"Mən, qulumun, haqqımdakı zənni yanındayam." hədisi-1

Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Uca Allah buyurur:

"Mən, qulumun, haqqımdakı zənni yanındayam. Məni zikr etdiyi vaxt, onunlayam. O, Məni, öz-özlüyündə zikr etsə, Mən də, onu Öz-Özlüyümdə zikr edərəm. O, Məni, camaat yanında zikr edərsə, Mən də, onu, onlardan daha xeyirli topluluq (mələklər) yanında zikr edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən, ona bir ərəş yaxınlaşaram. O, Mənə bir ərəş yaxınlaşsa, Mən, ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən, ona doğru yüyürərək gələrəm."

-----------------------------

Şərhi:

Əziz və Cəlil olan Allahın:

"Mən, qulumun, haqqımdakı zənni yanındayam..."

buyuruğu haqqında, Qadı İyad belə deyir:

✓ Deyildiyinə görə, bunun mənası budur:

• Məğfirət dilədiyi vaxt, məğfirət ilə;

• Tövbə etdiyi vaxt, qəbul ilə;

• Dua etdiyi vaxt, icabət ilə;

• Ehtiyaclarının qarşılanması üçün özünə kifayət etməyimi istədiyi vaxt, kifayət gəlməklə

yanındayam.

✓ Bir digər açıqlamaya görə, bundan məqsəd:

Ümid vermək, əfv edilmək ümidini yerləşdirməkdir. Bu, daha səhihdir.

---------------------------------

Uca Allahın:

"Məni zikr etdiyi vaxt, onunla bərabərəm..."

buyuruğu da:

• rəhmət;

• kömək;

• hidayət; və

• riayət (qorumaq)

ilə bərabərəm, deməkdir. Uca Allahın:

...وَهُوَ مَعَكُمْ أَيْنَ مَا كُنتُمْ ...

"...Siz harda olsanız, O (Allah) sizinlədir..." (Hədid/4)

buyuruğu da, elm və əhatə edicilik ilə bərabərliyi mənasındadır.

-------------------------

"...o, Məni, öz-özlüyündə zikr etsə, Mən də onu, Öz-özlüyümdə zikr edərəm..."

buyuruğu ilə bağlı olaraq, əl-Mazəri belə deyir:

"Nəfs, lüğətdə bir neçə mənada istifadə edilir:

• Qan;

• Canlı varlığın nəfsi (canı),

bunlar arasındadır. Bu 2 məna uca Allah haqqında imkansızdır. Bir digər mənası da:

• Zatdır. Şanı uca olan Allahın da, həqiqi mənada bir Zatı vardır. Uca Allahın: "Nəfsimdə (öz-özlüyümdə)" buyuruğunda qəsd edilən, budur.

Bir digər mənası da:

• Qeybdir.

...تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ...

"...Sən mənim qəlbimdə olanları bilirsən, mən isə, Sənin Özündə olanları bilmirəm..." (Maidə/116)

buyuruğu haqqındakı açıqlamalardan biri də, budur. Yəni Sən, mənim qeybimdə olanı bilirsən...

Yenə hədisdən:

"O, Məni, tənhada zikr edərsə, Allah ona mükafat verər və işlədiyi əmələ qarşılıq, kimsənin bilmədiyi şəkildə, ona mükafat verir."

mənasının qəsd edilmiş olma ehtimalı da vardır.

-------------------------------

Uca Allahın:

"...Məni bir topluluq içərisində zikr edərsə, Mən də onu, özlərindən daha xeyirli olan bir topluluq içərisində zikr edərəm..."

buyuruğu, Mötəzilə ilə onlara uyğun qənaət daşıyan kimsələrin, mələklərin nəbilərdən -Allahın salat və salamı olsun- daha fəzilətli olduğunu söyləyənlərin göstərdiyi dəlillərdən biridir.

Yenə bunlar, uca Allahın:

وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَـٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَىٰ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا

"Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik." (İsra/70)

buyuruğudur. Burda "çoxundan" qeydi, mələkləri istisna etmək üçündür, demişlərdir.

Ancaq bizim məzhəbimizin (Şafilər) alimləri ilə başqalarının qənaətinə görə, nəbilər, mələklərdən üstündürlər. Buna dəlil də, uca Allahın, İsrail oğulları haqqındakı:

وَلَقَدْ ءَاتَيْنَا بَنِىٓ إِسْرَ‌ٰٓءِيلَ ٱلْكِتَـٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ وَرَزَقْنَـٰهُم مِّنَ ٱلطَّيِّبَـٰتِ وَفَضَّلْنَـٰهُمْ عَلَى ٱلْعَـٰلَمِينَ

"Biz İsrail oğullarına Kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik." (Casiyə/16)

buyuruğudur. Mələklər də, "aləmlər" arasındadır.

Bu hədis, Allahı zikr edənlərin, əksəriyyətlə aralarında nəbi mövcud olmayan bir topluluq arasında olduqları şəklində açıqlanır. Buna görə, zikr edən şəxsi, uca Allah, mələklərdən olan məxluqlar arasında zikr edəcək olarsa, bax onlar, bu topluluqdan daha xeyirlidirlər.

------------------------------

"...O, Mənə bir qarış yaxınlaşsa, Mən, ona bir ərəş yaxınlaşaram. O, Mənə bir ərəş yaxınlaşsa, Mən, ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən, ona doğru yüyürərək gələrəm..."

Bu hədis, sifət hədislərindəndir. Zahirinin qəsd edilmiş olmasına isə, imkan yoxdur.

Daha əvvəl sifət hədislərilə bağlı dəfələrlə verilmiş açıqlama keçməkdədir.

Hədisin mənası da, budur:

Mənə itaət etmək surətilə yaxınlaşana, Mən, rəhmətimlə, köməyimlə yaxınlaşaram. O, daha çox yaxınlaşarsa, Mən də ona lütflərimi artıraram. Mənə yüyürərək gəlib Mənə itaətdə əlini tez tutarsa, Mən də ona qaçaraq gələrəm. Yəni rəhməti üzərinə yağdırırmışcasına endirərəm və rəhmətimlə ona daha çox yaxınlaşaram. Məqsədinə çatması üçün, çoxca yeriməyə möhtac etmərəm. Məqsəd isə, uca Allahın mükafatının, onun yaxınlaşmasına görə qat-qat çox olması deməkdir.

(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahih-i Muslim b. Haccac", 48-ci kitab: "Zikr, dua və istiğfar kitabı", 1-ci bab: "Uca Allahı zikr etməyə təşviq babı", hədis no: 6746)

Read 25 times
In order to make a comment, please login or register