Köhnə paltarlar geyinmək imandandırmı?
Əbu Umamə əl-Harisi (radiyallahu anh)'dan rəvayət edildiyinə Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Bəzazə, imandandır."
Ravi deyir ki, Bəzazə, üst-başın köhnəliyidir. Yəni (alçaq könüllülük məqsədilə) sərt və zinətsiz köhnə paltar geyinməkdir.
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Cəmiyyət tərəfindən) heç qiymət verilməyən, iltifat edilməyən (mübarək mömin) lər babı, hədis no: 4118)
----------------------
Bu hədisi, Hakim və Əhməd də rəvayət etmişlərdir. Camiu's-Sağir şərhində, əl-Əzizi'nin nəqlən bəyanına görə, imam Munavi belə deyir:
"Yəni paltarın köhnəliyi, alçaq könüllülük, dünya süs və zinətini buraxmaq, nəfsi kibirlənməkdən uzaq tutmaq kimi yaxşı niyyətli olduğu təqdirdə, iman əhlinin əxlaqından sayılır.
Amma malı xərcləməyə paxıllıq və ya kasıb görünmək məqsədilə olarsa, onun iman əhlinin əxlaqına aidiyyəti yoxdur."
Əl-Hafni də belə izah gətirir:
"Yəni köhnə, sərt paltar geyinmək və bəzənməyi tərk etmək, nəfsi pis hislərdən təmizləmək məqsədilə olarsa, iman şöbələrindən sayılır.
Yox əgər zahidlik və təqva ilə insanlar tərəfindən təriflənmək, mədh edilmək və ya özünə kömək edilməsini təmin etmək məqsədilə olarsa, o təqdirdə, üst-başın bu şəkildə olması, şeytan şöbələrindən biridir.
Köhnə paltar geyinmənin iman şöbələrindən sayılması səbəbinə gəlincə, yoldan keçənə əziyyət verən bir şeyi ordan qaldırmaq və ya atmaq necə iman şöbələrindən biri sayılmış isə, kibir kimi mənəvi pislikləri atmaq da, iman şöbələrindən sayılmışdır."
- İsra surəsi 23-24-cü ayətlərin təfsiri
- Zəif möminlərin fəziləti haqqında hədis verə bilərsinizmi?
- Zühd nədir? Zahid kimdir?
- İçki içənlərin namazı qəbuldurmu?
- Təvəkkül-1
- Allah üçün sevmək, nə deməkdir?-1
- "Kim inanaraq və (mükafatını) umaraq, Ramazan ayındakı qiyamı yerinə gətirəcək olarsa, keçmiş günahlarının bir qismi ona bağışlanar." hədisini izah edərsinizmi?
- Təvazö haqqında
- Allah üçün təvazökar olanlar
- “Ey Məryəm! Sən yaramaz (və ya görünməmiş) bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi” (Məryəm/27-28)