Kafirin cənazəsi yuyulmalıdırmı?
2251. Əli (radiyallahu anh)'dan, belə rəvayət edilir:
(Atam) əbu Talib öldüyündə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldim. Ona: "Ey Allahın rəsulu! Dəlalətdə olan yaşlı əmin, öldü." dedim.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Get və onu torpağa ver." buyurdu.
- Əli (radiyallahu anh), belə deyir:
Atamı dəfn edincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gəldim. Mənə: "Qüsl al." buyurdu.
Bu xəbəri, ibn Hibban, "Səhih"ində nəql etmişdir. "əs-Siratu'l-Hələbiyyə"də (l, 381), belə qeyd edilmişdir.
əbu Davud'un "Sünən"ində, bu xəbər yer almaqdadır:
Müsəddəd'in,
Yəhya ---> Süfyan ---> əbu İshaq ---> Naciyə b. Ka'b
isnadı ilə nəqlinə görə, Əli (radiyallahu anh), belə demişdir. əbu Davud, bundan sonra, xəbəri, yuxarıdakına bənzər şəkildə nəql etmişdir.
Bu xəbər haqqında, o və Munziri, hər hansı bir şey danışmamışdır (yəni, xəbər haqqında, sükut etmişlərdir).
Nəsai'nin "Sünən"ində isə, xəbər, "Ubeydullah b. Səid'in, Yəhya'dan nəqlinə görə" deyilərək rəvayət edilmişdir. (əbu Davud, "Cənaiz"/65; Nəsai, "Cənaiz"/84)
Hafiz ibn Həcər'in, "Təlxisu'l-Habir"də (l, 157-158), belə bir açıqlaması yer almaqdadır:
Bu xəbəri, Əhməd b. Hənbəl, əbu Davud, Nəsai, ibn əbi Aişə, əbu Yə'lə, Bəzzar, Beyhaqi rəvayət etmişlərdir. Beyhaqi'nin sözünün özü, onun zəif olduğudur. Ancaq hansı yöndən zəif olduğu bəlli deyil. (haşiyə)
--------------------
(Haşiyə:
Biz də, bunu əlavə edək:
Bu xəbər, ibn əbi Şeybə'nin "Musannəf"ində, bu şəkildə nəql edilir:
- Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə dedim: "Yaşlı kafir əmin, öldü, onun haqqında nə düşünürsən?"
- O, mənə: "(Görüşüm), onu yumağın və (torpağa vermək surətilə) örtməyindir." buyurdu (Zeylai, l, 354).
Bu hədisin, əbu Davud və Nəsai tərəfindən rəvayət edildiyini bildirdikdən sonra, belə demişdir:
Hədisi, ibn əbi Şeybə, "Musannəf"ində, "Sünən" imamlarının isnadı ilə rəvayət etmişdir. Zeylai, hədisi, "Təlxisu'l-Habir"in ləfzilə, ibn əbi Şeybə'dən nəql etmişdir.)
----------------------------
Bu hədis, bir kimsənin, kafir olan qohum-əqrəbası öldüyündə, nə şəkildə davranacağına açıq bir dəlildir.
(Təhanəvi, "İ'lau's-Sünən")
