"Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır." hədisini izah edərsinizmi?

Bəra b. Azib (radiyallahu anh)'dan belə rəvayət edilir:

Biz Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ifa etmiş olduğu həcc səfərində, Onun bərabərində yola çıxmışdıq. O, yolun bir səmtində qonaqladı, camaatla namaz qılmaq əmrini verdi. Daha sonra Əli (radiyallahu anh)'ın əlini tutdu və (səhabələrinə):

"-(Səhabələrim!) Mən möminlərə, öz nəfislərindən əvla deyilmiyəm?" dedi. Orda olan səhabələr:

"-(Ey Allahın rəsulu!) Bəli (əvlasan)." dedilər. Allah rəsulu:

"-(Ey səhabələrim!) Mən hər möminə, öz nəfsindən əvla deyilmiyəm?" dedi. (Səhabələr) də:

"Bəli (əvlasan, ey Allahın rəsulu! diyə) cavab verdilər.

(Bu söhbət cərəyan etdikdən sonra əlini tutduğu hz. Əli (radiyallahu anh)'ı işarət edərək, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Bax bu (Əli), Mən kimin mövlası (sevgilisi) isəm, Əli də onun mövlasıdır (sevgilisidir).

Allahım! Onu (Əlini) sevən kimsələri sev, Ona buğz edənlərə, Sən də buğz et." dedi.

Not: Ravi Əli b. Zeyd b. Cədan'ın zəifliyi səbəbilə bu isnadın zəif olduğunu, Heysəmi, "Məcmau'z-Zəvaid"də bildirmişdir.

İbn Macə, Sünən tərcümə və şərhi, Müqəddimə: "Əli b. əbi Talib (radiyallahu anh)'ın fəziləti babı", hədis no: 116

------------------------

İzahı:

Hədis mətnində keçən:

"Mən, möminlərə öz nəfislərindən əvla deyil miyəm?" əmri, Əhzab surəsi 6-cı ayətinə işarətdir:

"---ٱلنَّبِىُّ أَوْلَىٰ بِٱلْمُؤْمِنِينَ مِنْ أَنفُسِهِمْ..."

"---Peyğəmbər, möminlərə (din və dünyaya aid olan hər işdə və hər xüsusda) nəfislərindən əvladır..."

• İbn-i Abbasa görə, ayətdən murad budur:

"Peyğəmbər, möminləri bir işə çağırar və nəfisləri də onları başqa bir şeyə dəvət edərsə, möminlərin, nəfsi arzularını tərk edib Peyğəmbərin istəyini tutmaları, onlar üçün daha yaxşıdır."

• Bəzi müfəssirlərə görə də məqsəd budur:

Hər xüsusda möminlər, yek digərinin arzu və əmirlərinə deyil də, öncəliklə və tərcihən Peyğəmbərin əmir və arzusuna itaət etmək məcburiyyətindədirlər.

• Ayət, başqa şəkillərdə də təfsir edilmişdir. Hamısının nəticəsi, Peyğəmbərin əmir və arzularına tabe olmağın lüzum və faydasını bildirməkdir, deyilə bilər.

Hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sual şəklində irad buyurduğu ilk 2 hissə, Onun əmir və tövsiyələrinin əhəmiyyətinə, səhabələrin diqqətini çəkmək və ondan sonra Əli (radiyallahu anh) ilə bağlı olaraq irad etdiyi xüsusları, səhabələrinə eşitdirmək üçün buyurulmuş olsa gərəkdir.

Sual şəklində səhabələrin diqqəti çəkilən ilk 2 hissədə, Peyğəmbərin tövsiyə və təlimatına itaətin, Quran ayəti ilə dəstəkləndirildiyi də xatırlatdırıldıqdan sonra, Əli (radiyallahu anh)'ın fəzilətini bildirən bu son 2 hissə buyurulur.

"Mən kimin mövlası (sevgilisi) isəm, Əli də onun mövlasıdır (sevgilisidir)."

Yəni Məni sevən, Əlini də sevməlidir.

"Allahım! Əlini sevən adamları Sən də sev, (onları mükfatlandır). Əliyə buğz edən kimsələrə, Sən də buğz et (yəni onlara layiq olduqları cəzanı ver)."

Hədisin bu hissələri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in Əli (radiyallahu anh)'a qarşı bəslədiyi sevgi və Ona verdiyi dəyəri, ən gözəl bir şəkildə ifadə etməkdədir.

Yəmən'də, Əli (radiyallahu anh)'ın bərabərində olan bəzi kimsələrin, Onun əleyhində danışmaqları üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bu hədis ilə əleyhdarlıq edənlərə, Onu sevdirmək istədiyi söylənmişdir.

Kim tərəfindən söyləndiyini bildirmədən, bu sözləri nəql edən imam Sindi (əl-Hənəfi) belə deyir:

Tirmizi'nin "Sünən"in'də belə rəvayət edilir:

Bəra (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, O, belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səllə ) 2 ordunu səfərə çıxardı. Birinin başına Əli (radiyallahu anh)'ı, digərinin başına Xalid b. Vəlid (radiyallahu anh)'ı komandir təyin etdi.

Səfərə çıxıldıqdan bir müddət sonra, Əli (radiyallahu anh), bir qalanı fəth etdi və ordan bir cariyə aldı. 

Xalid (radiyallahu anh) isə, bu hal qarşısında, Əli (radiyallahu anh)'ı tənqid edici bir məktub yazaraq, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'ə aparmaq üzərə məni məmur etdi. 

Mən də yola çıxıb Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına çatdım və Xalid (radiyallahu anh)'ın məktubunu ona təqdim etdim. 

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) məktubu oxuyunca rəngi dəyişdi və mənə xitabən:

"Sən! Allahı və rəsulunu sevən; Allah və Rəsulu tərəfindən də sevilən bir adam (Əli) haqqında nə deyirsən (yəni necə bir görüş sahibisən)?" buyurdu. 

Ravi Bəra deyir ki, Mən:

"Allahın qəzəbindən və Rəsulunun qəzəbindən Allaha sığınıram. Mən ancaq bir elçiyəm." dedim.

Bu sözüm üzərinə, O sükut buyurdu."

Tirmizi, bu hədisi "qərib" olaraq rəvayət etmiş və sadəcə bu kanalla rəvayət edildiyini bildirmişdir.

İmam Sindi (əl-Hənəfi), Tirmizi'dən bu nəqli verdikdən sonra, bunları deyir:

Bu halda, Rafizilərin sandığı kimi, xəlifəliklə heç bir dəxlisi yoxdur. Abbas ilə Əli'nin (radiyallahu anhum) də hədisdən xəlifəliklə bağlı heç bir məna çıxartmadıqları və belə bir izaha da getmədikləri də meydandadır. Belə ki:

Abbas (radiyallahu anh)'ın, Əli (radiyallahu anh)'a:

"Peyğəmbərə müraciətlə xəlifəliyin bizə mi, yoxsa başqalarına mı aid olduğunu soruşmasını istədi. Əli (radiyallahu anh) isə, Abbas (radiyallahu anh)'a belə qarşılıq verdi:

"Əgər soruşmağım üzərinə, O, bizi bundan əngəlləsə, artıq heç kimsə xəlifəlik üçün bizə bir haqq verməz." 

Bu 2 uca şəxs, əgər hədisdən xəlifəlik mənasını çıxarsa idilər, aralarında belə bir söhbətə ehtiyac qalmazdı. (Sindi, s. 29)

-------------------------

Hədisin ravilərindən Əli b. Zeyd b. Cədan'ın zəif olduğu səbəbilə, Heysəmi, bu hədisin isnadının zəif olduğunu söyləmişdir.

Lakin Sindi belə deyir:

"Hədisin mənasını eynilə ifadə edən mətinlər, fərqli şəkil və isnadlar ilə də rəvayət edilmişdir."

Read 62 times
In order to make a comment, please login or register