Məcid isminin şərhi

49. Məcid isminin şərhi:

~ Zatı, şərəfli;

~ Felləri, cəmil;

~ Ətası isə, çox olan'dır.

Sanki, Zatın şərəfi, felin hüsnü ilə birləşincə, "məcd" olaraq adlandırılır. Eyni zamanda, "Macid" deyə də adlandırılır. Lakin, ikisindən biri, mübaliğəyə dəlalət edir. Məcid ismi, sanki, Vəhhab və Kərim isimlərinin mənalarını cəm edir. Bunun haqqında, danışılmışdı.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

---------------------------

Əlavələr:

Dilçi alimlər, "məcd" kökünün əsas mənasının, "bolluq""genişlik" olduğunu söyləmişlərdir. Buna görə, başqalarında adi dərəcədə olan bütün gözəl sifətlərin hamısının bir varlıqda ən yüksək dərəcədə mövcud olması halına, "məcd" deyilir. Rəbbimizin gözəl isimlərindən ikisinin (Məcid və Macid'in) bu kökdən gəlməsi, Onun, "kamilliyin ziddi olan hər cür vəsfdən münəzzəh, lütf və ehsanı bol" olduğu mənasına gəlir. O, ən üstün sifətlərin ən sonundadır.

Alimlər, əksəriyyətlə, Məcid ismini, Allah Taala'nın Zatına və sifətlərinə dair olmaq üzərə, 2 cəhətdən açıqlamışlardır. Belə ki:

~ Zatına dair olan izah, acizlik və əskiklikdən; yəni, məxluqların xüsusiyyətlərindən bəri və münəzzəh tutmağı;

~ Fellərinə dair izah da, lütf və ehsanının çox olduğunu bildirməyi

məqsəd etmişdir.

Quran'da "Məcid" ismi:

Bu ismin ən böyük təcəllisi, şəxsən Quranın özüdür. Məcid vəsfi, Qaf surəsinin ilk ayətində, Quranın sifəti olaraq zikr edilmişdir. Yəni, Quran, Məcid olan Allahın, məcid olan kəlamıdır. Bu səbəblə, O, başqa sözlərlə qiyaslana bilməz. Çünki, böyüyün sözü də, böyükdür. Müfəssirlərdən biri, bu ayəti təfsir edərkən, "məcd" məfhumunun muhtəvasına toxunduqdan sonra, belə deyir:

"Bu halda, məcid olan Quran, şərəfi, bütün kitablardan böyük olan; və yaxud da, mənasını bilib əməl edəni şərəfləndirən şanlı Quran demək olur."

Məcid ismindəki lütf və kərəmin bolluğu, bu sifətə haiz olan Qurana sarılan hər kəsin, doğrunu tapması və azmaması xüsusunda, başqa bir şeyə ehtiyac duymayacaq ölçüdə, böyük bir nemətə qovuşduğunu da ifadə etməkdədir. Rəbbimiz, fərqli səbəblərlə Quranı inkar edənlərə, onun, uca bir məqamdan gəldiyini; və qorunmuşluğunu ifadə edərkən də, eyni sifəti istifadə etməkdədir.

بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ • فِى لَوْحٍ مَّحْفُوظٍۭ

Bəl huvə Quranun Məcid. Fi Ləvhin Məhfuz.

Yəni:

"Bəli, bu, məcid olan Qurandır. (O), Lövh-i Məhfuz'dadır." (Buruc/21-22)

Quran'da, 2 yerdə Allaha isnad edilən bu ismin 2 Məkki surədə (Hud/73; Buruc/15) müşriklərin despotluqlarına məruz qalan o günki möminləri, şan və şərəfi, etibar və hörməti, sadəcə Allah qatında axtarmağa sövq etmişdir. Necə ki, bu ayətin doğruluğunu, tarix, hamımıza, açıq bir şəkildə göstərmiş və o günün sosial mühitində ən aşağı mərtəbələrdə yer alan və kimsənin adını belə bilmədiyi nökər səhabələri, yüz illərdir möminlər, böyük bir hörmət ilə anmaqdadırlar. Quran, bu isim vasitəsilə, bizə, sanki, hörmət və şərəfə layiq olanların kimlər olduğunu xatırlatmışdır. Bu meyanda, Quranda, İbrahim ailəsi salamlanarkən; Həmid ismilə bərabər Məcid isminin də gəlməsi (Hud/73) və əsrlərdir 5 vaxt namazda salavatların oxunaraq Rəbbimizin bu isimlərilə İbrahim və Muhamməd ailələrinin salamlanması, kimə, hansı səbəblərlə etibar ediləcəyini, çox gözəl ortaya qoymaqdadır.

Məcid isminin təcəllisi:

Məcid ismindəki ucalıq, insan əxlaqına, vüqarlı olmaq, şərəf və heysiyyət olaraq təcəlli edər. Quşeyri'yə görə, bu ismin təcəlli etdiyi şəxs, imanının şərəfi üzərə yaşayar; və o şərəfə mane olacaq hər cür alçaq işdən, əxlaqi sükutdan və davranışlardakı xarablıqdan qorunar. Ona (yəni, Quşeyri'yə) görə, bu hal, Allahın insanlara lütf etdiyi; lakin bir çox kimsənin fərqinə vara bilmədiyi nemətlərdən biridir. Bu halın əkinsə, insanın qəlbində, sevgi və bağlılıq hislərinin və maraq nöqtələrinin dağınıqlığı isə, Məcid isminin təcəlliləri xüsusunda, qulun yaşayacağı ən böyük imtahandır.

(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)

 

 

Read 8.083 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR