Məhəmməd peyğəmbər digər peyğəmbərlərdən üstündürmü?

Tabiin müfəssirlərindən Katadə belə deyir:

“Peyğəmbər Əfəndimiz ( sallallahu aleyhi və səlləm ): "Mən peyğəmbərlərin ilk yaradılanı və "elçi olaraq ən son göndəriləniyəm’ buyurmuşdur."  Bu səbəblə Allah’ın Rəsulu Əhzab sürəsinin (33) 7. ayətində Nuh və digər peyğəmbərlərdən öncə zikr edilmişdir.”

Təfsir alimi və Hənəfi fəqihi Əbü Leys əs-Səmərqəndi (v. 373/973): “Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləmin peyğəmbərlərin sonuncusu olduğu halda, bu ayətdə  hamısından öncə zikr edilməsi, onun digər peygəmbərlərdən üstün olduğunu göstərir.” demişdir.

Bu ayətin mənası budur:

Allah Təala, ruhlar aləmində (bezm-i elest/ elest meclisinde), bütün insanların zürriyətini Hz. Adəm’in belindən zərrələr halında çıxarıb onlara: "Mən sizin Rəbbiniz deyilmiyəm?” deyə soruşduğu, onlardan da "Bəli, Rəbbimizsən!” deyə cavab aldığı sırada, digər peyğəmbərlərdən də Rəsul-i Əkrəm’i peyğəmbər olaraq qəbul edəcəklərinə dair söz almışdır.

Qadı İyaz ( rahiməhullah ) : ŞIFA-I ŞƏRİF ŞƏRHİ -  I  ( Tərcümə və Şərh Prof. Dr. Mehmet Yaşar Kandemir )

Read 5 times
In order to make a comment, please login or register