Lənət etməyin təhlükəsi
Lənət, uca Allahın əfv və mərhəmətindən məhrum etmək, qovmaq və rədd etmək mənası daşıyır. Bu baxımdan ümumi olaraq insan üçün canlı bir varlığa və ya cansıza lənət etmək pis görülmüşdür. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm bu haqda belə buyurmuşdur: “لاَيُكوُنالُْمْؤِمُنلََّعاًنا/“Mömin lənət edici olmaz” (Buxari, Ədəb, 57-58)
Həzrət Peyğəmbər Özünün ancaq və ancaq rəhmət peyğəmbəri olduğunu bildirməklə yanaşı möminlərin də bu ədəb və əxlaqi məziyyətə sahib olmalarını və lənətləyici hər söz və davranışdan çəkinmələrini istəmişdir. Bir hədisi-şərifdə bu haqda belə deyilir:
“Mömin, ara qızışdıran (bittaəni), lənətləyən(ləani), kobud (fəhişi) və ağzı pozuq (bəzi) deyil.” (Tirmizi, Birr, 48; Əhməd bin Hənbəl, Müsnəd, 1/405-416)
Yanlış ünvana deyilən lənət, deyənin özünə qayıdar. Rəva görülməyən birinə belə bir söz deyilərsə, deyən kəs özünü söymüş özünü lənətləmiş olar. Bir nəfər Peyğəmbər əleyhissalamın yanında ikən küləyə lənət etmişdi. Rəsulullah əleyhissalam ona belə dedi:
“Küləyə lənət etmə, çünki o əmr edildiyini yerinə yetirir. Kim lənət əhli olmayan bir şeyi lənətləyərsə, etdiyi lənət özünə qayıdar.” (Tirmizi, Birr, 48; Əbu Davud, Ədəb, 45)
Əbu Dərda rəvayəti edir ki, Peyğəmbər əleyhissalam belə buyurdu:
“Şübhəsiz ki, lənətçilər qiyamət günündə nə şahid olarlar, nə də şəfaətçi” (Müslim, Birr, 85-86; Əhməd bin Hənbəl, Müsnəd, 6/448)
Hədis üləması burada qeyd edilən "şahid" sözünün izahı haqqında üç görüş irəli sürmüşdürlər. Ən səhih olan birinci görüşə görə, lənətçilərin qiyamət günüdə peyğəmbərlərin ümmətlərinə təbliğinə şahidlik etməkdən məhrum qalacaqlarıdır. İkinci görüşə görə dünyada şahid ola bilməyəcəkləridir. Yəni fasiqlikləri səbəbi ilə heç bir məsələ və hökmdə onların şahidlikləri qəbul edilməz. Üçüncü görüşə görə isə, Allah yolunda öldürülməklə şəhid ola bilməzlər. (Ahmet Davudoğlu, Səhihi-Müslim Terceme ve Şerhi, İst. .10/522)
Bir dəfə əsabələr Həzrət Peyğəmbər əleyhissalama: “Yə Rəsulallah! Müşriklərə bəddua edin (lənətləyin), dedilər. O, buna belə cavab verdi:
Mən lənətçi kimi göndərilməmişəm. Mən ancaq və ancaq rəhmət olaraq göndərildim.” (Müslim, Birr, 7)
Cabir bin Abdullah rəvayət edir ki, Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:
“Allah, əxlaqı pis olan, hər şeyi çirkin görən və bazarlarda qışqırıb bağıranları sevməz.” (Buxari, Ədəbul-Müfrəd, 1/409)
Hər şeyi çirkin görməklə yanaşı, insanlarda müşahidə edilən xoşagəlməz hərəkət və davranışları və naxoş halları da dilə dolamaq, açıb-tökmək nəbəvi sünnəyə tərsdir. Hər şeyə ittiham hissi ilə yanaşmalar artaraq həya və məsuliyyət duyğusundan uzaq dedi-qodu toplumu meydana gətirər. (Seyyid Kutup, Fi Zilalil-Quran, 2/578)
Bu kimi halların çoxalması ictimaiyyətdə fərdi ittihamlarla, təhqirlə başlayaraq ictimai müstəvidə əxlaqi aşınmalarla nəticələnə bilər. İnsanların fərdi və ictimai olaraq bir-birlərinə olan hörmət və ehti- ram hislərini öldürüb, onlar arasında etimadı yox edə bilər.
Fasiq biri üçün ölmüş olsa belə onun lənələnməsindən çəkinmək lazımdır. Deyilən sözün həyatda olanlarla bağlı əziyyət vermək kimi bir cəhəti olarsa, ehtiyatlı davranmaq və bundan uzaq durmaq lazımdır. Həzrət Aişədən (r. anha) gələn bir hədisi-şərifdə buyurulmuşdur:
“Ölülərə söyməyin. Ölülərə söymək dirilərə əziyyətdir.” (Buxari, Fədailu Əshabin-Nəbi, 5; Müslim, Fadailus-Səhabə, .221-222)
Eyni zamanda bir insana şərlə bəddua etmək də ona lənət etmək hökmündədir. Dilin lənət etməyə vərdiş etməməsi üçün şəriət lənət etməyi qadağan etmişdir. Allah Rəsulu əleyhissalam səfərlərindən birində ikən Ənsardan bir qadın bir dişi dəvə üzərində idi. Qadın bezmiş bir vəziyyətdə dəvəyə lənət etdi. Bunu eşidən Peyğəmbər aleyhissalatu vəssəlam:
“Bu dəvənin üstündəki əşyanı götürün və dəvəni buraxın. Çünki o lənətlənmişdir” buyurdu. (Müslim, Birr, 80)
- İman-əməl münasibəti
- SƏRƏXSİNİN “MƏBSUT” ADLI ƏSƏRİNDƏ İBADƏTLƏRLƏ BAĞLI BƏZİ FİQHİ QAYDALAR
- Səbr etmək
- Keçmişin İmanı və Müasir Elm
- Səhı̇hı̇ müslı̇mdən seçı̇lmı̇ş bəzı̇ hədı̇slər və ı̇mam nəvəvı̇nı̇n şafeı̇ məzhəbı̇ üzərə bu hədı̇slərə etdı̇yı̇ şərhı̇
- PEYĞƏMBƏR VƏ EVLİLİKLƏRİ
- PEYĞƏMBƏR VƏ EVLİLİKLƏRİ
- İslam Hüququ və Milli Qanunvericilik nöqteyi-nəzərindən Homoseksualizm
- İrşad və İbrət Almaq Üçün Bəzi Diqqət Çəkən Məqamlar
- Müslüman'ın Müslüman'a, küfr etmesi, sövmesi, lanet etmesi caiz midir? Bir kimsenin kendisine sövenlere karşı tavrı ne olmalıdır, nasıl davranması gerekir?