"Kim itaətin xaricinə çıxıb camaatdan ayrılıb ölərsə, cahiliyyə ölümü ilə ölər." hədisini izah edərsinizmi?
Əbu Hureyrə'dən rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Kim itaətin xaricinə çıxıb camaatdan ayrılıb ölərsə, cahiliyyə ölümü ilə ölər.
Kim bir kor sancağın altında döyüşər, asabiyyət üçün qəzəblənər yaxud bir asabiyyətə dəvət edər, ya da bir asabiyyətə kömək edərkən öldürülərsə, o, cahili bir ölüm ilə ölər.
Kim də ümmətimə qarşı çıxaraq, (ayırmadan) yaxşısını da, pisini də vurar, onun möminlərindən çəkinməz və əhdi olan kimsənin də əhdinə riayət etməzsə, Məndən deyildir, Mən də, ondan deyiləm."
---------------------
Şərhi:
Bu hədisi:
• Nəsai (4125);
• ibn Macə (3948)
də rəvayət etmişlərdir.
"...camaatdan ayrılan, cahiliyyə ölümü ilə ölər..."
Yəni, imamsız, idarəçisiz olub bir xaos içində olmaları cəhətindən, onların ölümü keyfiyyətindəki bir ölüm ilə ölər.
------------------------
"...kim bir kor sancaq altında döyüşərsə..."
Ummiyyə və ammiyyə, 2 məşhur sözdür. Elm adamlarının dediklərinə görə, bu, istiqaməti (və mahiyyəti) müəyyən olmayan kor bir iş mənasındadır. Əhməd b. Hənbəl və cumhur da, bunu belə açıqlamışlardır. İshaq b. Rahuyə də:
"Asabiyyət dolayısı ilə bir birini öldürən kimsənin halı, buna bir nümunədir."
--------------------------
"...asabiyyət üçün qəzəblənər, yaxud asabiyyətə dəvət edər, ya da asabiyyət səbəbilə kömək edərsə..."
Mənası budur:
Öz arzusu üçün və öz nəfsinə qəzəblənib döyüşərsə, deməkdir. Yəni bu, ancaq qövmü adına və öz həva və arzusu adına asabiyyəti (təəssübü) üçün döyüşər, deməkdir.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Səhih-i Muslim b. Haccac", "Əmirlik kitabı", "Fitnələrin ortaya çıxması halında da, hər halda da, müsəlmanların camaatından ayrılmamağın vacib olduğu və itaətin xaricinə çıxmağın və camaatdan ayrılmağın haram qılındığı bab", hədis no: 4763)
- İmamsız ölən cahiliyyə üzərəmi öləcəkdir? Hədisdə imam sözündən məqsəd nədir?
- İmamsız ölən cahiliyyə ölümü üzərəmi öləcəkdir? Hədisdə imam sözündən məqsəd nədir?
- Təəssüb nədir?
- Hədislərdə Həşr surəsinin son üç ayəsinin oxunmasının fəziləti ifadə edilir. Təsbihatlarda "son beş ayə" yazılmasının hikməti nədir?
- İcma nədir?
- Hz. Məhəmmədin təhsilə verdiyi əhəmiyyət nədir?
- Təvəkkülə dairdir-2
- İslamda qəbir ziyarətinə icazə verilirmi?
- Axirətin İsbatı
- Nisə surəsi 59-cu ayətin təfsirini verə bilərsinizmi?