Kasıb möminlərin fəziləti
İmran b. Hüseyn (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Şübhəsiz ki, Allah, maddi yöndən köməyə möhtac ailə-uşaq sahibi olub haram qazanc və dilənçilikdən uzaq durmağa çalışan kasıb mömin qulunu sevər."
Not:
Heysəmi, "Məcmau'z-Zəvaid"də belə deyir:
"Bunun sənədində əl-Qasım b. Mehran vardır. Əl-Uqayli, onun haqqında belə demişdir:
'Bunun, İmran (radiyallahu anh)'dan hədis eşitməsi sabit deyil."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kasıbların fəziləti (yəni Allah qatında üstünlükləri) babı", hədis no: 4121)
----------------
İzahı:
"Mütəaffif" kəliməsi, haram qazanc və dilənçilikdən uzaq durmağa çalışan diyə açıqlanmışdır.
"Camiu's-Sağir" şərhində, əl-Əzizi belə açıqladıqdan sonra:
Əl-Munavi deyir ki:
"Yəni bəsirətini və qəlbini məxluqlardan çevirib yaradıcı olan Allaha yönləndirdiyi üçün, maddi köməyə ehtiyacı olmasına baxmayaraq, tox gözlüdür, üzsüzlük etməz və kimsədən də bir şey istəməz."
"İyal": Maddi köməyə möhtac kimsələr, ailə fərdləri deməkdir.
"Əbu'l-İyal" da: Bunların atası mənasındadır.
Ancaq əl-Hafni'nin də dediyi kimi, burda qəsd edilən məna, maddi köməyə ehtiyacı olan ailə fərdlərinə baxan, onların məişətini təmin etməyə çalışan ailə rəisidir.
Ailə rəisi ata ola bildiyi kimi, qardaş və ya başqa qohum-əqrəba da ola bilər.
Bu etibarla, "əbu'l-iyal" kəlməsini, "maddi cəhətdən köməyə möhtac ailə-uşaq sahibi" kimi tərcümə etdik.
Bu hədis, kasıb ailə rəisinin qəlbən zəngin, yox gözlü olması və halından şikayətçi olmamasının fəzilətinə dəlalət edər.
- Kasıb möminlərin fəziləti
- 'Allahım! Məni miskin olaraq yaşat, miskin olaraq öldür və Məni, miskinlər zümrəsi içində dirilt." hədisi necə başa düşülməlidir?
- Kasıb möminlər, varlı möminlərdən daha fəzilətlidirlərmi?
- Ramazanın hansı gecələri daha fəzilətlidir?
- Həzrəti Cəfərin fəziləti
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- Kəlam elmi öyrənmək caizdir mi? Kəlam elminin dəlilləri nələrdir?
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- "Ümmətimin ixtilafı rəhmətdir." hədisini izah edə bilərsinizmi?
- Əlini sevmək iman, Ona düşmənçilik etmək, nifaq əlamətidirmi?