"Mən, qulumun, haqqımdakı zənni yanındayam." hədisi-2

7405- Əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, peyğəmbər (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

Uca Allah buyurur:

"Mən, qulumun, haqqımdakı zənni yanındayam. Məni zikr etdiyi vaxt, onunlayam. O, Məni, öz-özlüyündə zikr etsə, Mən də, onu Öz-Özlüyümdə zikr edərəm. O, Məni, camaat yanında zikr edərsə, Mən də, onu, onlardan daha xeyirli topluluq (mələklər) yanında zikr edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən, ona bir ərəş yaxınlaşaram. O, Mənə bir ərəş yaxınlaşsa, Mən, ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən, ona doğru yüyürərək gələrəm."

-------------------------------

İzahı:

Beyhaqi, "əl-Əsma və's-Sifət" adlı əsərində, "ən-Nəfs" kəliməsilə bir başlıq açmış və bu 2 ayətə yer vermişdir:

...كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ ٱلرَّحْمَةَ...

"...Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır..." (Ənam/54)

وَٱصْطَنَعْتُكَ لِنَفْسِى

"Mən səni Özümə peyğəmbər seçdim!" (Taha/41)

Hədislərə gəlincə, bunlar, içində:

• "Allahım! Sən, Öz nəfsini necə tərifləmisənsə, eləsən." (Muslim, Salat/222);

• "Mən, zülmü, Öz nəfsimə haram qıldım." (Muslim, Birr/55);

cümləsinin keçdiyi hədislərdir. Bu 2 hədis, Muslimdə yer almaqdadır. Biz də, bunu əlavə edək:

Bu mövzuda, bir də:

• "Nəfsimdən razı olan Allahı təsbih edirəm." (Muslim, Zikr/79)

ifadəsinin keçdiyi hədis vardır.

Beyhaqi belə davam edir:

Ərəb dilində, "ən-nəfs" kəliməsi, bir neçə mənada istidadə edilir.

• Bunlardan biri, ərəblərin:

"Fi nəfsi'l-əmr" = "əslində" istifadəsində olduğu üzərə, həqiqi mənadadır.

• Bu mənalardan bir digərinə görə, kəlimə: "zat" mənasına gəlir.

Beyhaqi belə davam edir:

Uca Allahın:

...تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ...

Tə'ləmu mə fi nəfsi və lə ə'ləmu mə fi nəfsik:

"...Sən mənim içimdə olanları bilirsən, mən isə, Sənin Zatında (nəfsində) olanları bilmərəm..." (Maidə/116)

ayətinə, bu məna verilmişdir:

"Sən, Mənim içimdə nə gizlətdiyimi və sirr olaraq nə saxladığımı bilirsən. Halbuki Mən, sənin Məndən nə gizlətdiyini bilmərəm."

İbn Battal, belə deyir:

"Yuxarıdakı ayət və hədislər, Allahın nəfsi olduğunu ifadə etməkdədir."

-----------------------------

"Mən, qulumun, Mənim haqqındakı zənni yanındayam..."

Yəni qulum özünə necə qarşılıq verəcəyimi zənn edirsə, Mən, o şəkildə qarşılıq verməyə qadirəm.

Kirmani belə deyir:

"Bu ifadə axışında, ümidin (rəcanın) qorxuya (xofa) daha qalib olduğuna işarət vardır."

Kirmani, sanki bunu, Allahın, qulun zənni üzərə olmasından çıxarış etmiş kimidir. Çünki ağlı başında olan kimsə, belə bir ifadə eşitdiyində, Rəbbinin, (qulun) özünə dair təhdidini tətbiq edəcəyi zənninə qapılmaz. Bu, "xof" tərəfidir. Çünki qul, öz nəfsi üçün bunu tərcih etməz. Tam əksinə, Allahın vədinin baş verəcəyi zənninə meyl edər ki, bu da "rəca", yəni ümid yönüdür.

Bu,

-təhqiq əhlindən olan alimlərin də dedikləri kimi-

son nəfəsini vermə halı ilə muqayyəddir (qeydlənmişdir). Bu anlayışı:

"Hər hansı biriniz, uca Allaha gözəl bir zənn bəsləmədikcə ölməsin." (Muslim, Cənnə/81)

hədisi təyid etməkdədir (dəstəkləməkdədir).

Bu hədis, Cabir (radiyallahu anh)'dan nəql edilib Muslimdə yer almaqdadır.

Son nəfəsdən əvvəlki hala gəlincə, birincisi haqqında (sadəcə ölüm anında gözəl zənn üzərə olmağa dair) bir çox görüş iləri sürülmüşdür. Bunlardan üçüncüsü, mötədil olmaqdır.

• İbn əbi Cəmrə, hədisdə keçən zəndən məqsəd: elmdir, demişdir. Ona görə, bu ifadə:

...وَظَنُّوٓا۟ أَن لَّا مَلْجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيْهِ...

və zannu ən lə məlcəə minəllahi illə ileyh =

"...nəhayət, Allahdan, yenə Allaha sığınmaqdan başqa çarə olmadığını başa düşmüşlərdi..." (Tövbə/118)

ayətinin ifadəsinə bənzəyir.

• Qurtubi, "əl-Mufhim" adlı əsərində, belə deyir:

"Qulumun, Mənim haqqındakı zənni..."

ifadəsindən məqsəd, qulun:

• dua edərkən, duasını qəbul edəcəyi yolundakı daşıdığı zənn;

• tövbə etdiyində, tövbəsini qəbul edəcəyi;

• istiğfar etdiyində, bağışlanacağı; və

• ibadəti, şərtlərinə uyğun olaraq etdiyində, -vədində doğruluğundan ayrılmayaraq- onun qarşılığını verəcəyi yolundakı zənnidir. Bu baxış tərzini, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir başqa hədisindəki:

"Allaha, qəti olaraq qəbul ediləcəyinə inanaraq dua edin..." (Tirmizi, Daavat/65)

ifadəsi təyid etməkdədir."

Qurtubi, belə davam edir:

"Bundan dolayı, insanın, üzərindəki vəzifələri uca Allahın qəbul edəcəyini və özünü bağışlayacağını qəti inanc içində etməyə çalışması, isabətli olar. Çünki O, bunu vəd etməkdədir. Allah isə, vədindən dönməz. İnsan, Allahın, onun duasını qəbul etməyəcəyini və bunun özünə fayda verməyəcəyini zənn edər və buna inanarsa, bu, Allahın rəhmətindən ümidsizlik mənasına gəlir, ki, bu, böyük günahlardandır. Necə ki, hədisin bəzi rəvayət yollarında:

"...qulum Məni, istədiyi kimi zənn etsin..."

ifadəsi də, yer almaqdadır."

Qurtubi, açıqlamasını belə tamamlayır:

"Günahda israr etdiyi halda, Allahın bağışlayacağını zənn etməyə gəlincə, bu, sırf bir cəhalət və özünü aldatmaqdan başqa bir şey deyildir. Belə bir anlayış, insanı Murciə məzhəbinə götürür."

--------------------------------------

"...qulum Məni andığı zaman, Mən şübhəsiz onunla bərabərəm..."

Bu ifadə, eynilə, uca olan Allah'ın:

قَالَ لَا تَخَافَآ ۖ إِنَّنِى مَعَكُمَآ أَسْمَعُ وَأَرَىٰ

Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!" (Taha/46)

ifadəsinə bənzəməktədir.

------------------------------

"...o, Məni nəfsində gizlincə zikr edərsə, Mən də onu bu surətlə, Nəfsimdə zikr edərəm..."

Yəni o, Məni nəfsində gizlicə tənzih edib təzim edərsə, Mən də, onu, savab və rəhmətlə gizlincə zikr edərəm.

İbn əbi Cəmrə belə deyir:

Bu ifadənin, uca Allahın:

فَٱذْكُرُونِىٓ أَذْكُرْكُمْ...

"Siz Məni zikr edin ki, Mən də sizi zikr edim..." (Bəqərə/152)

ayətinə paralel olmaq ehtimalı vardır. Çünki ayətin mənası:

"Siz, Məni təzimlə zikr edin ki, Mən də sizi nemətlə zikr edim." deməkdir.

Uca Allah, başqa bir ayətdə:

...وَلَذِكْرُ ٱللَّهِ أَكْبَرُ...

"...Allahı zikr etmək isə, ibadətlərin ən böyüyüdür..." (Ənkəbut/45) buyurmuşdur.

Kim Allahı Ondan qorxaraq zikr edərsə, Allah, onun qorxusunu ortadan qaldırar. Allahı yalnız və tək başına zikr edərsə, Allah, ona dost olar. Uca Allah:

...أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ

"...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Ra'd/28) buyurmaqdadır.

"Əgər o, Məni bir camaat içində zikr edərsə, Mən də onu, daha xeyirli bir camaat içində zikr edərəm..."

İfadənin təqdiri budur:

"Qulum Məni, öz içindən zikr edərsə, Mən də onu savabla zikr edərəm və bunu, heç kimə bildirmərəm. Əgər Məni açıqdan zikr edərsə, Mən də onu mələ'i-ə'lanın (uca aləmin) xəbərdar olduğu bir savabla zikr edərəm."

İbn Battal, belə deyir:

Bu ifadə, mələklərin Adəm oğlundan daha fəzilətli olduqlarını göstərməktədir. Alimlərin əksəriyyətinin görüşü də, bu yöndədir. Bu anlayışa görə, Qurandan nümunə ayət tapmaq mümkündür:

فَوَسْوَسَ لَهُمَا ٱلشَّيْطَـٰنُ لِيُبْدِىَ لَهُمَا مَا وُۥرِىَ عَنْهُمَا مِن سَوْءَ‌ٰتِهِمَا وَقَالَ مَا نَهَىٰكُمَا رَبُّكُمَا عَنْ هَـٰذِهِ ٱلشَّجَرَةِ إِلَّآ أَن تَكُونَا مَلَكَيْنِ أَوْ تَكُونَا مِنَ ٱلْخَـٰلِدِينَ

"Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız”. (Ə'raf/20)

Əbədi olan, fani olandan üstündür. Mələklər, Adəm oğlundan üstündürlər.

Ancaq bu görüş, bu şəkildə tənqidə uğramışdır. Bilindiyi üzərə, əhl-i sünnət alimlərinin əksəriyyətinə görə:

Adəm oğlunun salehləri, digər məxluq cinslərindən daha fəzilətlidirlər.

Mələklərin daha üstün olduğu qənaətini mənimsəyənlər isə:

• ilk əvvəl filosoflar;

• sonra mötəzilə;

• əhl-i sünnətdən az bir qrup;

• bəzi tasavvuf əhli;

• zahirilər

olmuşdur.

(İbn Həcər Asqalani, "Fəthu'l-Bari", 97-ci kitab: "Tövhid", 15-ci kitab: "Uca Allahın: 'Allah sizi Özünə qarşı gəlməkdən çəkindirir.' sözü babı", hədis no: 7405)

Read 8 times
In order to make a comment, please login or register