Kəlam elmi öyrənmək caizdir mi? Kəlam elminin dəlilləri nələrdir?

Sual:

Cədəl və kəlam sənətlərini öyrənmək, münəccimlik öyrənmək kimi pislənmişmidir? Yoxsa mübah və məndubmudur?

Cavab:

Bəzi kimsələr bu sualı cavablandırarkən, ifrata varmışlardır.

1. Kimiləri bidət və ya haram olduğunu iləri sürmüş və:

"Allaha ortaq qoşmaq xaricində, insanın Allahın hüzuruna hər növ günahla çıxması, kəlamcı olaraq çıxmasından yaxşıdır." demişlərdir.

2. Kimiləri də, cədəl elminin öyrənilməsinin vacib və ya kifayə və ayn yolu ilə fərz olduğunu iləri sürmüş, əməllərin ən üstünü, Allaha yaxınlaşdıran məşğuliyyətlərin ən ucası olduğunu bildirmiş ve kəlamın, tövhid elmini reallaşdırdığını, dinə qarşı edilən hücumları əngəllədiyini gərəkcə göstərmişlərdir.

Şafi, Malik, Əhməd b. Hənbəl, Süfyan əs-Sevri və köhnə hədis alimlərinin bütünü, kəlam elmilə məşğul olmağın haram olduğu görüşündədirlər.

İbn Abdu'l-Ala belə deyir:

"Mötəzilə firqəsinin kəlamını təmsil edənlərdən Hafs əl-Fərd ilə münazirə ettiyi gün, Şafi'nin belə dediyini eşitdim:

'Qulun Allah Taala'ya şərik qoşmaq xaricində bütün günahlarla Əziz və Cəlil Allahın hüzuruna varması, kəlam elmindən hər hansı bir bəhslə varmasından daha yaxşıdır. Hafs'dan elə bir söz eşitdim ki, dilim danışmağa yaxın durmur."

Bu mövzuda, imam Şafi'nin bir digər sözü:

"Heç kimsənin söyləyəcəyini sanmadığım sözləri, kəlamcılardan eşitdim. İnsanın şirk xaricində Allahın qadağan etdiyi hər pisliyə düşməsi, kəlam mövzusunda fikir yürütməsindən yaxşıdır."

Kərabisi belə deyir:

Biri, Şafi'nin yanına gəlib kəlamla bağlı bir sual verincə, imam əsəbləşdi və:

"Bunu, Hafs əl-Fərd'dən soruş. Allah onların bəlasını versin." dedi.

Zafərani, Şafi'nin belə dediyini rəvayət edir:

"Kəlamçılar haqqındakı hökmüm budur:

Onlar, xurma ağacı budaqları ilə döyülüb qəbilə və tayfalar arasında gəzdirilməli və Allahın kitabı ilə hədisləri tərk edib kəlamla məşğul olanların cəzası budur deyə təşhir edilməlidir (hər kəsə göstərilməlidir)."

Əhməd b. Hənbəl belə deyir:

"Kəlam sənəti ilə məşğul olan, qətiliklə iflah olmaz (qurtulmaz). Kəlam mövzusu ilə maraqlanıb qəlbində sapma olmayan bir kimsəyə heç rastlamadıq."

Cavablandırmaq məqsədilə sapıq düşüncələrə kitablarda yer verilməsi:

Əhməd b. Hənbəl kəlamcıları pisləməkdə o qədər iləri getmişdir ki, zahidliyinə və şübhəli şeylərdən çəkinməsinə rəğmən, bidətçilərə qarşı kitab yazan Haris əl-Muhasibi'ni belə qınayıb ondan uzaqlaşmış və:

"Veyl olsun sənə! Əvvəl onların bidətlərini rəvayət edir, ardından da cavab verirsən. Gördüyün bu işlə, xalqı bidət olan fikirləri gözdən keçirtməyə və bu şübhələr üzərində düşünməyə sövq etmirsən mi? Bu hal onları, fikir yürütməyə sürükləməzmi?"

Əhməd b. Hənbəl belə deyir:

"Kəlam alimləri zındıqdırlar."

İmam Malik belə demişdir:

"Bidət, həva və həvəs sahiblərinin şahidlikləri, caiz deyildir."

Əshabından biri, Malik'in bu sözünü belə açıqlamışdır:

"Malik, həva və həvəs sahiblərilə, hansı məzhəbdən olursa olsunlar, kəlam əhlini qəsd etmişdir."

Əbu Yusuf belə deyir:

"Kəlam sənətilə elm əldə etməyə çalışan, zındıqlaşmışdır."

Köhnə hədis alimlərinin hamısı, bu xüsusda ittifaq etmişlərdir. Bu mövzuda onlardan rəvayət edilən təhdid dolu ifadələrin həddi-hesabı yoxdur.

Onlar:

"Həqiqətləri çox daha yaxşı bilmələrinə və sözləri ən gözəl və fasih şəkildə yerli-yerində istifadə etmələrinə baxmayaraq, səhabələrin bu xüsusda danışmayıb susmaqlarının səbəbi, danışdıqları təqdirdə pisliklərin meydana gələcəyini bildikləri üçündür. Bunun üçün Nəbi (sallallahu aleyhi və səlləm):

'Mübahisədə dərinləşənlər, həlak oldular.' buyurmuşdur."

Yenə kəlam elminə qarşı çıxanlar, bu dəlilləri iləri sürmüşlərdir:

Kəlam mücadiləsi dindən olsaydı, bu da, Allah rəsulunun əhəmiyyətlə üzərində durduğu, yollarını öyrədib mənsublarını təriflədiyi, mövzuların ən əhəmiyyətlilərindən biri olardı. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabələrə təharətlənməyi öyrətmiş. Onlara fəraiz elmini öyrənməyə təşviq etmiş, bu elmi bilənləri tərifləmişdir.

Buna qarşılıq, səhabələri qədər mövzusunda söz etməkdən əngəlləmiş və:

"Qədərdən söz etməyin."

buyurmuşdur. Səhabələr, bunun xaricinə çıxmamışlardır. Müəllimin bildirdiklərindən artığını bildirmək, zülümdür. Səhabələr, ustad və öndər; bizlər isə, onlara tabe olan kimsələr və tələbələrik.

Kəlam elminin vacib və ya fərz olduğunu iləri sürən digər bir qrup isə, dəlil gətirib belə demişlərdir:

Kəlam sənətinin çəkinilən tərəfi, əgər "cövhər" və "araz" sözləridirsə, bu qərib terminlər, səhabələrin aşina olmadıqları məfhumlardır. Bunun cavabı bəsitdir. Çünki anlaşılması üçün, hər elmə dair məfhumlar meydana gətirilmişdir. Məsələn, hədis, təfsir və fiqh kimi elm şöbələrinə xas bir çox terminlər vardır.

Əgər səhabələrə:

• münazirə elminin terminlərindən olan: naqz;

• riyaziyyat elminin terminlərindən olan: kəsr;

• sarf elminin terminlərindən olan: ta'diyə;

• qiyas elmi üzərinə varid olan suallar

yönəldilsəydi, bunlardan bir şey başa düşməzdilər.

Əsl məqsədi bildirmək məqsədilə, yeni ibarələr tapmaq:

mübah işlərdə istifadə edilmək üzərə, yeni bir tərzdə qab-qacaq düzəltməyə bənzəyir.

Əgər beis, kəlam sənətinin terminlərində deyil, qəsd edilən mənasındadırsa, bilinməlidir ki, bizim kəlamdan məqsədimiz, şəriətdə ön görüldüyü kimi:

• Aləmin sonradan yaradıldığına;

• Yaradanın birliyinə və sifətlərinə dəlalət edən dəlilləri bilməkdir.

O halda, Allah Taala'nın dəlillə tanınması, necə haram ola bilər?

Əgər beis, qəbiləçilik, təəssüb, düşmənlik üçün kəlamın səbəbiyyət verdiyi pis davranışlardan qaynaqlanırsa, bu, haramdır, bundan uzaq durulması lazımdır.

Necə ki, hədis, təfsir və fiqh elminin doğurduğu kibir, özünü bəyənmişlik, göstəriş və (insanlar arasında) baş olmaq sevdası kimi hallar da, haramdır, bunlardan da çəkinilməsi lazım gəlir.

İndi, təfsir, hədis və fiqh kimi elmlər, bir-bir, özünü bəyənmişlik və baş olma sevdası kimi pis sifətlərə səbəbiyyət verirlər gərəkcəsilə bu elmlərdən (insanlar) uzaq tutulmazkən, Allahın birliyinə dəlil gətirmək və bu xüsusda mücadilə edib incələmələr aparmaq, necə haram ola bilər?

• De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. (Nəml/64)

• "...həlak olan açıq-aydın bir dəlillə həlak olsun, sağ qalan da açıq-aydın bir dəlillə sağ qalsın..." (Ənfal/42)

• "De: “Tutarlı dəlillər Allaha məxsusdur..." (Ənam/149)

• "Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin əhvalatını bilmirsənmi? İbrahim:

“Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə padşah:

“Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi.

İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı..." (Bəqərə/258)

Nöqsan sifətlərdən münəzzəh olan Allah, İbrahim (əleyhissəlam)'ın dəlil gətirib mücadilə etməsini və düşmənini susdurmasını, tərif məqamında xəbər vermişdir.

• "Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir." (Ənam/83)

• "Onlar dedilər: “Ey Nuh! Sən bizimlə mücadilə etdin və bizimlə olan mücadiləni də çox uzatdın." (Hud/32)

Allah Taala Şuəra surəsində Firon hekayəsilə bağlı 23 və 30-cu ayətlərdə belə buyurur:

• "Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

"Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

Sözün özü:

Quran, başından sonuna qədər kafirlərlə mücadilə və onlara qarşı gətirilən dəlillərlə doludur. Kəlam alimlərinin tövhid mövzusunda iləri sürdükləri dəlillərin ümdəsi, əsası Ənbiyə surəsinin 22-ci ayətidir:

"Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı."

Peyğəmbərlik mövzusunda dayandıqları dəlil də bu ayətdir:

"Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!" (Bəqərə/23)

Ölümdən sonra dirilmə xüsusundakı dəlilləri də, Yasin surəsinin 79-cu ayətidir:

"De ki: Onları ilk dəfə yaradan dirildəcəkdir."

Və daha neçə ayət və dəlillər...

Peyğəmbərlər (əleyhimussəlam), mütəmadi olaraq inkarçılara qarşı dəlilllər gətirir, onlarla mücadilə edirdilər.

"...onlarla ən gözəl tərzdə mücadilə et..." (Nəhl/125)

Səhabələr də zaman-zaman, inkarçılara qarşı dəlillr gətirər, onlarla mücadilə edərlərdi. Ancaq bunu ehtiyac anında edərlərdi. Bu kimi ehtiyaclar isə, onların zamanlarında çox az idi.

Bidətçiləri mücadilə yolu ilə Haqqa çağırma cığırını açan ilk səhabə, Əli b. əbi Talib (radiyallahu anh)'dır.

Belə ki, O, əmisi oğlu ibn Abbas (radiyallahu anh)'ı görüşmək üzərə xaricilərə göndərmişdi. Xaricilərin yanına gedən ibn Abbas:

-"İmamınız Əli'ni niyə qüsurlu görürsünüz?" diyə soruşdu. Xaricilər:

-"O, döyüşdü. Amma nə əsir aldı, nə də qənimət." diyə cavab verdilər. İbn Abbas:

"-Bu (qənimət), kafirlərlə olan döyüşlərdə bəhs mövzusudur. Aişə (radiyallahu anha) əsir edilib birinizin payına düşsəydi, Quranın açıq ifadələrinə görə, ananız sayılan Aişə'ni, cariyələriniz kimi halal sayardınızmı?" diyə soruşdu. Xaricilər:

"-Xeyr!" dedilər.

Bax, iləri sürülən bu məntiq qarşısında xaricilərdən 2000 nəfər, öz görüşlərindən dönüb təkrar Əli (radiyallahu anh)'a bağlandılar.

Yenə Əli (radiyallahu anh), qədərçilərdən biri ilə mübahisə etmişdir.

Abdullah ibni Məs'ud (radiyallahu anh), iman mövzusunda Yezid b. Umeyrə ilə mübahisə etmişdir. Belə ki: ibn Məs'ud:

"Əgər mən möminəm." deyə bilsəm, 'Mən, cənnətlikəm.' də deyə bilərəm." deyincə, ibn Umeyrə belə dedi:

"Ey Allah rəsulunun dostu! Bu, sənin xətan deyilmidir? İman, Allaha, mələklərə, kitablara, Peyğəmbərlərə, ölüm sonrası dirilməyə, tərəziyə inanmaq, namazı qılmaq, oruc tutmaq, zəkat vermək deyilmidir?

Bizim elə günahlarımız vardır ki, onların bağışlanacağını bilsək, cənnətlik olduğumuzu da bilərdik. Bundan ötürü:

'Biz, möminlərik.' deyə bilərik, amma: 'Cənnət xalqındanıq.' deyə bilmərik." şəklindəki etirazı üzərinə, ibn Məs'ud:

"Allaha and olsun, doğru söylədin. O söz mənim xətamdır." dedi.

-----------------

Sual:

Səhabələrin bu kimi mövzulara dalmaqları çox azdır, mücadilə etdiklərində də, qısa kəsər, sözü uzatmazlardı. Münazirə mövzusunda nə əsər qələmə almış, nə dərs vermiş, nə də mücadiləni özləri üçün peşə etmişdilər. (Bu cəhətdən, verdiyin məhdud nümunələr, mücadilənin mübahlığını göstərə bilər mi?)

Cavab:

Onların mücadilə ilə çox az məşğul olmaları, ehtiyacın azlığından dolayıdır. O dövrdə hələ bidətlər ortaya çıxmadığı üçün, mücadilə ehtiyacını hiss etməmişlərdi. Mücadilələrini qısa kəsmələrinin səbəbi də budur:

Mücadilənin məqsədi:

• qarşı tərəfin susdurulması;

• müxalfin (haqqı) etiraf etməsi;

• haqqın ortaya çıxarılması; və

• şübhələrin ortadan qaldırılmasıdır.

Mücadilədə, müxalifin mücadiləsi uzandığı təqdirdə, cavablandırılması da uzanır. Bu cəhətdən, mücadiləçilər, mücadiləyə başladıqdan sonra, ehtiyacı nə tərəziylə, nə də başqa bir ölçü ilə müəyyənləşdirə bilirlər.

Səhabələrin mücadilə mövzusunda dərs verməmələri və əsər qələmə almamaqlarına gəlincə, bu, yalnız kəlam sənətinə münhasır deyildir (yəni sadəcə kəlam sənətilə məhdudlaşmamışdır). Onlar, fiqh, təfsir və hədisdə də eyni yolu izləmişlərdir.

O halda, fiqhlə bağlı əsər yazmaq və nadir də olsa, meydana gələ biləcək hadisələrin surətlərini -bir hazırlıq olmaq və ya insanların zehnlərini açmaq üzərə- farazi məsələlər olaraq ortaya qoymaq caizdirsə, biz də, bir şübhənin ortaya çıxması və ya bidətçinin (fikri) təxribatı və ya zehnləri oyaq tutmaq, gərəkdiyində istifadə etməsi kimi düşünülmüş dərmanları diqqətə alaraq, mücadilə metodlarını tərtib edirik. Bu da, döyüşdən əvvəl döyüş günü üçün əvvəldən silah hazırlığı görən kimsələrin hallarını xatırladır.

Bax, kəlam sənətinin haram olduğunu iləri sürənlərlə fərz olduğunu müdafiə edənlərin görüşləri, icmal olaraq budur.

(Hüccətü'l-İslam imam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 2. Kitab/2. Bölmə: "İnancın dərinləşməsində və irşadda metod", s. 210-215)

Read 2 times
In order to make a comment, please login or register