"Mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız." hədisini izah edərsinizmi?
Əbu Zərr (əl-Ğifari) radiyallahu anh'dan rəvayət edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:
"Şübhəsiz, Mən, sizin görmədiyiniz (həqiqətlər)i görürəm və eşitmədiyiniz (gerçəklər)i eşidirəm.
Göy (sanki) cırıldadı və cırıldamağı da haqdır. (Çünki) göydə 4 barmaq yer yoxdur ki, bir mələk Allaha səcdə etmək üzərə (o yerə) alnını qoymasın.
Allaha and olsun ki, Mənim bildiyim (həqiqətlər)i siz bilsəydiniz, az gülər və çox ağlardınız.
Yataqlar üstündə qadınlardan da zövq duymazdınız və (məskənlərinizdən) yollara çıxıb Allaha yüksək səslə yalvarardınız".
(Əbu Zərr sözünə davamla):
"Vallahi, mən, kəsilən bir ağac olmağımı, ciddən arzu etdim." dedi.
(İbn Macə, Sünən tərcümə və şərhi, Kitabü'z-Zühd (Zühd kitabı): "(Allah qorxusundan dolayı) hüzünlənib ağlamaq babı", hədis no: 4190)
---------------------------
İzahı:
Bu hədisi, Tirmizi, Əhməd və Hakim də rəvayət edirlər.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), peyğəmbərlik gözü və qulağı ilə, kainatın həqiqətlərini, Allahın əzəmətini, axirət həyatı ilə bağlı hadisələri, cəhənnəm əzabının şiddətini, məhşərdəki dəhşətli halları kimi, dünya gözü və qulağı ilə görülüb eşidilməsi mümkün olmayan həqiqətləri, Allahın izin və yardımıyla bilər, görər və eşidərdi.
"Göyün cırıldaması" ifadəsi:
Mələklərin çoxluğunu bildirmək üçündür. Yoxsa, mələklərin ağırlıq etməsi dolayısıyla, səmanın həqiqətən cırıldaması mənası, qəsd edilməmişdir.
İmam Tibi, bu ifadəni belə açıqlamışdır.
Tuhfətu'l-Əhvəzi müəllifi isə, Tibi'nin bu izahını nəql etdikdən sonra, Əli əl-Qari'nin belə dediyinə nəql edər:
"Allah rəsulunun bu buyuruğunun həqiqi mənasında tutulması, əqlən və din cəhətindən mümkün ikən, məcazi bir məna ilə açıqlanmasına nə ehtiyac vardır?!
Hələ Allah rəsulunun:
"Mən, sizin eşitmədiyinizi eşidirəm." buyuruğu, göyün cırıldamasının həqiqi mənasında tutulmasını təyid edər (dəstəkləyər, qüvvətləndirər).
Qaldı ki, sadəcə "göyün cırıldaması" deyil, mələklərin təsbih, həmd, təqdis və zikirləri ilə inləməsi, uğultu çıxartması mənasına da muhtəməldir (ehtimal olunandır).
- "Əgər mənim bildiklərimi bilsəydiniz, az gülər, çox ağlayardınız." hədisini izah edərsinizmi?
- "Mən, mömin qulumun Mənim haqqındakı zənni yanındayam." hədisini izah edərsinizmi?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- "Yer üzü Mənim üçün məscid qılındı." hədisini izah edərsinizmi?
- "Bu ümmətin misalı, bu 4 nəfərin misalı kimidir..." hədisini davamı ilə bərabər izah edərsinizmi?
- "Cahiliyyə işi olan hər bir iş, Mənim ayaqlarımın altındadır." hədisini izah edərsinizmi?
- "Ölüdən dolayı üz-gözünə vuranlar, yaxalarını cıranlar, bizdən deyildir." hədisini izah edərsinizmi?
- "Hər ayətin zahiri və batini mənaları vardır." hədisini izah edərsinizmi?
- "Əgər Rəbbim mənə güc yetirərsə, heç kimsəyə vermədiyi bir əzabı mənə şübhəsiz verəcəkdir." hədisini izah edərsinizmi?
- "Allah, insanı, Rahmən surətində yaratmışdır." hədisini izah edərsinizmi?