Kafirin dişi cəhənnəmdə Uhud dağı boydamı olacaqdır?
7114 - əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Kafirin dişi, yaxud kafirin kiçik azı dişi, Uhud (dağı) kimi; dərisinin qalınlığı isə, 3 günlük məsafə qədər olacaqdır."
7115 - əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Cəhənnəmdə kafirin 2 çiyni arası, sürətli yol qət edən süvari üçün 3 günlük məsafə qədər olacaqdır."
----------------------------------------
Şərhi:
Nəvəvi, bu hədislərin şərhində belə deyir:
"Hədislərdə bəhsi keçən bu 3 günlük məsafə ifadəsi, ona əzab və izdirab çəkdirməkdə daha iləri dərəcədə olması üçündür. Bütün bunlar, uca Allahın qüdrətində olan xüsuslar olub, sadiq (doğru sözlü) Nəbinin bunu xəbər verməsi dolayısı ilə, buna iman etmək lazımdır."
("əl-Minhac", "Cənnət, cənnət nemətləri və cənnətliklərin sifətləri kitabı", "Cəhənnəmə cabbarların (despotların, zalımların); cənnətə də zəif kimsələrin girəcəyi babı")
----------------------------------------
Ustad Said Nursi (rahmətullahi aleyh), "Haşr" risaləsində, belə deyir:
"Ey münkir (inkar edən)! Bilir misin ki, küfür ve inkârınla ne kadar ahmakça bir cinayet işliyorsun ki, kendi yalancı vehmini, hezeyancı aklını, aldatıcı nefsini tasdik edip, hiçbir vech ile (yöndən) hulf (vəd etdiyi sözdən dönməyə) ve hilâfa (yalan söyləməyə) mecburiyeti olmayan ve hiçbir vech ile hilâf (yalan söyləmək), Onun izzetine ve haysiyetine yakışmayan ve bütün görünen şeyler ve işler, sıdkına (doğruluğuna) ve hakkaniyetine (doğruluğuna) şehadet eden bir Zâtı tekzip ediyorsun (yalanlayırsan)! Nihayetsiz küçüklük içinde, nihayetsiz büyük cinayet işliyorsun. Elbette ebedî, büyük cezaya müstehak (haqq qazanmış) olursun.
'Bazı ehl-i Cehennemin bir dişi, dağ kadar olması', cinayetinin büyüklüğüne bir mikyas olarak haber verilmiş." (Sözlər, 10-cu Söz, Haşr risaləsi, 8-ci Həqiqət, s. 76)
Bu kimi hədislərdə bildirilən xüsuslar:
~ bir tərəfdan kafirlərin işlədikləri (küfr kimi) günahların böyüklüyünə;
~ digər tərəfdən, onlara veriləcək cəzaların şiddətinə
işarət etmək üçündür.
Günah ilə cəzanın mütənasib olmasının bir gərəyi olaraq:
~ dünyada Allahın bütün isim və sifətlərinin təcəllilərini inkar edən;
~ kainatın fitri olaraq etdiyi ibadətləri yox sayan;
~ varlıqları -Allahın dəyərli bir məmuru yerinə- öz başına, təsadüflərin oyuncağı olaraq görüb, dəyərlərini heçə endirən; və beləcə
~ sonsuz haqq və hüquqları tapdalayaraq, sonsuz zülm edən
kafirlərin çəkəcəyi cəzanın da, buna uyğun bir böyüklükdə, ağırlıqda olması lazımdır.
Kiçik bir dişin çəkəcəyi bir əzab ilə, Uhud dağı böyüklüyündəki bir dişin çəkəcəyi əzab arasında, Uhud dağı qədər fərq vardır.
Kafirin dişi bu qədər böyük olunca, cəsədinin də bu nisbət və ölçüyə görə iri hala gələcəyi başa düşülür. Ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bunlar rəvayət olunmuşdur.
Xülasə: Kafirin cəsədinin belə iri hala gəlməsindən məqsəd, vücudunun hər zərrəsinin daha çox əzab çəkməsidir.
-------------------------------
Əlavələr:
Bir gün Peyğəmbər (sallallahu aleyhi və səlləm), yanında oturan səhabələrə:
"Sizdən birinin azı dişi, Cəhənnəmdə Uhud dağından daha böyük olacaqdır." buyurdu.
Əbu Hureyrə (radiyallahu anh) deyir:
"O gün, orda olanlardan hamısı öldü. Geriyə bir mən, bir də başqa bir adam qaldıq. O adam da, Yəmamə döyüşündə mürtəd olaraq öldü." (Qadı İyad, "əş-Şifa" əsərindən nəql)
Hadisə necə cərəyan etmişdi?
Bir dəfə, yalançı Müseylimə'nin qəbiləsi olan Bəni Hənifə'yə mənsub Rəccal b. Unfuvə, əbu Hureyrə və yenə səhabələrdən olan Furat b. Hayyan ilə bərabər oturmuşdular. Allah rəsulu (sallallahu aleyhi və səlləm), onlara:
"İçinizdən birinin dişi, cəhənnəmdə, Uhud dağından daha böyük olacaqdır." buyurdu.
Əbu Hureyrə ilə Furat, bu xəbəri xatırladıqca qorxarlardı.
Bir gün Rəccal b. Unfuvə'nin bəzi insanlarla birlikdə irtidad edib (dindən dönüb), yalançı Müseylimə'yə qatıldığını eşidincə, bəhs mövzusu adamın özləri olmadığını başa düşüb şükr səcdəsinə qapandılar. (Şifa şərhi'ndən nəql)
(Bunu, Suheyli, "ər'Ravzu'l-Unuf" əsərində, Vll, 443; Taberani, "əl-Mu'cəmu'l-Kəbir"də, lV, 283, no: 4434 rəvayət etmişlərdir.)
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- Cənnət və cəhənnəmin bəzi xüsusiyyətləri
- zühd dair hədislər
- İntihar edənlər əbədiyyən cəhənnəmlikdirlərmi?
- Elm adamlarının, Turritopsis Dohrnii olaraq adlandırdıqları meduza, ölmürmüş. Bu məsələ, "Bütün canlılar ölümü dadacaqdır." ayəsinə zidd olmaz mı?
- Cənnət nemətləri haqqında məlumat verərsinizmi?
- Şəhid nə deməkdir?
- Fətrət-1
- Cənnət əhlinin mükafatları necə olacaq
- İslamda it saxlamağın hökmü-3