Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin anlamı nədir?

Əbu Səid əl-Xudri (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, o günün orucu ilə, cəhhənəm atəşini, onun vücudundan 70 il uzaqlaştırar.

----------------------

Əbu Hureyrə (رضي الله عنه) 'dan rəvayət edildiyinə görə, Rəsulullah ( ﷺ ) belə buyurmuşdur:

Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.[1]

-----------------------

İzahı:

Əbu Səid (رضي الله عنه) hədisini, İmam Buxari ( رحمه الله) , İmam Muslim ( رحمه الله) və İmam Nəsai ( رحمه الله) də rəvayət etmişlərdir.

Əbu Hureyrə (رضي الله عنه) 'ın hədisini, İmam Nəsai ( رحمه الله) rəvayət etmişdir.

----------------

Hədislərdəki: "...Allah yolunda..." ifadəsindən məqsəd, cihad halı qəsd edilmiş ola bilər. Lakin bu da var ki, döyüşdə düşmənə qarşı daha güclü olmaq üçün, oruc tutmamaq, daha fəzilətlidir.

Əgər bu ifadə, bu mənada izah edilərsə, belə cavab veriləcək:

"Oruc tutmaqla zəif düşən qazinin oruc tutmaması və orucdan təsirlənməyən qazinin tutması, fəzilətlidir."

"...Allah yolunda..." ifadəsi, sırf Allah rizası və ixlaslı mənasında da izah edilə bilər.

---------------

Xarif: bu kəlimənin mənası, payız fəsli deməkdir. Hədisdə, "il" mənasında istifadə edilmiştir.

Yəni 70 illik məsafə cəhənnəmdən uzaqlaşdırılır. Bu ifadə, çox uzaqlaşdırılmadan kinayədir.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): Allah yolunda bir gün oruc tutmaq haqqında gələn hədislər babı, hədis no: 1717-1718)

Read 1.151 times
In order to make a comment, please login or register