Korona virusu oyundur yoxsa Allah’ın imtihanı?

 “Xatırla ki, bir zaman Musa öz tayfasına belə demişdi:

Allahın sizə bəxş etdiyi neməti yadınıza salın, sizi Firon əhlinin əlindən qurtarmışdı. Onlar sizi işgəncənin ən pisinə (övlad acısına) məruz buraxır (yeni doğulan) oğlanlarınızı öldürür, qadınlarınızı (qızlarınızı) sağ buraxırdı.

Məhz bunda, sizə Rəbbinizdən böyük bir imtahan vardır!” (İbrahim surəsi, 6)

   Ən çox yaşlıların ölümünə səbəb olan Koronadan fərqli olaraq o zamanın qlobal gücü olan Firon tərəfindən gördüyü yuxusuna əsasən bir müddət ərzində insanların yeni doğulan oğlan uşaqlarını öldürürdü. Rəbbimiz Fironun zülm etdiyini söyləsə də, bunun bir imtahan olduğunu xatırladır. Yəni kimlərinsə Koronanı süni bir şəkildə dünyaya yayması bu hadisənin Allahın bəşəriyyətə göndərdiyi bir imtahan olmasına əngəl təşkil etməz. Bədirdə kafirləri məğlub edən Allah, Uhudda bir qurup müsəlmanın xətası səbəbindən həmin o kafirlərin əliylə müsəlmanları imtahana çəkdi.

  Burda maraqlı digər nüans: Fironun yuxusunu yozanlar ölkədə doğulan bir oğlan uşağının gələcəkdə onun səltənəti üçün təhlükə olacağını, onu taxtdan endirəcəyini söylədikdən sonra o başladı yeni doğulan bütün oğlan uşaqlarını öldürməyə. Amma Qahhar və Cəbbar olan Allah, elə həmin özünə ilah deyən Fironun əliylə gələcəkdə onun zülmünə baş qaldırıb ölümünə səbəb olacaq şəxsi, yəni Musa aleyhisselamı sarayının içində qoruyub, böyüdüb peyğəmbərlik məqamına gətirməklə özünə tanrı deyənlərin öz cəlladlarını qucaqlarında böyütdüklərinin fərqində olmayacaq qədər aciz olduqlarını göstərdi.

  Bu hadisənin işığında günümüzə baxsaq və Koronanın kimlərsə tərəfindən ortaya çıxarıldığı variantını qəbul etsək, burda da sanki bu qlobal güclər dünyada artan insan sayını, xüsusən də (onların düşüncəsində) sadəcə yük olan, heç bir faydalılığı olmayan yaşlı nəsli öz beynəlxalq iqtisadi və siyasi maraqlarına təhdid olaraq qəbul edirlər və bu təhidləri təmizləyirlər. Burda bizə düşən, bunun Rəbbimizdən tərəfindən bir imtahan olduğunu idrak edib tövbə, istiğfar və saleh əməllərlə Rəbbimizin rəhmətinə sığınıb imtahandan qazanclı çıxmağa çalışmaq olmalıdır və belə davranacağımız təqdirdə ümid edirik ki, Fironun planlarını öz əleyhinə çevirdiyi kimi Allahın iradə və qüdrətindən qafil olan, bunu nəzərə almayan bu “qlobal acizlərin” də planların öz əleyhlərinə çevirəcək.

   İbrahim surəsinin yuxarıdakı 6-cı ayəsinin davamını məhz bu günlər, bizim üçün nazil olunmuş kimi oxuyun:

  “7. (Ey camaatım!) Yadınızı salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!”

   Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Şübhəsiz ki, Allah əlbəttə Ğani (heç kimə, heç nəyə möhtac olmayan)dır, Hamid’dir. (Bütün məxluqatı yaratdığına görə onsuz da öz-özlüyündə hər cür tərifə, şükrə layiqdir)!”

  8. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, (saylarını və təfsilatını) ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı?

  9.Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini (heyrətlərindən, qəzəblərindən özlərinin, yaxud danışmağa imkan verməmək üçün peyğəmbərlərin) ağızlarına qoyub: “Biz sizinlə göndərilənlərə (möcüzələrə və peyğəmbərliyinizə) inanmırıq və bizi dəvət etdiyiniz (din) barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!” – demişdilər.

   10. Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər:

  “Məgər göyləri və yeri yaradan Allah haqqında şübhə etmək olarmı?! (Allah) günahlarınızım bir qismini bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək üçün imana dəvət edir”. Onlar demişdilər:

   “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil (möcüzə) gətirin!”

 

Qur’anı-Kərim, İbrahim surəsi, 6-10

Read 137 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR