Məlik və Malik eyni mənalıdırmı?

İmam Qurtubi, "əl-Əsna fi şərh-i Əsmaillahi'l-Husnə və Sifətihi'l-Ulyə" adlı əsərində, "Məlik" isminin şərhində, belə deyir:

(Bu ismin), 5 fərqli istifadə şəkli vardır:

1. Məlik;

2. Məəlik (dilimizdəki Malik);

3. Məliik ("i" hərfi uzadılaraq);

4. Məlk;

5. Mələkiyy Məlik və Malik.

Allah Taala, belə buyurur:

1. (Məlik)

~ فَتَعَـٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ...

Fətəaləllahu'l-Məliku'l-Haqq...

"Haqq Məlik olan Allah, nə ucadır!" (Taha/114);

2. (Məəlik = Malik)

~ قُلِ ٱللَّهُمَّ مَـٰلِكَ ٱلْمُلْكِ...

Quli'l-lahummə məəliku'l-mulki...

"De: 'Ey mülkün Məəlik (Malik)'i olan Allahım!" (Al-i İmran/26).

Tirmizi hədisində, "Məlik" "Məəlik/Malik" kəliməsi keçməkdədir.

Fatihə surəsində də, hər iki (həm Məlik, həm Malik) şəkildə də qiraət edilmişdir. Hər iki qiraət də, Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən rəvayət edilmişdir.

3. "Məliik"ə gəlincə, bu isim də, Quranda keçməkdədir:

فِى مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍۭ

Fi məqadi sidqin ində məliikin muqtədir.

"Qadir Məliik'in hüzurundakı haqq məclisində olacaqlar!" (Qəmər/55)

(Bu isim), ərəb şeirlərində də çoxca keçməkdədir:

"Məliik, qismətinə qənaət et;

Çünki ruziləri, aramızda, hər şeyi bilən paylaşdırdı."

Bir başqa şair də, belə deyir:

"Yer üzünün xəzinələrini araşdır; Məliik'inə dua et,

Bir gün, duana icabət edilər (cavab verilər), ruzilənərsən."

4. "Məlk"ə gəlincə, bu istifadəyə nümunə olaraq, Amr b. Gülsüm, belə deyir:

"Neçə məşhur, uzun günlərimiz vardır,

Məlk (hökmdar)'a, o günlərdə üsyan etdik, ki, zəlil düşməyək."

5. "Mələkiy"ə gəlincə, Abdu'l-Əziz'in rəvayət etdiyi hədisdə keçməkdədir. Sonundakı "yə", mübaliğə üçündür. Bu ismi, Məhdəvi, təfsirində zikr etmişdir.

-----------------------------------

"Məlik" ismi, Onun isimlərindən biridir. Çünki, tədil və təcviz (ədalət və bir xüsusun caiz olub-olmaması), bu bab üzərinə qaimdir. İsbat məqamında, tənzih və kamal sifətləri, bu ismə söykənən bir mənadır.

Fərqli təsrif (istifadə)'lərinə görə:

~ sahib olmaq;

~ hökmdarlıq etmək;

~ bir şeyi gözəl etmək

və başqa mənalara gəlir. Məsələn, "Mələktu'l-acin", yəni, "Xəmiri təmlik etdim, yəni, gözəlcə yoğurdum."

Mələklərə də, "mələk" deyilməsinin səbəbi, mələkut'u tutmalarından dolayıdır. Yəni, Rəblərinin yardımı ilə, onlara yüklədiyi işləri tədbir etmə vəzifəsi ilə mələkutu tutarlar.

Yer üzündəki hökmdarlara da, "məlik" deyilmişdir. Çünki, onlar da, Allahın, onların idarəsinə verdiyi məmləkət (diyar)'larda, tədbir və idarə işini öz öhdələrinə götürmüşlərdir.

~ Nikah əqdinə də, "milək" deyilmişdir. Çünki bu əqd sayəsində, sevgi bağı qurulmaqda, qohum-əqrəba münasibətləri hasil olmaqdadır.

--------------------------------

Allah Taala'nın, "din gününün Maliki" sözünə gəlincə:

Din günündə, O, mülkün tək sahibidir. "Din günü" də, cəza və hesab günüdür. Allah Taala, -(əslində), Özündən başqa məlikin olmadığı dünyada, bəzilərinin iddia etdiyi kimi- əsla məliklik iddia edə bilməyəcəkləri bir gündə, Özünü, "Məlik" sifətilə vəsf etmişdir. Bunun dəlili də:

...لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَ‌ٰحِدِ ٱلْقَهَّارِ

...Li məni'l-mulku'l-yəvmə? Lilləhi'l-Vəhidi'l-Qahhər!"

"Bu gün, mülk, Kimindir? Vahid və Qahhar olan Allahındır." (Ğafir/16) ayətidir.

Bu izahlara görə, bu isim, həm Zati, həm də feli sifətlərdən olur. (Belə ki):

• Zati sifətlərdən olduğunda, mənası, "Zatında və sifətlərində, kamal üzərə olmaq" "Zatından Zatı üçün olan müstağnilik"dən ibarətdir.

• Feli sifətlərindən olduğunda isə, "Bənzərsiz mülkündən yoxdan var etdiyi sənət"indən ibarət olur. Bu da, bütün varlığı, ülvi (uca) və süfli (aşağı) olmaq üzərə, hamısını əhatə edir. Varlıq aləmi də, Onun mülkünün xəzinəsidir. (Belə olduğu halda), "Məlik" də, yenə "mülk sahibi" mənasında olur. Bu da, yenə, feli sifətlərdəndir.

Bu son məna, şeyx əbu'l-Həsən əl-Əşari (rahiməhullah)'ın da tərcihidir.

Qadı isə, iki mənanı da səhih görmüşdür. (O), "Hidayə" kitabında, bu xüsusu izah etmişdir.

"Malik" şəklində oxuyanların isə, 2 təvili vardır:

a. Birincisi: Bu mövzuda 2 görüş vardır. Deyildi:

Bunun təvili, "Din gününə malik olar."dır. Bu halda, mülk feli, günün üzərində gerçəkləşmiş olur.

Belə də deyilmişdir:

Bunun təvili, "Din günündə, malik olar." Yəni, "Din günündə, hər şeyin maliki olar."

(Bu malikliyin) "Din gününə" məxsus qılınması, bundan dolayıdır:

"Din günü", heç kimin, heç bir şeyə malik olmadığı gün olması səbəbilədir. Allahın, dünyada onlara vermiş olduğu mülk də, əllərindən çıxar. Bu izaha görə, "Malik", "Məlik" mənasına rücu edir (dönür, qayıdır) ki, bu halda, 2 qiraət də, eyni mənada olur.

Əgər deyiləcək olsa ki:

"Din günü, hələ yox ikən, necə olur ki, 'din gününün Malikidir.' deyilə bilər? Hələ mövcud olmayan bir günün Maliki olmaqla necə vəsf edilə bilər?"

Bunu söyləyənə belə deyərik:

Bu, ərəb dilində, caiz olan bir istifadədir. Çünki, ismu'l-fail, arxasından gələn kəlama izafə edilir. Eyni zamanda, ismu'l-fail, gələcək zaman feli mənasında da istifadə edilir. Buna görə, bu, doğru, səhih bir kəlamdır. Məsələn, (ərəb dilində),

~ "Bu, sabah Zeydi döyəndir." deyilir. Mənası: "Bu, sabah, Zeydi döyəcək olan kimsədir." deməkdir.

~ Yenə, "Bu adam, gələcək il, Beyti həcc edəndir." deyilir. Mənası: "Bu adam, gələcək il, Beyti həcc edəcək olan kimsədir." deməkdir.

Gördüyün kimi, daha feli reallaşdırmadan, fel, ona nisbət edilmişdir. Bununla qəsd edilən, gələcək zamandır.

Allah Taala'nın "Din gününün Maliki" ayəti də, eynidir. Yəni, gələcək zaman təvilindəndir. Mənası: "Din günü gəldiyində, din gününün Maliki olacaqdır." deməkdir.

b. Başqa bir cəhət də, budur:

"Malik"in mənasının, qüdrət ilə eyni olmasıdır. Yəni,

~ "Din günündə, qadir olandır." və ya

~ "Din günün gətirməyə, din gününü yaratmağa qadir olandır."

Çünki, ərəb dilində, bir şeyə malik olan, onda təsərrüf edib ona qadir olandır. Allah Taala da, hər şeyin malikidir; onları, iradəsilə idarə edir. Heç bir şey, qüdrətinə qarşı gələ bilməz.

Ancaq ilk məna (yəni, "sahiblik" mənası), daha çoxdur və qaydalara da, daha uyğundur. əbu'l-Qasım Zəccaci, "İştiqaq-u Əsmaillah" (s. 44)'də belə demişdir.

"Məlik" isə, mübaliğə siğa (forma)'sında gətirilmişdir. Çünki, ərəb dilində, fail, ismu'l-fail'in mübaliğəsi üçün istifadə edilir. Məlik, Allah Taalanın feli bir sifətidir və "mülkündə, muradına görə təsərrüf etdiyini" ifadə edir. Məlik, feli sifət olduğunda, "varlıq aləminin, Onun yaratması ilə olduğunu" ifadə edir. Və o varlıq aləmi, Onun məmləkətidir. Aralarında belə bir fərq vardır. Çünki, Məlik, "mülkün sahibi"; Malik də, "məlk"in, yəni, "sahib olmanın sahibi"dir.

İbnu'l-Hassar, dedi:

Allah Taala'dan başqasının bu isimlə çağırılması, caiz deyildir. Bu, bu hədisdən dolayıdır:

Buxari və Muslim'in, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiklərinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah Taala, qiyamət günündə, sağı ilə, yeri ovucuna alar; göyləri də, qatlayar. Sonra, belə buyurar:

'Şübhəsiz, Məlik, Mənəm. Yer üzünün məlikləri, hardadırlar?" (Buxari, hədis no: 4812, 6519, 7382)

Yenə, əbu Hureyrə'dən rəvayətlə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah qatında ən pis isim, özünə, 'məliku'l-mulk' (hökmdarlar hökmdarı) sifəti verilən adamdır."

Yenə, Muslim'in əbu Hureyrə'dən nəql etdiyi rəvayətə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Qiyamət günü, Allahın ən çox qəzəblənəcəyi, qatında ən xəbis görüləcəyi kimsə, (dünyada) 'məliku'l-mulk' deyə adlandırılan kimsədir. Allahdan başqa məlik, yoxdur." (Muslim, hədis no: 2143)

İbnu'l-Hassar, dedi:

"Din gününün Maliki" (Fatihə/4), "Maliku'l-Mülk" (Al-i İmran/26) (kimi) sifətlərin, bütün qullar üçün istifadə edilməsinin haram olmasında, ixtilaf edilməməlidir. "Məliku'l-əmlək / mülklərin məliki" də, beləcə haramdır.

Yalnız olaraq "məlik, malik, məlk" şəklindəki istifadəsinə gəlincə, bu vəsfə sahib olanın, bu isimlərlə isimləndirilməsi/adlandırılması, caizdir.

~ Allah Taala, belə buyurmuşdur:

وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ ٱللَّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا...

Və qalə ləhim Nəbiyyuhum, innə'l-lahə, qad bəəsə ləkum Talutə məlikən...

"Peyğəmbərləri, onlara dedi: Şübhəsiz ki, Allah, Talutu, sizə məlik olaraq göndərdi..." (Bəqərə/247)

~ Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Ümmətimdən bəzi insanlar, Mənə ərz edildilər. (Onlar), Allah yolunda qazidirlər. Dənizdə səfər təşkil edəcəklər. Taxtlar üzərində məliklər olaraq və ya taxtlara oturan məliklər kimi..." (Buxari, hədis no: 2788, 2789)

O (sallallahu aleyhi və səlləm), bununla, (onların), nə dərəcə əhəmiyyətli və iqtidar sahibi olacaqlarına işarət etmişdir.

Allah Taala'nın, bu istifadəyə icazə verməsinin səbəbi, mülkün, şəri bir naiblik olmasından dolayıdır. Ərəb adətində, "mülk", arizi bir vəsfdir. Hər hansı bir şeyə sahib olan kimsəyə, bu vəsf verilir.

"Mülk", "məlik", "malik" və ya "məlik"dən gəlir. Cəm halı: "muluk" və ya "əmlak"dır. Mülkün olduğu yerə də, "məmləkətun" deyilir. Malik, cəhənnəm mələyinin xüsusi ismidir. Bundan dolayı, "malik", ərəbcə, sadəcə sifət və ya xüsusi isim olaraq istifadə edilmişdir.

İbnu'l-Hassar, dedi:

"Məlik'in, xüsusi isim olaraq istifadə edildiyini bilmirəm. Ancaq, əcəmlər (ərəb olmayanlar), bunu isim qılıb xüsusi isim olaraq istifadə etməyə başladılar. Çünki, onlarda, "məlik", xüsusi bir nəsildə olar, başqasına keçməzdi. Bundan dolayı, bu vəsfi, xüsusi isim olaraq istifadə etməyə başladılar. Çünki, bu vəsfə sahib olan kimsənin, bu ismə, xüsusiyyətlə haqq sahibi olduqlarına inanırdılar."

Bizim, "mülk" üçün, "istədiyini gerçəkləşdirmək" şəklində verdiyimiz izah; bəzilərinin, "Mülk, icad etmə qüdrətidir." şəklindəki izahlarından əvladır. Çünki, qüdrət, mülkün ifadə etdiyi sifətlərdən sadəcə biridir. "Muradını gerçəkləşdirmək" isə, mümkün olan xüsusları, nəfy və isbat ilə təxsis etməyi gərəkdirir, əhatə edir. Bu vəsf də, bütün sifətləri, qəsdin tamamlanmasını, hər cür əmrin yerinə yetirilməsini və bunlara bənzər digər xüsusları əhatə edir. Bunların təfsilatlı izahı, iləridə gələcəkdir.

Fəqih əbu Bəkr b. Arabi, əbu'l-Həsən əl-Əşari'dən, bunu nəql etməkdədir:

"Mülkün həqiqəti, mütləq təsərrüfdən gəlir."

Bu izah, az əvvəl "məlik" üçün verdiyimiz izaha yaxındır.

Bəziləri isə, dedilər:

"Mülk ləfzi, 'qeyb və şəhadət aləmini bilənə' dəlalət edir. Mələkut ləfzi isə, 'qeybi bilənə'."

Ancaq, Allah Taalanın,

فَسُبْحَـٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ ...

Fə subhan əlləzi biyədihi məlukutu kulli şey...

"Hər şeyin mələkutu əlində olan, Subhan'dır (bütün qüsurlardan münəzzəhdir)..." (Yasin/83) ayəti, bu izaha müxalif bir məna ifadə etməkdədir. Çünki, burda, "mələkut"u, hər şeyi əhatə edən bir isim olaraq istifadə etmişdir.

Bəziləri də, hər iki mənanı (yəni, qeyb və şəhadəti), hər iki ləfz ilə ifadə etmişlərdir.

Yenə, "mülk", mülkiyyət altında olan şeylərin adıdır. Bunların hamısı da, məxluqun sifətlərindəndir.

Mübahisəsi olmayan açıq xüsuslardan biri də, budur:

Mülk, Məlik olmağı əhatə edir. Ancaq, hər bir şeyə sahib olana, "Məlik" deyilməz. Lakin, hər "məlik", eyni zamanda "malik"dir. "Məlik", mübaliğəli istifadə üçün, əvladır.

Bu da, vardır:

Məlik'in əmri, malikə də keçər. Elə ki, məlikin tədbir və təqdiri olmadan, (malik), mülkündə təsərrüf edə bilməz. əbu Ubeydə və Mübərrəd, belə izah etmişlərdir.

Belə də deyildi:

"Malik", daha mübaliğəlidir. Çünki, həm insanlara, həm də başqalarına sahib olar. Malikin, təsərrüf etibarı ilə, səlahiyyət sahəsi, daha genişdir. Çünki, şəriət qanunlarını tətbiq, onun səlahiyyətindədir. Bundan da əlavə olaraq, təməllük / sahib olmaq səlahiyyətinə də sahibdir.

İbnu'l-Arabi, deyir:

Bəzi alimlər, "Malik"in, "Məlik"dən daha mübaliğəli olduğunu söyləmişlərdir. Çünki, (bu Malik ismi), 3 cəhətdən daha genişdir:

1. (Bu Malik ismini), həm xüsusi şeylərə, həm də ümumi şeylərə izafə edərsən. Məsələn,

~ evin maliki;

~ paltarın maliki;

~ torpağın maliki

dediyin kimi,

~ "maliku'l- muluk / mulukun, yəni hökmdarların maliki"

də deyərsən.

2. Çox şeyə sahib olana "malik" deyildiyi kimi; az şeyə sahib olana da "malik" deyilir. "Məlik" isə, ancaq, böyük mülkə sahib olan üçün istifadə edilir.

Bu iki izahı düşünsən, ikisinin, ayrı olduğunu görərsən.

3. "Maliku'l-Mülk / mülkün maliki" dediyin halda, "Məliku'l-mülk / mülkün məliki" deyə bilməzsən.

İbnu'l-Hassar, deyir:

Bunun belə olmasının səbəbi, budur:

"Malik"dən məqsəd, "mülk" (yəni, bir şeyin mülkünü əlində saxlama)'ğa dəlalət etməkdir. Bu isə, mülk (yəni, qüdrət)'i əhatə etməz. "Məlik" isə, hər ikisini də ifadə və əhatə edər. Bundan dolayı, "Məlik", mübaliğə mənası üçün, daha əvladır.

əbu Hatim, deyir:

Uca Yaradanı mədh / tərif sifəti olaraq, "Malik", "Məlik"dən daha mübaliğəlidir. Məxluqlar haqqında isə, "məlik", "malik"dən mübaliğəlidir.

İkisi arasındakı fərq, budur:

Məxluqlardan "malik" olan, "məlik" olmaya bilər. Ancaq, Allah, "Malik" olduğu vaxt, hər şeydə, eyni zamanda "Məlik"dir də.

Bundan dolayı, Allah, "Məlik" olmaqla vəsf edildiyində, bu, Zatının sifətlərindən olur. "Malik" ilə vəsf edildiyi vaxt isə, bu, felinin sifətlərindən olur.

...Eyni zamanda, mülk, qüdrət və iradəni də gərəkdirir. Bu iki sifət də, məlik üçün zəruridir. Çünki, əgər məlik, qüdrət və iradə sahibi deyilsə, əmrləri, hökmləri yerinə gəlmirsə, düşmənləri, onu məğlub edərlər; rəiyyəti də, ona olan hörmətlərini itirərlər.

Bu sifət, eyni şəkildə, (özündən) qurtuluşu olmayan qüvvəti; əmr-nəhy (qadağa) sahibi olmağı; mükafat və cəzaya qadir olmağı gərəkdirir. Süleyman (əleyhissəlam)'ın bu sözünü görmürsənmi:

وَتَفَقَّدَ ٱلطَّيْرَ فَقَالَ مَا لِىَ لَآ أَرَى ٱلْهُدْهُدَ أَمْ كَانَ مِنَ ٱلْغَآئِبِينَ • أُعَذِّبَنَّهُۥ عَذَابًا شَدِيدًا أَوْ لَأَا۟ذْبَحَنَّهُۥٓ أَوْ لَيَأْتِيَنِّى بِسُلْطَـٰنٍ مُّبِينٍ

"Süleyman, quşları nəzərdən keçirib dedi: 'Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur? O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da Mən, ona, şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm." (Nəml/20-21)

...Allah Taala, Süleyman'a, belə davranması üçün icazə vermişdir. Çünki, mülk, ancaq, belə bir intizam ilə əldə tutulur.

Bu sifət, yenə, qüvvət, əzəmət, qüdrət, qəhr, üstünlük, hökmdə istibdadı da gərəkdirir. Bunların hamısını da, Allah Taalanın:

...لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ ۖ لِلَّهِ ٱلْوَ‌ٰحِدِ ٱلْقَهَّارِ

"Bu gün mülk, Kimə məxsusdur? Vahid (tək olana) və Qahhar (qəhr edənə)!” (Ğafir/16) ayəti özündə toplayır.

Eyni şəkildə, (bu sifət), vermək-almaq; zərər vermək-fayda vermək sifətlərini də əhatə edir. Hər hansı bir səbəb və ya istihqaq (haqq qazanma) olmadan, bunlara sahib olmağı gərəkdirir.

Bu ayətləri, görmədinmi:

تَبَـٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ • ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ

"Mülk Əlində Olan Allah, nə qədər xeyirxahdır. O, hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün, ölümü və həyatı yaradan, Odur. O, Əziz'dir, Ğafur (bağışlayan)'dır." (Mülk/1-2) ayətindən, surənin sonundakı

قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًا فَمَن يَأْتِيكُم بِمَآءٍ مَّعِينٍۭ

"De: 'Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?" (Mülk/30) ayətinə qədər...

Dünya və axirətin hər xüsusu, hər zərər və fayda, hər vermə və məhrum buraxma, diriltmə və öldürmə, qüdrətinə, mükəlləfiyyətlərlə imtahan etmə xüsusuna bağlıdır. Bu xüsus da, "Haqq Məlik"ə aid olan hər sifəti əhatə edir.

Eyni şəkildə, yaxşılıqların və pisliklərini qarşılığını verməyi; günah işləyənlərdən intiqam almağı; əmrləri yerinə gətirmənin mükafatını verməyi; nəhyləri tapdalamağın cəzasını verməyi; yaxşılıq edənlərə lütf etməyi; xəta edənləri əfv etməyi gərəkdirir. Bundan dolayı, Özünü, "Din gününün Maliki" olmaqla vəsf etmişdir.

Eyni zamanda, "mülk", (məcazi) köməkçilərin və orduların varlığını da gərəkdirir. Bundan dolayı, Süleyman, dedi:

ٱرْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُم بِجُنُودٍ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخْرِجَنَّهُم مِّنْهَآ أَذِلَّةً وَهُمْ صَـٰغِرُونَ

"Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!” (Nəml/37)

...وَأَيَّدَهُۥ بِجُنُودٍ لَّمْ تَرَوْهَا...

"...Onu, görmədiyiniz ordularla dəstəklədi..." (Tövbə/40)

Yenə, belə buyurmuşdur:

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا

"Ey iman gətirənlər! Allahın sizə göstərdiyi iltifatını xatırlayın. O zaman ki, düşmən ordusu, sizin üstünüzə hücuma keçmişdi, Biz də, onların üstünə, külək və görmədiyiniz ordular göndərmişdik. Allah, sizin nə etdiyinizi görür." (Əhzab/9)

Yenə belə buyurmaqdadır:

...وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ...

"...Rəbbinin ordularını, Ondan başqa bilən yoxdur..." (Müdəssir/31)

Eyni şəkildə, təqdim (iləri keçirmə) - təxir (sonraya saxlamaq); vəlayət vermə - azad etmə səlahiyyətini də gərəkdirir. Bundan dolayı, Allah Taala, belə buyurur:

قُلِ ٱللَّهُمَّ مَـٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"De: 'Ey mülkün sahibi Allahım! Sən, istədiyin kəsə mülkü verir və istədiyindən də, onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir, yalnız Sənin əlindədir. Həqiqətən, Sən, hər şeyə qadirsən." (Al-i İmran/26)

Eyni zamanda, lütf etməyi, ehsan etməyi, əfv etməyi, bağışlamağı da gərəkdirir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) də, bunu əmr etmişdir. Bu xüsusa dəlalət edən ayətlər də, sayıla bilməyəcək qədər çoxdur.

Məlik'də mövcud olması lazım gələn xislətlərdən biri də, ədalətdir. Bu mövzudakı ayət və hədislər, olduqca çoxdur. Bir səhih hədisdə, Allah Taala:

"Məlik, Mənəm. Dəyyan (əməllərin qarşılığını verən), Mənəm." buyurmuşdur.

Mülk xislətlərindən biri də, hikmətdir. Hikmət də, hər şeyi, yerli-yerincə dəyərləndirmək; məmləkətində olan elm, ağıl və təcrübə əhli ilə, mülkünün idarəsində yardımlaşmaq, istişarə etməkdir. Bax, Bəlqis, günəşə ibadət edən cahil bir qadın olmasına baxmayaraq, belə demişdir:

قَالَتْ يَـٰٓأَيُّهَا ٱلْمَلَؤُا۟ أَفْتُونِى فِىٓ أَمْرِى مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ

"Qadın dedi: 'Ey əyanlar! Bu iş barəsində, mənə məsləhət verin. Mən, heç vaxt siz yanımda olmayınca, qəti qərar verməmişəm." (Nəml/32)

(O), onların, düşmənə qarşı müqavimətdəki əzmlərini; iqtidarlarının davamını təmin edəcək mövzudakı qərarlılıqlarını; ona itaətdəki səmimiyyətlərini sınamaq istəmişdir. Çünki, Bəlqis də, canlarını, mallarını, bu yolda fədaya hazır deyillərsə, onların, düşmənə müqavimət gücünün çatmayacağını bilirdi. Sözləri, qərarlılıqları və əzmləri bir deyilsə, bu qarışıqlıq, düşmənə köməkçi olar. Onları sınamasa, nə dərəcə əzmli olduqlarını bilməsə, onlar haqqında kifayət qədər məlumata sahib ola bilməz. İstişarə etmədən, öz başına qərar alması da, ona itaəti laxlada, görüş ayrılıqlarına səbəb ola bilər. Onlarla istişarəsi, onlarla istədiyinə də köməkçi olar. Onların nə cavab verdiyini görmürsənmi:

قَالُوا۟ نَحْنُ أُو۟لُوا۟ قُوَّةٍ وَأُو۟لُوا۟ بَأْسٍ شَدِيدٍ وَٱلْأَمْرُ إِلَيْكِ فَٱنظُرِى مَاذَا تَأْمُرِينَ

"Onlar dedilər: 'Biz, böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə, sənindir. Nə buyuracağını özün fikirləş!” (Nəml/33)

Əmrə itaətdə, ən iləri addımı atdılar. Bununla bərabər, döyüşə, ölümə hazır olduqlarını elan edib güc və qüvvətlərindən bəhs açdılar. Onlar, bu mövzuda, üzərlərinə düşəni edincə, o, onlar üçün, daha az zərərli olanı götürdü, ehtiyat üzərə bir qərar aldı.

Allah Taala da, vəhy ilə, düşmənlərə müqavimət göstərən bir peyğəmbərinə, belə buyurmuşdur:

...وَشَاوِرْهُمْ فِى ٱلْأَمْرِ...

"İş xüsusunda, onlarla istişarə et!" (Al-i İmran/159)

Quran-i Kərim'dən, bu ismin Allah Taala üçün varid olan istifadələrini düşünmək istəyərsənsə, bütün mövcudatın, Ona möhtac olduğunu göz önündə tutmaqla bərabər, belə et:

Özünü, ən böyük Məlikin hüzurunda dururmuş kimi təmsil et. O ki, gizli-açıq hər şeydən xəbərdardır. Hər şeyi əhatə etmişdir. Qullarına, belə xitab etməkdədir:

...يَـٰعِبَادِ فَٱتَّقُونِ

"...Ey qullarım! Məndən qorxun!" (Zumər/16)

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعْبُدُوا۟ رَبَّكُمُ

"Ey insanlar, Rəbbinizə ibadət edin!" (Bəqərə/21)

Nəsihət edir, müjdələyir, xatırlayır, xəbərdarlıq edir, təhdid edir, qorxudur, sevgi göstərir. Rəhmətilə müjdələyir; Özünə qarşı, sənə xəbərdarlıq edir; keçmişdə, dostlarına və ya düşmənlərinə nələr etdiyindən danışır; hər bir firqənin sonunun nə olduğunu, hamısının da dönüşünün Ona olduğunu xəbər verir; hər nəfsə, qazandığının qarşılığını verəcəyini söyləyir; sonra, sənə, hislərin və ya ağlınla idrak edəcəyin ayətlərini açıqlayır; sənə, səndən əvvəl gələn atalarını, keçmişlərini xatırladır; sihhətin üzərində ikən, bunların, daim olub kəsilməməsi üçün, etməyin lazım gələnlər mövzusunda, sənə xəbərdarlıq edir. Bununla bərabər, bir yaxşılığı, 10 qatı ilə mükafatlandırdığını; pisliyə isə, mislincə cəza verdiyini, bir çoxunu da əfv etdiyini deyir. Əlavə olaraq, sənə tələ quranların tələlərini tərif edir; dostlarını, münafiqlərin içindəki etiqadlarından xəbərdar edir; gizlədikləri xainlikləri ortaya çıxarır. Saleh qullarını, təriflərlə yad edir; hekayə və fəzilətlərindən bəhs edir. Dünya və axirətdə, onlara ehsan etdiyi gözəl aqibətlərdən söz açır. Dostlarına hazırladığı bənzərsiz nemətləri; düşmənlərinə hazırladığı ağrı verici əzabı dilə gətirir. Sonra, yaxın olduğunu, hər halından xəbərdar olduğunu və cəzasının sürətli olduğunu bildirir. Kim Ona təvəkkül edərsə, ona kifayət edəcəyini; kim Ona sığınarsa, onu qoruyacağını; kim Ondan kömək istərsə, kömək edəcəyini; kim də üz çevirərsə, ondan üz çevirəcəyini vəd edir.

Sonra, Onun, hər şeyi (isim və sifətlərilə) əhatə etdiyini; hər şeyin üzərində, ədalətlə, mühafizə və riayətlə qaim olduğunu; məşiət (diləməsinin) nafiz (nüfuz edən); muradının tam olduğunu; istədiyini etdiyini; istədiyi hökmü verdiyini; əmrini rədd edəcək, hökmünə şərh düşəcək bir varlığın mövcud olmadığını ifadə edən ayətlər üzərində, bir yaxşı düşün!

Sonra, hər kəsin qarşısında, zəlil olduğunu; Ona yalvardığını; hər şeyin Onun əmrinə boyun əydiyini; əzimət əhlinin əzmini qırdığını; dövlətləri dəyişdirib yox etdiyini; təqdir və səbəblərin, nəticələrə müvafiq olduğunu; bunların hamısının, pozulmayan bir nizam, dəyişməyən bir hesab üzərə davam etdiyini, bir yaxşı düşün!

İbrətə layiq ən böyük xüsuslardan biri, müjdələrinin və təhdidlərinin gerçəkləşməsi; övliya (vəlilər)'in düşmənlərinə qalib gəlib peyğəmbərlərin doğruluğunun isbat olunmasıdır.

Bu (Məlik) ismi, Onun isimlərindən biridir. İsimlərin əksəriyyətinin və ya hamısının mənasını muhtəvi (ehtiva edici)'dir. İsimlər arasında, buna bənzəri yoxdur. Bundan dolayı, xüsusi isim olaraq, sadəcə Onun haqqı olmuş və başqasında olmayan 10 xüsusi cəhətdən dolayı, bu isimlə isimləndirilməyə haqq sahibi olmuşdur:

1. Mülkün Ona möhtac olması;

2. Hər məlikin mülkünün, Ondan olması;

3. Bir şeyə "ol" dediyində, (o şeyin) olması;

4. Mülklər, məmluklar olmadan, mülkün, Onun üçün (əzəldə) sabit olması;

5. Köməkçilərə möhtac olmaması;

6. Mülkünün, dünya və axirəti əhatə etməsi;

7. Ordularının gücünü əhatə etmək, sayını bilməyin mümkün olmaması;

8. Mülkünün heç bir şəkildə zail olmaması;

9. Ağıllıların, Ona şərikliyi imkansız görməsi;

10. Mülkünü, mülkündə kiçik-böyük heç bir şey Özünə gizli qalmayacaq şəkildə əhatə etməsi.

Bunları bilən, Onun, Haqq Məlik olduğunu, başqasının bu ismi götürə bilməyəcəyini bilər. Allah Taala, buyurur:

قُلِ ٱللَّهُمَّ مَـٰلِكَ ٱلْمُلْكِ....

"De: 'Ey mülkün Maliki olan Allahım...!" (Al-i İmran/26) ayətini haqq ilə düşünən, Allahdan başqa məlik (və ya malik) olmadığını bilər.

Qadı əbu Bəkr b. Arabi, deyir:

Allah Taala, məlik olmasının iqtiza etdiyi (gərəkdirdiyi) bəzi sifətlərə sahibdir. Bunları, 11 hökm idarə edir:

1. O, istədiyini əziz qılar (yəni, ucaldar); istədiyini zəlil edər.

2. Başqasına mülk verən; başqasından mülkü alan, Odur.

3. Başqasına imkan verən; başqasını məhrum qoyan, Odur.

4. Vəlayət verər; əzl edər (uzaqlaşdırar). Kimsə, Onu əzl edə bilməz.

5. İzzət və sultan, yalnız Onundur. Kimsə, bunlarda, Ona şərik deyildir.

6. Hökm edər; kimsə, Onun haqqında hökm verə bilməz.

7. İnfəq, Onun əlindədir. Ruzi verər; ruzi verməz. Yedirər; yedirməz.

8. Ağrı verər; ağrı çəkməz.

9. Zərər-fayda verər. Onun üçün isə, zərər-fayda yoxdur.

10. Qoruyar; qorunmağa isə, ehtiyacı yoxdur.

11. Ərz, Ona olunacaqdır. Savab-cəza, Onundur. Əfv etmək, yalnız Ondan umulur.

Hər sifətə dair, bir ayət, bir hədis vardır.

Bundan dolayı, hər mükəlləfin, bunu etiraf etməsi; Allahın, açıq-aydın Haqq Məlik olduğunu, bir olduğunu, şəriki olmadığını bilməsi, vacibdir. Özünü, hər məlikin maliki olan (Allah)'a, məmluk (nökər) kimi görməlidir. Mələkutuna, ibrətlə baxmalıdır. İzhar etdiyi mülk və qüdrətilə, vahdaniyyət (sifətlərində birliyi)'nə dəlil axtarmalı, dəlil gətirməlidir. Məlik olsa da, Rəbbinə möhtac olduğunu bilməlidir. Əgər bəzi xüsuslarda, Özünə ehtiyac duyulursa, ehtiyac duyulan xüsuslarda, mülkdən bir payı olar. Bununla da, məlik olaraq isimləndirilər. Ancaq, bu da, ona, Rəbbindən gəlmişdir.

"İbadətdə mülkün həqiqəti" isə, Allahdan başqasına qulluqdan çəkinən, Onunla müstağni olub, başqasına iltifat etməyəndir. Bundan dolayı, bəzi saleh şəxslərə, bəzi hökmdarlar, belə cavab vermişlərdir:

"Əsl, mənim bunu sənə söyləməyim lazımdır. Mənim, 2 nökərim var; bunlar, sənin ağan kimidirlər: Hərislik və həva. Mən, bunları məğlub etmişəm; onlar isə, səni məğlub etmişlərdir. Mən, onlara malik olmuşam; onlar isə, sənə malik olublar."

Şair, necə də gözəl deyib:

"Nəfsimə malik oldum -əvvəllər nökər idim-. Azad oldum, həyatım hüzurla doldu. Artıq, Rəbbimin hər hökmünə razı oldum. Rəbbimin hökmünə razılıq göstərməyəcəmsə, nə edim?!"

Qul, Allaha aid olan mülk və hökmranlığı bilərsə; o vaxt, əmanət olaraq sahib olduqları ilə xəsislik etməməsi, vəzifəsi olar. Yumşaq bir xarakterə sahib olmalıdır. Əlindəkilərə, sadəcə, sayılı bir neçə gün sahib olmuşdur. Əgər bunları, Sahibinə, gözəl bir şəkildə geri verərsə, mülkün, ən şərəflisinə qovuşar. Yerinə, çox daha böyük bir mülkə nail olar.

Sonra, alimlər arasında hər hansı bir ixtilaf olmadan, müsəlmanların, başqalarına bir imam təyin etmələri, vacibdir. Səhabələr də, ilk olaraq, Siddiq (radiyallahu anh)'ı iləri keçirməkdə, icma etdilər. İlk addımı, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vəfat etdiyi gün olmuşdu. Sonra, icmaları tamamlandı. Bu mövzuda, kar olandan başqası müxalifət etməz. Çünki, müxalifət edən, şəriətin əmrlərinə qarşı kardır, deməkdir.

İmamətin hökmləri və şərtlərini, "əl-Cami li Əhkami'l-Quran" təfsirimizdə izah etmişdik. Ancaq, burda, bəzilərini nəql edək:

Alimlərin, -əgər imamət şərtlərinin hamısı mövcuddursa-, (insanlar içində) ən alim, ən fəzilətli və ən müttəqi olanı seçmələri, vacibdir. Necə ki, səhabələr, belə etmişdilər. İmamətin şərtləri isə, 11-dir:

1. Ağıl;

2. Büluğ yaşına çatmaq;

3. Kişi olmaq;

4. Azad olmaq;

5. Müsəlman olmaq;

6. Ədalətli olmaq;

7. Müctəhid olacaq şəkildə hökmləri bilmək;

8. Nəsəb;

9. Qureyşdən olmaq;

10. Döyüş və s. tədbirlərlə, İslam diyarını qoruya biləcək görüş və qabiliyyətdə olmaq;

11. Əzalarında, hər hansı bir üzrün, nöqsanlığın olmaması.

Bu şərtlərin əslini meydana gətirən dəlil, Allah Taala'nın,

...إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰهُ عَلَيْكُمْ وَزَادَهُۥ بَسْطَةً فِى ٱلْعِلْمِ وَٱلْجِسْمِ...

"...Şübhəsiz ki, Allah, onu (Talutu), sizin üzərinizə (hökmdar) seçdi. Elm və cism (bədəni qüvvət) cəhətindən, ona üstünlük verdi..." (Bəqərə/247) ayətidir. İlk əvvəl, əzaların salamat olmasına dəlalət edəcək sifəti zikr etdi. "Onu seçdi." ifadəsi də, nəsəb şərtinə dəlalət etməkdədir. (haşiyə)

--------------------------------

(Haşiyə:

Dövlət başçısı, necə təyin edilir?

https://suallarlaislam.com/.../dovl%C9%99t-bascisi-nec%C9...)

---------------------------------

Səhih hədisdə də, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmamət, Qureyş'dədir."

~ Əhil olmaq, təcrübə əhli, iləri görüşlü olmağın axtarılmasına gəlincə:

Belə olmazsa, İslam diyarının istila edilməsindən, müsəlmanların həlak olmasından və diyarların xarab olmasından qorxular.

~ Ən fəzilətli olması gərəkdiyinə gəlincə:

Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"İmamlarınız, şəfaətçilərinizdir. Kimdən şəfaət istəyəcəyinizə, diqqət edin!" (Zəbidi, "İthaf-u Saadə", 3/175. Daraqutni və Beyhaqi də rəvayət etmişlərdir.)

~ Alim olması gərəkdiyinə gəlincə:

Çünki imam, hədləri iqamə etmək, düşmənçilikləri qərara bağlamaqla mükəlləfdir. Bununla bərabər, zəkatı toplayar, müsəlman kişilərin və qadınların maslahatını (faydasını) gerçəkləşdirməyə səy göstərər. Bunlar isə, ancaq elmlə olur.

Bundan sonra da, bütün insanların, eşitmək və itaət etmək, Allahın kitabı və rəsulunun sünnətini iqamə etmək üzərə biət etmələri, vacibdir.

Kim də, bir üzrdən dolayı biət etməzsə, məzur (üzrlü) görülər. Kim də bir üzr olmadan biət etməzsə, müsəlmanların birliyinin pozulmaması üçün, zorla biət etməyə məcbur edilər.

İki xəlifəyə biət edilməsi halında, ikinci, öldürülər. Bu da, iki imamın ola bilməyəcəyinə dəlil olar. Çünki, bu nifaq, müxalif cəbhənin çıxması və təfriqəyə, bölünməyə yol açar. Nəticəsində, fitnələr baş göstərər, nemətlər isə, zail olar.

Ancaq, sərhədlər, genişlənər; diyarlar, (bir-birindən) uzaq qalarsa -məsələn, Əndəlus ilə Xorasan kimi- bu halda, caiz olar. Necə ki, eyni əsrdə, 2 peyğəmbərin göndərilməsi, caizdirsə...Nübüvvət belədirsə, imamətdə də caiz olması, əvladır. Bu isə, imaməti ibtala yol açmaz.

Lakin, alimlərin cumhuru, eyni əsrdə, iki imamın olmasının caiz olmayacağı görüşündədirlər. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"2 xəlifəyə biət ediləcək olsa, son çıxanı öldürün." (Muslim, hədis no: 1853)

Deyildi ki: (hədisdəki) "öldürün!" əmri, "əzl edin, imamətdən endirin!" mənasındadır.

Belə də deyildi: "Xeyr! Öldürmək, boynunu vurmaq, qanını mübah saymaqdır."

Nə ümmət içində, nə də imamlar arasında, bir dövrdə, eyni diyarda, 2 xəlifə təyin etməyin caiz ola bilməyəcəyi mövzusunda, hər hansı bir ixtilaf yoxdur.

Bil ki, tövfiq (yardım), Allahdandır.

Not: İmamın "əl-Əsna fi şərh-i Əsmaillahi'l-Husnə və Sifətihi'l-Ulyə" adlı əsərindən, müxtəsər bir şəkildə nəql etdik.

 

 

 

 

 

Read 2 times
In order to make a comment, please login or register