"Lə həvlə və lə quvvətə illə billəh" nə deməkdir?

Bu cümlə:

"Güc və qüvvət, ancaq Allaha məxsusdur." deməkdir.

----------------------

Ustad Nursi (rahiməhullah)'ın bu cümləyə verdiyi izaha, nəzər salaq:

"İ’lem eyyühe’l-aziz (Bil, ey əziz!)

لاَ حَوْلَ وَلاَ قُوَّةَ اِلاَّ بِاللهِ

"Güc və qüvvət, sadəcə Allaha məxsusdur."

cümle-i mukaddesesi (müqəddəs cümləsi), insanın, zerre vaziyetinden, insan-ı mü’min suretine gelinceye kadar:

• camidiyet (cansızlıq);

• nebatiyet (bitki olmaq halı)

• hayvaniyet (heyvanlıq)

• insaniyet (insanlıq)

gibi geçirdiği etvar (hərəkət tərzləri) ve ahvaline (əhvallarına) nâzırdır (baxmaqdadır)."

Burda mücməl olaraq, insanın qazanmış olduğu nemət və mərhələlərin heç birində, insanın öz güc və qüvvətinin bir qatqısının olmadığı, bütün nemət və varlıq mərhələlərinin, tamamilə Allahın güc və qüvvətilə hazırlanıb insana təqdim edildiyi zikr edilir. Məsələn:

• İnsanı, yoxluqdan varlıq aləminə çıxararaq, bütün nemətlər ilə üz-üzə gətirən, Allahın güc və qüvvətidir. İnsanın bu xüsusda, heç bir qatqısı yoxdur.

• Yenə insanı, varlıq içində cansız buraxmayıb, həyat nemətini verən və nemət dairəsini bir az daha genişlədən, yenə Allahın güc və qüvvətidir.

• Həyat sahibləri içində, insana şüur və insanlıq nemətini verərək, nemətini, bir əvvəlki dairədən daha genişinə çıxarıb, insanı kainata xəlifə ola biləcək şəklə salan, yenə Allahın güc və qüvvətidir.

• İnsanlıq və şüur içində, insana iman və İslam nemətini bəxş edərək, insanın nemət dairəsini, kainatdan daha ucalara çıxarıb bütün qeybi aləmlərlə müşərrəf qılan, yenə Allahın güc və qüvvətidir.

Xülasə, insan, başlanğıcda zərrə qədər ikən, sonunda kainatın Rəbbi ilə muxatab olacaq bir vəziyyətə, ancaq və ancaq, Allahın güc və qüvvətilə nail ola bilər.

---------------------------------

"Şu menzillerde insanın letâifi pek çok elem ve emellere mâruzdur."

Bu 4 mənzildə, insanın hiss və duyğuları, bir çox ağrı və acılara; arzulara məruzdur.

----------------------------

"Maahaza, havl ve kuvvetin müteallikleri zikredilmeyerek mutlak bırakılmıştır. Binaenaleyh, bu cümle, tesellî-bahş olup şümûlü dahilinde olan makamlara göre tefsir edilir."

Bununla bərabər, güc və qüvvətin əlaqəli olduğu şeylər, zikr edilməyərək, mütləq buraxılmışdır. Yəni:

"Hansı xüsuslarda, Allahın güc və qüvvəti xaricində kimsədə güc və qüvvət yoxdur?"

sualının cavabı, hər hansı bir şey ilə məhdudlaşdırılmamışdır. Bir məhdudiyyət qoyulmadığına görə:

"Hər şey və hər iş, ancaq Allahın qüdrətilə meydana gəlir." deməkdir.

Bundan dolayı, bu cümlə, təsəlli verici olub, güc və qüvvətin ehtiva etdiyi məqamlara görə təfsir edilir.

------------------------------

Ustad Nursi, daha sonra, güc və qüvvətin təəlluq etdiyi (əlaqəli olduğu), 7 nümunə nəzərə verir. Bunları tək-tək açıqlayaq:

1.

لاَ حَوْلَ عَنِ الْعَدَمِ وَلاَ قُوَّةَ عَلَى الْوُجُودِ

"Yoxluqdan varlıq meydanına çıxmaq, ancaq Allahın güc və qüvvəti ilədir."

Yox üçün, zatən, nə iradə, nə də qüdrət, bəhs mövzusu deyildir. Yox var olursa, ancaq Allahın diləməsilə və Onun qüdrətilədir.

--------------------------------

2.

لاَ حَوْلَ عَنِ الزَّوَالِ وَلاَ قُوَّةَ عَلَى الْبَقَاءِ

"Zail olmayıb varlığı davam etdirmək, Allahın güc və qüvvəti ilədir."

Yəni var olan bir şeyin varlığını davam etdirməsi, yenə Allahın güc və qüvvətilədir. Ən mükəmməl varlıq olan insan, öz varlığının davamı mövzusunda, heç bir gücə sahib olmadığına görə, hər hansı bir şeyin, varlığının davamını özünün təmin etməsi, mümkün deyildir.

------------------------------------

3.

لاَ حَوْلَ عَنِ الْمَضَرَّةِ وَلاَ قُوَّةَ عَلَى النَّفْعِ

"Zərərlərin dəf edilməsi və mənfəətlərin cəlbi, ancaq Allahın güc və qüvvətilədir."

Allah Taala, hər şey üçün, bir kamal mərtəbə təyin etmişdir və o mərtəbəni əldə etmək üçün, o şeyə, bir meyil vermişdir. Hər şey, o kamal mərtəbəyə doğru hərəkət etmək üzərə, sanki mənəvi bir əmr almış kimi, intizamlı olaraq, o nöqtəyə yönələrək hərəkət etməkdədir. Hərəkət əsnasında isə, bütün maneələri dəf edən və onlara, hədəfə çatmaq üçün kömək edən, şübhəsiz, Allahın güc və qüvvətidir.

-----------------------------------

4.

لاَ حَوْلَ عَنِ الْمَصَائِبِ وَلاَ قُوَّةَ عَلَى الْمَطَالِب

"Müsibətdən uzaq olub mətluba (istənilənə) nail olmaq, ancaq Allahın güc və qüvvətilədir."

Bunun ən gözəl nümunəsini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in həyatında görürük. Bəli, O, peyğəmbər olaraq göndərildiyi vaxt, deyil sadəcə bir qövmə, tayfaya, bəzi xalqlara, bəzi dinlərə; bütün dünyaya, tək başı ilə, meydan oxumuşdu.

Halbuki, Onun əmisi və qövmü, Ona qarşı ən böyük düşmən olduğu, 23 il müddətində, qorumasız, mühafizəsiz və dəfələrlə su-i qəsdə məruz qaldığı halda, rahat və səadət içində, öz evində vəfat edib, ən uca Məclisə çıxmağına qədər, hifzi (qorunması) və isməti:

• nə qədər möhkəm bir istinad nöqtəsinə sahib olduğunu; və

• bütün bunların, sadəcə Allahın güc və qüvvətilə olduğunu,

günəş kimi göstərir.

---------------------------------

5.

لاَ حَوْلَ عَنِ الْمَعَاصِى وَلاَ قُوَّةَ عَلَى الْعِبَادَةِ

"Günah və (Allaha) üsyana düşməyib ibadətə davam etmək, Onun güc və qüvvətilədir."

Necə ki, Yusuf (əleyhissəlam):

• nəfsin pisliyi əmr etdiyini; və

• onun zərərlərindən qurtulmağın,

ancaq və ancaq Allahın rəhmətilə ola biləcəyini bəyan etmişdir.

وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌ رَّحِيمٌ

"Mən özümə bəraət qazandırmıram. Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir”. (Yusuf/53)

-----------------------------------

6.

لاَ حَوْلَ عَنِ النِّقَمِ وَلاَ قُوَّةَ عَلَى النِّعْمَةِ

"Hər cür əzab və cəzalardan xilas olub, (sonsuz) nemətlər qazanmaq, ancaq Allahın güc və qüvvətilədir."

------------------------------------

7.

لاَ حَوْلَ عَنِ الظُّلْمَةِ وَلاَ قُوَّةَ عَلَى النُّورِ

"Zülmətə düşməmək, nurla nurlanmaq, ancaq Allahın güc və qüvvətilədir."

Burda zülmətdən məqsəd, küfür və dəlalətdir. Nur isə, iman və hidayətdir. Və o, küfür və dəlalət qaranlıqlarını ortadan qaldırır. Yəni:

Küfr qaranlıqlarından hidayət nurlarına çıxmaq, tamamilə Allahın güc və qüvvətilədir.

(Said Nursi, Mesnevi-i Nuriye: "Habbe" risaləsi, s. 123-124)

Read 26 times
In order to make a comment, please login or register