"Kişinin arvadı üzərindəki haqqı belədir: Əgər ərində yara olarsa və (arvadı) onu yalayarsa, yenə də haqqını vermiş olmaz." hədisi
"Kişinin arvadı üzərindəki haqqı belədir:
Əgər ərində yara olarsa və (arvadı) onu yalayarsa, yenə də haqqını vermiş olmaz."
-----------------------------------
İzahı:
Bu hədis rəvayəti, bənzər ləfzlərlə:
• Taberani;
• Əhməd b. Hənbəl;
• Bəzzar; və
daha başqaları tərəfindən də rəvayət edilmişdir. (bax: ibn Hənbəl, "Müsnəd", hədis no: 12614)
Bu mövzuda fərqli sənədlərlə gələn rəvayətlərin çoxu, zəif qəbul edilmişdir. (bax: Heysəmi, "Məcmau'z-Zəvaid", hədis no: 7640, 7641; ibn Adiyy, "əl-Kamil", 4/273-274)
Bununla bərabər, bənzər ifadələri ehtiva edən bir hədis, əl-Bəzzar tərəfindən rəvayət edilmiş və bunun sənədi, səhih olaraq dəyərləndirilmişdir. (bax: Heysəmi, a.k.ə, hədis no: 7639)
Alimlərin böyük əksəriyyətinin zəif qəbul etdiyi bu hədis rəvayətini, səhih qəbul etsək belə, hədisin mənası budur:
"Ərin haqqının böyüklüyünü göstərmək adına, bu misala yer verilmişdir. Yoxsa, alimlərin cumhuruna görə, nəcis olan yara axıntısını, irin kimi pislikləri yalamaq kimi bir şeyin caiz olmayacağı açıqdır."
Bu cür mübaliğəli sözlər həm hədislərdə, həm də Quranda varid olmuşdur. Məsələn:
✓ Bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Kim Allah üçün kəklik yuvası boyda məscid tikərsə, Allah ona cənnətdə ev tikər."
Təbii ki, burada ölçünün həqiqəti qəsd olunmur.
✓ Yaxud da bir başqa hədisdə belə rəvayət edilmişdir:
"Başınıza həbəşli bir nökər gələrsə, eşidin və itaət edin!"
Bir qrup alimin izahına görə, burada qəsd olunan mübaliğədir, çünki kölə, xəlifə ola bilməz.
✓ Yaxud da bir başqa hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Əgər dilənçiyə vermək üçün heyvanın yanmış dırnağından başqa bir şey tapa bilmirsənsə, onu ver!"
Halbuki dilənçiyə yanmış dırnağı verməyin, faydası yoxdur.
Burada qəsd olunan, əslində, az bir miqdar da olsa, onu verməyə təşviq etməkdir.
✓ Allahu təalə Quranda buyurur:
إِنَّ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَـٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدْخُلُونَ ٱلْجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلْجَمَلُ فِى سَمِّ ٱلْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُجْرِمِينَ
"Şübhəsiz ki, ayələrimizi yalan sayanlara və onlara təkəbbürlüklə yanaşanlara göyün qapıları açılmayacaq və dəvə iynənin gözündən keçməyincə onlar Cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırırıq." (Əraf/40)
Yəni, ayət, dəvə iynə gözündən keçə bilmədiyi kimi, kafirin də cənnətə girə bilməyəcəyini ifadə etməkdədir.
✓ Digər bir ayətdə, Allah Taala belə buyurur:
قُلْ إِن كَانَ لِلرَّحْمَـٰنِ وَلَدٌ فَأَنَا۠ أَوَّلُ ٱلْعَـٰبِدِينَ
De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım." (Zuxruf/81)
Təbii ki, Allahın övladı olmaz və peyğəmbər, heç zaman Allahdan başqasına ibadət etməz.
Beləliklə də buradan başa düşürük ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bununla, sadəcə olaraq, qadınların ərlərinə itaətinin əhəmiyyəti üzərinə vurğu etmək üçün mübaliğə üslubu işlətmişdir.
- Qəbirlər üzərinə məscid tikmək və qəbirlərə doğru namaz qılmaq
- "Mənim ümmətimdən, daim Allah Taala tərəfindən dəstəklənən və onlara kömək etməyən xalqın zərər verə bilməyəcəyi bir camaat, qiyamət qopuncaya qədər, heç əskik olmayacaqdır." hədisi
- Allah təalanın Qiyamətə qədər yardım edəcəyi bir camaat.
- İsra surəsi 23-24-cü ayətlərin təfsiri
- Peyğəmbərin belə qibtə etdiyi kimsələr
- İntihar edən şəxsin cənazə namazı qılınarmı?
- Əbu Hənifə haqqında hədis vardırmı?
- Evlənmək istədiyimiz qadına baxa bilərikmi?
- Dəstəmazsız Qurana toxunmaq olarmı?
- "Qadınları döyün." ayəti necə başa düşülməlidir?-2