Məcaz nədir? (1)

Lüğətdə, "bir yeri yerimək surətilə keçmək, yol qət etmək" mənasındakı "cəvz" (cəvaz) kökündən isim və ya məsdər olan məcaz kəliməsi, "əsl mənasından alınıb bağlı olduğu başqa bir mənaya nəql edilən ləfz" deməkdir.

Məcaz ilə həqiqət, həm lüğət, həm terminoloji cəhətdən, bir-birinin ziddidirlər. Çünki həqiqət, lüğətdə, "öz yerində duran və ya sabit buraxılan nəsnə (kəlimə)" mənasına gəldiyi kimi, termin olaraq da, "həqiqi mənada istifadə edilən ləfz" deməkdir.

Məcazın sərhədlərini və dolayısı ilə tərifini müəyyənləşdirən təməl ünsürlər, Xatib əl-Qəzvini ilə tamamlanmış olub (bax: "əl-İzah fi ulumi'l-bəlağa", s. 392-396) ondan əvvəlki dilçi alimlərcə verilən məcaz təriflərində, bu ünsürlər əskikdir. Buna görə, məcazın tam tərifi:

"Həqiqət mənası ilə nəql ediləcək məna arasında mövcud olması lazım gələn bir əlaqə; həqiqi mənasının qəsd edilməsinə əngəl olan bir qərinə mövcud olması halında, müştərək (ortaq) bir əlaqə dilində qoyulduğu mənanın xaricində istifadə edilən ləfz" şəklində olmalıdır.

Tərifimizdəki "müştərək (ortaq) əlaqə dili"ndən məqsəd, "lüğət, örf və ya din dilləri"ndən biridir.

Sözün həqiqət və ya məcaz olduğunu təyin edən amil, istifadəsidir. Bir kəlimə, yaxud bir ifadə, bir istidadə içində, qoyulduğu mənaya dəlalət edib-etməməsinə görə, həqiqət və ya məcaz adını alır. Məsələn, "salət" kəliməsinin din dilində qoyulduğu (həqiqi) mənası, "müəyyən rükün və şərtlərlə əda edilən ibadət"dir. Bu kəlimə, dini ədəbiyyatda bu mənası ilə istifadə edilərsə, həqiqət; eyni ədəbiyyatda "dua" mənasında istifadə edilərsə, məcaz olur.

Bununla bərabər, "salət"ın lüğətdə qoyulduğu məna "dua" olduğundan, bu ədəbiyyatda "ibadət" mənasında istifadə edilərsə, məcaz olur.

Bir məcaz:

1. Məcaz olaraq istifadə edilən kəlimə (tərkib);

2. Həqiqi məna;

3. Məcazi məna;

4. Əlaqə;

5. Mane olan qərinə

üzərə, 5 əsas ünsürdən meydana gəlir.

Məcazın gerçəkləşməsi üçün, həqiqi mənadan məcazi mənaya nəql və ikisi arasında əlaqə (ittisal/münasibət), şərtdir.

Əlaqənin bir bənzərlik olması halında, bu məcaza "istiarə"; bənzərlikdən başqa bir əlaqə bəhs mövzusudursa, "mürsəl məcaz" deyilir.

--------------------------

--------------------------

Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Mustasfa"da, "Kitabın ləfzləri" qismində, deyir:

Məcaz, müştərək (birdən çox mənaya gələn) bir isim olub:

a. Həm "həqiqəti olmayan batil şey" mənasında istifadə edilir ki, Quran, bundan münəzzəhdir.

Quranda məcaz olmadığını iddia edənlərin qəsd etdiyi məcaz, bəlkə də bu mənadakı məcazdır.

b. Həm də "əsl, həqiqi mənasının xaricində istifadə edilmiş ləfz" mənasında istifadə edilir.

Məsələn:

وَسْـَٔلِ ٱلْقَرْيَةَ ٱلَّتِى كُنَّا فِيهَا وَٱلْعِيرَ ٱلَّتِىٓ أَقْبَلْنَا فِيهَا...

"Olduğumuz kənddən və birlikdə gəldiyimiz karvandan soruş..." (Yusuf/82);

...فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ...

"...Onlar orada dağılmaq istəyən bir divar gördülər..." (Kəhf/77);

...لَّهُدِّمَتْ صَوَ‌ٰمِعُ وَبِيَعٌ وَصَلَوَ‌ٰتٌ...

"...kilsələr, sinaqoqlar və salavat (namazlar) dağılıb gedərdi..." (Həcc/40); (Salavat/namazlar necə dağıla bilər?)

...أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ...

"...və ya biriniz çuxurdan (tualet) gəldiyində..." (Nisa/43);

ٱللَّهُ نُورُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Allah, göylərin və yerin nurudur..." (Nur/35);

إِنَّ ٱلَّذِينَ يُؤْذُونَ ٱللَّهَ وَرَسُولَهُۥ لَعَنَهُمُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ...

"Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri, Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş..." (Əhzab/57);

(Burada "Allahı incitmək" sözü ilə qəsd edilən də, Peyğəmbərə edilən əziyyətdir.)

...فَمَنِ ٱعْتَدَىٰ عَلَيْكُمْ فَٱعْتَدُوا۟ عَلَيْهِ بِمِثْلِ مَا ٱعْتَدَىٰ عَلَيْكُمْ ۚ...

"...O, sizə necə düşmənlik göstərmişdirsə, siz də eyni düşmənliyi ona göstərin..." (Bəqərə/194)

(Burda qisas bəhs mövzusu olmuşdur. Qisas bir haqq olduğuna görə, düşmənlik olaraq necə adlandırıla bilər?)

وَجَزَ‌ٰٓؤُا۟ سَيِّئَةٍ سَيِّئَةٌ مِّثْلُهَا...

"Pisliyin cəzası özü kimi pislikdir." (Şura/40);

ٱللَّهُ يَسْتَهْزِئُ بِهِمْ...

"Allah da, onlarla istehza edər..." (Bəqərə/15);

...وَيَمْكُرُونَ وَيَمْكُرُ ٱللَّهُ...

"...Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi..." (Ənfal/30);

...كُلَّمَآ أَوْقَدُوا۟ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ...

"...Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər..." (Maidə/64);

...إِنَّآ أَعْتَدْنَا لِلظَّـٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا...

"...Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir..." (Kəhf/29)

kimi ayətlər var ikən, Quranda məcazın olduğu inkar edilə bilməz. Bunlar kimi, məcazi mənalar daşıyan daha bir çox ayət vardır.

(Ğazali, əl-Mustasfa)

---------------------------

---------------------------

Əlavələr:

Məcaz nədir? (2)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99caz-n%C9%99dir-2

Read 863 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR