Mələklərin 2, 3, 4 qanadlı olması, nə deməkdir?
İmam Fəxrəddin ər-Razi (əl-Əşari), "Məfatihu'l-Ğeyb" təfsirində, Fatir surəsi 1-ci ayətin təfsirində, belə deyir:
Haqq Taala,
...أُو۟لِىٓ أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۚ ...
"...2, 3 və 4 qanad sahibi..." deyə buyurmuşdur.
Qanadı olan bir varlığın, ən az, 2 qanadı olur. İkidən sonrakılar isə, əlavədir.
Bəziləri, bu ayətin təfsiri xüsusunda, belə demişlərdir:
Burda bəhs edilən qanad, mələyin yönünə, yəni görəcəyi işə bir işarət olub, izahı belədir:
Allah Taala'nın fövqündə bir şey yoxdur. Hər şey, Onun qüdrət və nemətinin hökmranlığı və şümulu (şamilliyi) altındadır. Mələklərin, Allah ilə sıx münasibətləri vardır. Çünki, Allahın nemətlərini Ondan alır, özləri xaricində Allahın icazə verdiyi kimsələrə (yəni, varlıqlara) verirlər. Necə ki, Haqq Taala,
~ "Onu, Sənin qəlbinə, Ruhu'l-Əmin endirdi." (Şuara/193-194); və
~ "Onu, çox qüvvəti olan öyrətdi." (Nəcm/5);
buyurmuşdur.
Yenə Haqq Taala, mələklər haqqında,
~ "And olsun, buyruqları yerinə yetirənlərə!" (Naziat/5)
buyurmuşdur.
O halda, bunlar, 2 qanaddırlar. Onların içində, xeyri, vasitəli olaraq edənlər olduğu kimi; vasitə olmadan da edənlər vardır. O halda, vasitəli edənin, 3 cəhəti vardır. Bunlardan, 4 və daha çox cəhət və yönləri olanlar da vardır...(Haşiyə)
-------------------------------------------
(Haşiyə:
Diqqət edilsə, görüləcəkdir ki, ayətdə, qanadların varlığı, "elçilik" vəzifəsilə bərabər bir şəkildə bəhs mövzusu edilmişdir. O halda, bu qanadladın varlığı, uçmaqdan əlavə, mələklərin, eyni zamanda, fərqli elçilik vəzifələrinə bir işarət olaraq da başa düşülə bilər.)
-------------------------------------------
Ustad Said Nursi (rahmətullahi aleyh), "Sözlər" adlı əsərinin 25-ci Sözü olan: "Mucizat-ı Quraniyyə" (bax: İkinci Şölə, İkinci Nur, Quranın bəlağatındakı 9-cu məziyyət, s. 417-418) risaləsində, bu mövzu haqqında isə, belə deməkdədir:
اَلْحَمْدُ لِلّٰهِ فَاطِرِ السَّمٰوَاتِ وَاْلاَرْضِ جَاعِلِ الْمَلٰۤئِكَةِ رُسُلاً اُولۤىِ اَجْنِحَةٍ مَثْنٰى وَثُلٰثَ وَرُبَاعَ يَزِيدُ فِى الْخَلْقِ مَا يَشَۤاءُ اِنَّ اللهَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيرٌ
İşte, şu sûrede,
"Semâvât ve arzın Fâtır-ı Zülcelâli, semâvât ve arzı öyle bir tarzda tezyin edip âsâr-ı kemâlini göstermekle, hadsiz seyircilerinden Fâtırına hadsiz medh ü senâlar ettiriyor.
Ve öyle de hadsiz nimetlerle süslendirmiş ki, semâ ve zemin bütün nimetlerin ve nimet-dîdelerin lisanlarıyla, o Fâtır-ı Rahmân'ına nihayetsiz hamd ve
sitayiş ederler"
dedikten sonra, yerin şehirleri ve memleketleri içinde Fâtırın verdiği cihazat ve kanatlarıyla seyr ü seyahat eden insanlarla hayvânat ve tuyur gibi; semâvî saraylar olan yıldızlar ve ulvî memleketleri olan burçlarda gezmek ve tayeran etmek için, o memleketin sekeneleri olan meleklerine kanat veren Zât-ı Zülcelâl, elbette herşeye kadîr olmak lâzım gelir.
Bir sineğe bir meyveden bir meyveye, bir serçeye bir ağaçtan bir ağaca uçmak kanadını veren, Zühreden Müşteriye, Müşteriden Zuhale uçacak kanatları O veriyor.
Hem melâikeler, sekene-i zemin gibi, cüz'iyete münhasır değiller. Bir mekân-ı muayyen onları kaydedemiyor. Bir vakitte dört veya daha ziyade yıldızlarda bulunduğuna işaret,
مَثْنٰى وَثُلٰثَ وَرُبَاعَ
kelimeleriyle tafsil verir.
İşte, şu hadise-i cüz'iye olan "melâikeleri kanatlarla teçhiz etmek" tabiriyle, gayet küllî ve umumî bir azamet-i kudretin destgâhına işaret ederek اِنَّ اللهَ عَلٰى كُلِّ شَىْءٍ قَدِيرٌ fezlekesiyle tahkik edip tesbit eder.
Yəni:
"Həmd (tərif), göyləri və yeri, yoxdan, bənzərsiz yaradan; mələkləri, 2, 3 və 4 qanadlı elçilər qılan Allaha məxsusdur. O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah, hər şeyə qadirdir." (Fatir/1)
Bu surədə, (bu mənalar ifadə edilməkdədir):
Səmalar və yerin cəlal sahibi Yaradanı, səmalar və yeri elə bir tərzdə zinətləndirib mükəmməllik əsərləri göstərmişdir ki, (bunlarla) saysız-hesabsız tamaşaçılarından, Özünə saysız-hesabsız təriflər etdirir.
Və həm də göyləri və yeri hədsiz nemətlərlə elə bəzəmişdir ki, səma və yer, bütün nemətlərin və nemətə qovuşanların dillərilə, o Rahmən (mərhəmətli) və Fatir (yoxdan və bənzəri olmayan şeylər yaradan) Allaha, saysız-hesabsız həmd və sitayiş edərlər.
(Belə) dedikdən sonra, eynilə yerin şəhərləri və diyarlarında, Özünün verdiyi cihazlar və qanadlarla seyr və səyahət edən insanlar və quşlar kimi; səmavi saraylar olan ulduzlar və uca diyarlar olan bürclərdə gəzmək və uçmaq üçün, o diyarın sakinləri olan mələklərinə qanad verdiyini bildirir.
(Bunu edən) cəlal sahibi Allahın, əlbəttə ki, hər şeyə qadir olması lazımdır.
~ Bir milçəyə, bir meyvədən (başqa) bir meyvəyə;
~ Bir sərçəyə, bir ağacdan (başqa) bir ağaca uçmaq qanadını verən,
O olduğu kimi;
~ (Mələklərə də), Zöhrədən (Veneredan) Müştəriyə (Yupiterə); Müştəridən (Yupiterdən) Zuhala (Saturna) uçacaq qanadları da,
O verməkdədir.
Həm də mələklər, yerin sakinləri kimi, cüziyyətlə məhdud deyildirlər. Müəyyən bir məkan, onları həbs edə bilmir. Bir vaxtda, 4 və ya daha çox ulduzda ola bildiklərinə işarətən, (ayət), "2, 3, 4 (qanadlı)" kəlimələrilə təfsilat verir.
Bax, bu cüzi hadisə olan "mələkləri, qanadlarla təchiz etmək" təbirilə, qüdrətin külli və ümumi əzəmətinin dəzgahına işarət edərək,
"Həqiqətən Allah, hər şeyə qadirdir." fəzləkəsilə (haşiyə) təhqiq edib təsbit edər.
---------------------------------
(Haşiyə:
Fəzləkə nədir?
Quran, Allah kəlamı olduğundan, ümumiyyətlə, bir çox ayətin sonu, Onun isim və sifətlərini ehtiva edir. Buna, təfsir elmində, "fəzləkə" deyilir. "Fəzləkə" demək: "mövzunu, icmal halda təqdim etmək" mənasına gəlir. Ayətlərdə bəhs mövzusu edilən mövzular, insanların zehnində daha yaxşı yerləşsin deyə, mövzunun icmalı, bu fəzləkələrlə təqdim edilir.
Bu fəzləkələrin, bir çox növü vardır. Bəzən, Allahın isim və sifətləri, bəzən də başqa bir hadisənin icmalı olaraq özünü göstərir. Məsələn, bəzən ayət, əşyanın mənfəət və hikmətlərini genişcə zikr edər; ən sonunda isə, Hakim ismində toplayar. Bir fel genişcə izah edildikdən sonra, bir isim ilə icmal edilir. Məsələn, kainatdakı təmizləmə və tənzif felləri genişcə təfsil edildikdən sonra, "Quddus" ismilə icmal edilməsi kimi...
