"Kim inanaraq və (mükafatını) umaraq, Ramazan ayındakı qiyamı yerinə gətirəcək olarsa, keçmiş günahlarının bir qismi ona bağışlanar." hədisini izah edərsinizmi?
1776- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Kim inanaraq və (mükafatını) umaraq, Ramazan ayındakı qiyamı yerinə gətirəcək olarsa, keçmiş günahlarının bir qismi ona bağışlanar."
(Haşiyə: Bu hədisi:
• Buxari, 37, 2009;
• Nəsai, 1601, 2198, 2199, 2200, 5040, 5041;
də rəvayət etmişlərdir.)
----------------------
1777- Bizə Abd b. Humeyd xəbər verdi... Əbu Sələmə, Əbu Hureyrə'dən belə dediyini rəvayət etdi:
Allah Rəsulu (sallallahu aleyhi və səlləm), özlərinə qəti olaraq əmr vermədən, Ramazan qiyamını təşviq edər və:
"Kim iman edərək və mükafatını ümid edərək, Ramazan qiyamını yerinə gətirəcək olarsa, ona keçmiş günahlarının bir qismi bağışlanar." buyurdu.
Hal belə ikən, Allah Rəsulu sallallahu aleyhi və səlləm vəfat etdi. Sonra əbu Bəkr'in xəlifəliyinin (bütünündə) və Ömərin xəlifəliyinin ilk dövrlərində bu şəkildə davam etdi.
(Haşiyə: Bu hədisi:
• Əbu Davud, 1371;
• Tirmizi, 808;
• Nəsai, 2103, 2197
də rəvayət etmişlərdir.)
-------------------------
1778- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Kim inanaraq və mükafatını umaraq Ramazan orucunu tutarsa, ona keçmiş günahlarının bir qismi bağışlanar. Kim inanaraq və mükafatını umaraq Qədr gecəsini qiyamla keçirərsə, ona keçmiş günahlarının bir qismi bağışlanar."
Haşiyə: Bu hədisi:
• Buxari (1901) rəvayət etmişdir.
(Nəvəvi, əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac, "Yolçuların namazı və namazın qısaldılması kitabı": "Ramazan ayının qiyamı olan təravih namazını təşviq babı")
------------------------
Şərhi:
1776- "Kim Ramazan ayını, inanaraq və mükafatını umaraq qiyamla keçirərsə..."
buyruğundakı "inanaraq" ləfzi:
"Onun haqq olduğunu doğrulayıb fəzilətinə inanaraq" deməkdir.
"Mükafatını umaraq..." ləfzi isə:
"Yalnızca uca Allahın rizasını diləyib insanlara qarşı riyakarlıq məqsədi və bunun xaricində ixlasa zidd olan hər hansı bir xüsusu göz önündə tutmayaraq" deməkdir.
"Ramazan qiyamı"ndan məqsəd isə: "Təravih namazı"dır.
Elm adamları, müstəhəb olduğunu ittifaqla qəbul etmiş olmaqla bərabər, təravihi, "insanın evində tək başına qılmasımı, yoxsa məsciddə qılmasımı fəzilətlidir?" xüsusunda ixtilaf etmişlərdir.
• Şafi məzhəbinə məxsus elm adamlarının əksəriyyəti;
• Əbu Hənifə;
• Əhməd;
• Malikilərdən və başqalarından bəzi elm adamlarına görə,
daha fəzilətli olan, Ömər b. əl-Xattab və ashabu'l-kiram'ın (Allah onlardan razı olsun) etdikləri kimi, bu namazı camaatla qılmaqdır. Müsəlmanların tətbiqatları da bu şəkildə davam edib gəlmişdir.
Çünki Ramazanın qiyamı da, açığa vurulan İslam şüarlarındandır. Bu yönü ilə, o, bayram namazına bənzəməkdədir.
• Malik;
• Əbu Yusuf;
• Şafi məzhəbinə məxsus bəzi fəqihlər və başqalarına görə isə,
daha fəzilətli olan, bu namazın evdə münfəridən (fərdi olaraq) qılınmasıdır. Çünki Nəbi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Ən fəzilətli namaz, insanın -fərz namaz xaricində- evində qıldığı namazıdır."
---------------------------
Nəbi sallallahu aleyhi və səlləm'in:
"Keçmiş günahlarının bir qismi ona bağışlanar..."
buyuruğuna gəlincə, fəqihlər tərəfindən bilinən xüsus budur ki, bu, böyük günahlar xaricində qalmaq üzərə, kiçik günahların bağışlanmasına aid xüsusi bir haldır.
Bəziləri də belə demişlərdir:
"Kiçik günah işləməmiş olan kimsənin, böyük günahlarının bir qisminin xəfiflədilməsi də mümkündür."
---------------------
1777- "Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bunu özlərinə qəti olaraq əmr etmədən, Ramazan qiyamını təşviq edərdi..."
Burdakı: "özlərinə qəti olaraq əmr etmədən..." ifadəsinin mənası budur:
"Yəni onlara fərz mənasında qəti olaraq əmr etmir; bunun yerinə məndubluq ifadə edən və təşviq mənasındakı bir əmrlə söyləyirdi. Sonra verdiyi bu əmrin mahiyyətini açıqlayaraq:
'Ramazan ayının qiyamını yerinə gətirən'
buyurmaqdadır. Bu ifadə isə, fərz mənasını deyil, təşviq və məndubluq mənasını daşıyır. Ümmət də Ramazan qiyamının (təravihin) vacib (fərz) olmayıb məndub olduğunu, icma ilə qəbul etmişdir.
-------------------------
"Hal belə ikən Allah Rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdi..."
Yəni bu müddət boyunca hər kəs, Ramazan qiyamını (təravihi), evində münfərid olaraq (tək başına) qılaraq keçirtdi. Bu hal, Ömər (radiyallahu anh)'ın xəlifəliyinin bir dövrü keçincəyə qədər də belə davam etdi. Sonra Ömər (radiyallahu anh), onları özlərinə Ubey b. Ka'b imamlıq etmək üzərə bir araya gətirdi, o da onlara bu namazı camaatla qıldırdı. Beləcə, bu namazın camaatla qılınması davam etdi. (Hədisdəki) bu (ləfzi) artıqlıq, Buxari'nin "Səhih"ində, "Kitabu's-Siyam" (Oruc kitabında) zikr edilməkdədir.
- "Kim qədr gecəsini o gecəyə isabət edərək-zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar." hədisini izah edərsinizmi?
- Qədr gecəsi
- Qədr gecəsində necə ibadət edilməli; bu gecə necə dəyərləndirilməlidir?..
- Qədr gecəsində necə ibadət edilməlidir?
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı
- Peyğəmbərimizin (sallallahu alehyi və səlləm) Ramazanı
- Ərəfə orucu haqqında məlumat verərsinizmi?
- Oruc və Ramazan haqda hədislər
- Ərəfə günü oruc tutmağın hökmü və fəziləti nədir? Ərəfə gününü necə dəyərləndirmək lazımdır?
- Təravih namazı-2