Kəlam sifəti

"Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da, Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, hikmət sahibidir." (Şura/51)

--------------------------------------

Təfsiri:

Bil ki, Allah Taala, qüdrətinin, elminin və hikmətinin mükəmməlliyini (49 və 50-ci ayətlərdə) bildirincə, bunun ardından, peyğəmbərlərlə necə danışıb vəhy etdiyini bildirmişdir.

Ayətlə bağlı bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Bu ayətin mənası belədir:

"Allah insanlarla ancaq bu 3 şəkildə danışır:

a. Vəhy yolu ilə, ki, bu vəhydən məqsəd, qəlbə atılan ilham, yaxud da yuxudur. Necə ki, Allah Taala, Musa (əleyhissəlam)'ın anasına və oğlunu kəsməsi üçün İbrahim (əleyhissəlam)'a bu 3 şəkildə vəhy etmişdir.

Mücahidin belə dediyi rəvayət edilmişdir:

"Allah Taala Zəburu, Davud (əleyhissəlam)'a, qəlbinə vəhy edərək endirmişdir."

b. Allah, kəlamını, hər hansı bir elçi vasitə qılmadan, peyğəmbərə, bir-başa eşitdirir ki, bu da vəhydir.

Bunun dəlili, Haqq Taalanın, Musa (əleyhissəlam)'a vasitəsiz olaraq eşitdirdiyi kəlamına, "vəhy" demiş olmasıdır. Çünki Allah Taala:

...فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ

"...vəhy olunana qulaq ver." (Taha/13) buyurmuşdur.

c. Allahın peyğəmbərə, mələklərdən olan bir elçi göndərir və bu mələk, Allahın vəhyini, insan olan peyğəmbərə təbliğ edir.

Bu xüsusu, həsr yolu ilə ifadə edərsək, belə deyilə bilər:

Allahdan olan vəhyin insana çatması, ya bir təbliğ edici vasitə qılınmadan, yaxud belə bir təbliğ edici vasitə qılınaraq olur.

Birincisi, yəni Allahın vəhyinin bir vasitə qılınmadan peyğəmbərə çatması haqqında bu deyilə bilər:

• Eşitmədiyinə gəlincə, bu,

"...ancaq vəhy ilə..." ifadəsindən;

• İkincisinə, yəni İlahi vəhyin peyğəmbərə bir şəxs (mələk) vasitə qılınmadan çatıb, ancaq peyğəmbərin Allahın kəlamının şəxsən özünü eşitməsinə gəlincə, bu da,

"...bir pərdə arxasından..." ifadəsindən;

• Üçüncüsünə, yəni peyğəmbərə İlahi vəhyin bir vasitə ilə çatmasına gəlincə, bu da,

"...yaxud bir elçi göndərib və o da Allahın izni ilə Allahın istədiyini vəhy etməsi..." ifadəsindən başa düşülməkdədir.

Bil ki, bu 3 qisimdən hər biri, vəhydir. Lakin Allah Taala, birincisinə "vəhy" ismini vermişdir. Çünki qəlbdə ilham yolu ilə meydana gələn şey, bir anda meydana gəlir. Dolayısı ilə, vəhy ləfzini, bunun üçün istifadə etmək, daha əvladır.

Bax bu qisimləri bir-birindən ayırıb ortaya qoymaq xüsusundakı sözümüz, bundan ibarətdir.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

✓ İkinci məsələ: Allah Taala, məkandan münəzzəhdir!

Allah Taalanın bir məkanda olduğunu söyləyənlər, ayətdəki:

"...bir pərdə arxasından..." ifadəsini dəlil gətirmişlərdir. Çünki ayətin təqdiri mənası:

"Allah, insanla ancaq bu 3 şəkildə danışır:

a. Bir pərdə arxasında olaraq...şəklindədir. Bu söz, Allah Taalanın ancaq bəlli bir yer və yöndə olması halında doğru olur.

Buna, bu şəkildə cavab veririk:

Ayətin zahiri, hər nə qədər siz MÜCƏSSİMƏ'nin iləri sürdüyü mənanı ağla gətirsə belə, əqli və nəqli dəlillər, Allah Taalanın, bir yer və yöndə olmasının imkansızlığına dəlalət etməkdədir. Bundan dolayı, ayətin bu ifadəsini, buna görə təvil etmək lazımdır.

Bu, bu mənadadadır:

Bir kimsə, danışanı görmədiyi halda, sözünü eşidib dinlədiyində, bu hal, o kimsənin, sanki bir pərdə arxasından danışmasına bənzəyir. Bax bu məcazi mənanın bəhs mövzusu olmasının səbəbi, belə bir bənzərlikdir.

---------------------------

Ayət, Ruyətullah'ı (Allahı görməyi) əngəlləməz:

Mötəzilə belə deyir:

"Bu ayət, Allah Taalanın görülə bilməyəcəyinə dəlalət edər. Çünki Allah Taala, vəhyinin bu 3 şəkildə olduğunu bildirmişdir. Bundan dolayı, əgər Allah, görülə bilsəydi, qulu, Onu gördüyü halda, Allahın qulları ilə danışması mümkün olardı. Beləcə də, bu, 3 növə əlavə:

'Mən, insanlar ilə, ancaq bu 3 şəkildə danışıram...'

demək surətilə, 4-cü qismin olmadığını bildirmişdir."

Buna, bu şəkildə cavab veririk:

Biz (əhl-i sünnət), ayətin ləfzinə bir qeyd qoyuruq. Bu halda, ayətin mənası:

"Allah, dünyada insanlarla ancaq bu 3 tərzdə danışır."

şəklində olur. Buna görə də, sizin iləri sürdüyünüz şeyə mahal qalmır.

Belə bir qeyd qoymaq, hər nə qədər ayətin ifadə etdiyi mənanın əksinə olsa da, bu ayətlər ilə, Allah Taalanın qiyamət günü görülə biləcəyini ifadə edən ayətlərin arasını təlif edib birləşdirmək üçün gərəklidir. Allah, ən doğru biləndir...

--------------------------------------------------------------------------------------------------------

Allahın kəlam sifəti:

Muhamməd ümməti, Allah Taalanın kəlam (danışmaq) sifəti olduğu xüsusunda, ittifaq etmişlərdir. İmam Əşari və tərəfdarlarının xaricindəkilər, Allahın kəlamının, bax bu eşidilən hərflər və birləşdirilmiş səslər olduğu xüsusunda müttəfiqdirlər.

Ancaq imam Əşari və tərəfdarları, Allahın kəlamının, bax bu (bildiyimiz) hərflər və səslər ilə ifadə edilən, qədim bir sifət olduğunu söyləmişlərdir.

Birincilər, yəni Allahın kəlamının bu hərflər, kəlimələr və səslərdən ibarət olduğunu söyləyənlər də, öz içlərində 2 qrupdurlar:

a. Bu hərflərin və səslərin də qədim olduğunu söyləyən HƏNBƏLİ'LƏR, ki, bunları AĞILLILARDAN SAYMAĞA DƏYMƏZ.

Bir gün onlardan birinə təsadüf etdim və belə dedim:

"Allah Taalanın bu hərfləri, ya tək bir dəfədə, yaxud da ard-arda danışmış olduğunu fərz edək:

• Birinci ehtimal, bəhs mövzusu ola bilməz. Çünki bütün bunları tək bir dəfədə danışmaq, tərkib edilmiş- sıra ilə düzülmüş olan nəzmi, ifadə etməz. Bundan dolayı, ard-arda olan hərf və səslərdən mürəkkəb (tərkib edilmiş, meydana gəlmiş) bu nəzmin, Allahın kəlamı olmaması gərəkdir.

• İkinci ehtimal da batildir. Çünki Allah Taala, əgər bu hərfləri ard-arda danışmış olsaydı, bunlar (biri, o birindən sonra gəlməsi cəhətilə) muhdəs olmuş (sonradan meydana gəlmiş) olarlardı.

O (hənbəli), bu sözü eşidincə:

"Bizə düşən, inanıb keçməkdir. Yəni Quranın qədim olduğunu qəbul edib, eşitdiyimizə uyğun olaraq inanıb, bu söz üzərində dayanmamaqdır."

dedi. Beləcə, bunu söyləyən kimsənin, qəlbinin təslimiyyətinə heyran qaldım.

Bu işin əhli olan kimsələrə gəlincə, onlar, bu hərflərin və səslərin, mövcud deyilkən, yox ikən meydana gəldikləri xüsusunda mütabiqdirlər (bir-birinə müvafiqdirlər). Onlar:

"Bu hərflər, məxluqdurlarmı, yoxsa belə deyilməyib tam əksinə, bunlar hadisdirlərmi (sonradan meydana gəlmişlərdirmi)? Yaxud bunlar, başqa bir ifadə ilə, ifadə edilə bilərlərmi?"

şəklində, bu xüsusda, fərqli-fərqli ifadələr istifadə etmişlərdir.

Yenə onlar:

"Bu hərflər, Allah Taalanın zatı ilə qaimdirlərmi? Yoxsa Allah bu hərfləri, başqa bir cisimdənmi yaratmışdır?"

şəklində də ixtilaf etmişlərdir.

• Birincisi: Kərramiyyə'nin;

• İkincisi: Mötəzilə'nin

görüşüdür.

• Allah Taalanın kəlamının, bu ləfz və ibarələrin özünə dəlalət etdiyi qədim bir sifət olduğunu iddia edən Əşarilər, Allah Taalanın:

"...bir pərdə arxasından..."

ifadəsindən, mələk ilə peyğəmbərin, hərflərdən və səslərdən münəzzəh olan o kəlamı, bir pərdə arxasından eşitdiyi xüsusunda ittifaq edərək, belə demişlərdir:

"Allah Taalanın Zatının bir cisim olmadığı və bir məkanda olmadığı halda, Zatının görülməsi imkansız bir şey olmadığına görə, hərf və səs olmadığı halda, kəlamullahın eşidilməsində, hansı imkansızlıq bəhs mövzusu ola bilər?"

Əbu Mansur əl-Maturidi əs-Səmərqandi də, Allah Taalanın, Zatı ilə qaim olan bu sifətin eşidilməsinin imkansız olduğunu; eşidilən şeyin isə, Allah Taalanın, o ağacda yaratdığı hərflər və səslər olduğunu iddia etmişdir ki, bu görüş, Mötəzilənin görüşünə yaxın bir görüşdür. Allah, ən doğrusunu biləndir...

-------------------------------

✓ Altıncı məsələ:

(Bir başa) Allahdan olan vəhyin, bir başqa şəxsin vasitəsilə olmadığı sabit olub, hər vəhyin bir başqa şəxs vasitəsilə meydana gəlmiş olması da, imkansızdır.

Əks halda, ya "təsəlsül", ya da "dövr" (haşiyə) gərəkdir ki, hər ikisi də muhaldır (imkansızdır).

---------------------------------

(Haşiyə:

Təsəlsül: Allah Taalanın varlığının lazım (zəruri) olduğunu isbat etməkdə istifadə edilən dəlillərdən biridir. Hadis (sonradan var olan) şeylərin, bir-birinin varlığına səbəb olaraq, geriyə doğru sonsuzluğa qədər zəncirləmə bir şəkildə davam etməsidir.

Dövr: Kəlam elmində, iddianın dəlilə və dəlilin iddiaya əlaqəli olması ilə, hökmün dönüb dolaşıb yenə əvvəlki halına qayıdaraq, həll oluna bilməməsidir.

Bu metodda, bir şeyin bir başqa şeyi yaratdığı, o yaradılan şeyin də, təkrar qayıdıb özünü yaradan şeyi yaratdığı fərz edilərək, bunun imkansız olduğu və əşyanın, sadəcə Allahın iradə və qüdrətilə varlıq qazandığı, izah və isbat edilir.)

-------------------------------

Bundan dolayı, bir başqa şəxs vasitə olmadan da, vəhyin mütləq olaraq meydana gələ biləcəyini mütləq qəbul etmək lazımdır.

İndi, burda, belə bir neçə bəhs ortaya çıxmaqdadır:

Peyğəmbərin səsi təşxisi:

• Birinci bəhs:

Bir başqa şəxs vasitə olmadan, Allahın vəhyini dinləyən bu peyğəmbər, dinlədiyi o kəlamın, "kəlamullah" olduğunu necə ayırd edəcəkdir?

İndi əgər biz:

"O, hərf və səsdən münəzzəh olan o qədim sifəti eşitmişdir."

deyərsək, o peyğəmbər, bu kəlamı dinlədiyində, onun kəlamullah olduğunu, zəruri olaraq bilmiş olması, imkansız olmaz.

Yenə:

"O, bundan sonra bir başqa dəlilə möhtacdır."

da, deyilə bilər. Ancaq biz, eşidilənin, hərflər və səslər olduğunu söyləyərsək, bu eşidilənin, kəlamullah olduğuna dəlalət edən bir dəlilin mövcud olması halı xaric, onun kəlamullah olduğu xüsusunda qəti bir qərar vermək, imkansız olar.

---------------------------------

Vəhyin tamamlanma mərtəbələri:

• İkinci bəhs:

"Peyğəmbər bu vəhyi mələkdən dinlədiyində, bu sözü təbliğ edənin, azdıran şeytan deyil, məsum mələk olduğunu necə bilir?"

Həqiqət budur ki, o peyğəmbər, bunu, qəti bir şəkildə, ancaq, ona vəhyi təbliğ edənin xəbis şeytan deyil, məsum bir mələk olduğuna dəlalət edən bir möcüzəyə dayanaraq, bilə bilər. Belə olması halında isə, Allahdan olan İlahi vəhy, ancaq möcüzə zühurundakı bu 3 mərtəbə ilə tamamlanır:

√ Birinci mərtəbə:

Mələk, o kəlamı Allahdan aldığında, mələklər üçün bu kəlamın, kəlamullah olduğuna dəlalət edən bir möcüzənin təhəqquq etməsi (gerçəkləşməsi) lazımdır.

√ İkinci mərtəbə:

Bu mələk, peyğəmbərə vasil olduğunda, yenə peyğəmbər üçün, mütləq bir möcüzənin mövcud olması, gərəkdir.

√ Üçüncü mərtəbə:

Peyğəmbər o vəhyi, ümmətinə çatdırdığında, yenə o peyğəmbər üçün bir möcüzənin olması lazımdır.

Beləcə, mükəlləfiyyətin, insanlara, ancaq möcüzələrdəki bu 3 mərtəbədən sonra təvəccüh etdiyi sabit olmuş olur.

-----------------------------

Vəhy mələyi Cəbrail:

• Üçüncü bəhs:

Mələklərdən hər hansı birinin, bu vəhyi, doğrudan-doğruya Allahdan aldığında, şübhə yoxdur. O halda, bu mələk, Cəbrail (əleyhissəlam)'dır. Cəbrailin bu vəhyi, bir başqa mələkdən aldığı da söylənə bilər. Vələv ki, arada bir vasitə olsun, bütün bunlar, ehtimal daxilindədir. Bunlardan hər hansı birinin qəti olduğuna dəlaalət edən hər hansı bir şey yoxdur.

-------------------------------

Vasitəsiz vəhy:

• Dördüncü bəhs:

"Bəşər arasında, hər hansı bir vasitə olmadan, doğrudan-doğruya (bir başa) Allahdan vəhy alan vardırmı?"

Məşhur olan, Musa (əleyhissəlam)'ın, kəlamullahı, arada hər hansı bir vasitə olmadan, dinləmiş və eşitmiş olmasıdır. Bunun dəlili:

...فَٱسْتَمِعْ لِمَا يُوحَىٰٓ

"...Vəhy olunana qulaq ver." (Taha/13) ayətidir.

Allah Taalanın:

فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ

"Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi." (Nəcm/10)

ayətinə dayanılaraq, Muhamməd (sallallahu aleyhi və səlləm)'in də, bir başa vəhy aldığı iləri sürülmüşdür.

----------------------------

• Beşinci bəhs:

Mələklər, fərqli-fərqli şəkillərə girib özlərini elə göstərə bilirlər. Peyğəmbər, hər dəfəsində, o mələyi gördüyünün qəbul edilməsi halında, bu dəfə gördüyünün, ilk dəfədə gördüyünün eynisi olduğunu bilə bilməsi üçün, bir möcüzəyə ehtiyac duyular.

Əgər peyğəmbər, onun şəxsini görməzsə, səsdə bir bənzərliyin meydana gəlmiş olması ehtimalından dolayı, bu halda, möcüzəyə duyulan ehtiyac, daha çox olar. Ancaq nə var ki, hər dəfəsində, möcüzənin izhar edilməsinə duyulan ehtiyac mövzusunda bir problem olduğunu da, heç kim söyləməmişdir.

----------------------------------

Allahın şeytana xitabı:

"Quranda, Allah ilə iblis arasında keçdiyi zikr edilən münazirə, Allah Taalanın, hər hansı bir vasitə olmadan, iblis ilə danışdığına dəlalət etməkdədir. O halda, bu, Allahdan iblisə bir vəhy olaraq isimləndirilə bilərmi? İsimləndirilə bilməzmi?"

Görünən odur ki, buna vəhy deyilə bilməyəcəyidir. Bu mövzuda, mütləq, dərin və mükəmməl bir tədqiqat aparmaq, qaçılmazdır.

------------------------------

Haqq əhlinə (hüccət və bürhanlarla, özlərini, Rəbləri qatında ən haqq (doğru) olana nisbət edənlərə, əhl-i sünnətə) görə, doğru olan budur:

"Mələk, vəhyi təbliğ etdiyində, şeytan, bu vəhy arasına batil şeylər əlavə etməyə, müqtədir ola bilməz."

Bəziləri:

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَـٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَـٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَـٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

"Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir." (Həcc/52)

ayətinə istinad edərək, bunun, mümkün ola biləcəyini iləri sürmüş və:

"Şeytan, Nəcm surəsinin ayətləri arasına:

'Bunlar (bütlər), uca varlıqlardır. Onlardan şəfaət gözlənər.'

ibarəsini əlavə etdiyini söyləmişlərdir.

Dostumuz Məlik Sam ibn Muhamməd -ki, səltənət sahiblərindən (Allah dostlarından), qarşılaşdıqlarım arasında ən əfdalıdır- belə deyərdi:

"Çox güclü dəlillərin mövcudluğundan sonra, belə bir söz, bu 2 cəhətdən batildir:

a. Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Kim yuxusunda Məni görərsə, o həqiqətdə Məni görmüşdür. Çünki şeytan, Mənim surətimə girə bilməz."

buyurmuşdur. Bundan dolayı, şeytan, yuxuda, peyğəmbərin surətinə girməyə müqtədir ola bilmədiyinə görə, daha necə Allahın vəhyini təbliğlə məşğul olduğu bir sırada, Cəbrail (əleyhissəlam)'a bənzəməyə müqtədir ola biləcəkdir?!

b. Nəbi (sallallahu aleyhi və səlləm):

"Ömər, bir yola girməli olsa, şeytan, mütləq yolunu dəyişdirər, başqa bir yola girər."

buyurmuşdur. Bundan dolayı, şeytan, eyni yolda Ömər (radiyallahu anh)'la birlikdə olmağa müqtədir ola bilmədiyinə görə, daha necə, Allahın vəhyini təbliğ etdiyi bir yerdə, Cəbrail (əleyhissəlam) ilə bərabər ola bilər, buna güc çatdıra bilər?"

------------------------------

• Onuncu məsələ:

Ayətdəki:

"...Bu mələk, Allahın iznilə, Allahın istədiklərini vəhy edər..."

deməkdir ki, bu ifadə:

• gözəlin, lizatihi (öz zatında, zatı etibarı ilə) gözəl;

• çirkinin isə, öz zatında çirkin olmayıb tam əksinə, hər hansı bir təxsis olmadan, Allahın, istədiyi şeyləri əmr etmək, yenə hər hansı bir təxsis bəhs mövzusu olmadan, istədiyi şeylərdən də nəhy etmə səlahiyyətinə sahib olmasını iqtiza edər (gərəkdirər). Çünki əgər hal belə olmasa idi, o vaxt, Allah Taalanın "istədiyini" ifadəsi, yerində və doğru olmazdı. Allah, ən doğrusunu biləndir...

Daha sonra, Allah Taala, ayətin sonunda buyurmuşdur ki, bu:

"O, məxluqatın sifətlərindən münəzzəh, fellərini, hikmətinin gərəyinə görə icra edən, beləcə də, bəzən arada bir vasitə olmadan ilham yolu ilə, bəzən sözünü eşitdirmək surətilə, bəzən də kərim mələyini vasitə qılmaq surətilə danışan müdrikdir (hikmət sahibidir)." deməkdir.

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir")

Read 6 times
In order to make a comment, please login or register