Kainat Necə Yaradılmışdır və Yaradılış Qayəsi Nədir?

   

    Varlıq yaradılmamışdı və Allah`dan başqa heç bir şey yox idi. (Bax. Buxari, Məğazi, 67) Uca Allah, zatının tanınmasını və bilinməsini istədi. İsim və sifətlərinin təcəllisi olaraq kainatı yaratdı. Bir qüdsi hədisdə uca Allah: "Mən gizli bir xəzinə idim, bilinmək və tanınmaq istədim məxluqatı yaratdım." (Acluni, II, 132) buyurmuşdur. Yəni uca Allah kainatı özünü tanıtmaq üçün yaratmışdır. Yaradılışın qayəsi və məqsədi yaradıcını tanımaqdır. Allah insanı da O`nu iman ilə tanıması və ibadət ilə itaət etməsi üçün yaratmışdır.

     Allah özünü gizləmiş və əsərlərini ortaya çıxarmışdır. Çünki əsər ustasını daha yaxşı tanıdır. Məqsəd gizli xəzinələrini ortaya çıxarmaq və o vasitə ilə zatını tanıtmaq olduğundan əsərini izhar edib, yəni aşkara çıxarıb özünü gizləmək daha mükəmməl bir şəkildə zatının tanıdılmasına səbəb olur. Allahın xəzinələri isə isimlərində gizlidir. Çünki mükəmməl, bənzərsiz, gizli bir camal (gözəllik) öz gözəlliklərini aynada görmək və gözəlliyinin dərəcələrini şüurlu və özünə aşiq olanların gözləri ilə də görmək və bilinmək istəyir. Bu da özünün ad və sifətlərini görərək əsərlərini bilən, anlayan, tərifləyən və təqdir edənlərin varlığını tələb edir. Uca Allah da kainatı yaradaraq öz xəzinələrini ortaya çıxardı. İnsanı yaradaraq bu əsərlərin sahibini, yaradıcısını bilmək və iman ilə tanımaq, ibadət ilə itaət etməyi zəruri etdi. İnsanın yaradılış məqsədi Allaha iman olduğuna görə, insan iman etməklə bu məqsədi həyata keçirmiş olur. İnsanın əfv edilməz günahı da Allaha şərik qoşmaq olacaq. Məhz bundan dolayı  uca Allah

"Şirki Allaha qarşı edilmiş ən böyük böhtan qəbul etmiş, Allah şirki bağışlamaz, bunun xaricində hər günahı bağışlayar." (Nisa surəsi, 4/48, 116) buyurmuşdur.

     Varlıq Allahın varlığını necə izah edər? Əsərin ustasını tanıtdığı kimi ... Belə ki: "Vücud; mümeyyize, muhassısa və müreccihe olmaq üzrə, elm, iradə və qüdrət sifətlərini istilzam edər." Bu da görmə, eşitmə və danışma sifətlərini gərəkdirir. Məhz Allahın sifətlərini bu şəkildə anlayırıq. Ağıl nöqtəsində bu belə olduğu kimi, uca Allah da rəhmətinin gərəyi olaraq peyğəmbərlər və kitablar vasitəsi ilə də insanları bu məqsədə yönəltmişdir.

     Uca Allah Qurani-Kərimdə

"O Allah yaradıcıdır, hər şeyi yoxdan yaradan, hər şeyə surət və şəkil verən odur. Bütün gözəl ad və sifətlər Ona məxsusdur. Səma və ərzdə olan hər şey onu tərifləyər, onu təsbih və hər cür nöqsan sifətlərdən tənzih edər. O əzizdir, izzət və əzəmət sahibidir. Hər işi hikmətlədir, hər etdiyi şey elm və hikmətin gərəyidir. "(Həşr surəsi, 59/24)

    buyuraraq bu xüsusu ifadə etmişdir.

   Məqsəd Allahı tanımaq və zikr etmək olduğundan səhər və axşam namazından sonra bu ayələri oxuyaraq Allahın ad və sifətlərini təkrar etməyi Peyğəmbərimiz sallallahu aleyhi və səlləm tövsiyə etmiş və bunu davamlı edənin şəhid olaraq öləcəyini və cənnətə gedəcəyini müjdələmişdir.

Yaradılış keyfiyyəti:

     Səhabələrdən Əbu Rezin (Allah ondasn razı olsun) Peyğəmbərimizdən (sallallahu aleyhi və səlləm) soruşdu:

     "Ya Rəsulallah! Allah yerləri və göyləri yaratmazdan əvvəl harada idi? "

      Peyğəmbərimiz (sav) cavab verdi:

"Allah vardı, varlıq yox idi. O gizlilik və bilinməzlik içində idi. Hələ ərşi də su üzərində deyildi. Sonra ərşini su üzərində yaratdı. "(Buxari, Məğazi, 67, 74, Bed'ül-Xalq 1, Tövhid 22; Tirmizi, Mənaqib, 3946) buyurdu.

     Bədiüzzaman Həzrətləri bu xüsusa aydınlıq gətirərək belə deyir:

“Şəriətin nəql etdiyinə göre Cenab-ı Hak, bir cövhərəyi (Nur-u Muhammədiyi) yaratmış, sonra ona təcəlli etməklə bir qismini buxar, bir qismini maye etmişdir. Sonra o mayi qisminə də təcəlli etməklə tekâsüf ettirip “zebed” köpük kesmiştir. Sonra ərzi ve yeddi küre-i arziyeyi o köpükten xəlq etmiştir.”

    Cənab-ı Haqqın ərşi su hökmündə olan əsir maddəsi üzərində imiş. Əsir maddəsi yaradıldıqdan sonra, Allahın(C.c) ilk icadlarının təcəllisinə mərkəz olmuşdur. Yəni əsiri xəlq etdikdən sonra cəvahir-i fərdə (atomlara) çevirmişdir. "Əsir maddəsi isə atomların tarlası olub" mövcudata nəzərən axıcı bir su kimi olub mövcudatın aralarına nüfuz etmiş bir maddədir. "

  Uca Allah əsiri yaradıb ərşini onun üzərinə qurmuşdur. Yəni hakimiyyətini və hökmranlığını və ərşini əsirə yükləmişdir. Beləcə atomların içinə belə nüfuz edə bilən əsirə hökmətməklə Allah bütün kainata və hər şeyə hökm etmiş olur. Beləcə Allah elm, iradə və qüdrəti və bunların tələb etdiyi ad və sifətləri ilə hər şeyə hər şeydən daha yaxın olmaqdadır. Və elm, iradə və qüdrəti hər şeyin içini çölünü, altını və üstünü əhatə etmişdir.

    Hz. Əbu Hureyrə (r.a) Peyğəmbərimizdən(sav) soruşur:

    "Ya Rəsulallah! Uca Allah məxluqatı nədən yaratdı?"

     Peyğəmbər əfəndimiz(sav) cavab verdi:

     "Uca Allah Qur`anda "Biz hər şeyi sudan yaradaraq həyat verdik' buyurmurmu? Elə isə Allah hər şeyi sudan yaratmışdır" buyurdu. Bundan dolayı İmam-ı Əzəm Əbu Hənifə (ra) "Subhanə mən xaləqa'l-ərzə ələ məin cəməd" yəni; "Yer üzünü donmuş sudan yaradan Allahı təsbeh edirəm" sözünü təsbihatı içinə almışdır.

     Yenə Peyğəmbərimiz(sav):

    "Allah dünyanı yeddi zaman üzrə yaratdı. Bunlardan hər dövr, zamanını Allahdan qeyrisinin bilməyəcəyi uzun bir müddətdir. İnsanın yaradılışından öncə altı dövr keçmişdir. Adəmin (as) yaradılışından qiyamətə qədər bir dövr keçəcək." buyurmuşdur.

   Bu dövrlər isə; Qaz dövrü, atəş dövrü, qabıq bağlama dövrü, torpağın əmələ gəlməsi dövrü, bitkilərin meydana gəlmə dövrü, heyvanların yaranma dövrü, insanın yaradılma dövrü olmaq üzrə yeddi dövrdür.

    İnsanın yaradılışından əvvəlki dövrü, "İnsanın yaradılışına qədər elə dövrlər keçdi ki aydın olası bir şey deyildir" ayəsi ilə ifadə edilmişdir. İnsanın yaradılış dövrü də torpaq, tin, palçıq, şəkillənmiş palçıq, bişmiş və qurumuş palçıq olmaq üzrə altı dövrəni içinə almaqdadır. Quran-ı Kərimdə insanın yaradılışına dair altı ayə, xüsusi ilə palçıqdan yaradıldığına aid altı ayə, bu palçığın xüsusiyyətlərinə dair də altı ayə vardır. Əlbəttə bu böyük hikmətləri və sirləri içində saxlamaqdadır.

     Kainatın yaradılışının altı gündə olduğunu uca Allah Qurani-Kərimdə açıq şəkildə ifadə edir. İnsanın ilk yaradılışı altı mərhələdə olduğu kimi, ana qarınında yaradılışı da altı mərhələdə cərəyan edir. Ayrıca insan psixoloji və ruhi olaraq da altı təməl xarakterə ayrılmaqdadır.

    Necə ki Peyğəmbərimiz (sav)

"Uca Allah Adəmi (as) yer üzünün hamısından aldığı bir çimdik torpaqdan yaratmışdır. Adəmin uşaqları da yer üzü torpağının növləri kimidir. Onlardan kimisi düzənlik kimi uyğun, yumşaq və məhsuldar, kimisi də yer üzünün yüksək və qatı qismi kimidir. Kimisi mındar və kimisi də xoş və təmizdir. Bəziləri də ikisi arası bir vəziyyətdədir." buyurmuşdur.

      İbn-i Abbasdan(ra) gələn rəvayətə görə Peyğəmbərimiz(sav) belə buyurmuşdur:

     "Allah ilk olaraq qələmi yaratdı. Qələm kainatın plan və proqramı şəkilində olacaq hər şeyi, yəni qədəri yazdı. Sonra Allah suyu yaratdı və o suyun buxarından da göyləri yaratdı. Sonra uca Allah "Nun" u yaratdı və yerləri onun üzərinə döşədi. Ərz hərəkət edincə dağlar ilə sabitləştirdi. Və Peyğəmbərimiz (sav) "Nun. Val-Qələmi va mə yəsturûn " ayəsini oxudu."

    Elmalılı Həmdi Yazarın şərhinə görə "Uca Allah başlanğıcda əzəli təqdir ilə qiyamətə qədər olacaq şeylərin proyektini yazan ruhani ilk ünsürü yaratmışdır. Buna "Akl-ı Əvvəl" və "Nur-u Muhammədi" deyilmişdir. Sonra maddə yaradılmış və buna "Cövhər" deyilmişdir. Sonra su buxarı kimi maye və qaz qarışıqlı maddədən göy cisimləri yaradılmış, sonra buna hərəkət verilərək maye halda dövri hərəkəti ilə kürəyə bənzər olduğu üçün "Nun" deyilmişdir. "

    Nəticə olaraq

"İnsan bir yolçudur. Rahm-ı Mader (ana rəhmindən), dünyadan, bərzəxdən, həşrdən və siratdan keçən bir səfəri vardır. Bu səfərin sonu cənnət və cəhənnəmdə bitəcək. Yaradılışın məqsədi Allah`ın özünü məxluqatı ilə tanıtmasıdır. Varlıq Allahın tanınmasını təmin edərkən, məxluqat içində ağıllı və şüurlu olaraq yaradılan insanın da vəzifəsi Allahı tanımaqdır. Allahı iman ilə tanıyaraq yaradılış məqsədinə xidmət edən insan əbədi səadəti qazanar. Əbədi səadət yurdu isə cənnətdir.

   Dinin məqsədi və hədəfi insanı cənnətə aparacaq olan əməlləri öyrətmək və insana etdirməkdir. Bu da peyğəmbərlərin göstərdiyi şəkildə iman və əməl ilə mümkün olur. Dinin məqsədi və hədəfi budur. İnsanlığa əbədi səadəti qazandıracaq olan iman və əməli insanlığa öyrədən Peyğəmbərimiz (sav) əlbəttə kainatın üzü suyu hörmətinə yaradıldığı ən qiymətli bir peyğəmbər olacaq. İnsanlığa bundan daha böyük xidmət ola bilər mi? Bundan dolayı uca Allah Peyğəmbərimizi "Səni yaratmasaydım kainatı yaratmazdım" buyuraraq tərifləyir.

Read 1.607 times
In order to make a comment, please login or register