"Mən, mömin qulumun Mənim haqqındakı zənni yanındayam." hədisini izah edərsinizmi?

Əbu Hureyrədən rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Allah subhənəhu buyurur ki:

Mən, mömin qulumun, Mənim haqqındakı zənni (qənaəti) yanındayam və qulum Məni andığı zaman, şübhəsiz onunla bərabərəm. 

Artıq qulum Məni gizli anarsa, Mən də onu gizli anaram.

Əgər o Məni bir camaat içində anarsa, Mən də onu o camaatdan daha xeyirli bir camaat arasında anaram. 

Qulum mənə bir qarış yaxınlaşarsa, Mən ona bir zira (75-90 sm. uzunluq vahidi) yaxınlaşaram. 

O yeriyərək Mənə gəlsə, Mən ona qaçaraq gələrəm."

İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu'l-Ədəb: "Əməl (yəni fərz, vacib və sünnət olan hır cür ibadət və xeyir işləməy)'in fəziləti babı, hədis no: 3822

----------------------

İzahı:

Bu hədisdə keçən, Allahın:

"Mən, mömin qulumun, Mənim haqqımdakı zənni (qənaəti) yanındayam." buyuruğu, 2 şəkildə açıqlanmışdır:

•1•  Birincisi:

Yəni mömin qulum, Mənim onu bağışlamaycağımı umaraq, cəzalandırmamağıma daha az ehtimal verərsə, umduğu kimi qarşılıq verərəm.

Əgər cəzalandırmağım ehtimalını daha qüvvətli görərsə, yenə umduğu kimi qarşılıq verərəm, yəni bu dəfə cəzalandıraram.

Bu halda, mömin bir şəxs, İlahi məğfirətə qovuşma ehtimalına ağırlıq verməli və cəzalandırma ehtimalına ağırlıq verməməlidir.

 

Əl-Hafız ibn Həcər Asqalani, Fəthu'l-Bari'də, bu hədisi izah edərkən, bu izah haqqında belə deyir:

"Bu izah şəkli, möminin ölüm döşəyinə girdiyi zamana məxsusdur. Muhəqqiq alimlər belə demişlərdir.

Başqa zamanlara gəlincə, bu xüsusda bir neçə görüş vardır:

• Bəzilərinə görə:

Mömin, qorxu ilə ümid içində olmalıdır və cəzalandırılna ehtimalı ilə bağışlanma ehtimalını balansda tutmalı, bərabər bilməlidir.

• Bir qisim alimlərə görə:

Cəzalandırılma ehtimalına ağırlıq verməlidir.

• Bir başqa görüşə görə:

Bağışlanma ehtimalına ağırlıq verməlidir."

-------------------------

•2• Buyruqdan məqsəd budur:

Mömin qul:

• işlədiyi günahdan dolayı məğfirət dilədiyi zaman, bağışlanma;

• tövbə etdiyi zaman tövbəsinin qəbul edilməsi; və 

• dua etdiyi zaman, duasının qəbul olacağı ehtimalına ağırlıq verməlidir.

Qul belə ümid bəslərsə, Allah da onun günahını bağışlar, tövbəsini və duasını qəbul edər.

--------------------------

Hədisin: "Qulum Məni andığı zaman, şübhəsiz onunla bərabərəm." buyuruğundan məqsəd budur:

Qulum Məni andığı zaman, Mənim rəhmətim, hidayətim, köməyim və yardımım onunla bərabərdir.

---------------------------

Hədisin: "Qulum Məni gizli anarsa, Mən də onu gizli anaram." buyuruğundan məqsəd isə, budur:

Qulum Məni gizli olaraq təqdis və tənzih edərsə, Mən də gizli olaraq onu bağışlayıb savablandıraram, mələklər belə bundan xəbərdar olmazlar.

Əl-Hafiz'in bəyanına görə, ibn əbi Cəmrə, belə demişdir:

Bu zikirdən məqsəd, yalnız dil ilə və ya yalnız qəlb ilə ya da həm dil, həm də qəlb ilə edilən zikir ola bilər, bunların hamısı da möhtəməldir (ehtimal olunandır).

Bundan məqsəd, İlahi əmrlərə itaət və qadağalardan çəkinmək də ola bilər."

-------------------------

Hədisin: "Qulum Məni bir camaat içində anarsa, Mən də onu o camaatdan daha xeyirli bir camaat içində anaram." buyuruğu bu şəkildə açıqlanmışdır:

Yəni, qulum, Məni açıqdan anarsa, zikr edərsə, Mən də onu uca mələklər camaatının xəbərdar olacağı bir savab ilə mükafatlandıraram.

Nəvəvi, hədisin bu hissəsinin izahı sədədində icmal olaraq belə deyir:

"Hədisin bu hissəsi, mələklərin peyğəmbərlərdən üstün olduğunu iddia edən Mötəzilə məzhəbi mənsubları ilə onların görüşünü qəbul edənlar üçün bir dəlil olaraq göstərilir.

Bizim dostlarımızın (Şafi üləmanın) və başqa alimlərin görüşlərinə görə isə, peyğəmbərlər, mələklərdən üstündür."

(Haşiyə: Əhl-i Sünnət və'l-camaat məzhəbinin cumhurunun məlum olan görüşü də budur. 

Bu hədisin, Mötəzilə üçün dəlil sayıla bilməyəcəyi belə izah edilir:

Camaat halında zikr edənlər arasında ümumilikdə bir peyğəmbər olmaz. Bu etibarla, uca Allah, bu qulları, mələklər camaatında andığı zaman, mələklər camaatı, o insanlar camaatından üstün olmuş olar. 

Hal bu olunca da, mələklərin peyğəmbərlərdən üstünlüyü hökmü çıxmaz.

Əl-Hafiz də bu cavabı da bəyan edər:

Mələklər camaatının üstünlüyü bu səbəblədir, deyilə bilər:

Uca Allah, mələklər topluluğuna, Onu anan quluna verdiyi savabı elan buyurar. Bu etibarla, mələklər camaatında qulu anan uca Allahdır. Əlbəttə, uca Allah'ın, qulunu andığı topluluq, başqa topluluqdan üstün olar.

-------------------------

Hədisin: "Qulum Mənə bir qarış yaxınlaşarsa, Mən ona bir zira (75-90 sm. uzunluq vahidi) yaxınlaşaram. 

O yeriyərək Mənə gəlsə, Mən ona qaçaraq gələrəm." ifadələrinin izahına gəlincə:

Bu ifadələrdən məqsəd, məcazi mənalardır. 

Nəvəvi, bu hədisin bu hissəsinin şərhində belə deyir:

"Bu hədis, Allahın sifətlərinə aid hədislərdəndir. Bunun zahiri mənasının qəsd edilməsi, muhal və imkansızdır. Qəsd edilən məna belədir:

Kim ibadət və xeyir işləməklə Mənə yaxınlaşarsa, Mən də rəhmət, dəstəkləmək, kömək etmək və müvəffəq qılmaqla, Ona yaxınlaşaram.

Qulum ibadət və xeyrini artırsa, Mən də bu ehsanımı artıraram.

Əgər qulum ibadət və itaətimə sürət verərsə, Mən də bol rəhmətimi ona yağdırmaqla, etdiyinin daha artığını verərəm və məqsədinə çatması üçün, daha çox yorulmasını şərt qoşmaram. 

Yəni qul, Allaha qulluq vəzifəsini ifa etmək xüsusunda göstərdiyi səylər dərəcəsinə görə, İlahi lütfə qovuşar.

Read 5 times
In order to make a comment, please login or register