Mələklərmi üstündürlər, yoxsa insanlar?

Mələklərmi üstündürlər, yoxsa insanlar?

Mələkləri, peyğəmbərlərdən və övliyalardan üstün görünlərə, həmişə heyrət etmişəm.

• Əgər üstünlük surətlərlə olursa, insanın surəti, qanadlıların surətindən daha heyrət vericidir. Əgər insanın surəti, özündə olan pis şeylərdən dolayı tərk edilirsə, bu görünən bədən, insan deyildir ki...o, ancaq bir şablondur! Üstəlik, normalda pis sayılan şeylər, insanda gözəl sayılmışdır. Məsələn:

√ oruclunun ağız qoxusu;

√ şəhidin qanı;

√ namazda yatmaq kimi...

Mələklərin, onları sevəcək bir mərtəbələrimi vardır?! Və ya qürurlanacaq bir fəzilətlərimi vardır?!

Hal, necə də dəyişdi; onlar bizə səcdə etdilər. Bu, bizim onlardan üstün olduğumuza dair, açıq bir dəlildir.

• Əgər fəzilət və üstünlük elmlədirsə, sən:

...لَا عِلْمَ لَنَآ...

"Mələklər dedilər ki: Bizim elmimiz yoxdur..." (Bəqərə/32)

...يَـٰٓـَٔادَمُ أَنۢبِئْهُ...

"...ey Adəm, onlara xəbər ver..." (Bəqərə/33).

hadisəsinin gerçəkləşdiyi günü bildirən qissədən xəbərin var.

• Əgər mələklər, zatlarının cövhərlərilə üstündürsə, bizim ruhlarımızın cövhərləri də belədir. Ancaq bizim üzərimizdə, bədən cisminin yüklərinin ağırlıqları da vardır...

Heyrət ediləcək haldır! Mələklər çox ibadət etməkləri iləmi üstün olurlar?! Üstünlük bunun harasındadır?! Enişlərdən və yoxuşlardan sürətlə axtıqlarındamı?! Ancaq:

Yolları yarıb yüksələnə və əngəllərlə mücadilə edənlərə heyrət edilər!!!

Bəli, mələklərdən, qayaları yox etməyə və yeri yarmağa güc sahibi olduqlarından, onların, əmrlərə müxalifət etməkləri də təsəvvür edilə bilər. Bundan dolayı, onlara, belə deyilmişdir:

وَمَن يَقُلْ مِنْهُمْ إِنِّىٓ إِلَـٰهٌ مِّن دُونِهِۦ فَذَ‌ٰلِكَ نَجْزِيهِ جَهَنَّمَ ۚ كَذَ‌ٰلِكَ نَجْزِى ٱلظَّـٰلِمِينَ

"Onlardan (mələklərdən hər hansı bir) kimsə: “Mən Ondan başqa bir məbudam!”– desə, ona Cəhənnəmi qismət edərik. Biz zalımları belə cəzalandırırıq." (Ənbiya/29)

Bizim:

• həqiqi elmdən/bilgidən uzaq olmağımız;

• nəhy ediciyə (Allaha) qarşı olan yəqin inancımızın zəifliyi; və

• qəflətlə bərabər şəhvətimizin qələbə çalması,

mələklərin mücahidəsindən daha böyük bir cihada ehtiyac duyur.

And olsun Allaha, əgər bizim imtahan olunduğumuz şeylərlə, muqarrəbun (Allaha daha yaxın) mələklərdən biri imtahan olunsa, buna tab gətirə bilməz.

Bizdən biri, sabaha vardığında, şəriətin xitabı ona belə deyir:

"Qalx ailən üçün çörək qazan və qazancında da diqqətli ol!"

Bəzən o şəxsin də əlindən gəlməyən şeylər olur, əhlini sevməsi, qəlb bağı ilə uşağına bağlanması və bədəninin olmazsa olmaz ehtiyacları kimi...

Bir dəfəsində, İbrahim Xəlilullah (əleyhissəlam)'a belə deyilmişdi:

"Öz əllərinlə uşağını boğazla. Ciyər parəni ovucunla qopart. Sonra atəşə atılmaq üçün mancınığa min."

Bəzi vaxtlarda da, Musa (əleyhissəlam)'a belə deyilmişdi:

"Gecə-gündüz, bir ay boyunca oruc tut."

Bir də,

• qəzəbli kimsəyə: "qəzəbini ud!";

• görən kimsəyə: "gözünü ört!";

• danışan kimsəyə: "sus!";

• yuxunun dadını alana: "təhəccüd qıl!";

• sevdiyi ölən şəxsə: "səbr et!";

• bədəninə bir müsibət gələnə: "şükr et!";

• 2 səf arasında cihadda durana: "qaçmağın haramdır!"

deyilir.

İndi soruşuram, mələklərdə, bu saydığım şeylərdən hansı biri var?! Onlarda, içərisində təbiətlərinə qarşı dirənişin olmadığı və həvanın geri çevirmədiyi sadə ibadətdən başqa nə var?!

Rüku, səcdə və təsbih arasında gedib-gələn, sadə görünüşü olan ibadətlərmi?! Bizim ibadətlərimizin yanında onların mənəvi ibadətləri hardadır ki?!

Bir də ki, onların çoxu, bizim xidmətimizdədirlər:

• əməllərimizi yazmaq;

• bizi qorumaq;

• küləyi və yağışı bizə göndərmək

üçün, boyun əydirilib xidmətimizə verilmişlərdir (yəni işləri bunlar arasındadır). Onların vəzifələrinin əksəriyyəti, bizə istiğfar etmələridir.

O halda, görünən hər hansı bir gərəkcə olmadan, bizdən necə üstün ola bilərlər?!

Qətiliklə mənim mələklərin ibadətlərində bir növ qüsur tapdığıma inandığımı sanmayasan... Çünki onlar, yaradan Allahın əzəmətini bildiklərindən dolayı, çoxca qorxan varlıqlardır. Ancaq xəta etməyənin güvəni, nəfsini gücləndirər. Xətalarda dərinə dalanın narahatlıq duyması isə, ruhunu körpücük sümüyünə yüksəldər. (haşiyə)

Qardaşlarım, qiymətinizin şərəfini bilin. Özünüzü, günahların alçaqlığı ilə kirlətməkdən qoruyun. Siz, mələklərdən üstün olma sərgisindəsiniz. Günahların sizi heyvanların olduğu ən aşağı mərtəbəyə düşürtməsindən çəkinin. Güc və qüvvət, ancaq uca və əzim ola Allah ilədir!

(Haşiyə:

Burda ruhun körpücük sümüyünə yüksəldilməsilə, insanın əbədi nemətlərə varmaq üçün, ölümü izləməsi bildirilmək istənilmişdir.)

(Əbu'l-Fərəc ibnu'l-Cevzi, "Saydu'l-Xatir", s. 160-163)

Read 2 times
In order to make a comment, please login or register