Küsülü qalmaq
Əbu Əyyub əl-Ənsari (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Müsəlman bir kimsənin 3 gündən artıq din qardaşından küsülü qalması, halal deyildir. (Belələri) bir birilərilə qarşılaşarlar, biri üzünü bir tərəfə çevirər, digəri də o biri tərəfə. Onlardan ən xeyirlisi isə, ilk salam verəndir."
(Hədisin keçdiyi digər qaynaqlar:
• Buxari, hədis no: 6077, 6237;
• əbu Davud, hədis no: 4911;
• Tirmizi, hədis no: 1932)
------------------------
Şərhi:
• Elm adamları belə demişlərdir:
Bu hədis ilə, müsəlmanlar arasında 3 gündən artıq küsülü qalmağın haram, 3 gündən az küsülü qalmağın isə, mübah olduğu hökmü anlaşılmaqdadır. Haramlıq hökmü hədisin nassından, ikincisi isə, məfhumundan başa düşülməkdədir.
• Yenə elm adamları belə demişlərdir:
3 gün içərisində küsülü qalmağın əfv edilməsinin səbəbi, Adəm oğlunun mayasında, qəzəb və pis təbiətliliyin və buna bənzər halların mövcud olması səbəbi ilədir. Beləliklə, bu arizi (zati və irsi olmayıb sonradan hasil olan) halın keçib getməsi üçün, 3 gün müddət içərisində, küsülü qalmaq əfv edilmişdir.
• Bir digər görüşə görə, bu hədis, 3 gün içində küsülü qalmağın mübah olmasını gərəkdirməz. Bu dəyərləndirmə isə, "məfhum və xitabın dəlili, dəlil alınmaz." deyənlərin görüşünə görədir.
----------------------
"Onlardan ən xeyirlisi isə, ilk salam verəndir."
Yəni o, bir birilə küsülü 2 nəfərdən ən fəzilətlisidir.
Bu hədisdə, Şafi, Malik və onların görüşlərinə müvafiq olub:
"Salam küsülülüyü kəsər və küsülülük səbəbilə günahı ortadan qaldırar."
deyənlərin lehinə dəlil mövcuddur.
Əhməd və Maliki məzhəbinə mənsub olan ibnu'l-Qasim isə, belə demişlərdir:
"Əgər ona əziyyət verməyi davam etdirirsə, salam, onun küsülülüyünün sonunu gətirmiş olmaz."
Məzhəb alimlərimiz (Şafilər) dedilər ki:
"Yanında hazır olmadığı təqdirdə, onunla yazışsa yaxud məktublaşsa, küsülülüyün günahı qalxarmı?"
Bu xüsusda 2 görüş vardır:
• Birinə görə: Qalxmaz. Çünki onunla danışmamışdır.
• Bu 2 görüşün daha səhih olanına görə isə, bir birilərindən (mənən) uzaqlaşmaları ortadan qalxdığından ötürü, günah da qalxar, deyilmişdir. Ən doğrusunu, Allah bilir...
---------------
"Müsəlmana halal deyildir..."
ibarəsini:
"Kafirlər, şəriətin fəri hökmlərinə muxatab deyildirlər."
deyənlər, dəlil göstərə bilərlər. Ancaq daha səhih olan, onların fəri hökmlər ilə muxatab olduqlarıdır.
Burda "müsəlman" qeydinin bəhs mövzusu edilməsi, şəriətin xitabını qəbul edib onunla faydalanan kimsələrin, ancaq müsəlmanlar olmalarından dolayıdır.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", 45/34- "Birr (yaxşılıq), qohum-əqrəbalıq bağına diqqət etmək və ədəb kitabı", 8/8- "Şər'i bir üzr olmadan 3 gündən çox küsülü qalmağın haram qılındığı bab", hədis no: 6478)
- Üç gündən artıq küsülü qalmaq olarmı?
- İctihaddan bir və iki savab qazananlar.
- İctihaddan bir və iki savab qazananlar.
- Müsəlman bir qadın, kafir bir kişinin nigahı altında qala bilərmi?
- Evlənmək vacibdirmi?-1
- İsra surəsi 23-24-cü ayətlərin təfsiri
- Allah üçün sevmək, nə deməkdir?-2
- "Zina edən, zina etdiyi vaxt, mömin olaraq zina etməz" hədisi-2
- Böyük günahlar və onlardan çəkinmək,
- Peyğəmbərə gələn ilk vəhy