Məhərrəm ayının orucu haqqında məlumat verərsinizmi?

Əbu Hureyrə (radiyallahu anh)'dan belə rəvayət edilir:

Bir adam Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına gələrək:

"Ramazan ayından sonra hansı oruc əfdaldır (fəzilətlidir)?" diyə soruşdu. O:

"Məhərrəm dediyimiz Şəhrullah (Allahın ayında tutulan oruc)" buyurdu.

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu's-Siyam (Oruc kitabı): "Haram aylar orucu babı", hədis no: 1742

------------------------

İzahı:

Muslim, əbu Davud, Tirmizi, Beyhaqi və Darimi də bunu rəvayət edirlər.

Hədisin zahirinə görə, Məhərrəm ayının bütünü qəsd edilmişdir. Tirmizi'nin Əli (radiyallahu anh)'dan rəvayət etdiyi bu hədis də, bunu təyid edər (qüvvətləndirər):

Əli (radiyallahu anh), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında oturmuş ikən, bir adam Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:

"Ey Allah'ın rəsulu! Ramazan ayından sonra hansı ay oruc tutmağımı əmr edirsən?" diyə soruşur. Allah rəsulu da:

"Əgər Ramazan ayından sonra oruc tutacaqsansa, Məhərrəmi tut. Çünki o, Allah'ın ayıdır." buyurmuşdur.

"Əl-Mənhəl Azbi'l-Məvrud şərh-u sunən-i əbu Davud" müəllifi- Mahmud Muhamməd Xattab əs-Subqi'nin bəyanına görə, hədisdən məqsəd:

"Məhərrəm ayı içərisində, yəni bir qismində oruc tutmaq və ya bu ayda yer alan Aşurə günü orucu tutmaq ola bilər."

----------------------

Hüccətü'l-İslam imam Ğazzali (rahmətullahi aleyh), hədisin izahı sədədində belə deyir:

"Çünki Məhərrəm ayı, hicri ilin başlanğıcıdır. İlin ilk gününü belə bir xeyirli əmələ dayanadırmaq həm xoş, həm də bərəkətinin mütəmadiliyini təmin etməyə vəsilə olur." (İmam Ğazzali, "İhya'u-Ulumi'd-din", 1. Cild, 6. Kitab/3. Bölmə: Nafilə oruclar", s. 561)

Read 13 times
In order to make a comment, please login or register