Kafirlər üçün əbədi cəhənnəm, hikmətlidirmi?

Sual: Eğer desen, kafirin, o ebedi cezasının adalete uygun olduğunu teslim ettik. Fakat, azabları intac eden şerlerin vücudundan müstağni olan hikmet-i ezeliyye, nerededir? Ona ne diyorsun? Hikmet, buna nasıl müsaade ediyor?

Müəllifimiz Said Nursi (rahmətullahi aleyh), əbədi əzabın ədalətə uyğunluğunu isbat etdikdən sonra (haşiyə), sail (sual soruşan) bilmək istəyir ki,

"Yaxşı, deyək ki, qeyr-i mütənahi (sonsuz) bir əzabın ədalətə müvafiqliyini qəbul etdik. Bəs yaxşı, Allahın hikməti, bu əbədi əzabın varlığını nəticə verən şərlərin icadını, necə iqtiza etmiş (gərəkdirmiş)'dir?"

------------------------------

(Haşiyə:

Kafirlər üçün əbədi cəhənnəm, ədalətlidirmi?

https://suallarlaislam.com/.../kafirl%C9%99r-ucun-%C9%99b...

------------------------------

Deyək ki, bu əbədi cəza ilə Allahın ədaləti, bir-birinə müvafiq gəldi. Bu küfr cinayəti, sonsuz bir hüquqa təcavüz olduğu üçün, əbədi bir əzabla cəzalandırılmaq, ədalətli oldu; haqq da, yerini tapdı.

Bu səfər, hər şeydən müstağni (zəngin) olan, heç bir şeyə ehtiyacı olmayan İlahi hikmət, əbədi cəhənnəm əzabını nəticə verən bu şərlərin yaradılmasını, nə üçün iqtiza etdi (gərəkdirdi)? Yəni, Allah Taala, heç şər yaratmasa, olmazdımı? Bu şərlər, Allahın əzəli iradəsilə olmadımı? Əgər Allah, bu şərləri yaratmasaydı; bunlar, bu dünyaya gəlməsələrdi, o vaxt, bu şərlər olmazdı; şərləri işləyən asilər (üsyankar qullar) da, bu əzaba düçar olmazdılar. Allahın əzəli hikməti, nə üçün belə gərəkdirmişdir, ki, əbədi cəhənnəmi nəticə verən şərlər olsun? İlahi hikmətin nə ehtiyacı vardı ki, bu bəlanı başımıza göndərdi? Bunda, hansı fayda və hikmətlər vardır?

Bax, Müəllifimiz Nursi (rahiməhullah), bütün bu suallara cavab olaraq deyir:

Sana denilir ki: Daha evvel, bir defa işittiğin gibi; kavaid-i esasiyye (əsas qaydalar)'dandır ki, şerr-i kalil (az şərlər)'in tahallülü (araya girməsi, işə qarışması) için, hayr-ı kesir (çox xeyirlər) terk edilmez. Çünkü, şerr-i kalil (az şərlər) için, hayr-ı kesir (çox xeyirlər) terk edilirse, şerr-i kesir (çox şər) olur. Yani, arasıra vukua gelen (baş verən) şerr-i kalil (az şərlər) için, hayr-ı kesir (çox xeyirlər) terk edilmez. Terk edildiği takdirde, şerr-i kesir (çox şər) olur.

Zira (çünki), vakta ki, hikmet-i İlahiyye (Allahın hikməti), hakaik-i nisbiyye (nisbi həqiqətlər)'in sübutunu (sabit olmasını) izhar etmeyi iktiza etdi (gerekdirdi). O hakaik-i nisbiyye (nisbi həqiqətlər) ki, hakaik-i hakaiki (həqiqi həqiqətlər)'dən kat-kat fazladır. İşte, bu gibi hakaik (həqiqətlər)'in tezahürü, ancak, şerrin vücudu (varlığı) ile olur.

Şerri durdurmak, tüğyanını tevkif (durdurmaq) ve haddi tecavüz etmemesini temin etmek de, ancak, terhib (qorxutmaq) və tahvif (qorxutmaq) ile mümkündür. Terhib (qorxutmağ)'ın da vicdan üzerindeki hakiki tesiri, ancak, terhib (qorxutmağ)'ı tasdik etmekle mümkündür. Terhib (qorxutmağ)'ın tasdiki, tahkiki (həqiqət, real görülməsi, gerçəkliyi) ise, harici bir azabın vücuduna (varlığına) mütevakkıf (bağlı)'dır. Yani, harici bir azabın varlığı ile, ancak bu terhib (qorxutmağ)'ı tasdik etmek, mümkün olur. Zira (çünki), vicdan, -ağıl və vəhm gibi- terhib (qorxutmaq) ile hakiki manada müteessir olmaz. Ancak, mütefarik (ayrı-ayrı) emareler (əlamətlər) ile, ebedi ve hakikat-ı hariciyye (xarici aləmdə mövcud olan həqiqət) hükmüne geçmiş olan bir azabı hissetme ve onun hadsi (sezgisi) ile yapılan bir terhib (qorxutmaq)'dan ancak müteessir (təsirlənmiş) olur.

Öyle ise, bu dünyada, ateş ile tahvif (qorxutmaq)'dan sonra, ahirette de hakiki bir ateşin vücudu (varlığı)'ndan yapılan terhib (qorxutmaq) ve tahvif (qorxutmaq), ayn-ı hikmet (hikmətin məhz özü)'dür; asla hikmete münafi (zidd) değildir.

Daha əvvəl (haşiyə), bu sualın cavabı, qismən keçmişdi. Əvvəl izah etdiyimiz kimi, az şərrin meydana gəlməməsi üçün, çox xeyirlər tərk edilməz. Əgər az şərr meydana gəlməsin deyə çox xeyirləri tərk etsən, o vaxt, çox şərr meydana gələr.

Bəli, şeytanların, şərr'lərin yaradılmasında və nəticədə, küfrlərindən dolayı, şeytanların, kafirlərin əbədi əzabla cəzalandırılmalarında, çox xeyirlər vardır. Şeytanlar və şərr'lərin yaradılması, zahir ağlımıza görə, bəzi şərrli nəticələri olduğu üçün, şərr görünsə də; həqiqətdə, nəticə etibarı ilə, çox xeyirlərə vəsilədirlər. Çünki, bu şərrlər yaradılmasaydı, möminlərin məqamları sabit qalardı; möminlər, Peyğəmbərlər kimi uca şəxslər olmazdı. Bu halda, imtahan ortadan qalxardı. O vaxt, dünyanın yaradılmasında, bir məna olmazdı və bununla bərabər, nisbi həqiqətlər meydana gəlməz, gizli qalardı.

Bax, şeytanların, şərrlərin yaradılmasında, bunlar kimi bir çox xeyirli nəticələr vardır. Bir Peyğəmbərin yaradılması və insanlara Ustad olaraq göndərilməsi, elə bir xeyirdir ki, o az şərri, heçə endirir. Bax, belə xeyirli nəticələr üçün, o az şərrlər qəbul edilmişdir.

Demək, az şərr üçün çox xeyir tərk edilərsə, çox şərr olar.

Müəllif, bu mövzu haqqında bir az təfsilat vermək üçün, deyir:

"Zira (çünki), vakta ki, hikmet-i İlahiyye (Allahın hikməti), hakaik-i nisbiyye (nisbi həqiqətlər)'in sübutunu (sabit olmasını) izhar etmeyi iktiza etdi (gerekdirdi). O hakaik-i nisbiyye (nisbi həqiqətlər) ki, hakaik-i hakaiki (həqiqi həqiqətlər)'dən kat-kat fazladır. İşte, bu gibi hakaik (həqiqətlər)'in tezahürü, ancak, şerrin vücudu (varlığı) ile olur."

Şərrlər olmasa idi, nisbi həqiqətlər də olmazdı. Bu dünyada, nisbi həqiqətlər, daha çoxdur. Çünki, bura, ibtila və imtahan yeridir. Bəli, bu dünyada, iman-küfr; hidayət-dəlalət; xeyir-şərr; itaət-üsyan; nübüvvət silsiləsi-fəlsəfə silsiləsi; gecə-gündüz; qış-yaz, hər zaman, qarşı-qarşıya gəlmiş; bir-birilə mücadilə edərək, təkamül etmişlərdir. Məsələn, əhl-i iman, əhl-i küfrə qarşı mücadilə və mücahidə edərək, tərəqqi edər; nəticədə, "şəhidlik mərtəbəsi" qazanar. Yenə, əhl-i iman, haramlara, şərlərə qarşı, təqva ilə saleh əməl ilə qarşılıq verib, yüksək məqam və mərtəbələri qazanmaq surətilə, Allahın rizasını təhsil edər; əbədi səadəti qazanar. Şərlər yaradılmasaydı, bu nisbi həqiqətlər, meydana gəlməzdi.

"Şerri durdurmak, tüğyanını tevkif (durdurmaq) ve haddi tecavüz etmemesini temin etmek de, ancak, terhib (qorxutmaq) və tahvif (qorxutmaq) ile mümkündür. Terhib (qorxutmağ)'ın da vicdan üzerindeki hakiki tesiri, ancak, terhib (qorxutmağ)'ı tasdik etmekle mümkündür. Terhib (qorxutmağ)'ın tasdiki, tahkiki (həqiqət, real görülməsi, gerçəkliyi) ise, harici bir azabın vücuduna (varlığına) mütevakkıf (bağlı)'dır. Yani, harici bir azabın varlığı ile, ancak bu terhib (qorxutmağ)'ı tasdik etmek, mümkün olur. Zira (çünki), vicdan, -ağıl və vəhm gibi- terhib (qorxutmaq) ile hakiki manada müteessir olmaz. Ancak, mütefarik (ayrı-ayrı) emareler (əlamətlər) ile, ebedi ve hakikat-ı hariciyye (xarici aləmdə mövcud olan həqiqət) hükmüne geçmiş olan bir azabı hissetme ve onun hadsi (sezgisi) ile yapılan bir terhib (qorxutmaq)'dan ancak müteessir (təsirlənmiş) olur. Öyle ise, bu dünyada, ateş ile tahvif (qorxutmaq)'dan sonra, ahirette de hakiki bir ateşin vücudu (varlığı)'ndan yapılan terhib (qorxutmaq) ve tahvif (qorxutmaq), ayn-ı hikmet (hikmətin məhz özü)'dür; asla hikmete münafi (zidd) değildir."

Bütün kainatda, ziddlər bir-birilə məzc olduğu (birləşdiyi) kimi; insan aləmində də, bu hal mövcuddur. Ancaq, insanın mahiyyətində dərc edilən xeyir və şərr qabiliyyəti üçün, fitri olaraq bir hədd təyin edilməmişdir. Bunlara bir hədd gətirən isə, şəriətdir. Məsələn, təkvini (yaradılışla bağlı) əmr (iş)'lərdən olan gecə-gündüz, bir mizan (ölçü)'yə tabe olduğu halda; insanın tərəqqisi üçün ona bəxş edilən qüvvələri, fitri olaraq bir mizana tabe deyildir, nəhayətsizdir. İnsanın qarşısına qoyulan və sonsuz suud (yüksəliş) və süqut (düşüş)'ünə səbəb ola biləcək 2 yol mövcuddur:

• Biri: iman və saleh əməl yolu;

• Digəri: küfr və üsyan yolu.

İnsan, iman və saleh əməl yolunu tərcih etməklə, xeyir qabiliyyətini işlətməklə tərəqqi edər. Nəticədə, bəşəri mükəmməllikləri təhsil etmək surətilə, uca məqamlara çıxa biləcək bir mövqeyə yüksələr. Küfr və üsyan yolunu ixtiyar etmək və şərr qabiliyyətini işlətməklə də, süqut edər. Nəticədə, hədsiz alçalmaq surətilə, əsfəl-i safilin (aşağıların ən aşağısı)'na enə biləcək bir vəziyyətə düşər.

Bax, insan, belə bir imtahan və müsabiqə meydanına atılmış bir məxluqdur.

O halda, insandakı bu şərr qabiliyyətini, öz hüdudunda dayandırmaq, bu qabiliyyətlərin təcavüzlərinə sədd çəkmək və tüğyanını əngəlləmək, ancaq qorxutmaq ilə mümkündür.

Bəs yaxşı, yalnız qorxutmaq kifayət edirmi? Qətiyyətlə deyirik ki, kifayət etmir! Çünki, bəşərin vicdanına, yalnız qorxutmaq təsir etməz. (Məsələn, cinayət törətmək istəyən bir adama deyirik ki, "Sən, cinayət etsən, səni həbsxanaya atacam." Ancaq, işin əslində, həbsxana yoxdur. Belə halda, cinayət törətmək istəyən adam, cinayət törətməkdən qorxarmı, çəkinərmi?) Həqiqi mənada qorxutmağın vicdanda təsir edə bilməsi üçün, ancaq, felən cəhənnəmdə əbədi qalacağını təsdiq etməsi, təhqiq etməsilə mümkündür. Çünki, vicdan, ağıl və vəhm kimi deyildir. İnsanın ağlı və vəhm qüvvəsi, kiçik bir qorxutmaqla mütəəssir olub qənaət gətirə bilir. Lakin, vicdan, xarici, daimi bir əzabın həqiqətən mövcudluğunu təsdiq etmədən, sadəcə qorxutmaqla təsirlənməz.

Demək, vicdanın mütəəssir olub qorxması üçün, vicdan, daimi, xarici bir əzabla qorxudulacaq; dəlillərlə bu əzabın varlığı, əqlən isbat ediləcək; qəlb də, onu təsdiq edəcəkdir.

O halda, bəşərin vicdanı, əzabın, əbədi, xarici həqiqətinə, hadsən (sezgi ilə) intiqal edib (keçib varıb) inanmadığı müddətcə, sadəcə qorxutmaq, ona kifayət etmir. Elə isə, hikmətli Quranın, şirk və küfr əhlini, dünyadakı atəşlə qorxutduqdan sonra, axirətdə də cəhənnəm atəşinin qəti varlığını isbat edərək, onun ilə kafirləri qorxutması, hikmətin muqtəzası (gərəyi)'dir. Çünki, vicdan, hissən və yəqinən başa düşəcək ki, əbədi, xarici bir əzab vardır və gələcəkdir. O vaxt təsirlənəcək və şərrindən dönəcəkdir.

Vicdan, ağıl və vəhm kimi deyildir. Bir adamı xəfif qorxutsan, bəzən, dərhal qorxuya qapılır. Lakin, ağlı, qəlbi, ruhu, vicdanı yerində olan bir insan, bu xəyallarla qorxmaz. Elə isə, Quranın, asi (üsyankar) insanı, bu dünyada, atəşlə, yəni, bəla, müsibət, xəstəlik, sıxıntı, dərd ilə qorxutduğu kimi; axirət yurdunda da, əbədi və dəhşətli cəhənnəm ilə qorxutması, hikmətin məhz özüdür. Quran,

وَمَثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ كَمَثَلِ ٱلَّذِى يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَآءً وَنِدَآءً ۚ صُمٌّۢ بُكْمٌ عُمْىٌ فَهُمْ لَا يَعْقِلُونَ

"Kafirlərin məsəli, çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar." (Bəqərə/171)

Bax, Allah Taala, bu ayət kimi bir çox ayətlərində, küfrün çirkin mahiyyətini, kafirlərin dəhşətli aqibətlərini, həm dünyada, həm də axirətdə düçar olacaqları fəlakət və həlaklarını xəbər verməkdədir.

Necə ki, Quran, bir çox ayətilə, kafirlərə xitabən, mənən belə deyir:

"Siz, lal, kar və korsunuz; heyvandan aşağısınız. Həm bəla və müsibətlərə; əzab və həlaka; hərbə məruz qalacaqsınız; rəzil və rüsvay olacaqsınız."

Hikmətli Quran, bu və bənzəri müəssir (təsir edici) ayətlərilə, müşrik və kafirləri qorxudur; onlara meydan oxuyur. Beləcə, onları, bu dünya atəşilə tənbeh edir.

Eynilə də, Quranın hikməti və onun üslub tərzi, iqtiza edir ki, kafirlər, həqiqi və əbədi cəhənnəm əzabı ilə, atəşilə də qorxudulsunlar. Ta ki, o şərli güruh, vicdanlarının dərinliklərində, o ağrılı əzabı hiss etsinlər; mütəəssir olsunlar.

Demək, o əbədi atəşin varlığı və onların o atəşlə qorxudulması, faydasız deyildir. Müəllifin ifadəsilə, rəhmətin məhz özüdür.

Bəli, Haqq Taala, məzkur (yuxarıda zikr edilən) hikmətdən dolayı göndərdiyi bütün səmavi kitablar və peyğəmbərlər vasitəsilə, kafirləri və asiləri, cəhənnəm əzabı ilə təhdid edir; daimi bir atəşlə, cismani bir əzabla qorxudur. Bu hikmət, cəhənnəmin varlığının qəti olduğuna dair, əqli bir dəlildir.

Demək, əzəli hikmət gərəkdirir ki, həqiqi, felən cəhənnəm atəşi mövcud olsun; kafir də, cəsədilə, o atəşdə yansın. Yoxsa, bu qədər təhdidlərin, heç bir təsiri və mənası olmazdı.

Xülasə: Bu dünyada, nisbi həqiqətlərin zühurunun gerçəkləşməsi üçün, şərrin yaradılması lazımdır. İnsan mahiyyətində dərc edilən şərrin və xeyrin hüdudu isə, təyin edilməmişdir; fitri olaraq, onlara, bir hədd qoyulmamışdır. Bundan dolayı, insan, sonsuz şərlər də işləyə bilər, xeyirlər də. O halda, insandakı bu pislik etmə qabiliyyətinin sonsuzluğundan dolayı, istər-istəməz, qorxutmaq lazımdır ki, onu dayandırsın, o da, həddini aşmasın. Çünki, insanın şərr qabiliyyətinə hədd qoyulmadığından, insan, elə günahlar işləyə bilir ki, əlindən gəlsə, bütün aləmi yandırar, yox edər.

Bax şəriət, insanın qüvvələrinə bir hüdud, bir nizam, bir mizan, bir qanun təyin edib sanki belə deyir:

"Ey kafir və asi! Sən, bu şirk və küfr bataqlığına düşsən; bu günahları işləsən, sənin haqqında gerçəkləşəcək olan cəza, cəhənnəm atəşi olacaq. Orda, əbədiyyən yanacaqsan."

Yekun: Məzkur izahlardan başa düşüldü ki, müşrik və kafirlər üçün gerçəkləşəcək və hazırlanacaq cəhənnəm atəşinin varlığı, həm o atəşin əbədiliyi, hikmətin, məhz özüdür.

------------------------------

(Haşiyə:

Müəllifimiz Said Nursi, yenə bu təfsirində, Fatihə surəsi 7-ci ayətin təfsirində, belə deyir:

Sual:

Eğer desen, Allahu Teala, Hakimdir, Ganiyy-i Mutlak'tır (mütləq Ğaniyy, zəngindir). Alemde şerri, kubhu (çirkinliyi) ve dalaleti yaratmasındakı hikmeti nedir?

Elcevab:

Sen bil ki! Muhakkak (şübhəsiz ki), bu kainatta maksud-u bi'z-zat (şəxsən məqsəd) olarak yaratılan, kemaller, hayırlar ve hüsünlerdir. Bunlar, külli ve şümullü olarak yaratılmışlardır. Şerler, kubuhlar (çirkinliklər), çirkin şeyler, noksanlar ise, hüsünlere, hayırlara, kemallere nisbeten cüziyyattırlar, az ve tebei (dolaylı) olarak ve mahlukat arasında görülmeyecek kadar dağınık bir surette yaratılmışlardır. Halik-i Zü'l-Celal'leri (onların cəlal sahibi Yaradanı), onları, hüsünler ve kemaller arasında -kendi zatları için değil, belki hayır ve kemal için, hakaik-i nisbiyyenin (nisbi həqiqətlərin) zuhuru, belki vücudu (varlığı) için,- bir mukaddime, bir vahid-i kıyasi (qiyas vahidi) olmak için yaratmıştır. Yani, şerler, noksanlar, kubuhlar çirkinliklər), cüziyyat kabilinden olup, tebei (dolaylı) olarak yaratılmışlardır ki, hayırların, hüsünlerin, kemallerin mertebelerini, nevlerini, kısımlarını göstermeye vesile olsunlar. Hakaik-i nisbiyyenin (nisbi həqiqətlərin) zuhur ve vücudlarına, bir mukaddime ve bir vahid-i kıyasi (qiyas vahidi) olsunlar.

-------------------------------------------

Şərhi:

Ustad Nursi (rahmətullahi aleyh), məzkur (yuxarıda zikr edilən) sual və cavabla, aləmdə yaradılan və zahirən şər və çirkin görsənən şeylərin hikmətini; və bunların, nisbi həqiqətlərin təhəqqüqünə (gerçəkləşməsinə) və zuhuruna vəsilə olduğunu bəyan etməkdədir. Belə ki:

Hakim (hikmət sahibi) və Ğani (nəhayətsiz zənginlik sahibi) olan Allah'ın, şərri, çirkinliyi, dalaləti yaratmasındakı hikməti nədir? Niyə bu çirkin şeyləri, xeyir və hüsnlərin (gözəlliklərin) içinə qatmışdır?

Cavab olaraq, belə deyir:

Kainatda şəxsən qəsd edilərək yaradılan və əsl olan, kamal, xeyir və hüsn (gözəllik)'dir; və aləmdəki kamal, xeyir və hüsn, küllidir, ümumidir, çoxdur. Şər, çirkinlik, nöqsan isə, hüsnə nisbətən cüzidir, təbəidir (dolaylı olaraq vardır) və görünməyəcək qədər azdır.

Həm aləmin Xaliqi olan Allah, bu şərləri, zatları üçün yaratmamışdır; bəlkə əsl şəxsən qəsd edilən, xeyirlərdir. Şərlər, xeyirləri, gözəllikləri, kamalları anlamaq və onlara qiyas vahidi olmaq üçün, təbəi olaraq yaradılmışlardır. Həm nisbi həqiqətlərin vücudu (varlığı) və zühuru (zahir olması) üçün xəlq edilmişlərdir. Çünki bu aləmdə, kamalın, xeyrin, hüsnün dərəcələri, ancaq zidləri olan nöqsanlıqlar, şərlər və çirkinliklərlə anlaşılar, bilinər. Yoxsa, dərəcə və mərtəbələri bilinə bilməzdi, sabit qalardı. Çünki əşya və əşyadakı dərəcələr ancaq zidlərinin içinə girməsilə, müdaxilə etməsilə meydana gəlir. Bəli, nurun dərəcəsi, zülmətin müdaxiləsi ilə bilinir. Hüsnün dərəcəsi, çirkinliyə nisbətən anlaşılır. Gecə olmasa idi, gündüz bilinməzdi.

Ustad Nursi, bu mövzunu, "Sözlər" risaləsində (18-ci Söz, 2-ci Nöqtə, s. 227-228) belə bəyan etməkdədir:

اَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُ

"...yaratdığı hər şeyi gözəl bir şəkildə yaratmışdır..." (Səcdə/7) âyetinin bir sırrını izah eder. Şöyle ki:

Herşeyde, hattâ en çirkin görünen şeylerde, hakikî bir hüsün ciheti vardır.

Evet, kâinattaki herşey, her hadise:

~ ya bizzat (zatı ilə, şəxsən) güzeldir, ona hüsn-ü bizzat (zatı ilə, şəxsən gözəl) denilir; veya

~ neticeleri cihetiyle güzeldir ki, ona hüsn-ü bilgayr (dolayısı ilə gözəl) denilir.

Bir kısım hadiseler var ki, zahiri çirkin, müşevveştir (qarışıqdır). Fakat o zahirî perde altında, gayet (çox) parlak güzellikler ve intizamlar var. Ezcümle (məsələn):

• Bahar mevsiminde, fırtınalı yağmur, çamurlu toprak perdesi altında, nihayetsiz güzel çiçek ve muntazam nebâtâtın (intizamlı bitkilərin) tebessümleri saklanmış.

• Ve güz mevsiminin haşin (sərt) tahribatı (təxribatı), hazin (hüznlü) firak (ayrılıq) perdeleri arkasında, tecelliyât-ı celâliye-i Sübhâniyenin (qüsur və nöqsanlıqdan münəzzəh olan Allahın, həşmət və böyüklüyünün təcəlliləri, görüntülərinin) mazharı (zahir olduğu yer) olan kış hadiselerinin tazyikinden ve tâzibinden (əzab verməsindən) muhafaza etmek için, nazdar (nazlı) çiçeklerin dostları olan nazenin (nazlı) hayvancıkları, vazife-i hayattan terhis (həyat vəzifəsindən tərxis) etmekle beraber, o kış perdesi altında nazenin (nazlı), taze, güzel bir bahara yer ihzar etmektir (hazırlamaqdır).

• Fırtına, zelzele, veba gibi hadiselerin perdeleri altında gizlenen pek çok mânevî çiçeklerin inkişafı vardır. Tohumlar gibi neşvünemasız (böyüyüb-inkişaf etməkdən uzaq) kalan birçok istidat çekirdekleri, zahiri çirkin görünen hadiseler yüzünden sünbüllenip güzelleşir. Güya umum inkılâplar ve küllî tahavvüller (dəyişikliklər), birer mânevî yağmurdur.

Fakat insan, hem zahirperest, hem hodgâm (eqoist) olduğundan, zahire bakıp çirkinlikle hükmeder. Hodgâmlık (eqosu) cihetiyle, yalnız kendine bakan netice ile muhakeme ederek, şer olduğuna hükmeder. Halbuki, eşyanın insana ait gayesi bir ise, Sâniinin esmâsına (sənətkar olan Allahın isimlərinə) ait binlerdir.

Meselâ, kudret-i fâtıranın (yaradıcı qüdrətin) büyük mu'cizelerinden olan dikenli otları ve ağaçları muzır (zərərli), mânâsız telâkki eder (deyə düşünər). Halbuki onlar, otların ve ağaçların mücehhez (təchiz edilmiş) kahramanlarıdırlar.

~ Meselâ, atmaca kuşu(nun) serçelere tasliti (musallat olması, sataşması), zahiren rahmete uygun gelmez. Halbuki, serçe kuşunun istidadı, o taslitle inkişaf eder.

~ Meselâ, "kar"ı pek bâridâne (soyuq) ve tatsız telâkki ederler (deyə düşünərlər). Halbuki, o bârid (soyuq), tatsız perdesi altında, o kadar hararetli gayeler ve öyle şeker gibi tatlı neticeler vardır ki, tarif edilmez.

Hem insan, hodgâmlık (eqoistlik) ve zahirperestliğiyle beraber, herşeyi kendine bakan yüzüyle muhakeme ettiğinden, pek çok mahz-ı edebî (məhz ədəbin özü) olan şeyleri, hilâf-ı edep (ədəbə müxalif) zanneder.

~ Meselâ, alet-i tenasül-ü insan (insanın cinsiyyət orqanı), insan nazarında bahsi hacâlet-âverdir (utanc vericidir). Fakat şu perde-i hacâlet (xəcalət pərdəsi), insana bakan yüzdedir. Yoksa, hilkate (yaradılışa), san'ata ve gayât-ı fıtrata (yaradılış qayələrinə) bakan yüzler öyle perdelerdir ki, hikmet nazarıyla bakılsa, ayn-ı edeptir (ədəbin eynilə özüdür), hacâlet ona hiç temas etmez."

Sual:

Eğer desen, hakaik-i nisbiyyenin ne kıymeti vardır ki, onun için şerr-i cüzi istihsan edilsin?

Sana cevaben denilir ki:

Hakaik-i nisbiyye:

• Kainatın eczaları arasındakı rabıtalardır.

• Ve keza, kainatın nizamı, o hakaik-i nisbiyyenin hatlarından, iplerinden nescedilmiş, onlardan doğmuştur.

• Ve keza, hakaik-i nisbiyye, öyle şualardır ki, kainatın envaının her birisi için, bir vücud-u vahid, onlardan inikas etmiştir.

• Ve keza, hakaik-i nisbiyye, hakaik-i hakikiye nisbeten, binlerce kat fazladır. Zira, bir zatın, mesela hakiki sıfatları, hakiki hakaiki eğer yedi ise, onun hakaik-i nisbiyyesi yedi yüzdür.

O halde, hayr-ı kesir için şerr-i kalil afvedilir; nazara alınmaz; belki o hayr-ı kesir vücuda gelsin diye, şerr-i kalil istihsan edilir. Çünkü içinde şerr-i kalil var diye, şerr-i kalilin hatırı için hayr-ı kesiri terk etmek, vücuda getirmemek, şerr-i kesir olur. Yani, bazı cüzi şerler için hayr-ı kesiri terketmek, şerr-i kesir olur.

Hikmet nazarında, eğer bir şerr-i kalil, şerr-i kesire karşı gelip, onu ortadan kaldırırsa, o zaman o şerr-i kalil, hüsn-ü bi'l-gayr olur. Yani, o şerr-i kalil, şerr-i kesire mani olduğu için, netice itibariyle, hayr-ı kesir olur; dolayısı ile güzel olur. Nasıl ki, usulde takarrur etmiştir ki, zekat ve cihadda her ne kadar mal ve can telefi varsa da, netice itibariyle hem zekatın farziyyetinde, hem de cihadın farziyyetinde, çok hayr-ı kesir vardır.

Meşhur olan şu اِنَّ الْاَشْيَاءَ اِنَّمَا تُعْرَفُ بِاَضْدَادِهَا kazıyyesinin manası şudur ki:

"Bir şeyin zıddının mevcudiyyeti, o şey için hakaik-i nisbiyyenin zuhuruna ve vücuduna sebebdir."

Mesela, eğer kubuh, çirkinlik olmasaydı ve hüsnün arasına tahallül edip girmeseydi; o zaman hüsnün gayr-ı mütenahi meratibi tezahür etmezdi, anlaşılmazdı.

-----------------------------------------

Şərhi:

Mətnin izahına keçmədən əvvəl, mövzumuzla bağlı bəzi məfhumları açıqlayaq. Belə ki:

Hər bir varlığın bir surəti, hüviyyəti, mahiyyəti və həqiqəti vardır.

• Surət: xaricdən görünən şəkil, bir şeyi digərlərindən ayıran şey kimi mənalara gəlir.

Digər 3 kəlimə isə, Seyyid Şərif Cürcani'nin "Tarifat" adlı kitabında belə icmal edilmişdir:

~ "O nədir?" Sualının cavabı olan özəllik, əqlə uyğunluğu cəhətindən - mahiyyət;

~ Xarici aləmdə sübutu (yəni özünü göstərməsi) cəhətindən - həqiqət;

~ Başqalarından fərqliliyi cəhətindən isə - hüviyyət

deyə adlandırılır.

Lüğət-i Naci'də, mahiyyətin həqiqətdən daha ümumi olduğu; həqiqətin sadəcə "mövcud" şeylər üçün istifadə edilməsinə müqabil, mahiyyətin "mədum", yəni yox olan şeylər üçün də istifadə edilə bildiyi yazılmışdır. Bu son ifadəyə bir misal vermək lazım gəlsə, bunu verə bilərik:

Şirkin həqiqəti yoxdur. Ancaq "Şirk nədir?" sualının, "Allaha şərik qoşmaq" şəklində bir cavabı vardır. Bax şirkin mahiyyəti, bu cavabda özünü göstərir.

Kitabxanadan bir kitab götürərək, "bu nədir?" deyə soruşsanız, "bu, kitabdır." deyə cavab alarsınız. Demək ki, "kitab", o şeyin mahiyyətidir. Kitabın surəti, şəkli, cildinin boyası və s. surət kəliməsinə daxildir. "Kitab mənası", əlimizdəki kitabda təhəqqüq etməsi cəhətilə də, həqiqət olur. Bu həqiqət, onu yazanın bir isminə (ünvanına) dayanır. Əgər o əsər, bir tibb kitabıdırsa, onda "təbib" ismi təcəlli etmişdir. Daha doğrusu, o kitabın həqiqəti, tib elmi və təbib ismidir.

Bax, "Əşyanın həqiqəti, Allahın əsmasıdır." həqiqətinə, bu misal ilə bir dərəcə baxıla bilər.

Risale-i Nur'da keçən: "Mahiyet-i eşya ise, o hakaikin gölgeleridir." Yəni, "Əşyanın mahiyyəti, o həqiqətin kölgələridir." ifadəsinə gəlincə:

Zat olmasa idi, kölgədən söz edilə bilməzdi. Tibb elmi ve təbib ismi də olmasa idi, bu kitab, varlıq sahəsində özünü göstərə bilməzdi. Demək ki, bunun varlığı, kölgə məqamındadır; əsli isə, tibb elmi və təbib ismidir.

Elm sifəti, təcəlli olmadan bilinməz və görülməz. Ancaq, belə bir bir əsər o ismə ayna olar və onu göstərər. Amma yenə də, əlimizdəki bir əsərin vərəqlərilə müəllifin ismi arasında bir münasibət qurmaq, o səhifələrdə elmin mahiyyətini axtarmaq, boş cəhdlərdir. Elm sifəti, mahiyyətilə, yenə məchulumuzdur. Biz bu kitabda, o elmin zatını deyil, bir təcəllisini seyr etmiş və mahiyyətini deyil, varlığını bilmiş oluruq. Necə ki, kölgədə, kölgə sahibinin varlığını görürük; ancaq onun sifətini, məsələn elm sifətini, təqvasını, gözəl əxlaqını isə seyr edə bilmirik.

Kölgənin varlığı, əslin varlığı yanında çox zəif qalır; dərəcə etibarı ilə onun çox aşağısında yer alır. Bir də, o kölgənin kölgəsini düşünək, bu ikinci kölgənin varlığı ilə birinci kölgə arasındakı fərqlilik, əsl ilə birinci kölgə arasındakı fərq qədərdir. Yəni bu ikinci kölgə, ilk kölgəyə görə, çox daha aşağı bir varlıq mərtəbəsində qalır.

Bir cismin aynadakı təcəllisi, onun bir cəhətdən kölgəsidir. Yəni onun varlığı ilə "bu kölgə varlıq" arasında böyük fərqliliklər vardır. Bir daşın aynadakı timsalında, sərtlik tapa bilmərik. O kölgə, daşı təmsil edər, daşdan xəbər verər, ancaq daşın varlıq mərtəbəsinin yanında onun dərəcəsi ancaq bir kölgə qədərdir. Bu kölgənin qarşısına bir ayna daha tutaq və o kölgə, o ikinci aynada təcəlli etsin. Bax bu ikinci kölgə varlığa, "kölgənin kölgəsi" deyilir.

Tasavvufda, məxluqat aləmi yaradılmadan əvvəl, onların Allahın əzəli elmindəki təəyyünlərinə, "ayan-ı sabitə" adı verilir; və bu elmi vücudlar, "İlahi isimlərin kölgələri" deyə adlandırılır. O elmi varlıq, şəhadət aləminə gətirildiyində, kölgənin kölgəsi qədər bir varlıq mərtəbəsinə sahib qılınır. Çünki əşya, ayan-ı sabitənin kölgəsi; ayan-ı sabitə də, əsmanın gölgəsidir.

• Nisbi həqiqətlər:

Nisbi: həqiqətdə varlığı olmayıb bir başqasına nisbət edilən deməkdir. Böyük-kiçik; sağ-sol; ön-arxa; üst-alt, nisbidirlər. Bunların heç biri, məxluq deyildirlər.

Gözəllik, bir həqiqətdir; çirkinliyin müdaxiləsi ilə gözəllikdə mərtəbələr meydana gəlir. Xeyir də, bir həqiqətdir; bundakı mərtəbələr də, şərrin müdaxiləsi ilə ortaya çıxır.

Mövzunun bir başqa yönü:

Bir şəxsin hər kəscə bilinən bir həqiqəti vardır. Bir şəxs, birinin oğlu, digərinin atası, bir başqasının qardaşı, bir digərinin nəvəsi, bir müəssisənin müdiri, bir şirkətin işçisidir.

Beləcə bir həqiqət, nisbətlə, minə çevrilir.

Mətnin şərhinə geri qayıdaq. Belə ki:

"Sual:

Eğer desen, hakaik-i nisbiyyenin ne kıymeti vardır ki, onun için şerr-i cüzi istihsan edilsin?"

Yəni:

Əgər soruşsan ki:

"Nisbi həqiqətlərin nə qiyməti var ki, bunlar səbəbilə cüzi şərlər xoş görülsün?

Mən (Nursi), cavab olaraq deyirəm ki:

• "Hakaik-i nisbiyye, kainatın eczaları arasındakı rabıtalardır."

Həqiqi / sabit həqiqətlər: Allahın, qüdrət və iradə sifətilə yaratdığı; və kainatda sabit olub dəyişməyən hər həqiqətə deyilir.

Məsələn, istilik, işıq, gözəllik, sabit bir həqiqətdir. Bunların kainatdakı miqdarı, nisbi həqiqətlərə nəzərən, daha azdır. Zatən nisbi həqiqətlər də, bu sabit həqiqətlərin aralarındakı bağlar və münasibətlərdən ibarətdir.

Məsələn, istiliyin, sabit bir həqiqəti vardır. Lakin soyuq deyilən nisbi həqiqət meydana çıxınca, istiliyin milyonlarla nisbi dərəcə və həqiqətləri meydana gəlir. Ustadın:

"Hakaik-i nisbiyye, kainatın eczaları arasındakı rabıtalardır." sözü, bu mənadadır.

Burdakı:

~ "əcza": sabit həqiqət;

~ bunlar arasındakı "rabitə" deyilən bağlar isə: nisbi həqiqətlərdir.

Suyun qaynama dərəcəsi, dəmirin ərimə dərəcəsi, suyun donma dərəcəsi, bunlar, sabit olan istilik həqiqətinin nisbi dərəcələridir.

• "Ve keza, kainatın nizamı, o hakaik-i nisbiyyenin hatlarından, iplerinden nescedilmiş, onlardan doğmuştur."

Nisbi həqiqətlər, sabit həqiqətlərin ətrafında bir sistem və nizam qurmaqdadır. Məsələn:

"Binanın arxa tərəfində bir ağac var. Gedib ordan meyvə qopara bilərsən." dediyimiz vaxt, "arxa tərəf" məfhumu, binaya bir dəyər, nizam, sistematiklik qazandırır.

"Amerika şimalda; Yaponiya şərqdədir." deməyimiz də, eyni şəkildə nisbi dəyərdir. Əgər bu nisbi həqiqətlər olmasa idi, kainatda nizam və intizam deyə bir şey olmazdı. Kimsə yönünü və gedəcəyi yeri bilməz və tərif edə bilməzdi. Hər şey, qarışıq bir hal alardı.

• "Ve keza, hakaik-i nisbiyye, öyle şualardır ki, kainatın envaının her birisi için, bir vücud-u vahid, onlardan inikas etmiştir."

Kainat, mərtəbə-mərtəbə və sinif-sinif növlərdən mütəşəkkildir. Yəni, kainatın növləri dediyimiz vaxt, kainat, bir növ olaraq anlaşıldığı kimi; qalaktikalar, ulduzlar, dünyamız və onun içərisindəki dənizlər, onların içərisindəki balıqlar, insanlar, heyvanlar, bitkilər, hüceyrələr, atomlar, ta ki esir maddəsinə qədər hər şey, bir növ olaraq mülahizə edilə, düşünülə bilər. Bax bu növlərin, mahiyyət və keyfiyyətlərinə görə, hər birinin bir isim və vəsf altında toplanan vahid vücudları vardır.

Yuxarıda saydığımız hər şeyin, mahiyyəti etibarı ilə, vahid bir vücudu vardır. Məsələn, kainat, vahid, tək bir vücuddur. İnsanlar, növ olaraq vahid bir vücuddurlar. Onların içərisində bir insan, tək başına, vahid bir vücuddur. İnsanı meydana gətirən hüceyrələr, hətta atomlar, yəni hər şey, vahid bir vücuddur. Yəni tək bir vücudu vardır.

Allahdan başqa kainatdakı bütün vahid vücudların hamısı, nisbi həqiqətlərin zühurudur. Yəni kainata təkamül qanunu qoyulmasa, zidlər bir-biri içinə girməsə, fərqli varlıqlar meydana gəlməyəcəkdir. Madam ki, fərqli özəllikdə və gözəllikdə, saya bilməyəcəyimiz qədər vücudlar, varlıqlar və onların təmsil etdikləri vahid bir vücudları var isə, bunların hamısı, varlığını və davamını, nisbi həqiqətləri murad edən və aləmi ona görə tənzim edən Allahın tənsibi (uyğun görməsi) və təqdirindən başqa bir şey deyildir.

Bəsit bir misal verərək, məsələni ağla yaxınlaşdıraq:

Məsələn, bir kitabın özünə aid və özünü təmsil edən vahid bir vücudu vardır. Yəni ona biz, "bir kitab" deyirik. Bu təbiri istifadə edə bilməyimiz üçün, kitab, məqalələrdən, cümlələrdən meydana gəlməlidir. Bu saydıqlarımız isə, bir-birindən fərqli şeylərdir. Bax bu fərqli şeylər bir araya gələrək, vahid bir vücud olan kitabı meydana gətirirlər.

Cümlələr də, hərflərdən meydana gəlirlər. O cümlələrin hər birinin ifadə etdiyi məna etibarı ilə, tək bir vücudu vardır. O tək bir vücud da, varlığını, bir-birindən fərqli olan hərflərə borcludur.

Hərflərin də, tək başına vahid bir vücudu varsa da, o vücud, özünü meydana gətirən mürəkkəbin və ya qələmin fərqli şəkillərdə hərəkətinə borcludur.

Bax biz, bütün bu fərqliliklərə, bir-birindən ayrı gözəllikdə olduqları üçün, nisbi həqiqətlər deyirik.

Bu nisbi həqiqətlər olmazsa, hərflər olmaz. Hərflərin nisbi həqiqətləri olmazsa, cümlələr olmaz. Cümlələrin nisbi həqiqətləri təqdir edilməzsə, kitablar yazılmaz.

Bu gün, dünyada, hərflərin icadından bu zamana qədər, bəlkə sonsuz sayda kitablar meydana gəlmişdir və hələ də gəlməkdədir. Bütün bu kitabların təməlində, hərflərin fərqli xüsusiyyətləri və onların yan-yana gəlməsindən zühur edən nisbi həqiqətlər dayanmaqdadır.

Haqq Taala da, atomların bir araya gəlməsi; elementlərin bir-birinə qarışması; varlıqların iç-içə olması ilə; aralarına təzad qanununu əlavə edərək kainatı fərqliliyə məruz qoyub, sonsuz nisbi həqiqətlərin zühura gəlməsini murad etmişdir.

Bax biz, hansı varlığı, hansı özəllikdə və isimdə bilirik, tanıyırıq və qəbul edirsək, o varlıq, hər şeyini və həyatını, nisbi həqiqətlərin təqdirinə borcludur.

• "Ve keza, hakaik-i nisbiyye, hakaik-i hakikiye nisbeten, binlerce kat fazladır. Zira, bir zatın, mesela hakiki sıfatları, hakiki hakaiki eğer yedi ise, onun hakaik-i nisbiyyesi yedi yüzdür."

Məsələn, insanın mahiyyətinə dərc edilmiş olan qabiliyyətlərə, zidləri müdaxilə edincə, hər bir qabiliyyətin, minlər mərtəbə və dərəcəsi ortaya çıxır.

Comərdlikdə Xatəm ət-Tai, dillərə dastan olarkən, sıravi bir comərd şəxs də, mərtəbəsinə görə, sıravi bir məqamda qalır. Bunun səbəbi, comərdliyin sabit bir həqiqəti yanında, minlərlə izafi həqiqətinin də var olduğudur. Xatəmi digər comərd insanlara üstün qılan, nisbi halıdır. Yəni, o, məsələn birinə görə 5 dəfə çox comərd ikən, digərinə görə 10, başqa birinə 20 və s. qat çox comərddir. Özünün həqiqi olaraq daşıdığı comərdlik sifəti bir ikən, nisbi olaraq yüzlər, bəlkə minlər mərtəbə comərdliyə sahib ola bilər.

Eynilə bu misal kimi, bir insanın həqiqi sifətləri, məsələn 7 ikən, nisbi olan sifətləri (digərlərinə nisbətən meydana gələn sifətləri), 700 və ya daha çox ola bilər.

"O halde, hayr-ı kesir için şerr-i kalil afvedilir; nazara alınmaz; belki o hayr-ı kesir vücuda gelsin diye, şerr-i kalil istihsan edilir. Çünkü içinde şerr-i kalil var diye, şerr-i kalilin hatırı için hayr-ı kesiri terk etmek, vücuda getirmemek, şerr-i kesir olur. Yani, bazı cüzi şerler için hayr-ı kesiri terketmek, şerr-i kesir olur.

Hikmet nazarında, eğer bir şerr-i kalil, şerr-i kesire karşı gelip, onu ortadan kaldırırsa, o zaman o şerr-i kalil, hüsn-ü bi'l-gayr olur. Yani, o şerr-i kalil, şerr-i kesire mani olduğu için, netice itibariyle, hayr-ı kesir olur; dolayısı ile güzel olur."

Bax bu məqsədlərdən dolayı, cüzi şərlər, çox xeyirlərin vücuda gəlməsi üçün, istihsan edilir, xoş görülür. Çünki cüzi şərlər vücuda gəlməsin deyə çox xeyirləri tərk etmək, çox şər olur. Hikmət nəzərində, əgər az şər, çox xeyirə əngəl və mane olursa, bu az şər, hüsn-ü bi'l-ğeyr (dolayısı ilə, nəticələri etibarı ilə gözəl) olur. Yəni madam ki, az şər, çox şərlərin meydana gəlməsinə mane olur, elə isə, nəticələri etibarı ilə gözəldir.

Hüsn (gözəllik), 2 qisimdir:

• Biri: hüsn-ü bi'z-zat'dır (zatı ilə, şəxsən gözəl olan). Məsələn, xeyirlərin yaradılması, hüsn-ü bi'z-zat'dır.

• Digəri: hüsn-ü bi'l-ğeyr'dir. Məsələn, şərlərin yaradılması, hüsn-ü bi'l-ğeyr'dir, dolayısı ilə gözəldir.

"Nasıl ki, usulde takarrur etmiştir ki, zekat ve cihadda her ne kadar mal ve can telefi varsa da, netice itibariyle hem zekatın farziyyetinde, hem de cihadın farziyyetinde, çok hayr-ı kesir vardır."

Allahın əmr və qadağalarında, zahirən cüzi şər, yəni çətinlik və məşəqqət olsa da, bunlar, nəticə etibarı ilə çox xeyrin vücuduna səbəbdir. O da, dünya və axirət səadətinə vəsilə və Allah rizasına vasitədir. Elə isə, cüzi olan az şərlərin meydana gəlməməsi üçün, belə çox xeyrlər tərk edilməz. Tərk edilsə, çox xeyrdən məhrumiyyətlə bərabər, çox şər olar. Yəni, dünyəvi və uxrəvi bədbəxtliyə vasitə və Allahın qəzəbinə vəsilə olar.

Ustad Nursi, buna, zəkat və cihadı nümunə olaraq vermişdir. Bunlar, zahirən nəfsə ağır gəlməkdədir. Çünki can və mal tələfi vardır. Lakin həm zəkatda, həm də cihadda, az şər olmaqla bərabər, nəticə etibarı ilə çox xeyir olduğundan, şəriət, bu 2 ibadəti qəbul etmiş və fərz qılmışdır.

Bəli:

~ Zəkat, kasıbla varlı arasında yardım körpüsüdür; dolayısı ilə, kasıbı varlı ilə barışdırır, ictimai həyatda nizamı təmin edir.

~ Cihad isə: İslam diyarını və müsəlmanların, maddi və mənəvi hüquqlarını mühafizə edir. Cihad olmazsa, İslam yurdu və müsəlmanların can və malı da əldən çıxar.

"Meşhur olan şu اِنَّ الْاَشْيَاءَ اِنَّمَا تُعْرَفُ بِاَضْدَادِهَا kazıyyesinin manası şudur ki:

'Bir şeyin zıddının mevcudiyyeti, o şey için hakaik-i nisbiyyenin zuhuruna ve vücuduna sebebdir.'

Mesela, eğer kubuh, çirkinlik olmasaydı ve hüsnün arasına tahallül edip girmeseydi; o zaman hüsnün gayr-ı mütenahi meratibi tezahür etmezdi, anlaşılmazdı."

"Hər şey, ziddi ilə bilinir." qaydasının mənası, "Ziddin varlığı, digər ziddin varlığına, yəni nisbi həqiqətin zühuruna səbəb olur." deməkdir.

Məsələn, əgər çirkinlik olmasa və gözəlliyin arasına daxil olmasaydı, bu halda hüsn, hədsiz mərtəbələrilə zühur etməzdi, sabit qalardı.

Xülasə:

Təkvini və ya təklifi olsun, zidlərin varlığı, nisbi həqiqətlərin zühuruna vəsilədir. Bu dünyada, təkvinən və təklifən, içində az da olsa şər olmayan heç bir şey yoxdur. Cüzi-külli hər bir şeydə, az da olsa şər vardır. Lakin Allahın icadı, külli nəticələrə və çox xeyirlərə baxdığı üçün, onda şər yoxdur. Bax bundan dolayıdır ki, cüzi şərlər istihsan edilmiş, xoş görülmüşdür.)

----------------------------

Müəllif: Ustad Bədiüz-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzənni'l-İcaz" təfsirindən nəql, Bəqərə/7 təfsiri

Read 45 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR