Kəşf nədir?
Lüğətdə, "pərdəni və örtünü qaldırmaq; qapalı olan bir şeyi açığa çıxarmaq; var olan, lakin keyfiyyəti bilinməyən şey haqqında bilik əldə etmək" kimi mənalara gələn "kəşf" kəliməsi, Quranda, törəmələrilə birlikdə, "sıxıntını qaldırmaq və çarəsizliyi sonlandırmaq" mənasında istifadə edilir. (Rağib əl-İsfahani, "əl-Mufrədat", "kşf" maddəsi).
أَمَّن يُجِيبُ ٱلْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ ٱلسُّوٓءَ وَيَجْعَلُكُمْ خُلَفَآءَ ٱلْأَرْضِ ۗ أَءِلَـٰهٌ مَّعَ ٱللَّهِ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ
"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, sıxıntısını qaldıran və sizi yer üzünün varisləri edən, Kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz, necə də az düşünürsünüz?" (Nəml/62) ayətində, "kəşf", bu mənada istifadə edilmiş və Allaha, "Kaşif/sıxıntını sonlandıran" deyilmiş (bax: Ənam/17; Yunus/107);
Bir ayətdə də,
لَّقَدْ كُنتَ فِى غَفْلَةٍ مِّنْ هَـٰذَا فَكَشَفْنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلْيَوْمَ حَدِيدٌ
"Sən, bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni, Sənin üzündən qaldırdıq. Sən, bu gün çox yaxşı görürsən!” (Qaf/22) buyurulmuşdur.
Ölümlə axirətə gedən şəxsin gözünü örtən pərdə qalxdığı üçün, daha əvvəl qeyb olan xüsusları açıqca görər.
"Kəşf", hədislərdə də bu mənalarda istifadə edilmiş; qeybi və axirət hallarını görməyə əngəl olan pərdənin (hicabın) açılması ilə, qiyamət günü hər şeyin görüləcəyinə işarət edilmişdir. Bir hədisdə, Allah ilə məxluqları arasında, nurdan pərdələr olduğu, bunların açılması halında, Zatından gələn nurların, bütün məxluqları yandırıb külə çevirəcəyi bildirilmişdir. (Muslim, İman/293; ibn Macə, Müqəddimə/14)
Sufilər, "kəşf" terminini, həm "pərdə arxasında və ağlın fövqündə olduğu üçün qaib olan bəzi şeyləri bilmə"; həm də, "Allahın təcəllilərini kəşf etmə" mənasında istifadə etmişlərdir. Çünki, hər 2 hal da, pərdənin qalxması və ya aralanması nəticəsində reallaşır.
İlk sufilərdən etibarın, fərasət, fəth, inkişaf, müşahidə, muayənə, yəqin və ilham kimi terminlər də, buna yaxın mənalarda istifadə edilmiş; tasavvuf kitablarında, bu terminlərin birləşdikləri və üst-üstə düşdükləri, yaxud ayrıldıqları və fərqli hala gəldikləri cəhətlər üzərində durulmuşdur.
"2 şey arasındakı pərdənin qalxması və bu 2 şeyin bir-birinə qarşı açılması" mənasına gələn "mükaşəfə" terminin də, çox dəfə, "kəşf" mənasında istifadə edildiyi görülməkdədir.
Tasavvufa, "mükaşəfə" elmi; sufilərə də, "əhl-i mükaşəfə" və ya "əhl-i kəşf" deyilməsi, kəşfin bu sahədəki əhəmiyyətini ifadə etməsi cəhətindən, diqqət çəkicidir.
Kəşfi, "üstü qapalı olan şeyin açılması və gözlə görülən hala gəlməsi" şəklində tərif edən əbu Nasr əs-Sərrac ("əl-Luma", s. 422), mükaşəfəni də, yəqin olaraq başa düşdüyünü zikr etmişdir.
Səhabədən Harisə'nin, "Rəbbimin ərşini görür kimiyəm." (Heysəmi, "Məcmau'z-Zəvaid", l, 57) ifadəsi, qəlbin mükaşifəsinə; "Rəbbinə, Onu (sanki) görürmüş kimi ibadət et." hədisi də, sirlərin müşahidəsinə işarət edir. (Kələbazi, "ət-Taarruf", s. 108)
Kəşf və mükaşifə məfhumlarını genişcə ələ alan imam əbu Həmid əl-Ğazzali, mükaşifənin, müşahidədən daha üstün olduğunu söyləməkdədir. ("əl-İmla", l, 79) Ona görə, tasavvufla bağlı elmlər, mükaşifə elmi və muamələ elmi olmaq üzərə, ikiyə ayrılır. Muamələ elminin mövzusu, səbr, şükr, ixlas və bunların zidləri olan tələskənlik, nankorluq və riya kimi qəlbin hallarına bağlı biliklərdir. Mükaşifə elmi isə, təmizlənən qəlbdə bir nurun zühur etməsi və ya ilahiyyatla bağlı xüsuslarda, pərdənin açılıb haqq olanın gözlə görülərcəsinə açıq-aydın ortaya çıxmasıdır. İnsanın cövhərində, belə bir qabiliyyət vardır. Mükaşifə elmi, kitablara yazılmaz. Bu elmi bilənlər, ancaq, öz səviyyəsində olanlarla bunu müzakirə edər, başqalarına ifşa etməzlər. Kəşf ilə öyrənilən elm, budur. ("İhya-u Ulumi'd-din", l, 27; lV, 134)
Ğazzali, "əl-Munqiz minə'd-dalal"da, ağlın kifayət etmədiyi metafiziki bəzi həqiqətlərin kəşf ilə bilinə biləcəyini, bu yolla, bir vəlinin, mələyi görə biləcəyini və səsini eşidə biləcəyini söyləyir. Məqbul olan və olmayan təvildən söz edərkən də, bu mövzuda, mötədil davranışını mənimsəyənlərin, biliyə mövzu olan şeyləri eşitmə olmadan, ilahi bir nurla idrak etdiklərini, daha sonra, hadisələrin sirləri, özlərinə kəşf yolu ilə bildirilincə, bu biliyi, vəhyin ləfzlərilə qarşılaşdırdıqlarını, bunlardan yəqin nuru ilə müşahidə etdiklərilə uyğun olanları, eynilə mənimsədiklərini, uyğun olmayanları isə, təvil etdiklərini bildirir. ("İhya", l, 104)
Ğazzali kimi, ibnu'l-Arabi də, mükaşifənin, müşahidədən daha mükəmməl olduğunu; müşahidə ilə mahiyyətin; mükaşifə ilə ilahi həqiqətlərin təmsili mənalarının idrak edilə biləcəgini söyləməkdədir. Ona görə, Allahın mahiyyəti idrak edilə bilməyəcəyindən dolayı, bu mövzuda mükaşifənin verdiyi bilik, daha əhəmiyyətlidir. Müşahidə, biliyə götürən yol; kəşf isə, bu yolun son nöqtəsidir. Bu da, nəfsdə elmin hasil olmasıdır.
İbn Xaldun'a görə, hislərdən meydana gələn pərdə, riyazət, xəlvət və zikirlə, yavaş-yavaş açılır; beləcə, kəşf halı gerçəkləşir. Kəşf ilə, varlığın həqiqəti idrak edilir və bir çox hadisə, (Allahın iznilə) meydana gəlmədən əvvəl bilinə bilir. ("Şifau's-Sail", s. 30-39; "Müqəddimə", s. 422, 1100-1113)
Təqiyuddin ibn Teymiyyə, fövqə'l-adi halların bir qisminin, feli olduğunu və bunlara, kəramət deyildiyini; digər qisminin isə, biliklə bağlı olduğunu söyləməkdədir. Ona görə, bir kimsənin, başqalarının eşitmədiyi bir səsi eşitməsi, görmədiyi şeyi görməsi, bilmədiyi şeyləri fərasət və ilham yolu ilə bilməsi kimi hadisələr, biliklə bağlı fövqə'l-adi hallardır. Bunlara, kəşf deyildiyini; Quran və sünnətdə kəşfin nümunələri olduğunu söyləyən ibn Teymiyyə, kəşfin, dini və ya mübah olan dünyəvi bir fayda təmin edərsə, nemət; harama vəsilə olarsa, günah olacağına diqqət çəkir. Ona görə, bir vəlinin, kəşf yolu ilə qeybdən xəbərdar olmaması, onun, Allah qatındakı mərtəbəsinin yüksək olmasına əngəl təşkil etməz. Hətta bu hal, onun haqqında, daha faydalı ola bilər. Kəşfin, əqli, hissi, nəzəri, zəruri növləri üzərində duran ibn Teymiyyə, bunların bir qisminin, qəti; bir qisminin isə, zənni bilik verdiyini qeyd etməkdədir. ("Məcmuatu'r-Rəsail", V, 154-226)
İslam alimlərinin böyük əksəriyyəti kimi, ibn Teymiyyə də, kəşfi, kökdən rədd etməməkdə, əqli biliklər kimi, kəşfi biliklərin də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xəbər verdiklərilə üst-üstə düşməsi şərtilə doğru biliklər olduğunu bildirməkdədir. Hətta buna, Qurandan dəlillər göstərməkdə, bu ölçüyə uyğun düşmədiyi halda, əqli bürhanlar və ya ilahi müşahidələr olaraq iləri sürülən görüşləri isə, fasid xəyallar və batil vəhmlər şəklində vəsf etməkdədir. ("Məcmuatu'r-Rəsaiı", V, 350, 356-357)
İbnu'l-Qayyim əl-Cevziyyə, kəşfi, "Allahın, qulun qəlbində meydana gətirdiyi bir bilik olub, qul, bu biliklə, başqalarına qapalı olan xüsusları bilər." şəklində tərif etdikdən sonra, biri, bilik; digəri isə, görmə ilə bağlı 2 kəşfdən bəhs etmişdir. Ona görə, biliyin, bilinənə uyğun olması, bir kəşf olduğu kimi; bilinənin, qəlb ilə müşahidə edilməsi də, bir kəşfdir. Allaha, Onu görürmüş kimi ibadət etmək, qəlbin açıq kəşfidir. Bir də, qeyr-i müsəlmanla müsəlman arasında müştərək olan cüzi bir kəşf vardır. Görünməyən və bilinməyən bəzi xüsusların xəbər verilməsi, belədir. Necə ki, ibn Sayyad, Əsvəd əl-Ansi və Haris əl-Mütənəbbi kimi qeyr-i müsəlmanlarda, belə bir kəşf görülmüşdür. Məcusilərdə, bütpərəstlərdə, xristiyan rahiblərində, kahinlərdə, sehrbazlarda da, buna bənzər bir kəşf, görülə bilər. ("Mədaricu's-Salikin", lll, 230-241)
-----------------------
------------------------
Kəşfin dəlilləri:
1. Rəvayət edilir ki, (bir dəfə), gecə, Useyd b. Hudayr, Bəqərə surəsini oxuyurdu. Atı da, onun yanında, yerə bağlanılmışdı. Birdən, at, təşvişə düşüb şahə qalxdı. (Bunu görəndə), Useyd, susdu, at da sakitləşdi. Sonra o, oxumağına davam etdi və at, yenə təşvişə düşüb şahlandı. O, susdu; at da, sakitləşdi. Bundan sonra o, daha oxumadı. Həmin vaxt (Useydin) oğlu Yəhya, atın yaxınlığında idi və o, qorxdu ki, at, onu tapdalayar. Useyd, uşağı yanına çəkdikdən sonra, başını göyə qaldırdı, lakin, aydın bir şey görə bilmədi. Səhəri gün, o, bu hadisəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə danışdı.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), ona: "Oxu, ey ibn Hudayr! Oxu, ey ibn Hudayr!" deyə buyurdu.
- Useyd dedi: "Ey Allahın rəsulu! Yəhya, atın yanında idi və mən, qorxdum ki, at, onu tapdalayar. Odur ki, başımı qaldırıb, ona tərəf getdim. Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də, qəndillər (asma çıraqlar)'a bənzər şeylər gördüm. Sonra, onlar, yox olub getdilər."
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: "Bilirsənmi, o nə idi?"
- Useyd: "Xeyr!" deyə cavab verdi.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Bu, mələklər idi. Sənin səsinə yaxınlaşmışdılar. Əgər sən, oxumağa davam etsəydin, səhər tezdən, hamı onları görərdi və onlar, insanlardan gizlənməzdilər." (Buxari, hədis no: 5018)
İmam Əşrəf Əli Təhanəvi, belə deyir:
Təhqiq əhlinin açıqlamalarına görə, vəlilər, mələkləri görə bilərlər. Ayrıca, mələklərin danışmalarını və salamlamalarını da eşidə biləcəklərini söyləmişlərdir. Hədisdə, bu kəşfin meydana gəldiyi, açıqca zikr edilmişdir.
Muslim'in "Səhih"indəki rəvayətdə, mələklərin, İmran b. Husayn'a salam verdikləri nəql edilmişdir.
-------------------------
Bir digər dəlil, budur:
2. Səhl b. Sə'd (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən belə rəvayət edir:
"Bir müsəlman təlbiyyə gətirdiyində (yəni, ləbbeyk, Allahummə ləbbeyk dediyində), onun sağında və solundakı, hətta şərq və qərbindəki yerlərə çatana qədər, hər şey təlbiyyə gətirər." (Tirmizi, "Həcc", 14, hədis no: 828)
Bu hədis, kəşf əhlinin, cansız varlıqlarla hiss, şüur və danışmaq kimi hallarının kəşfini dəstəkləməkdədir.
(Əşrəf Əli Təhanəvi, "Həqiqətu't-Təriqa min Sünnəti'l-Əniqa", 71-ci hədis)
----------------------------
Bir digər dəlil, budur:
ibn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in əshabından biri, qəbr olmadığını zənn etdiyi yerə, bir çadır qurur. Belə ikən, məzardakı bir insanın, Təbarəkə (surəsini) oxuduğunu (görür). O kimsə, hətta, Təbarəkə surəsini sonuna qədər oxuyur. Bunun üzərinə, Nəbi (sallallahu aleyhi və səlləm)'in yanına gəlir və bunu, Ona xəbər verir. Nəbi (sallallahu aleyhi və səlləm), dinlədikdən sonra, belə buyurur:
"Təbarəkə surəsi, əngəlləyicidir. Oxuyanı, cəhənnəm əzabından qurtarar." (Tirmizi, "Fədailu'l-Quran", 9, hədis no: 2890)
Şeyx Əşrəf Əli Təhanəvi, belə deyir:
Qəbrlərin kəşfi, bəzən, bu səhabə kimi, istəmədən əldə edilir. Bundan dolayı, sufilər, bunu, hala daxil etmişlərdir. Ara sıra, bu hal, istəyərək və riyazət (nəfsi təmizləmək) ilə olur. İstənilən halda, qəbrlərinin kəşfinin mümkün olduğu, bu hədisdən başa düşülməkdədir.
Qəbr əhlindən batini, mənəvi feyz:
Heç şübhə yoxdur ki, Quran dinləmək, batini faydanın səbəbidir, mənəvi bir lütfdür. Hədisdə zikri keçən səhabə, bu lütfü əldə etmişdir. Hədisdə, qəbr əhlinin də feyzinin olacağı isbat edilməkdədir.
(Əşrəf Əli Təhanəvi, "Həqiqətu't-Təriqa min Sünnəti'l-Əniqa", 279: "Kəşfu'l-Qubur/Qəbrlərin kəşfi")
