"Kibriya, Mənim ridamdır, əzəmət, Mənim izarımdır." hədisi necə başa düşülməlidir?
İbn-i Abbas (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Allah subhənəhu buyurur ki:
Kibriya, Mənim rida'mdır. Əzəmət də, Mənim izar'ımdır (yəni Mənə məxsus sifətlərimdir).
Kim bu 2 sifəttən birisində (belə) Mənimlə çəkişərsə (yəni bu sifətləri qismən də olsa, öz üzərinə almağa qalxarsa), o kimsəni atəşə ataram."
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "Kibirdən uzaq durmaq və təvazö (alçaq könüllü olmaq) babı, hədis no: 4175)
------------------------
İzahı:
Bu hədisi, əbu Davud, Kitabu'l-Libas'da "Kibir haqqında gələn hədislər babı"nda rəvayət edir.
İbn-i Hibban da, bu hədisi rəvayət etmiş, ayrıca Muslim, bunun bənzərini əbu Hureyrə (radiyallahu anh) ilə əbu Said əl-Xudri (radiyallahu anh) hədisi olaraq rəvayət etmişdir.
---------------
Rida: Bədənin beldən yuxarı qismi üçün istifadə edilən libasdır.
İzar: Bədənin beldən aşağı qismi üçün istifadə edilən paltardır.
Allah Taala bu hədisdə:
"Kibriya Mənim rida'mdır və əzəmət Mənim izar'ımdır." buyurmaqdadır.
Təbii ki, Allah Taala, libasdan pak və münəzzəhdir. Onun haqqında belə bir şey düşünülə bilməz. Çünki O, bir cisim deyildir.
• Avnu'l-Mabud müəllifinin bəyanına görə, Xattabi, bu cümləni açıqlayarkən, icmal olaraq belə deyir:
Bu cümlələrin mənası budur:
Kibriya, yəni böyüklük və əzəmət, Allah Taala'ya məxsus 2 sifətdir. Heç bir kimsə, bu 2 sifətdə, Allaha ortaq ola bilməz və heç bir məxluqa, bu sifətləri öz üzərinə alması, yaraşmaz.
Çünki məxluqun qaçınılmaz sifəti, alçaq könüllülük və kiçiklikdir. Rida və izar deyilən libaslar, bir misal olaraq istifadə edilmişdir.
Yəni bir insanın üstündəki libasa eyni anda bir başqasının bürünməsi, beləcə ortaq olması necə düşünülə bilmirsə, Allaha məxsus bu 2 sifətdə başqa bir varlığın şərik davranması da düşünülə bilməz.
• Sindi də bu hədisin izahı babında xülasə olaraq belə deyir:
Hədisdən məqsəd budur:
Bir insanın paltarına başqasının ortaq olması necə düşünülə bilmirsə, Allahın bu 2 sifətinə də başqasının ortaq olması, bu sifətlərin başqası haqqında istifadə edilməsi və ya başqasının bu sifətləri öz üzərində daşıması düşünülə bilməz.
Bilindiyi kimi, Allah'ın rəhmət və kərəm sifətləri, məcazi mənada, başqaları haqqında istifadə edilə bilər. Misal üçün, filan adam mərhəmətlidir, filan kəs kərəm sahibidir, deyilir.
Lakin Kibriya və Əzəmət sifətləri belə deyildir. Məcazi mənada da olsa, başqaları bu sifəti öz üzərinə ala bilməz.
Hədisin zahirinə görə, Kibriya və Əzəmət kəlimələrinin mənaları arasında bir fərqin olmadığı, lüğət kitablarından anlaşılmaqdadır.
Bu etibarla, bu kəlimələrin mənaları arasında bir fərqin olub-olmadığı xüsusunda, elm adamlarının bəzisi təvaqquf etmiş (görüş bildirməmiş), bir şey söyləməməyi və görüş bəyan etməməyi tərcih etmişlərdir.
Digər bir qisim alimlərsə, 2 kəlimə arasında belə fərqin olduğunu söyləyirlər:
Kibriya:
Allah Taala'nın böyüklüyü, məxluqlar tərəfindən təqdir edilsin və ya edilməsin, bilinsin və ya bilinməsin, Onun hədd-i zatında böyük olmasıdır.
Əzəmət:
Məxluqların, Onun böyüklüyünü təqdir və qəbul etmiş olmasıdır.
Bu hala görə, Kibriya, zati bir sifət mahiyətindədir, izafi deyildir və Əzəmət sifətindən daha yüksəkdir.
Çünki Əzəmət sifəti izafidir, yəni məxluqların təqdir və qəbulu ilə bağlı münasibəti olan bir sifətdir.
Bu səbəblədir ki, Kibriya, bədənin üst qisminə geyilən rida'ya bənzədilmiş;
Əzəmət də, bədənin alt qismini örtən izar'a bənzədilmişdir.
- Allahın əzəmət və kibriyası
- "Kibriya, Mənim rida'mdır. Əzəmət də, Mənim izar'ımdır." hədisi necə başa düşülməlidir?
- Allah zaman və məkandan münəzzəhdir-2
- Bədi isminin şərhi
- Kəlam sifəti-2
- İlham-7
- Qədr surəsinin təfsiri
- Kəlam elmi bidətdirmi?
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)
- Əraf surəsi 172-ci ayətin təfsiri (ələstu birabbikum)