Kasıb möminlər, varlı möminlərdən daha fəzilətlidirlərmi?

Səhl b. Sad əs-Səidi (radiyallahu anh)'dan belə rəvayət edilir:

Bir dəfə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanından (varlı) bir adam keçdi. Bunun üzərinə Peyğəmbər (yanında olanlara):

"Bu (varlı) adam haqqında  deyirsiniz?" buyurdu. Orada olanlar:

Bu adam haqqında sənin görüşünə uyğun söz söyləyərik. (Xarici görünüşünə görə və dünyalıq cəhətindən isə) belə deyərik:

"Bu adam:

• insanların ən şərəflilərindəndir. 

• (bir qız-qadın ilə) evlənmək istəsə, evlənilməyə;

• (bir şey üçün) şəfaətçi (vasitə) olarsa, şəfaətçiliyi (vasitəliyi) qəbul edilməyə;

• bir şey söyləsə, sözü eşidilməyə 

layiq bir kimsədir." dedilər.

Allah rəsulu da susdu. Bu əsnada (kasıb olan) başqa bir adam keçdi. Bunun üzərinə Peyğəmbər:

"Bu adam haqqında nə deyirsiniz?" diyə soruşdu. Orda olanlar:

"And olsun Allaha, ey Allahın rəsulu! Biz belə deyərik:

Bu adam:

Müsəlmanların kasıblarındandır. O buna layiqdir:

• (bir qız-qadın ilə) evlənmək istəsə, onunla evlənilməz;

• (bir şey üçün) şəfaətçi (vəsilə) olsa, şəfaətçiliyi qəbul edilməz; və

• bir şey söyləsə, sözü eşidilməz." 

dedilər. Bunun üzərinə Peyğəmbər:

"Bu (kasıb), şübhəsiz, dünya dolu o biri (varlı) adam kimilərdən xeyirlidir." buyurdu.

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kasıbların fəziləti (yəni Allah qatında üstünlükləri) babı, hədis no: 4120)

------------------------

İzahı:

Bu hədisi, Buxari, Nigah və Riqaq bablarında rəvayət etmişdir. İbn-i Həcər'in bildirdiyinə görə, ibn-i Hibban da bunu rəvayət edir.

Allah rəsulu'nun varlı adam haqqında görüşlərini soruşduğu səhabələrin: "Bu adam haqqında sənin görüşünə uyğun söz söyləyərik." şəklində verdikləri cavabla bağlı olaraq imam Sindi belə deyir:

"Səhabələr doğru söyləyiblər. Çünki onlar, adamın dünya ilə bağlı halını bildirmişlər. Ancaq Allah rəsulu, o adamın axirət halının, dünya halının əksinə olduğunu bildirmişdir."

İbn-i Həcər, hədisdə sözü edilən varlı və kasıbın adları haqqında məlumatı olmadığını, ancaq əbu Zərr (radiyallahu anh)'dan bir rəvayətə görə, kasıb adamın adının- Cuayl və ya Cail b. Suraqa olduğunu bildirmişdir.

İbn-i Həcər, belə deyir:

"Allah rəsulu'nun ordan keçən kasıbın, ordan keçən zəngindən üstün olduğunu bildirmişdir. Bu hökm, hər kasıbın, hər varlıdan üstün olduğunu gərəkdirməz."

Əl-Kirmani isə, belə açıqlayır:

"Əgər ordan keçən varlı kimsə, kafir bir kəsdirsə, kasıb müsəlmanın, ondan üstünlük səbəbi açıqdır. 

Əgər müsəlman isə, bu üstünlük Allah rəsulunə vəhy yolu ilə məlum olmuşdur."

Read 105 times
In order to make a comment, please login or register