"Mənim bildiklərimi bilsəydiniz az gülər, çox ağlayardınız ... Allah'a fəryad edərək yalvarardınız." bu hədis səhih ola bilərmi, necə başa düşmək lazımdır?

     Əbu Zərr (radıyallahu anh) nəql edir: "Rəsulullah (aleyhissalatu vəssalam) buyurdular ki:

"Mən sizin görmədiyinizi görür, eşimədiyinizi eşidərim. Necə ki səma uğuldadı, uğuldamaq da ona haqq oldu. Səmada dörd barmaq sığacaq qədər boş bir yer yoxdur, hər tərəfdə Allaha səcdə üçün alnını qoymuş bir mələk vardır. Allaha and olsun, mənim bildiyimi siz bilsəydiniz az gülər, çox ağlayardınız yataqlarda qadınlarla tələzzüz etməzdiniz, yollara, çöllərə düşər, (bəlanızı dəff etməsi üçün) Allaha yalvarıb-yaxarardınız. " [Əbu Zərr (radiyallahu anh) əlavə etdi:] "Kaş ki sökülən bir ağac olsaydım." [Tirmizi, Zühd 9, (2313); İbnu Macə, Zühd 19, (4190).]

     ŞƏRH:

    1. Səmavatın uğuldayaraq səs çıxarmasını, şərhçi Tibi mələklərin ağırlığı ilə açıqlayır. "Hədisdə ifadə edildiyi üzrə, mələklər miqdarca çoxdur, bu çoxluğun hasil etdiyi ağırlıq və çəki altında səmavat uğuldamaqdadır. Bu ifadə, mələklərin çoxluğunu bildirmək üzrə gətirilmiş bir təmsildir. Burada gerçək bir uğultu olmasa belə, O, Allahın böyüklüyünü ifadə etmək üçün deyilən məcazi bir kəlamdır. " Bu şərhə Aliyyu'l-Qari qatılmaq istəməz. Deyir ki: "Rəsulullah (aleyhissalatu vəssalam) 'ın sözünün həqiqəti varkən hansı səbəblə məcaza qaçırıq? Halbuki, ağıla və nəqlə görə hədisin həqiqəti mümkündür və məcaza yönəlməyə ehtiyac yoxdur. Çünki Rəsulullah (aleyhissalatu vəssalam): "Sizin eşitmədiyinizi eşidirəm" deyərək (insanlar tərəfindən eşidilməsə belə səmanın uğultusu olduğunu) təsdiq etmişdir. Üstəlik, səmanın uğultusu onun təsbeh, təhmid və təqdis sırasındakı səsi ola bilər, çünki ayət-i kərimə: "Mövcud olan hər şey Onu həmd edərək təsbih etməkdədir." (əl-İsra, 17/44) buyurmaqla səmanın təsbihini xəbər verməkdədir. " 

    2. Hədisin sonunda yer alan "ağac olma" təmənnisinin, hədisin ravisi Əbu Zərr (radiyallahu anh) 'a aid olduğunu şərh edənlər bildirir. Hədis, insana axirət hesabının ciddilik və çətinliyini izah edincə, Əbu Zərr (radiyallahu anh) Həzrətləri, bu xəbərin ciddiliyini anlamış olduğunu ifadə mahiyyətində, qazanılması çətin, itirilməsi dəhşətli bir nəticəyə atacaq elə bir imtahana məruz qalmaqdansa bir ağac olmağı təmənni etmişdir. Hədislərə, ravi(rəvayət edən) tərəfindən edilən hər növ əlavələrə "idrac" deyilir.

İbrahim Canan (Prof.Dr)

Read 1.921 times
In order to make a comment, please login or register