Kişinin övrət yerinin, diz ilə göbək arası olduğunu bildirən dəlillər nələrdir?
Kişinin övrət yeri Hanəfî, Mâlikî, Şafiî ve Hanbəlîlər'in meydana gətirdiyi cumhuru fukahâya görə göbəklə diz qapağı arasıdır. Ancaq Hanəfîlər diz qapağının da övrət yerinə daxil olduğunu və bunun ehtiyat və təqvaya daha uyğun olacağını qəbul edərlər.
Bu mövzudakı görüş ayrılığına əsas təşkil edən dəlillər daha çox hədislərdir. Çünki âyət-i kərîmələrdə övrət yerinin sərhədini açıqca təyin edən bir hökm yoxdur. Âyələrdə keçən "sev`ə" (əl-A'râf 7/26) kəliməsiylə "galiz övrət" deyilən tənasül(cinsi) üzvü nəzərdə tutulmakda və örtülmələri lazım olan digər yerlərin sərhədləri mövzusunda ətraflı məlumat verilməməkdədir.
Hədislər isə bu mövzuda daha açıq hökmlər gətirməkdədir. Allah Rəsulu (sallallahu aleyhi və səll) bir hədisində, "Müsəlman kişinin uyluğu (diz qapağı ilə ombası arası) övrətdir." buyurmaqdadır (Müsnəd, III, 478).
Digər bir hədisdə də kişinin örtülməsi fərz, baxılması haram olan yerlərinin "göbəyi ilə diz qapağı arası" (Əbû Dâvûd. "Libâs", 37; Dârəkutni, 1, 230, 231) olduğu ifadə edilmişdir.
Buna görə kişinin göbəyi ilə diz qapağı arasında qalan yerləri açması haram olduğu kimi, yoldaşı xaric digər bütün kişi və qadınların onun göbək və diz qapağı arasına -zərurət olmadan- baxmaları da haram sayılmışdır.
Bununla birlikdə Allah Rəsulu (asm)`ın uyluğu açıq olaraq oturduğuna, yanına girmək istəyənlərə bu halıyla icazə verdiyinə, ətəyini uyluğu görüləcək şəkildə yuxarı çəkdiyinə dair hədislər də rəvayət edilmişdir (bax. Buxârî, "Salât", 12; Müslim, "Fəzâ'ilü's-sahâbə", 26; Beyhaki, II, 231; Şəvkânî, II, 71).
Zahirilər və bəzi Əhl-i sünnə alimləri bu rəvayətlərə əsaslanaraq uyluğun övrət sayılmayacağını söyləmişlər. (bax. İbn Kudâmə, 1, 578; Makdisî, 1, 456; İbn Rüşd, Bidâyətul-mücləhid, 1, 99; Əbu'l-Vəlîd b. Rüşd, XVIII, 277; İbn Hazm, III, 210-213).
Buxârî də Səhîh'ində ("Salat", 12) Rəsulullah (asm)ın uyluğunun açıq olduğunu bildirən Ənəs hədisinin sənəd baxımından daha qüvvətli olduğunu, uyluğun övrət sayıldığını bildirən Cərhəd hədisinin isə dini mövzularda ehtiyatlı davranma prinsipinə daha uyğun gəldiyini yazaraq söz mövzusu rəvayətləri uzlaşdırma yolunu seçmişdir.
- Peyğəmbərimiz uyluğu açıq olaraq oturduğunu bildirən hədislərə görə kişinin övrət yeri haradır?
- Kişinin yatarkən yarı çılpaq (alt paltarı və mayka) ilə uyuması günahmıdır? Yəni ki soyunarkən ədəb yerlərinin görülməsini mələklər günaha yazarmı?
- Qadınlara Məxsus Hallar (Heyz və Zahılıq)
- Kisilerin vucudunun mueyyen yerlerinin ortulmesi buyrulmusdur. Bes niye hecc zamani kisilerin bedenleri aciq olur? Bunun hikmeti nedir?
- Hənəfi məzhəbinə görə, təşəhhüddə şəhadət barmağının qaldırılması sünnədirmi?
- Zina Nədir?
- Zina nədir? Cəzası necədir?
- İslamın əmr etdiyi qəti bir geyim şəkli var?
- Çadranın qadına qazandırdıqları nələrdir?
- Namazda imamın qiraətini dinlənilmədiyinə görə namaz pozular mi? Qiyamda olarkən imamın oxuduğu Qur'anı dinləmək fərzdir. Amma bəzən insanın ağlı bir anlıq başqa bir yerə gedir və bəzi ayələri qaçırır...