Kərim isminin şərhi
43. Kərim isminin şərhi:
~ Gücü çatdığı halda, əfv edən;
~ Vəd etdiyində, vəfalı olan;
~ Verdiyində, ümid ediləndən artığını verən;
~ Nə qədər və kimə verdiyinə baxmayan (yəni, saymayan);
~ Başqasına bir ehtiyac ərz edilməsinə razı olmayan;
~ Özündən uzaqlaşanı azarlayan, ancaq ifrata varmayan
(Zat)'dır.
O, Özünə sığınıb iltica edənin güvənini boş çıxarmaz; onu vəsilələr və şəfaətçilərdən qəni (zəngin) qılar.
Təkəllüfsüz olaraq özündə bütün bunlar cəm olan, mütləq Kərim'dir. Bu da, sadəcə Allah (subhənəhu və taala) üçün mümkündür.
Tənbeh: Qul, bu xislətləri kəsb etmək surətilə, gözəlləşə bilər. Ancaq, bu, bəzi işlərdə və təkəllüf ilə ola bilər. Beləliklə, kərim olmaqla vəsf edilə bilər. Lakin, mütləq Kərimə nisbətlə, naqis bir şəkildə.
Qul, bu sifətlə necə vəsf edilmiş ola bilməsin ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Üzüm ağacına, 'kərm' deməyin. Çünki 'kərm', müsəlman (şəxs)'dir." (Bənzəri mənada bir hədis, Buxaridə, [hədis no: 6183] keçməkdədir.)
Deyilər ki:
Çünki, üzüm ağacı, -xurma ağacının əksinə-
~ lətif bir ağac;
~ meyvəsi, dadlı;
~ toplanması, asan;
~ yeyilməsi, rahat;
~ tikan və əziyyət verici səbəblərdən uzaq
olması səbəbilə, "kərm" deyə vəsf edilmişdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
