Kilsədə namaz qılmaq olarmı?

Kilsədə namaz qılmaq mövzusunda məzhəblərin ictihadları belədir:

• Hənəfi məzhəbinə görə təhrimən məkruhdur.[1]

• Şafilər’ə görə də məkruhdur. 

İmam ən- Nəvəvi ( rahiməhullah ) belə deyir:

“Kilsə və sinaqoqda namaz qılmaq məkruhdur. İbnu’l-Münzir bunu Ömər b. əl- Xəttab, İbn Abbas və Malik’dən (Allah hamsından razı olsun) nəql etmiş, 

Əbu Musa (əl-Əş’ari), əş-Şa’bi, ən-Nəxa’î, Ömər b. Əbdiləziz, əl-Əvzai və Sa’id b. Əbdiləziz’dən isə, buralarda namaz qılına biləcəyi görüşünü bildirmişdir. 

İbn Abbas'dan gələn bir digər rəvayət də bu görüş üzərindədir.. İbnu’l-Münzir ( rahiməhullah ) də bunu tərcih etmişdir.”[2]

• Malikilər’ə gəlincə, İmam Malik’in kərahət görüşünü qəbul etdiyini , yuxarıda ən-Nəvəvi’dən nəql keçmişdi.  Bədrəddin əl-Ayni (rahiməhullah) da Maliki uləmadan Əbu Bəkr b. Əl-Arabi’dən nəqln, namaz qılınmayacaq 13 yer arasında kilsə və sinaqoqu da saymışdır.[3]

• Hənbəlilər’in mövzu haqqındakı görüşünü İbn Qudamə ( rahiməhullah ):

“Təmiz kilsələrdə namaz qılmaqda bir bəis yoxdur.” 

şəklində verir və kərahət görüşünü, kilsələrdə şəkil olmasıyla açıqlayırlar. 

İbn Muflih’in mövzu ilə bağlı olaraq etdiyi nəqllərdən anlaşılan da kərahət hökmünün səbəbinin, kilsədə şəkil olması ilə əlaqələndirir.[4]

Bu izahatdan da anlaşılacağı kimi Hənəfi, Maliki və Şafilər, kilsə və sinaqoqlarda namaz qılmayı məkruh görmüş, Hənbəlilər isə cəvazı, içində şəkil olmaması halı ilə qeyd etmişlər. 

Hənbəlilər’in dəlili:

“Hamam və qəbristan xaricində yer üzünün tamamı məsciddir”[5] hədisi ilə 7 yerdə namaz qılmayı qadağan edən Abdullah ibn Ömər (radiyallahu anh) rəvayətidir. 

Bu rəvayətlərdə namaz qılınmayacaq yerlərin təyin edilmiş olması, Hənbəlilərə görə bunlar xaricində qalan yerlərdə namaz qılına biləcəyini göstərir.

Kilsə və sinaqoqlarda namaz qılmağı məkruh görənlər, bunu, hər hansı bir üzürlü səbəb yoxkən etməyə  təxsis etmişlərdir. 

Şiddətli yağış kimi bir üzürlü səbəbi  mövcudluğu və ya namaz vaxtı da keçmək üzərə olarsa, bu vəziyyətdə buralarda namaz qılmaqda kərahət görməmişlərdir.[6]

Bir də bu məkanlarda (xüsusilə kilsələrdə) başda şirk olmaq üzərə bir çox günah işlənməsi səbəbiylə buraların şeytanların toplandığı yerlər olduğu şəklindəki səbəb də göz ardı edilməməlidir. Özəlliklə Hənəfi uləmanın bu tərz izahı diqqət çəkicidir.[7]

Qaynaqlar:

1. Rəddü’l-Muxtar, II, 60; Hâşiyətu’t-Tahtâvî al’l-Meraqi’l-Fəlâh, 351.
2. ən-Nəvəvi, əl-Məcmu’, III, 158-9.
3.əl-Ayni, Umdətu’l-Qari, IV, 190.
4. İbn Muflih, əl-Ədəbu’ş-Şər’iyyə, III, 431.
5.Əbu Davud, “Salat”, 24; ət-Tirmizi, “Salat”, 119.
6. əl-Məvsu’atu’l-Fiqhiyyə, XXVII, 114.
7. Rəddü’l-Muxtar, a.y.; əl-Məvsu’atu’l-Fiqhiyyə, XX, 245.

Read 8 times
In order to make a comment, please login or register