah haqqında elm sahibi olmadan mücadilə edənləri bir qınamadır. Bu isə, elm ilə "mücəhhəz" ("təchiz edilmiş") olaraq mücadilə etmənin qınanmış deyil, əksinə təriflənmiş olmasını gərəkdirir.
Yenə Allah Taala, Nuh'dan:
...يَـٰنُوحُ قَدْ جَـٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا...
"Ey Nuh! Bizimlə həqiqətən mücadilə etdin və mücadiləndə də, çox iləri getdin..." (Hud/32) sözü ilə, bu mücadiləni nəql etmişdir.
c. Allah Taala, təfəkkürü əmr edərək, belə buyurmuşdur:
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ...
• "Məgər onlar Quran haqqında düşünməzlərmi?" (Muhamməd/24);
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ
• "Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" (Ğaşiyə/17);
ءَايَـٰتِنَا فِى ٱلْءَافَاقِ وَفِىٓ أَنفُسِهِمْ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ ٱلْحَقُّ...
• "Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik..." (Fussilət/53);
...أَفَلَا يَرَوْنَ أَنَّا نَأْتِى ٱلْأَرْضَ نَنقُصُهَا مِنْ أَطْرَافِهَآ...
• "..Məgər onlar Bizim, gəlib müşriklərə aid ərazini hər tərəfdən əskiltdiyimizi görmürlərmi?..." (Ənbiya/44);
قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ...
• "De: “Görün göylərdə və yerdə nələr var..." (Yunus/101); və
أَوَلَمْ يَنظُرُوا۟ فِى مَلَكُوتِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا خَلَقَ ٱللَّهُ مِن شَىْءٍ وَأَنْ عَسَىٰٓ أَن يَكُونَ قَدِ ٱقْتَرَبَ أَجَلُهُمْ ۖ فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ
• "Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar?" (Əraf/185)
d. Allah Taala, tərif sədədində, təfəkkürü zikr edərək, belə buyurmuşdur:
يُقَلِّبُ ٱللَّهُ ٱلَّيْلَ وَٱلنَّهَارَ ۚ إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّأُو۟لِى ٱلْأَبْصَـٰرِ
• "Allah gecə və gündüzü bir-birilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır." (Nur/44);
ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجْنَا بِهِۦٓ أَزْوَٰجًا مِّن نَّبَاتٍ شَتَّىٰ • كُلُوا۟ وَٱرْعَوْا۟ أَنْعَـٰمَكُمْ ۗ إِنَّ فِى ذَٰلِكَ لَءَايَـٰتٍ لِّأُو۟لِى ٱلنُّهَىٰ
• "O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır." (Taha/53-54)
Yenə təfəkkürdən üz çevirənləri zəmm edərək:
وَكَأَيِّن مِّنْ ءَايَةٍ فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ
• "Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onlardan üz çevirib keçib gedərlər." (Yusuf/105);
...لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ...
• "...Onların qəlbləri var, onunla anlamazlar..." (Əraf/1979)
e. Allah Taala, təqlidi zəmm etmiş və kafirlərdən nəqlən:
... إِنَّا وَجَدْنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٍ وَإِنَّا عَلَىٰٓ ءَاثَـٰرِهِم مُّقْتَدُونَ
• "...“Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!” (Zuxruf/23);
...بَلْ نَتَّبِعُ مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ...
• "...Əksinə biz, ancaq atalarımızın getdiyi yolu tutub gedəcəyik..." (Loğman/21);
...بَلْ وَجَدْنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ
• "Əksinə, biz, atalarımızı belə edərkən gördük." (Şuəra/74); və
إِن كَادَ لَيُضِلُّنَا عَنْ ءَالِهَتِنَا لَوْلَآ أَن صَبَرْنَا عَلَيْهَا...
• "Əgər biz məbudlarımıza tapınmaqda səbirli olmasaydıq, az qala o bizi onlardan uzaqlaşdıracaqdı..." (Furqan/42) deyə xəbər vermişdir.
İbrahim (əleyhissəlam)'ın atasından da:
قَالَ أَرَاغِبٌ أَنتَ عَنْ ءَالِهَتِى يَـٰٓإِبْرَٰهِيمُ ۖ لَئِن لَّمْ تَنتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَٱهْجُرْنِى مَلِيًّا
"Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” (Məryəm/47) sözünü nəql etmişdir.
Bütün bunlar:
• düşünmənin;
• dəlil gətirmənin;
• təfəkkürün; və
• təqlidi rədd etməyin
gərəkdiyinə dəlildir.
Təfəkkür və istidlala dəvət edən kimsə, Quranın və peyğəmbərlərin dininə tabe olmuş olur. Təqlidə dəvət edən də, Quranın əksinə yol tutmuş olur.
Hədisdən olan dəlillərə gəlincə, bu xüsusda çox hədis vardır. Biz, bunlardan bir neçəsini zik edək:
a. Zühri, Səid b. əl-Müsəyyəb'dən, o da əbu Hureyrə (radiyallahu anh)'dan belə dediyini rəvayət edir:
- Fizarə oğullarından biri, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gələrək:
"Xanımım, qara (zənci) bir uşaq doğdu." dedi.
- Bunun üzərinə Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Sənin dəvələrin vardırmı?" deyə soruşdu.
- O: "Bəli." deyincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Onlar, nə rəngdir?" deyə soruşdu.
- Adam: "Qızılı" cavabını verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"İçində boz olanları vardırmı?" deyə soruşdu.
- Adam: "Bəli." dedi.
- Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Bunun səbəbi nədir?" deyə soruşunca, adam:
"Bəlkə o dəvə, soyundan birinə çəkmişdir?" dedi.
- Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) də:
"Bəlkə o uşaq da, soyundan birinə çəkmişdir." dedi. (Buxari, Talaq/26)
Bu, dəlillə susdurmaq və qiyasa sarılmaqdır.
b. Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Allah Taala belə buyurmaqdadır:
"Məni yalanlamağa haqqı olmadığı halda, insan oğlu Məni yalanladı. Məni qınamağa haqqı olmadığı halda, insan oğlu Məni qınadı.
Onun Məni yalanlaması:
"Allah məni yaratdığı kimi, yenidən dirildə bilməyəcəkdir." deməsidir. Halbuki onu ilk dəfə yaratmaq, yenidən diriltməkdən Mənə daha asan deyildir.
Onun Məni qınaması:
"Allah Özünə övlad götürdü." deməsidir. Halbuki Mən, tək və Saməd olan Allaham. Mən doğmadım, doğulmadım və Mənə bərabər kimsə yoxdur..." (Buxari, Təfsir, İxlas surəsi)
O halda, Allah Taala:
~ Birinci mərtəbədə, QÜDRƏTİ ilə, ilk dəfə yaratmağa və ölümdən sonra diriltməyə qadir olmağa;
~ İkinci mərtəbədə isə, BİR OLMASI ilə, cisim olmağı, atalığı və övlad olmağı nəfy etməyə
dəlil gətirmişdir.
c. Ubadə b. Samit (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə dediyini rəvayət etmişdir:
"Kim Allaha qovuşmağı sevərsə, Allah da ona qovuşmağı sevər. Kim Allah ilə qarşılaşmağı xoş görməzsə, Allah da onunla qarşılaşmaqdan xoşlanmaz."
Bunun üzərinə Aişə (radiyallahu anha):
"Ey Allahın rəsulu! Biz, ölməkdən xoşlanmırıq. Bu, Allah ilə qarşılaşmaqdan xoşlanmamaqdırmı?" deyə soruşdu.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) də:
"Xeyir. Lakin mömin, Allaha qovuşmağı sevər, Allah da möminə qovuşmağı sevər. Kafir, Allaha qovuşmaqdan xoşlanmaz. Allah da kafirə qovuşmaqdan xoşlanmaz." buyurdu. (Buxari, Riqaq/40)
Bütün bunlar, dəlillər üzərində təfəkkür edib baş sındırmağın əmr edilmiş olduğunu göstərir.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu mövzuda, müxaliflərin iddiaları:
Müxalifimizin iləri sürdüyü bəzi iddialar vardır. Belə ki:
1. İstidlal, elm ifadə etməz;
2. Elm ifadə edən istidlala, qulun gücü çatmaz;
3. İstidlala təşəbbüs etmək, caiz deyildir;
4. Peyğəmbər bunu əmr etməmişdir; və
5. İstidlal etmək, bidətdir.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Təfəkkür, qəti (yəqin) elmə götürməz.
✓ Birinci iddia: Müxalifimiz, buna, bəzi şeyləri dəlil gətirmişdir:
a. Biz təfəkkür etdiyimizdə və bu təfəkkürümüzün davamında bir inanc meydana gəldiyində, istər zəruri, istərsə nəzəri olsun, bunun bir elm olduğunu bilirik. Bu elmin zəruri olması, yalnışdır. Çünki insan, etiqadı xüsusunda, bu etiqadının elm olduğunu və:
• birin, ikinin yarısı;
• günəşin işıqlandırıcı;
• atəşin də yandırıcı
olduğuna inancı xüsusunda düşünərsə, birincini, ikincidən daha zəif görəcək. Bu da, birinciyə, zəifliyin ariz olduğuna dəlalət edər. İkincisi də, yəni bu elmin nəzəri olması da, yalnışdır. Çünki bu ikinci fikir xüsusundakı söz, əvvəlki söz kimidir. Bu səbəblə, təsəlsül (haşiyə) lazımdır. Ki, təsəlsül də, imkansızdır.
(Haşiyə:
Təsəlsül: hadislərin (sonradan var olan şeylərin), bir-birinin varlığına səbəb olaraq, geriyə doğru, sonsuzluğadək, zəncirləmə bir-biri ardınca davam edərək getməsi; və ya iddia ilə dəlilin, bir-birinə bağlı olması ilə, ixtilafın davam edərək getməsi)
b. İnsanlardan təfəkkür edib ictihad edən və bu təfəkkürünün nəticəsində də, özlərində bir yəqin etiqad meydana gələn, bu etiqadın bir elm olduğuna qəti olaraq hökm verib, həm onun, həm də başqaları üçün bunun bir elm olduğu deyil, bir cəhalət olduğu ortaya çıxan; beləcə də, o ilk etiqadlarından dönüb tərk edən alimlər gördük.
Bu halı əvvəl müşahidə etdiyimizdə, ikinci olaraq meydana gələn inancın da belə olması, caizdir.
Bu metodla, təfəkkür və istidlaldan əldə edilən hər hansı bir inancın sihhətinə qətiliklə hökm etmək, mümkün deyildir.
c. Nəticə əgər bilinirsə, onu əldə etməyə çalışmaq, muhaldır. Çünki, hasil olan şeyi təhsil etmək, imkansızdır.
Əgər nəticə bilinmirsə, zehin, ondan xəbərsizdir, deməkdir. Xəbərsiz olan şeyi tələb etməyə yönəlmək isə, imkansızdır.
d. İstidlalın elm ifadə etdiyini bilmək, ya zəruri, ya da nəzəri olur. Əgər zəruri olarsa, ağlı olan hər kəsin, bu elmdə müştərək olması lazımdır. Halbuki hal, belə deyildir. Əgər nəzəri olarsa, bir şeyin cinsini, o şeylərin fərdlərindən bir fərdlə isbat etmək gərəkdir ki, bu da, muhal (imkansız)'dır. Çünki mahiyyət haqqında olan münaqişə, o fərd üçün də var deməkdir.
Bu səbəblə, bir şeyi, özü ilə isbat etmək lazım gəlir ki, bu da imkansızdır. Çünki isbata vəsilə olan şeyin, daha əvvəl bilinmiş olması gərəkdir. Bir şeyin nəticə olması, o şeyin daha əvvəl məlum olmamasını gərəkdirir.
Bu səbəblə, həm nəfyin, həm də isbatın birlikdə mövcud olması lazımdır ki, bu da imkansızdır.
e. Tək bir müqəddimə, bir nəticə verməz; tam əksinə, nəticə verən, 2 müqəddimənin bütünüdür. Ancaq zehndə, eyni anda 2 müqəddiməni birdən hazır tutmaq, muhaldır. Çünki biz, özümüzü sınadığımızda, nə vaxt zehnimizi bilinən hər hansı bir şeyə doğru yönəltsək, eyni vaxtda, zehnimizi başqa bir məluma doğru yönəltməyin imkansız olduğunu görürük.
Dəfələrlə, alimlərimizdən bəziləri, ümumi olaraq, istidlalın elm ifadə etdiyini qəbul etmişlərdir. Nə var ki, bunlar, İlahi məsələlərdə, istidlalın bir elm ifadə etmədiyini söyləyər və bu görüşlərini açıqlama ilə ortaya qoyarlar.
1. İlahın həqiqəti, təsəvvür edilə bilməz. Həqiqət təsəvvür edilə bilmədiyi vaxt da, nə Zatın özünü, nə də Onun sifətlərindən bir sifətin varlığını təsdiq etmək, mümkün olmaz.
Təsəvvür edilə bilməz olmağın izahı budur:
Bəşər tərəfindən bilinən, Vacibü'l-Vücud (varlığı zəruri olan Allah)'ın məkandan və hər cəhətdən münəzzəh və Onun elm və qüdrət sifətilə müttəsif olmasıdır.
Vücub (varlığının zəruri olması) və tənzih (nöqsanlardan münəzzəh olmaq), səlbi (nəfylə bağlı) bir qeyddir. Allah Taala'nın həqiqəti, bu səlbin (nəfy etməyin) özü deyildir. Bu səbəblə, bu səlb'i bilmək, Allahın həqiqətini bilmək deyildir. Allah Taalanın, elm və qüdrət sifətlərilə vəsflənmiş olması, Zatının bu sifətlərə mənsubiyyətindən ibarətdir. Onun Zatı, bu mənsubiyyətin özü deyildir. Bu səbəblə də, bu mənsubiyyəti bilmək, Onun Zatını bilmək deyildir.
Təsdiqin mümkün olmamasının izahı budur:
Təsdiq, təsəvvürə söykənir. Təsəvvür olmadığı zaman, təsdiq imkansız olur.
Belə deyilə bilməz:
"Allah Taalanın Zatı, hər nə qədər Özünə məxsus həqiqət etibarı ilə təsəvvür oluna bilməzsə də, O Zat, Öz ləvazımı (yəni zatından ayrılmaz vəsfləri) etibarı ilə təsəvvür oluna bilər..."
Demək istəyirəm ki, biz, Allah Taala'nın Özünə, vacibliyin, tənzihin və əbədiliyin gərəkli olduğu, hər hansı bir şey olduğunu bilirik.
Bax bu səbəblə, bu təsəvvürə görə hökm verilir.
Biz deyirik ki, bu bilinən şeylər:
• ya Allahın Zatının şəxsən özüdür, ki, bu, imkansızdır; vəya
• bunlar, Allahın Zatından xaric şeylərdir,
deyilə bilər. Allah Taalanın Zatını bilmədiyimiz vaxt, Onun Zatının bu sifətlərlə müttəsif (vəsflənmiş) olduğunu bilməyimiz, mümkün deyildir.
Əgər bu sifətlərin Allahın Zatına isnad edilməsinin şərti olan təsəvvür, digər sifətlər etibarı ilə də bir təsəvvür olarsa, bu halda, bu xüsusda söylənəcək söz, ilk xüsusda söylənən sözün eynisidir. Bu səbəblə də, təsəlsül gərəkdir ki, bu da, imkansızdır.
2. Bizə görə, əşyanın ən bariz olanı, özünə "ənə" (mən) sözümüzlə işarət etdiyimiz, zatımız və həqiqətimizdir.
Sonra insanlar "ənə" (mən) sözü ilə, özünə işarət edilən mahiyyət xüsusunda ixtilaf etmişlərdir:
~ Bir qismi, bunun bizim bünyəmiz olduğunu;
~ Bəziləri, onun təbiətimiz olduğunu;
~ Bəziləri, bu bünyəyə daxil olan bəzi ünsürlər olduğunu;
~ Bir qismi də, onun, bu bədənin nə daxilində, nə də xaricində olan bir şey olduğunu söyləmişlərdir.
Varlıqların ən bariz olanında hal belə olunca, biz və bizim özəlliklərimizlə heç bir münasibəti olmayan ən uzaq şeylər haqqındakı qənaətin nə olar?!
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Elm ifadə edən istidlal, qüdrətimiz daxilində deyildir!
✓ İkinci iddia:
Bu elm ifadə edən istidlal, bizim qüdrətimiz daxilində deyildir, görüşüdür. Şübhəsiz onlar, bu xüsusa, bir çox cəhətdən dəlil gətirmişlərdir:
a. Təsəvvürləri əldə etmək, bizim gücümüz xaricindədir. Bu səbəblə, açıq təsdiq də, bizim gücümüz daxilində deyildir. Bundan dolayı, təsdiqlərin bütünü, bizim qüdrətimiz daxilində deyildir.
Biz: "təsəvvürlər, bizim qüdrətimiz daxilində deyildir." dedik. Çünki onu əldə etmək istəyən, əgər o təsəvvürləri bilirsə, onu tələb etməsi imkansız olur. Çünki hasil olan şeyi təhsil etmək, imkansızdır.
Əgər:
"Onu bilmirsə, onu tələb etməsi imkansız olur, çünki bir şeydən xəbərsiz olan, onu tələb edə bilməz."
Əgər:
"Onun bir yöndən məlum, digər yöndən də məchul olması, niyə caiz olmasın ki?" deyilərsə, deyərik ki, məlum olduğu söylənən yön, məlum olmadığı söylənən yöndən başqadır; əks halda, eyni şeyə həm nəfyin, həm də isbatın verilmiş olması gərəkdir ki, bu, imkansızdır.
Bu halda, deyirik ki, hasili təhsil etmək muhal olduğu üçün, məlum olan şeyi istəmək imkansız olur. Məlum olmayan şeyin istənilməsi də, muhaldır. Çünki özündən xəbərsiz olunan şey, istənilməz.
Biz, təsəvvürlərin kəsbi (çalışılaraq əldə edilən) olmadığı zaman, açıq təsdiqin də kəsbi olmasının imkansız olduğunu söyləmişdik. Bu, belədir. Çünki açıq hökmlərdən zehində "məvdu" (haqqında hökm verilən) və "məhmul" (özü ilə hökm verilən)'in 2 tərəfi mövcud olduğunda, ya bunların zehndə sırf hazır mövcud olmalarından zehnin, mənfi və ya müsbət olaraq bunlardan birini digərinə qəti olaraq isnad etməsi lazımdır və ya lazım deyildir.
Əgər lazım deyilsə, hökm açıq olmaz; tam əksinə şübhəli olar.
Əgər lazımdırsa, təsdiqin bu 2 təsəvvür mövcud olduğunda meydana gəlməsi vacib olur; mövcud olmadığı vaxt isə, meydana gəlməsi imkansız olur.
Nəfy və isbat cəhətindən, qüdrətimiz daxilində olmamaqla bərabər, nəfy və isbat cəhətindən dövr etməsi vacib olan şeyin də, belə olması gərəkdir. Bu səbəblə, açıq təsdiqlərin də, kəsbi olmadığı sabit olmuşdur.
Biz, təsdiqlər kəsbi olmadığı vaxt, təsdiqlərə dair heç bir şeyin kəsbi olmadığını söylədik. Çünki açıq olmayan təsdiqin, mütləq nəzəri olması lazımdır. Bu səbəblə, açıq təsdiqlər, zehndə hazır olduğu vaxt, ya gərəkliliyi vacib olur və ya olmaz. Bu təsdiqlərin gərəkliliyi vacib olmazsa, müqəddimələrin doğru olmasından, nəticənin doğru olması gərəkməz. Beləcə də, bu, yəqini bir istidlal deyil, tam əksinə, zənni və ya təqlidi bir etiqad olur. Təsdiqin gərəkliliyi vacib olarsa, bu halda, bu nəzəri görüşlərin, nəfy və isbat cəhətindən, zəruri qəziyyələrlə (hökmlərlə) bərabər dövrü vacib olur. Bu səbəblə, bu nəzəri görüşlərdən hər hansı bir şeyin, əsla qulun qüdrəti daxilində olmaması lazımdır.
b. İnsan əgər əldə edəcəyi şeyi başqasından ayırması mümkündürsə, ancaq bir şeyi meydana gətirə bilər. Elm, cəhalətdən ancaq, bilinməyənə deyil, bilinənə uyğun olması ilə ayrılır. İnsan, bunu ancaq məlumu necə bilirsə, elə olduğunu bildiyində, başa düşür.
Bax bu halda, insan üçün, bu şeyin elmini meydana gətirmək, sadəcə o şeyi bildiyi vaxt mümkün olur. Nə var ki, bu, hasil olanı təhsil etmək imkansız olduğundan dolayı, imkansızdır. Bu səbəblə, qulun elmi meydana gətirməyə və onu tələb etməyə gücünün çatmaması gərəkdir.
c. Təfəkkürü gərəkdirən şey:
• ya əqli zərurət;
• ya istidlal; və ya
• nəqldir.
~ Birincisi batildir. Çünki zəruri olanda, ağıl şərt qoşulmamamışdır. Halbuki, təfəkkür və istidlalın vücubu (vacibliyi), belə deyildir. Əksinə, ağıl sahibi bir çox kimsə, təfəkkür və istidlalı xoş qarşılamayaraq, bunun əksəriyyətlə, sahibini elmsizliyə götürdüyünü söyləmişlərdir. Bu səbəblə, onlardan çəkinmək vacibdir, deyirlər.
~ İkincisi də, batildir. Çünki istidlalın vacib olduğunu bilmək, nəzəri olduğu vaxt, bu halda, istidlaldan əvvəl, istidlalın fərz olduğunu bilmək, mümkün olmaz. Bu səbəblə, bunu təklif etmək, "təkli-i mala yutaq" (insanın gücü çatmadığı şeylə mükəlləf qılınması) olur. İnsanın təfəkkürdən sonra istidlal etməsi isə, mümkün deyildir. Çünki bundan bir fayda yoxdur.
~ Üçüncüsü də, yalnışdır. Çünki istidlaldan əvvəl, istidlalın vacib olduğunu bilmək imkanı yoxdur. İstidlaldan sonra da fayda olmadığı üçün də, vacib qılınması mümkün deyildir.
Bu 3 qisim də, qeyr-i məqbul olunca, o vaxt vacib olmadığı başa düşülmüş olur.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
İstidlalın əmr edilməsi, əqlə uyğun deyildir.
✓ Üçüncü iddia:
İstidlalın elm ifadə etməsi və qulun qüdrəti daxilində olması halında belə, Allah Taalanın bunu mükəlləfə əmr etməsi, xoş deyildir. Bunun izahı, bir neçə yöndəndir:
a. Əksəriyyətlə istidlal, onu edəni cəhalətə götürür. Bundan dolayı, istidlala təşəbbüs edən kimsə, əksəriyyətlə özünü cəhalətə götürən bir işə təşəbbüs etmək, deməkdir. Halı belə olan bir şey, çirkindir. Elə isə, təfəkkür etmək də, çirkindir. Allah Taala isə, çirkin olanı əmr etməz.
b. İçimizdən hər hansı bir kimsənin əskikliyinə, ağlının zəifliyinə və özünə ariz olan bir-birilə zidd düşən bir çox şübhələrə baxmayaraq, haqq ilə batilin arasını ayırmaq xüsusunda, ağlına güvənməsi, caiz deyildir.
Biz, məzhəb sahiblərindən hər birinin, haqqın özündən yana olduğunu; batilin isə, müxalifi tərəfində olduğunu iddia etdiklərini, sonra da təəssübü (mücadiləni) tərk edib insafa gəldiklərində, söylədikləri sözlərin bir-birilə zidd düşdüyünü başa düşdüklərini gördük. Bu hal isə, ağlın bu həqiqətləri idrakdan aciz olduğuna dəlalət edər.
c. Əgər dinin dayanağı, dəlillərin həqiqətləri xüsusunda istidlal etməyə dayansaydı, insanın bir saat belə iman üzərə qalmaması lazım gələrdi. Çünki istidlal edən kimsənin ağlına, dinin dəlilinin müqəddimələrdən hər hansı biri haqqında bir sual gəldiyində, bu kimsə, sualı səbəbilə, müqəddimə haqqında şübhəyə düşmüş olur. Dinin müqəddimələrindən bir qismində, şübhə edildiyində də, nəticə zənni olur. Çünki zənnin əldə etdiyi elm (bilgi), yəqin ifadə etmir. Bu səbəblə də, ağlına gələ biləcək hər cür sual və mövzudan dolayı, insanın, hər saat dinindən çıxması lazımdır.
d. İnsanların dilində, bu xüsus yaxşıca şöhrət qazanmışdır:
"Kim, kimya yolu ilə bir mal əldə etmək istərsə, iflas edər. Kim də kəlam elmi vasitəsilə dinini öyrənmək istərsə, zindiq olar."
Bu, istidlal xüsusunda, qapı açmağın caiz olmadığına dəlalət edər.
Müsəlmanlıq, istidlala bağlı deyildir.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
✓ Dördüncü iddia:
Biz, istidlalın, şəxsən çirkin olmadığını qəbul etsək belə, Allah və rəsulunun, onu əmr etmədiyinə dair dəlil gətirə bilərik. Bunu göstərən xüsus, budur:
Bu nəticələrin dəlillərini bilmək, ya öyrənmək və istifadə etməkdən müstağni (zəngin, tox) olan zəruri bir elm olur, ya da belə olmayıb əksinə, əldə edilmələri üçün, düşüncəyə, təfəkkürə və istifadəyə ehtiyac duyulur.
Birincisi, yalnışdır. Əks halda, bunu əldə etmək, bütün insanlara lazım gələrdi, ki, bu isə, işi yoxuşa sürməkdir.
Sonra biz, bu elm xüsusunda, insanların ən ağıllısını təcrübə edir və görürük ki, bir çox ustad və əsərlərdən istifadə etməsinə baxmayaraq, uzun illər boyunca belə, bu elmi əldə etməsi, mümkün olmur.
İkinci ehtimal olarsa, insanın bu elmi əldə etməsi, ancaq çox çalışmaq və bir çox araşdırmalardan sonra vacib olar. Əgər din, istidlal üzərinə bina edilmiş olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir adamın müsəlmanlığının doğruluğuna, ancaq ona bu məsələləri soruşduqdan və dərinləməsinə bu dəlilləri bilib-bilmədiyini imtahan etməsindən sonra hökm etməsi lazım gələrdi.
Əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), bunu etsəydi, hər kəscə bilinərdi. Əksinə, Ondan təvatürlə nəql edilən məşhur şey, budur:
O (sallallahu aleyhi və səlləm), bu istidlal şəkillərindən hər hansı birinin xatirinə gəlmədiyini qətiliklə bildiyi kimsənin də, müsəlman olduğuna hökm etmişdi.
Beləcə başa düşmüş oluruq ki, dinin məqbul olması üçün, istidlal, nəzər-i etibara alınmaz.
Əgər:
"Dəlillərin əsllərini bilmək, bir çox ağıl sahibi üçün mümkündür. Tədqiq edilməsi gərəkli olan xüsus, suallara cavab verib şübhələri dəf etməkdir. Bu isə, dinin əslinin sihhəti xüsusunda, mötəbər deyildir." deyilərsə, biz, belə deyərik:
"Bu iddia, zəifdir."
Çünki dəlil, əslə, nə bir artıqlıq, nə də bir nöqsanlıq qəbul etməz. Bu, belədir. Çünki dəlil, 10 müqəddimə üzərinə bina edilmişdirsə, sən özün bir düşün. Əgər bir insan, bu müqəddimələrin sihhətinə qətiliklə hökm etmişdirsə, o, üzərinə əlavə edilməsi mümkün olmayan bir elm (bilgi) ilə bu dəlili bilmişdir. Çünki bu 10 müqəddiməyə ediləcək olan əlavə, bu dəlilin ortaya qoyulmasında nəzət-i etibara alınarsa, bizim:
"Bu dəlil, 10 müqəddimədən meydana gəlir." sözümüz, yalnış olacaq.
Əgər o əlavə, nəzər-i diqqətə alınmazsa, bu dəlili bilmək, ona edilən bir əlavə ilə əldə edilən bir elm (bilgi) olmaz. Əksinə, əlavədən ayrı bir elm olmuş olur.
Bu səbəblə, dəlilin bir əlavə və nöqsanlıq qəbul etmədiyi, ortaya çıxmış olur. Çünki əgər bu 10 müqəddimədən 9-u yəqini olub, 10-cusu da zənni olsaydı, nəticənin yəqini, yəni qəti olması, imkansız olardı. Çünki zənniyə dayananın, zənni olması, əvladır.
Beləcə, dəlilin bir nöqsanlıq və əlavə qəbul etmədiyi, ortaya çıxmış olur və "nöqsanlıq və artıqlıq qəbul edər" deyənlərin görüşünün yalnışlığı ilə də, bu sualın yalnış olduğu ortaya çıxar.
Bunun bir misalı da budur:
Bir adam, hava açıq və parlaq ikən, birdən yağış, göy gürültüsü və şimşəyin meydana gəldiyini görsə, "subhanallah" deyər. İndi biri çıxıb:
"Bu kimsənin subhanallah deməsi, onun, Allahı bildiyinə dəlalət edər." deyərsə, bu dəyərləndirməsi, batildir. Çünki o kimsə ilə ortaya çıxan bu şeyin:
• bir dəlilə istinadən mütləq bir Faili olduğunu bildiyində; sonra,
• yenə dəlil ilə bu müəssirin (təsir sahibinin) Allahdan başqasının olmasının imkansızlığını bildiyində,
ancaq Allahı dəlil ilə bilmiş olar.
Bu ikinci müqəddimə, ancaq, o şəxs, dəlil ilə, bu meydana gəlişin, bürclərə, ulduzlara, təbiətə və zəruri bir səbəbə isnad edilməsinin imkansız olduğunu bildiyində doğru olur. Çünki o, əgər dəlil ilə bunun yalnışlığını bilməzsə, dəlilsiz olaraq ikinci müqəddiməyə inanmış olardı. Beləcə də, bu müqəddimə, təqlidə dayanmış olardı. Ona dayandırılmış olan da, yəqini deyil, təqlidi olmuş olardı.
Beləcə ey müxaliflərimiz, sizin dediklərinizin yalnış olduğu, ortaya çıxmış olur.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kəlam elmi ilə məşğul olmaq, bidətdir.
✓ Beşinci iddia:
Bizim: "Kəlam elmi ilə məşğul olmaq, bidətdir." deməyimizdir.
Bunun dəlili, Quran, hədis, icma, sələf-i salihin'in görüşü və hökmüdür.
• Qurandan olan dəlilə gəlincə, bu, Allah Taala'nın:
...مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلًۢا ۚ بَلْ هُمْ قَوْمٌ خَصِمُونَ
~ "...Bunu Sənə, ancaq bir mücadilə məqsədilə gətirdilər. Daha doğrusu, onlar, çox cədəlçi bir qövmdürlər." (Zuxruf/58) ayətidir.
Allah Taala, burda, cədəli pisləmişdir.
Yenə Haqq Taala belə buyurmuşdur:
وَإِذَا رَأَيْتَ ٱلَّذِينَ يَخُوضُونَ فِىٓ ءَايَـٰتِنَا فَأَعْرِضْ عَنْهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦ...
~ "Bizim ayətlərimiz xüsusunda boş sözlərə dalanları gördüyün vaxt, onlar başqa bir mövzuya keçincəyə qədər, onlardan üz çevir..." (Ənam/68)
Allah Taala, bu ayətdə, Allahın ayətləri haqqında boş sözlərə daldıqları vaxt, müşriklərdən üz çevirməyi əmr etmişdir.
• Hədisdən olan dəlillərə gəlincə, bunlar aşağıdakılardır:
~ "Məxluqlar haqqında təfəkkür edin. Lakin Yaradanın Zatı haqqında təfəkkür etməyin." (Beyhaqi, "Şuabu'l-İman", 1/358; Kənzu'l-Ummal, hadis no: 5705-5708)
~ "İxtiyar qadınların (saf və sağlam) dinlərinə sarılın." (Suyuti, "əd-Durəru'l-Muntəsira", s. 115; imam Muhamməd, "Şərh-u Siyəri'l-Kəbir", 1/37; Əli əl-Qari, "əl-Əsraru'l-Mərfua", s. 48; Acluni, "Kəşfu'l-Xafa", 2/70)
~ "Qədərdən bəhs edildiyi vaxt, dilinizi tutun." (Camiu's-Sağir, l, 26)
• İcmadan dəlilə gəlincə, bu da aşağıdakılardır:
Kəlam, səhabənin bəhs etmədiyi bir elmdir. Bu səbəblə, onun bidət və haram olması lazımdır. Səhabənin bu xüsusda danışmamış olmaları, aşkardır. Çünki onların heç birindən, bu kimi mövzularda istidlala girişmiş olduqları, nəql edilməmişdir. Əksinə onlar, bu mövzularda danışmağa dalan kimsələri qəribsəyən insanların ən qatıları idilər.
Bu, sabit olunca, kəlam elminin bidət olduğu da ortaya çıxmış olur. Hər bidət isə, ittifaqla haramdır.
• Sələf-i Salihin'in sözündən olan dəlilə gəlincə:
~ Malik b. Ənəs belə demişdir:
"Bidətlərdən çəkinin."
Ona:
"Ey əbu Abdillah! Bidətlər nələrdir?" deyə soruşulduğunda, O, belə cavab verir:
"Bidət əhli olan kimsələr, Allahın isimləri, sifətləri və kəlamı xüsusunda danışan, səhabə və tabiin'in susduğu mövzularda susmayan kimsələrdir."
~ Süfyan b. Uyeynə'yə kəlam elmi haqqında soruşulduğunda, O:
"Sünnətə tabe ol, bidəti tərk et." demişdir.
~ Allah ondan razı olsun, imam Şafi isə:
"Qulun şirk xaric hər cür günaha bulaşması, kəlam elmindən hər hansı bir şeylə Allahın hüzuruna çıxmasından daha xeyirlidir." demiş və sözünə belə davam etmişdir:
"Bir adam, öz elm kitablarını bir başqasına vəsiyyət etsə və bunlar içində də kəlam kitabları olsa, bu kəlama aid kitablar, vəsiyyətə daxil deyildir."
Hökmdən olan dəlilə gəlincə, bu da belədir:
Əgər bir adam, alimlərə vəsiyət etsə, kəlamçılar, bu "alimlər" ləfzinə daxil deyildirlər.
Ən doğrusunu Allah bilir. Bax təfəkkür və istidlalı tənqid edənlərin bütün iddiaları, bunlardan ibarətdir.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Müfəssir Razi'nin iddialara qarşı cavabları:
Bütün bu xüsuslara cavabımız belədir:
İstidlalın elm ifadə etməyəcəyi xüsusunda, onların söykəndikləri şübhə, fasiddir. Çünki onların ifadə etdikləri şübhələr, zəruri deyil; nəzəridir. Çünki onlar, istidlal növlərinin bir qismindən ötrü, bütün növləri ibtal etmişlərdir ki, bu, bir ziddiyyətdir.
~ "İstidlal etmək, bizim qüdrətimiz daxilində deyildir." şəklindəki görüşləri xüsusunda iləri sürdükləri şübhələr də, fasiddir. Çünki onlar, bu şübhələri çıxarıb ortaya qoymaq xüsusunda ixtiyar sahibləridirlər. Bu isə, onların:
"İstidlal etmək, bizim qüdrət və iradəmiz xaricindədir." görüşlərini, qeyr-i məqbul qılar.
~ Onların:
"İstidlala söykənmək, çirkindir." şəklindəki görüşlərinə dair söylədikləri şübhələr də, bir təzaddır. Çünki buna görə, gətirdikləri bu şübhələri iləri sürmələrinin də çirkin olması, özlərini ilzam edər (susdurar, bağlayar).
~ "Allah rəsulu (sallallahu aleyhi və səlləm), istidlalı əmr etməmişdir." şəklindəki iddiaları da, batildir. Çünki biz, Peyğəmbərlərin hamısının, təfəkkür və istidlalı əmr etdiklərini anlamışdıq.
~ Allah Taala'nın:
"Bunu Sənə, ancaq bir mücadilə məqsədilə gətirdilər." (Zuxruf/58) ayətinə gəlincə, bununla:
"Onlarla, ən gözəl şəkildə mücadilə et." (Nəhl/125) ayətinin arasını birləşdirmək üçün, əvvəlki ayət, batil xüsusunda mücadilə etməyə həml edilmişdir.
~ "Bizim ayətlərimiz xüsusunda boş sözlərə dalmış olanları gördüyün vaxt, onlardan üz çevir." (Ənam/68)
ayətinə gəlincə, bu xüsusdakı cavab:
"Ayətdəki dalmaqdan məqsəd, istidlal deyildir, tam əksinə, boş sözlərə dalmaqdır."
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"Məxluqat haqqında təfəkkür edin..." hədisinə gəlincə, bu, məxluqlardan hərəkətlə (yola çıxaraq), Yaradıcını tanımağa yol tapılsın deyə əmr edilmişdir. Bu da, istənilən bir şeydir.
~ "İxtiyar qadınların (saf və sağlam) dininə sarılın." hədisindən məqsəd, ancaq, yuxarıda da söylədiyimiz kimi:
Bütün işləri, Allah Taalaya buraxmaq və hər şeydə Ona güvənməkdir.
~ Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in:
"Qədərdən bəhs edildiyi vaxt, dilinizi tutun." hədisi ilə, bu görüşə istidlal etmək, zəifdir. Çünki qismi olan qadağa, ümumi qadağa ifadə etməz.
~ İcmadan gətirdikləri dəlil haqqında, belə deyirik:
• Əgər:
"Səhabə, kəlamçıların istifadə etdikləri təbirləri istifadə etməmişlərdir." sözünü qəsd edirsinizsə, bunu qəbul edirik. Nə var ki, bundan, kəlam elmini tənqid mənası çıxmaz. Necə ki, səhabələr, fəqihlərin təbirlərini də istifadə etməmişlərdir. Bundan, fiqh xüsusunda bir tə'n mənası çıxmaz.
• Əgər siz, onların istidlalı Allah və rəsulundan öyrənmədiklərini qəsd edirsinizsə, nə pis bir söz söyləyirsiniz!
~ Sələf alimlərinin kəlama qarşı sərt davranışlarına gəlincə, bu, bidət əhlinə qarşıdır.
~ Vəsiyyət məsələsinə gəlincə, bu da:
Allahın Zatını, sifətlərini, fellərini, nəbi və peyğəmbərlərini bilən birinə vəsiyyət etdiyində:
"Bu vəsiyyətə fəqih daxil olmaz." şəklindəki hökmlə, təzad təşkil edir. Bir də ki, vəsiyyətlər, örfə dayanır.
Bax bu söylədiklərimiz, məsələni tamamlayır. Ən doğrusunu Allah bilir.
(Fəxrəddin ər-Razi, "Məfatihu"L-Ğayb" təfsiri, Bəqərə/21 təfsiri)