Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar - hədisinin anlamı nədir?

Kim inanaraq və sırf Allah razılığını diləyərək Ramazan orucu tutar və iqamə edərsə, onun keçmiş günahları bağışlanar.[1]

Imam Malik ( رحمه الله) ,  Imam Buxari ( رحمه الله) ,  Imam Muslim ( رحمه الله) ,  Imam Tirmizi ( رحمه الله) , Imam  Əbu Davud ( رحمه الله) ,  Imam İbn Macə ( رحمه الله) , Imam Nəsai ( رحمه الله) və Imam  Beyhaqi ( رحمه الله) də bunu bənzər sözlərlə rəvayət etmişlərdir.

Hədisin احتساب (ihtisəbən) kəliməsi:

Hər növ riya və göstərişdən uzaq və tam bir ixlasla Allahın razılığını diləyərək- deyə izah edilmişdir.

--------------

Hədisin: "Ramazan orucunu tutar..." cümləsindən məqsəd, Ramazan ayı boyunca oruc tutmaqdır. Üzrsüz olaraq, Ramazanın bir gününü belə orucsuz keçirən kimsə üçün, zikr edilən savab yoxdur.

Üzrdən dolayı, oruc tuta bilməyib, tuta bilmədiyi günləri qəza edən və ya şər'i (şəriətə aid) hökmlər çərçivəsində fidyəsini ödəyən kimsə isə, zikr edilən savabı qazanır. Eynilə ayaqda dura bilmədiyi üçün oturaraq namaz qılan kimsə kimi. Çünki buna ayaqda namaz qılanın savabı vardır.

-----------------

İqamə etmək (qiyam): Ramazan gecələrini ibadətlə ihya etmək və ya təravih namazını qılmaq deməkdir. Bu babda rəvayət edilən hədislərdə keçən kəlimə və bundan törəyən fellərin sözlük mənası: qalxmaq, ayaqda durmaq və düzəlmək kimi işlərdir.

Burada qəsd edilən mənaya gəlincə isə, alimlərin çoxu, bunu, təravih namazını qılmaq mənasında anlamışlardır.

Bəziləri də bunu Ramazan gecələrini ibadət və itaətlə ihya etmək mənasına yorumlamışlardır.

İmam İbn Həcər əl Əsqalani ( رحمه الله) , Fəthu'l-Bari'də:

İmam Nəvəvi ( رحمه الله) , qiyamı təravih namazı qılmaqla açıqlamışdır. İmam Nəvəvi ( رحمه الله) nin məqsədi, təravih namazını qılmaqla Ramazan qiyamı və bunun üçün vəd edilən savabın hasil olduğunu ifadə etməkdir.

İmam Nəvəvi ( رحمه الله) , Ramazan qiyamının təravih namazından başqa ibadətlərlə meydana gələ bilməyəcəyini söyləmək istəməmişdir. Belə bir məqsədi yoxdur.

Amma əl-Kirmani ( رحمه الله) , bunu təəccüblə qarşılayaraq belə məlumat verir:

"Alimlər, Ramazan qiyamı ilə təravih namazının qəsd edildiyi xüsusunda ittifaq etmişlərdir."

Hədisdəki qiyam kəliməsi, qeydsiz olaraq keçtiyinə görə, bu kəliməni mütləq mənaya yorumlamaq, yəni Ramazan gecələrini ibadət və itaətlə ihya etmək diyə açıqlamaq daha uyğundur, deyən alimlər var. Əl-Mənhəl əsərinin müəllifi də buna tərəfdardır.

Alimlərin çoxu Ramazan qiyamını təravih namazını qılmaq şəklində açıqladıqları üçün hədisləri tərcümə edərkən, qiyamı, təravih namazını qılmaq diyə tərcümə etmək mümkündür. Ancaq bu kəlimənin, Ramazan gecələrini ibadətlə ihya etmək deyə də tərcümə edilməsi də mümkündür.

--------------

Hədisin zahirinə görə, iman və ixlasla Ramazan orucunu tutub gecələrini ibadətlə ihya edənin, keçmiş kiçik, böyük bütün günahları bağışlanır. Əl-Mənhəl əsərinin müəllifinə görə, İbnu'l-Munzir ( رحمه الله) belə hökm etmişdir.

Ancaq İmam Nəvəvi, Muslim'in şərhində belə deyir:

Fəqihlərcə bilinən məşhur görüş, bu hökmün kiçik günahlara məxsus olub böyük günahlara şamil olmamasıdır.

Bəzilərinə görə, əgər kiçik günahı yoxdursa, böyük günahların cəzası xəfiflədilir."

Ramazan gecələrini ihya etməkdən məqsəd, gecənin bütününü ibadətlə keçirtmək deyildir. Məqsəd, gecənin bir qismibi ibadətlə keçirtməkdir.

Necə ki, qiyamı təravihlə açıqlayanların görüşünə görə, təravih namazını qılan kimsə, gecəni ihya etmiş sayılır.

[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu İqamətu's-Sala: Ramazan ayı Kıyamı (=təravihlə ihyası) haqqında gələn (hədislər) babı, hədis no: 1326

Read 8 times
In order to make a comment, please login or register