"Kim qədr gecəsini o gecəyə isabət edərək -zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar." hədisini izah edərsinizmi?

1779- əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə Allah Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Kim qədr gecəsini o gecəyə isabət edərək -zənn edirəm bunu da söylədi: inanaraq və mükafatını umaraq qiyamla keçirərsə, o(nun günahı) bağışlanar."

-------------------

1780- Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir gecə məsciddə namaz qıldı. Bəzi kimsələr də namazda ona tabe oldular. Ertəsi gün namaz qılınca, insanlar çoxaldı. Sonra üçüncü ya da dördüncü gün toplanıb bir araya gəldikləri halda, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) yanlarına çıxmadı. Sabah olunca:

"Sizin etdiyinizi gördüm, yanınıza çıxmaqdan məni uzaq tutan xüsus, bu namazın sizə fərz qılınacağından qorxmağım idi." buyurdu.

(Haşiyə: bu hədisi:

• Buxari, 1129, 2011;

• Əbu Davud, 1373;

rəvayət etmişlərdir.)

-----------------------

1781- Aişə (radiyallahu anha)'dan rəvayət edildiyinə görə:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) gecə yarısı çıxıb məsciddə namaz qıldı. Bəzi kimsələr də Onun namazına tabe oldular. Ertəsi gün sabah olunca, insanlar bunu danışmağa başladılar. Onlardan daha artığı toplanıb bir araya gəldilər. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də ikinci gecə çıxdı. Onlar da Onun namazına tabe oldular. Sabah olunca insanlar bunu danışmağa başladılar. Üçüncü gecə məscidə gələn camaat daha da çoxaldı. Allah Rəsulu çıxdı və onlar da Onun namazına uydular. Dördüncü gecə olunca, camaat məscidə sığmadı. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) də yanlarına çıxmadı. Bunun üzərinə aralarından bəzi kimsələr:

'Namaza! Namaza!' deməyə başladıysalar da, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) sabah namazını qıldırmaq üzərə çıxıncaya qədər, yanlarına çıxmadı. Sabah namazını qılıb bitirincə insanlara döndü, sonra şəhadət kəliməsini gətirib belə dedi:

'Gecə etdikləriniz Məndən gizli qalmadı, ancaq Mən, gecə namazının sizə fərz qılınıb sizin də onu yerinə gətirməkdən aciz qalacağınızdan qorxdum.' buyurdu.

(Haşiyə: Bu hədisi:

• Buxari, 924;

• Nəsai, 2192

də rəvayət etmişlərdir.)

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", "Yolçuların namazı və namazın qısaldılması": "Ramazan ayının qiyamı olan təravih namazını təşviq babı")

------------------------

Şərhi:

1781- Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in:

"Qədr gecəsini inanaraq və əcrini umaraq qiyamla keçirən kimsənin kiçik günahlarının bir qismi ona bağışlanar..."

hədisi ilə bundan əvvəlki:

"Kim Ramazan ayını qiyamla keçirərsə..."

hədisi ilə birlikdə ələ alınarsa, bunlardan biri digərinə ehtiyac buraxmaz, deyilə bilər.

Buna bu şəkildə cavab verərik:

(Bu hədis) Qədr gecəsinə rastlamadan Ramazan ayını qiyamla keçirən kəs haqqındadır. Çünki qədr gecəsini bilmədən və ona rastlamadan Ramazan ayını qiyamla keçirmək, günahların bağışlanmasına bir səbəbdir.

Qədr gecəsinə rastlayıb o gecə olduğunu bilən bir kimsə üçün Qədr gecəsini qiyamla keçirmək isə -digər gecələri qiyamla keçirməmiş olsa belə- günahların bağışlanması üçün bir səbəbdir.

"Kim qədr gecəsinə rastlayaraq o gecəni qiyamla keçirərsə..."

buyruğu da, onun qədr gecəsi olduğunu bilərək qiyamla keçirərsə, mənasındadır.

-----------------------

1780- "Allah Rəsulu (sallallahu aleyhi və səlləm) bir gecə məsciddə namaz qıldı. Bəzi kimsələr də Onun namazına tabe oldu..."

hədisindən, fərqli hökmlər anlaşılmaqdadır:

1. Nafilə namazın camaatla qılınması caizdir. Amma nafilə üçün tərcih edilən, münfəridən (tək başına) qılınmasıdır. Xüsusi bəzi nafilələr, bundan müstəsnadır. Bunlar da:

• bayram;

• küsuf; və

• istisqa

namazlarıdır. Daha əvvəl keçdiyi kimi, cumhura görə, təravih namazı da belədir.

2. Nafilə namazın evdə qılınması daha fəzilətli isə də, məsciddə qılınması da caizdir. Nəbi (sallallahu aleyhi və səlləm)'in bunu məsciddə qılması, bəlkə də caiz olmasını bəyan etmək üçündür. O sırada, etiqafda olmuş olması da mümkündür.

3. Özünə imam olmağı niyyət etməmiş kimsəyə imam olaraq tabe olmaq, caizdir. Bu həm bizim məzhəbimizin (Şafi məzhəbinin), həm digər elm adamlarının məşhur olan görüşünə görə səhihdir.

Əgər imam, camaatın özünə uymasından sonra onlara imamlıq etməyi niyyət edəcək olarsa, həm özləri üçün, həm də imamın özü üçün camaatla namaz qılmağın fəziləti əldə edilər.

Ancaq belə bir niyyət etməzsə, bu səfər, camaat üçün camaatla namaz qılmaq fəziləti hasil olmaqla bərabər -daha səhih olan qənaətə görə- imam haqqında hasil olmaz. Çünki o camaatla namaz qıldırmağa niyyət etməmişdir. Əməllər isə, niyyətlər ilədir. Ona tabe olanlar isə, ona tabe olaraq camaatla qılmağı niyyət etmişlərdir.

4. Bir maslahat (fayda) ilə bir pislik qorxusu bir birilə zidd düşəcək olarsa, yaxud da 2 maslahat bir birilə ziddiyyət təşkil edərsə, onların daha əhəmiyyətli olanına etibar edilər.

Çünki Nəbi (sallallahu aleyhi və səlləm) bildirdiyimiz xüsus səbəbilə, məsciddə namaz qılmağın maslahat olduğunu görmüş, ancaq bu namazın özlərinə fərz qılınması qorxusu bununla zidd düşüncə, aciz qalacaqları və fərzi tərk edəcəkləri qorxusu şəklindəki pisliyin böyüklüyü ilə qarşı-qarşıya qalınca, bu səfər bu namazı camaatla qılmağı tərk etmişdir.

5. İmam və bir qövmün böyüyü olan şəxs, əgər özünə uyanların gözlədiklərinin əksi olan bir xüsusu edər və bunu etməkdə onun bir üzrü varsa, qəlblərini xoş tutmaq və fərqli bir şey düşünmələrini önləmək üçün, aranı düzəltmək məqsədilə bunu onlara söyləyər. Çünki onun haqqında pis bir zənn bəsləmə ehtimalları ola bilər. Allah ən yaxşı biləndir.

---------------------

1781- "Sabah namazını bitirdikdən sonra üzünü camaata tərəf çevirdi..."

Hədisin bu ləfzlərindən çıxarılan bəzi hökmlər vardır:

1. Danışmağın və nəsihət etməyin başlanğıcında şəhadət kəliməsini söyləmək müstəhəbdir. Əbu Davud'un "Sünən"ində yer alan bir hədisdə:

"İçində təşəhhüdün olmadığı bir danışıq, kəsik əl kimidir." buyurulmuşdur.

2. Xütbələrdə "əmmə bə'du" demək müstəhəbdir. Səhih'də bu xüsus ilə bağlı məşhur çox sayda hədis gəlmişdir. Buxari "Səhih"ində, xütbəyə "əmmə bə'du" diyə başlamağa dair bir bab zikr etmiş və bu babın içərisində bəzi hədisləri sıralamışdır.

3. Xütbədə və nəsihət etmədə sünnət olan, üzünü camaata tərəf çevirməkdir.

Read 7 times
In order to make a comment, please login or register