Mələklərin Hz. Adəmə (ə.s.) səcdə etməsi necə reallaşmışdır? Bu səcdə, Allahdan başqasına səcdə edilməz anlayışına zidd deyil? Bu vəziyyət bir hörmətsizlik olaraq xarakterizə edilə bilər?
Əvvəlcə bunun Allaha bir hörmətsizlik olmadığını ifadə edək. Çünki mələklərə Hz. Adəmə səcdə etmələrini əmr edən şəxsən Allahdır. Bu əmri yerinə yetirməyən şeytanın, rəhmətindən qovulduğunu xəbər verən də yenə şəxsən uca Allahdır. Bu səbəbdən bu səcdənin Allaha bir hörmətsizlik olduğunu söyləmək doğru olmaz. Əksinə bunu belə qəbul etməmək hörmətsizlikdir.
Bununla birlikdə, yalnız Allaha səcdə edildiyi halda, mələklərin Adəmə səcdə etmələrinin hikməti araşdırıla bilər. Bunu isə belə izah edə bilərik: Bütün Müsəlmanlar bu səcdənin Hz. Adəmə ibadət qəsdiylə edilmədiyinə ittifaq halındadır. Çünki başqasına ibadət qəsdiylə səcdə etmək küfrdür və uca Allah küfrü əmr etməz. Hz. Adəmə səcdə edilməsinin hikmətləri üzərində ümumiyyətlə üç görüş vardır. Bunlar:
1. Bu səcdə Allah üçün olmuşdur. Hz. Adəm isə sanki bir qiblə vəzifəsi görmüşdür.
2. Bu səcdə salam mahiyyətində ola bilər. Bəzi alimlərə görə mələklər, Hz. Adəmə onu ucaltma və onu salamlamaq üçün səcdə etmişlər. Müsəlmanların bir-birlərinə salam vermələri kimi, keçmiş ümmətlər də bir-birlərini səcdə ilə salamlayırdılar. Katadə, "Ana, atası və qardaşları Yusif üçün səcdəyə bağlandılar." ayəsini (Yusuf Surəsi, 100) haqqında, "O zaman insanların bir-birlərinə salamı, səcdə etmək şəklində idi." deyər.
3. Üçüncü fikirdə isə səcdənin Ərəbcədə boyun əymə və üstünlüyünü qəbul etmə mənasını verdiyi deyilər və "Ot və ağaclar Ona səcdə edərlər." (Rəhman Surəsi, 6) ayəsi də bu mənadadır.
Fəxrəddin Razi, Təfsiri Kəbirində səcdənin, şəriət ənənəsində alını yerə qoymaqdan ibarət olduğunu söyləyər. Bu məna mələklər üçün düşünülə bilməyəcəyinə görə, mələklərin bu səcdəsini bu şəkildə anlamanın doğru olmayacağına beləcə diqqət çəkmiş olar.
Bu mövzu haqqında Əlmalılı Həmdi Yazarın fikiri də belədir: Mələklərin səcdə etməsi, Hz. Adəmə bir hörmət ifadəsi olmaqla birlikdə, şəxsən Allaha bir ibadətdir. Bu səcdə ilə mələklər, Allahın hökmlərinin icrası nöqtəsindən Hz. Adəmə, onun dünyaya xəlifə olması mərtəbəsiylə uyğun bir şəkildə xidmət və köməyə məmur olmuş və bir əhdə bağlanmışdır. O halda mələklər Adəmə şəxsən xidmətçi deyil, lakin onun xəlifəlik istiqaməti üçün xidmətçi olacaqlar. Həqiqi məbud uca Allahdır. Nəticə olaraq bu səcdə Adəmə bir ibadət deyil. (Haqq Dini Quran Dili, l: 319)
Nəticə olaraq: Mələklər Hz. Adəmə ibadət olsun deyə deyil, onun üstünlüyünü və xilafətini qəbul etdiklərini açıqlamaq üçün səcdə etmişlər. Mələklərə səcdə etmələrini əmr edən şəxsən Allahdır. Bu səbəbdən bu səcdənin İslama tərs bir istiqaməti yoxdur.
- Mələklərin Hz. Adəmə (ə.s.) səcdə etməsi necə reallaşmışdır?
- Hz. Adəmə səcdə əmri gəldiyində şeytanın davranışı necə olmuşdur? Yaradılış cəhətdən şeytanla mələklər arasında necə bir münasibət vardır?
- Səcdə tək Allaha ediləcəyinə görə, mələklərin Hz. Adəm (ə.s.)-ə səcdəsini necə qiymətləndirməliyik? Yaradılış cəhətdən, şeytanla mələklər arasında necə bir münasibət vardır?
- Mələklər, Adəm (ə.s.)-ə necə səcdə etmişlər?
- Cahiliyyə adət ənənəsi və Hz. Peyğəmbər.
- Mələklərmi üstündürlər, yoxsa insanlar?
- Mikayıl (ə.s.) vəzifəsi nədir?
- Qədr surəsinin təfsiri
- Mələklər şəkillər olan evə gələr?
- Qədr surəsinin təfsirini verə bilərsinizmi?