Kasıb möminlərin fəziləti

4122- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Möminlərin kasıbları cənnətə varlılardan yarım gün (yəni) 500 il əvvəl girərlər."

-----------------

4123- Əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Şübhəsiz, mühacirlərin kasıbları cənnətə, onların varlılarından 500 il qədər əvvəl girərlər."

------------------

4124- Abdullah b. Ömər (radiyallahu anh)'dan belə rəvayət edilir:

"Mühacirlərin kasıbları, Allahın varlı mühacirlərə özlərindən daha çox nəsib etdiyi fəzilət (sədəqə, zəkat kimi) xüsuslarda, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə şikayət etdilər. (Yəni varlılar kimi zəkat, sədəqə verə bilməməyin kədərini Ona ərz etdilər.)
 
Bunun üzərinə O:

"Ey kasıblar topluluğu! Bilin ki, Mən sizləri müjdələyirəm! Şübhəsiz ki, möminlərin kasıbları, möminlərin zənginlərindən yarım gün (yəni 500 il) əvvəl cənnətə girəcəklər."

Bu hədisi rəvayət etdikdən sonra (ravilərdən) Musa, bu ayəti oxudu:

"...وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّو"

"Rəbbinin yanında olan bir gün sizin saydığınızın min il kimidir!" (Həcc/47)

Not:

"Zəvaid"də belə deyilmişdir:

"Hədis, zəifdir."

(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kasıbların (Allah qatındakı) məqamları babı")

Read 13 times
In order to make a comment, please login or register