Məsbuq və Lahiq

Yeddinci fəsil: Məsbuq və Lahiq

A. Məsbuq:

• Məsbuq: İmama, birinci rükətdə çata bilməyən kimsədir.

Məsbuq haqqında, bir çox hökmlər vardır. "Bahru'r-Raiq"də də belədir.

• Məsbuq, imama, açıqdan oxunan rükətdə çatarsa, səna (subhanəkə)'ni oxumaz. "Xülasə"də də belədir. Səhih olan da, budur. "Təcnis"də də belədir. Əsahh (ən doğru) olan qövl də, budur. "Vəcizu'l-Kərdəri"də də belədir.

Bu hökmdə, məsbuqun imama yaxın olması ilə uzaq olması; və ya imamın qiraətini eşitməməsi, eynidir. "Xülasə"də də belədir.

• Ancaq, bu halda, məsbuq, çata bilmədiyi rükəti qılmağa qalxdığı vaxt, subhanəkəni oxuyar və qiraət üçün, əuzu billəh'i deyər. "Fətəva Qadıxan", "Xülasə""Zahiriyyə"də də belədir.

• Məsbuq, imama gizli oxunan rükətdə çatmış olsa, səna (subhanəkə)'ni oxuyar.

İmama tabe olan kimsə, imam oxumağa başlayınca, susar; subhanəkəni oxumaz. Səhih olan da, budur. "Tatarxaniyyə"də də belədir.

• İmama, imam rukuda və ya səcdələrdə çatan kimsə, təhərri edər (yəni, araşdırar). Əgər səna'nı oxuyunca, ruku və ya səcdəyə çatacağına qənaət gətirərsə, subhanəkəni qiyamda ikən oxuyar. Bu qənaətə gəlməzsə, sənanı oxumağı tərk edər və imama tabe olar.

• Məsbuq, imama, ruku və ya səcdədə çata bilməzsə, bunları etməz.

• İmama oturuş əsnasında çatan bir kimsə, subhanəkəni oxumaz; dərhal təkbir gətirər; sonra da əyilərək oturar. "Bahru'r-Raiq"də də belədir.

• Məsbuq, çata bildiyi rükətləri, imamla birlikdə qılar; sonra da, çata bilmədiyi rükətləri, -tək başına- qəza edər. Səraxsi'nin "Muhit"ində də belədir.

"Məsbuq, ilk əvvəl, çata bilmədiyi rükətləri qəza etməyə başlayarsa, namazı fasid olar." deyilmişdir. Səhih olan da, budur. "Zahiriyyə"də də belədir.

"Camiu'l-Fətəva"da: "Əvvəl çata bilmədiyi rükətləri qəza etməsi, mutəaxxirun'dan bəzilərinə görə, caizdir. Fətva da, bunun üzərinədir." deyilmişdir.

Açıq olan qövl isə, bunun, namazı pozduğudur. "Bahru'r-Raiq"də də belədir.

• Məsbuq, -bəzi yerlər müstəsna- təşəhhüddən sonra və salamdan əvvəl qalxmaz.

• Bu hallarda, məsbuq, təşəhhüddən sonra və salamdan əvvəl qalxa bilər:

1. Məsh etmiş olan məsbuq, məsh müddətinin çıxmasından qorxduğu vaxt;

2. Üzr sahibi bir məsbuq, vaxtın çıxmasından qorxduğu vaxt;

3. Cümədə, əsr vaxtının girməsindən qorxuğu vaxt;

4. Bayram namazlarında, zöhr vaxtının girməsindən qorxduğu vaxt;

5. Sübh namazında, günəşin doğmasından qorxduğu vaxt.

6. Hədəs, yəni, dəstəmazının pozulacağından qorxduğu vaxt,

imamın, namazı bitirməsini və səhv səcdəsi etməsini gözləməz. Lakin, vaxtın çıxması ilə namaz pozulmayacaqsa, məsbuq, imama tabe olar.

7. Məsbuq, imamın salam verməsini gözlədiyi təqdirdə, insanların, qarşısından keçməsindən qorxarsa, yenə, təşəhhüddən sonra qalxa bilər. "Vəcizu'l-Kərdəri"də də belədir.

• Saydığımız bu halların xaricində də, məsbuq, təşəhhüd miqdarı oturduqdan sonra qalxmış olsa, bu halda da, namazı caiz olar. Lakin, bu namaz, təhrimən məkruhdur. "Fəthu'l-Qadir"də də belədir.

• Məsbuqun, təşəhhüd miqdarı oturmadan qalxması, caiz olmaz. Məsbuq, namazdakı nöqsanlarını tamamladıqdan sonra, imam, hələ salam verməmişdirsə, məsbuq, salamda, imama tabe olar. Bəziləri: "Bu halda, məsbuqun namazı, fasid olar." demişlərsə də; bəziləri də: "...fasid olmaz." demişlərdir. Fətva da, "fasid olmaması" üzərinədir. "Xülasə"də də belədir.

• Məsbuq, imamı gözləyər; imam, iki tərəfinə də salam vermədən, məsbuq, çata bilmədiyi rükətləri qəza etmək üçün, qalxmaz. "Bahru'r-Raiq"də də belədir.

• İmam, davamında nafilə bir namaz olan bir namaz qıldırmaqdadırsa, məsbuq, imam ayağa qalxana qədər gözləyər. Və ya bu namazın davamında nafilə bir namaz yoxdursa, imam, mehrabdan qayıdana və ya yerindən ayrılana və yaxud da bir miqdar vaxt keçənə qədər, məsbuq gözləyər. Ki, əgər səhv səcdəsi varsa, imamla birlikdə onu etsin. "Timurtaşi"də də belədir.

• Bəzi rükətlərə çata bilməyən və ya imama son təşəhhüddə çatmış olan məsbuq, təşəhhüdü tamamlayınca, ondan sonrakı dualar (salli, bərik və s.) dualarla məşğul olmaz.

"Məsbuq, bundan sonra nə edər, nə söyləyər?"

Bu xüsusda, ibn Şuca, belə demişdir:

"Məsbuq, bu halda, təşəhhüdü təkrar edər; yəni, təkrar-təkrar 'əşhəhu ən lə iləhə illəllah' deyər." Muxtar olan da, budur. "Ğiyasiyyə"də də belədir.

• Bu halda, səhih olan, məsbuqun, imam salam verincəyə qədər, təşəhhüddə tərəssul etməsi, yəni, yavaş-yavaş, hərflərinin məxrəclərinə, mədlərinə riayət edərək, onu oxumasıdır. "Vəcizu'l-Kərdəri"də, "Fətəva Qadıxan"da, "Xülasə"də və "Fəthu'l-Qadir"də də belədir.

• Məsbuq, unudaraq imamla birlikdə və ya imamdan əvvəl salam vermiş olarsa, səhv səcdəsi etməz.

Lakin, əgər bu şəkildə imamdan sonra salam verərsə, səhv səcdəsi edər. Yəni, ona, səhv səcdəsi lazımdır. "Zahiriyyə"də də belədir. Muxtar olan da, budur. "Cəvahiru'l-Əxləti"də də belədir.

• Əgər məsbuq, imamla birlikdə salam verməyin özünə lazım olduğu zənni ilə, onunla bərabər salam vermiş olarsa, bu salam, qəsdən verilmiş bir salam olduğundan dolayı, məsbuqun namazını ifsad edər. "Zahiriyyə"də də belədir.

• Məsbuq, unudaraq, imamla birlikdə salam verər və "Namazım pozuldu." zənni ilə -təkrar- təkbir gətirib namazına davam edərsə, o məsbuq, namazdan çıxmış olar. Münfərid (tək başına namaz qılan kimsə), bunun xilafınadır. Münfərid, şübhəyə düşdüyü vaxt, təkbir gətirər və niyyət edərək namazına davam edər. "Fətəva Qadıxan"da da belədir.

• Məsbuq, qəzaya qalan rükətləri qılarkən, ilk əvvəl, qiraətli olan rükətləri qəza edər.

Hətta məsbuq, məğrib (axşam) namazının son 1 rükətinə çatmış olsa, -çata bilmədiyi- 2 rükəti qılarkən, oturmaqla, onların arasını ayırar. Bu şəkildə, -məğrib namazında- 3 dəfə oturmuş olar. Və -çata bilmədiyi üçün qəza etdiyi- hər rükətdə, fatihə və damm-u surə oxuyar. Bu rükətlərdən birində qiraəti tərk etmiş olsa, namazı pozular.

• Məsbuq, 4 rükətli namazlarda, son 1 rükətə çatmış olsa, imamdan sonra qıldığı ilk 2 rükətdə, fatihə və damm-u surə oxuması lazımdır. Sonra oturar və təşəhhüdü oxuyar. Sonra qalxar və bu rükətdə də, fatihə və damm-u surə oxuyar. Bundan sonrakı rükətdə isə, muxayyər (seçimində sərbəst)'dir. İstəyərsə qiraət edər, istərsə etməz. Əfdal olan isə, qiraət etməsidir. "Xülasə"də də belədir.

• Məsbuq, 4 rükətli namazlarda, 2 rükətə çatmış olsa, -tək qıldığı- 2 rükəti, qiraətlə qılar. Əgər bunların birində qiraəti tərk edərsə, namazı fasid olar.

Hətta imam, ilk 2 rükətin qiraətini, son 2 rükətdə oxuyarkən, məsbuq, ona çatıb tabe olsa, bu halda belə, çata bilmədiyi 2 rükəti qılmağa qalxınca, yenə qiraət edər. Əgər qiraəti tərk edəcək olsa, namazı fasid olar. "Vəcizu'l-Kərdəri"də də belədir.

• Məsbuq, çata bilmədiyi rükətləri qılarkən, münfərid kimidir.

Ancaq, bu 4 şeydə, məsbuq, münfərid kimi deyildir:

1. Bu halda, nə məsbuq başqa bir imama tabe ola bilər; nə də (başqası) məsbuqa tabe ola bilər. Bunlar, caiz deyildir.

2. Məsbuq, digər bir məsbuqa tabe olduğunda, oxusa da, oxumasa da, məsbuqa tabe olan məsbuqun namazı, fasid olar; imam olan məsbuqun namazına isə, bir şey olmaz. "Bahru'r-Raiq"də də belədir.

• Eyni halda olan 2 məsbuqdan biri, çata bilməyib qəzaya buraxdığı miqdarın neçə rükət olduğunu yaddan çıxarmış olsa, digər məsbuqa tabe olmadan, onun etdiyini etsə, namazı səhih olar. "Xülasə"də də belədir.

• Məsbuq, səcdə edən imama, səhv səcdəsi edir zənni ilə, o səcdədə tabe olsa, sonradan da onun səhv səcdəsi olmadığını başa düşsə, bu xüsusdakı iki rəvayətdən məşhur olanı, bu məsbuqun namazının pozulmuş olduğudur. Çünki, münfərid yerində ikən, iqtida etməkdədir. Fəqih əbu'l-Leys isə: "Bu zamanda, bu haldan dolayı, namaz pozulmaz." demişdir. "Zahiriyyə"də də belədir.

Lakin, məsbuq, bu halda, o səcdənin səvh səvdəsi olduğunu başa düşməsə, namazı ifsad olmaz. "Fətəva Qadıxan"da da belədir. Muxtar olan, budur və əbu Hafs əl-Kəbir də, buna görə fətva vermişdir. Qəbul edilmiş olan da, budur. "Ğiyasiyyə"də də belədir.

• İmam, beşinci rükətə qalxmış, məsbuq da bu halda imama tabe olmuş olsa, əgər imam, dördüncü rükətin başında oturmuş isə, məsbuqun namazı, ifsad olmuşdur; əgər imam oturmamışdırsa, imam beşinci rükəti səcdə ilə qeydləməmişdirsə, məsbuqun namazı, ifsad olmaz. Bu halda imam, beşinci rükəti səcdə ilə qeydləyincə, hamısının namazı da, ifsad olar. "Fətəva Qadıxan"da da belədir.

2. Məsbuq, qılmaqda olduğu namazı kəsmək niyyətilə yenidən təkbir gətirsə, qətiyyətlə, -əvvəlki namazı pozmuş və- yeni bir namaza başlamış olar. Münfərid isə, belə deyildir.

3. Məsbuq, qılmadığı rükətləri qılmaq üçün ayağa qalxmış olsa, imamın da üzərində, o (məsbuq), namaza başlamadan əvvəl səhv səcdəsi olsa, ondan dolayı da səcdə etsə, məsbuq, qıldığı rükəti səcdə ilə qeydləmədən əvvəl, qayıdar və imamla birlikdə o səcdələri edər. Əgər qayıtmazsa, namazın sonunda, o səhv səcdələrini etməsi lazımdır. Münfərid isə, bunun xilafına, başqasının səhvindən dolayı, səcdə etməz.

4. Məsbuqun, təşriq təkbirlərini gətirəcəyi xüsusunda, ittifaq vardır. İmam əbu Hənifə'yə görə, münfərid, bu təkbirləri gətirməz. "Fəthu'l-Qadir"də də belədir.

• Məsbuq, səhv səcdələrində, imama tabe olar; salamda isə, tabe olmaz. Təşriq təkbirlərində və təlbiyədə də tabe olmaz.

Məsbuq, salam və təlbiyədə imama tabe olarsa, namazı pozular. Əgər təkbirdə, məsbuq olduğunu bildiyi bir imama tabe olarsa, namazı pozulmaz. Şəmsu'l-əimmə Səraxsi, bu görüşə meyl etmişdir. Burda, təkbirdən murad, təşriq təkbirləridir. "Bahru'r-Raiq"də də belədir.

• İmam, tilavət səcdəsini xatırlayar və onu qəza etmək üçün qayıdarsa, əgər məsbuq, rükətini səcdə ilə qeydləməmişdirsə, eləcə tərk edər və imama tabe olaraq, tilavət səcdəsini edər.

Məsbuq, sonra qəzasına davam etmək üçün, qalxar. Əgər qayıdıb imamla birlikdə o səcdəni etməzsə, məsbuqun namazı, ifsad olar.

Və əgər məsbuq, rükətini səcdə ilə qeydlədikdən sonra, imama tabe olarsa, bir rəvayətə görə, namazı ifsad olar; digər bir rəvayətə görə isə, imama tabe olmazsa, namazı ifsad olar. "Asl" adlı kitabda isə: "Namazı, ifsad olar." rəvayəti vardır.

Bu xüsus, "Fəthu'l-Qadir"də, "Bədai"də, "Tatarxaniyyə"də, "Tahavi"də, "Mudmarat"da, Səraxsi'nin "Məbsut şərhi"ndə, "Siracu'l-Vəhhac"da və "Xülasə"də də belədir.

• İmam, tilavət səcdəsini yerinə yetirməmiş olsa, məsbuqun namazı, səhihdir. Bu halda, məsbuq üçün lazım olan, namazının qəzaya qalan qismini tamamlamaqdır. "Tatarxaniyyə"də də belədir.

• İmam, sulbi (namazın, -unutmuş olduğu-) səcdəsini xatırlasa və onu etmək üçün qayıtsa, məsbuq da, ona tabe olar. Məsbuq, bu halda, imama tabe olmazsa, namazı pozular.

Əgər məsbuq, rükətini səcdə ilə qeydləmiş olarsa, -bütün rəvayətlərdə- namazı pozular; qayıtsın və ya qayıtmasın, fərqi yoxdur.

Bu xüsusda əsl olan: Məsbuq, infirad (tək başına olma) yerində imama tabe olmuş; və ya iqtida yerində infirad etmişdirsə, namazı pozular.

------------------------------------

B. Lahiq:

• Lahiq: Əvvəl imama tabe olub; sonra, yuxu, dəstəmazın pozulması və izdiham kimi səbəblərlə, namazının bir qismini qılmayıb; sonra, yenə imama iltihaq edən (qatılan) kimsədir.

Bu kimsə, zay etdiyi namazı qılarkən, sanki imamın arxasında imiş kimi, oxumadan qılar. Səhv etsə də, səhv səcdəsi etməz. "Vəcizu'l-Kərdəri"də də belədir.

• İmam, səhvindən dolayı səcdə etsə, lahiq, məsbuqun xilafına, üzərində olanı qəza etmədən, imama tabe olmaz. "Xülasə"də də belədir.

• Lahiq, dəstəmazını təzələdikdən sonra geri qayıtsa, ona layiq olan, əvvəl, namazının qəzaya qalan qismi ilə məşğul olmasıdır. Bu əsnada, qiraət etməz və lakin, qiraət edəcək qədər dayanar. Ruku və səcdələrdə də, imamın dayandığı qədər dayanar. Ancaq, imamdan daha çox və ya daya az durması da, zərər verməz. "Tahavi şərhi"ndə də belədir.

• Bir kimsə (yəni, lahiq), imamla birlikdə təkbir aldıqdan sonra, imam, 1 rükət qılana qədər yatsa, lakin sonra yenə oyansa, o lahiq, artıq birinci rükəti qılar. Hər nə qədər imam, ikinci rükəti qılırsa da. "Zəxirə"də də belədir.

• Lahiq, imamla qılmadığını qəza etmək ilə məşğul olmasa; əvvəl imama tabe və sonra da -imam salam vermədən əvvəl- qəzaya qalanlarla məşğul olsa, bizə görə, namazı caizdir. "Tahavi şərhi"ndə də belədir.

• Lahiq olan səfəri, imamla birlikdə qılmadığını qılarkən, iqamətə niyyət etsə və ya dəstəmazı pozulsa, öz şəhərinə girmiş olsa, o kimsə, səfəri namazını tamamlayar. İmam Züfər, buna müxalifdir.

Və bu hal, imam, namazını bitirdikdən sonra olsa (doğrudur). Lakin, -bu halın meydana gəldiyi vaxtda- imam, hələ namazını bitirməmişdirsə, o kimsə, bu namazı -ittifaqla- 4 rükət qılar. "Musaffa"da da belədir.

• İmam, 4 rükətli bir namazın ilk oturuşunu unudaraq tərk etdiyi vaxt, arxasındakı lahiq, yatmış olar və oyanar; və ya dəstəmazı pozular və sonra da gedib dəstəmaz alıb geri qayıdarsa, bu sırada imam da, 1 rükət iləri keçmişdirsə, bizə görə, lahiq, oturulacaq yerdə, oturmaz. İmam Züfər isə, buna müxalifdir. Məsbuq, bu hökmün xilafınadır. "Xülasə"də də belədir.

Bu 6 şeyin qəzasında, məsbuq, lahiqə müxalifdir:

1. Qadınların kişilərlə eyni hizada olmasında;

2. Qiraətdə;

3. Səhv səcdələrində;

4. Qa'dətu'l-ulə (birinci oturuş)'da imam bu oturuşu tərk etdiyi vaxt;

5. Salam verərkən, imamın gülməsində;

6. İmam, iqamətə niyyət edincə, məsbuq, rükətini səcdə ilə qeydlədiyi vaxt.

"Zahiriyyə"də də belədir.

• 4 rükətli bir namazda, birinci rükətə çatmamış olan bir kimsə, qalan 3 rükətdə də yatmış olsa və sonra oyansa, yatmış olduğu halda keçən rükətləri, qiraətsiz olaraq qılar. Sonra imama tabe olaraq oturar və qalxıb -çata bilmədiyi- ilk rükəti, qiraət edərək qılar; sonra da oturub namazını tamamlayar.

• Bu kimsə, 2 rükətdə yatsa, 1 rükətdə imama çatıb-çatmadığı xüsusunda şübhə etsə, şübhə etdiyi o rükəti, namazın arxasında qılar. "Xülasə"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

-------------------------------------

-------------------------------------

Əlavələr:

• Bir camaat, səhrada, qiblə istiqamətini araşdırmış olaraq namaz qılmış olsa və bu camaat içində, məsbuq və lahiq olanlar da olsa, imam, namazını bitirincə, o ikisi ayağa qalxıb keçirdikləri rükətləri qəza edərlərkən, qiblənin, imamın dönmüş olduğu tərəf olmadığı üzə çıxarsa, məsbuqun yönünü qibləyə çevirib -namazını tamamlama- imkanı vardır. Lahiq üçün isə, bu imkan yoxdur.

• İmam əbu Hənifə və imam Muhammədə görə, əuzu demək, səna (subhanəkə)'nin xaricindədir və qiraətə tabedir. Hətta, məsbuq (namazda imama, sonradan qatılan), əuzunu, çata bilmədiyi rükətləri qəza etməyə başlayanda çəkər. Namaza imam ilə başlayan kimsələr isə, belə deyildir.

• Bayram namazları qılınarkən, məsbuq, əuzu'nu, təkbirlərdən sonraya buraxar. "Hidayə"də və əksər mətnlərdə də, belədir.

• Məsbuq (imama, sonradan tabe olan kimsə)'nin təhriməsi, tək başına namaz qılan kimsənin təhriməsi kimidir. Bu kimsənin, öz nöqsanlarını qəza edərkən, qadınla bir hizada olması, kişinin namazını ifsad etməz. "Təbyin"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

---------------------

---------------------

Əlavələr:

Lahiq haqqında məsələlər:

305. Lahiq: namaza imam ilə bərabər başladığı halda, özünə, yuxu və ya camaatın çoxluğundan dolayı bir əziyyət və bir dəstəmazsızlıq halı ariz olub namazın hamısını və ya bir qismini imam ilə qıla bilməyən kimsədir.

Lahiq haqqında, aşağıdakı məsələlər vardır:

306. Lahiq, hərəkət cəhətindən, muqtədi kimidir. Muqtədi, imamın arxasında Quran oxuya bilməyəcəyi kimi; lahiq də, əldən qaçırdığı rükətləri öz başına qılınca, Quran oxuya bilməz; tamamilə muqtədi kimi hərəkət edər və öz başına qılacaq olduğu rükətlərdəki yanılmalarından dolayı da, səhv səcdələri etməz.

307. Lahiq, mümkündürsə, əldən qaçırdığı rükətləri və ya rüknləri, qəza edər; sonra da, təkrar imama qoşularaq, onunla salam verər. Məsələn:

Bir muqtədi, birinci rükətin qiyamında yatıb, imam səcdəyə getdiyi vaxt oyansa, dərhal rukuya gedər; sonra, səcdə edərək imama iştirak edər.

308. Lahiq, imamına çata bilməyəcəyini bildiyi təqdirdə, dərhal imama tabe olar. İmam, namazdan çıxınca, özü, əldən qaçırdığı rükətləri və ya rüknləri, qəza edər. Məsələn:

Bir muqtədi, dördüncü rükətdə ikən burnu qanasa, səfdən ayrılar və namaza müxalif olacaq bir şeylə məşğul olmadan, dərhal dəstəmaz alar. İmkan tapdığı yerdə, imama tabe olar. İmam salam vermiş olsa, öz başına, o dördüncü rükəti, heç bir şey oxumadan, imamın arxasında qılırmış kimi tamamlayar. Çünki, lahiq, hökm cəhətindən, imamın arxasında namazını qılmış sayılır.

Yenə: Bu hal, üçüncü rükətdə meydana gəlsə, imam da, dördüncü rükətə başlasa, lahiq, dəstəmaz alıb o üçüncü rükəti, qiraətsiz olaraq qılar, ondan sonra, imama tabe olar. Onunla dördüncü rükəti qılaraq, salam verər. Lakin, imamına, belə çata bilməyəcəyini bilirsə, dərhal imama tabe olar. İmam, salam verincə, özü qalxar və üçüncü rükəti, qiraətsiz olaraq qılıb salam verər.

İmam, səhv səcdələrində olacaq olsa, lahiq, hələ namazını bitirməmişdirsə, onunla bərabər, bu səcdələri etməz. Namazını tamamladıqdan sonra, bu səhv səcdələrini edər.

309. Hər lahiqin, yuxarıda bildirildiyi şəkildə hərəkət etməsi, asan deyildir. Bu cəhətdən, lahiq olanların, bu nöqsan qalan namazlarına yenidən başlamaları, daha uyğun görülmüşdür.

---------------------------

Məsbuq haqqındakı məsələlər:

310. Məsbuq: 1 rükət qılındıqdan sonra, imama tabe olan kimsədir, ki, son oturuşda da, imama tabe olsa, yenə, məsbuq sayılır.

Məsbuq haqqında, aşağıdakı məsələlər vardır:

311. Məsbuq, qəza edəcəyi rükətlərdə, tək başına namaz qılan kimidir. Məsələn:

Bir kimsə, sübh namazının ikinci rükətində imama tabe olacaq olsa, məsbuq sayılır. Gətirdiyi təkbirdən sonra, sükut edər. İmamla bərabər, son oturuşda, yalnız ət-təhiyyətu'nu oxuyar. İmam salam verincə, özü ayağa qalxar və imam ilə qılmamış olduğu ilk rükəti qılmağa başlayar. Subhanəkə və əuzu'dan sonra, Fatihə surəsi ilə bir miqdar daha Quran oxuyar. Bilindiyi şəkildə ruku və səcdələrə gedər. Ondan sonra, oturub, ət-təhiyyətu, salavatlar və rabbənə ətinə duasına oxuyaraq salam verər.

Məğrib (axşam) namazının ikinci rükətində imama tabe olan kimsə də, birinci rükət haqqında, bu şəkildə hərəkət edər.

312. Məsbuq, məğrib namazının son rükətində imama tabe olsa, subhanəkə'ni oxuyar və imamla bərabər o rükəti qılaraq təşəhhüdə oturar. İmam salam verdikdən sonra, qalxar, subhanəkə, əuzu, fatihə və bir miqdar daha Qurandan oxuyar. Ruku və səcdələrdən sonra, oturar və yalnız ət-təhiyyətu'nu oxuyar. Sonra Allahu Əkbər deyərək ayağa qalxar, yalnız bəsmələ ilə fatihə və bir miqdar daha Quran oxuyaraq, ruku və səcdələri edər. Sonra, son oturuşu edərək, salam ilə namazdan çıxar. Bu halda, 3 dəfə təşəhhüddə oturmuş olar. Bununla bərabər, məsbuq, ikinci rükətin sonunda yanılaraq təşəhhüdə oturmayacaq olsa, səhv səcdəsi etməsi lazım gəlməz. Çünki, bu rükət, bir yöndən, birinci rükət yerindədir.

313. Məsbuq, 4 rükətli namazlardan birinin 4-cü rükətində imama tabe olsa, imam ilə təşəhhüdə oturduqdan sonra, qalxar; subhanəkə, əuzu, fatihə və bir miqdar Quran oxuyar. Ruku və səcdələrdən sonra, oturar. Yalnız ət-təhiyyətu'nu oxuyar. Ondan sonra, qalxar, bəsmələ ilə fatihə və bir miqdar daha Quran ayələrindən oxuyar. Sonra, ruku və səcdələrə gedər, oturmadan qalxar. Yalnız bəsmələ və fatihə ilə 1 rükət daha qılaraq, son oturuşu edər. Ət-təhiyyətunu, salavatları və Rabbənə ətinə dualarını oxuyub, salam verərək, namazını tamamlayar.

314. Məsbuq, 4 rükətli namazların 3-cü rükətindən başlayaraq imama tabe olsa, imamla bərabər son oturuşda, yalnız ət-təhiyyətunu oxuyar. İmam salam verdikdən sonra, qalxar; subhanəkə, əuzu bəsmələ, fatihə və bir miqdar daha Quran oxuyar. Ruku və səcdələrə gedər; sonra qalxar, yalnız bəsmələ ilə fatihəni oxuyar. Bir az daha Quran oxuyar. Yenə ruku və səcdələrə gedər. Təşəhhüdə oturar. Ət-təhiyyətunu, salavatları və Rabbənə ətinə'ni oxuyaraq, salamla namazını tamamlayar.

315. Məsbuq, 4 rükətli namazların 2-ci rükətində imama tabe olsa, 3 rükəti imamla qılmış olar. Təşəhhüddən sonra imam salam verincə, ayağa qalxar. Subhanəkə, əuzu bəsmələ, fatihə və əlavə edəcəyi ayələri oxuyar. Ruku və səcdələrə gedib son oturuşu edər. Salam verib namazını tamamlayar.

316. İmam, rukuda ikən, imama tabe olan kimsə, o rukuya aid olan rükətə çatmış olar. Lakin, imama səcdə halında çatan kimsə, dərhal səcdəyə getsə də, o səcdənin rükətinə çatmış olmaz. Bunun üçün, o rükəti, yuxarıda bildirildiyi şəkildə qəza etmək lazımdır.

317. Məsbuq, imam salam verdikdən sonra Allahu Əkbər deyərək ayağa qalxar və nöqsan qalmış olan rükətləri tamamlayar. İmam salam vermədən, məsbuqun qalxıb nöqsan qalan rükətləri qılmağa başlaması, uyğun deyildir. Ancaq, namaz vaxtının çıxmaq üzərə olması və insanların, onun qarşısından keçmə halı olması kimi üzrlər səbəbilə, salamdan əvvəl qalxar.

Bununla bərabər, imam, hələ salam ilə namazdan çıxmamış olunca, məsbuqun təşəhhüd miqdarı oturması lazımdır. Bundan əvvəl qalxması, caiz deyildir.

318. İmam, təşəhhüdü bitirmədən, məsbuqun qalxıb Quran oxuması, mötəbər deyildir. Onun üçün, məsbuq, birinci və ya ikinci rükəti qəza üçün ayağa qalxar, imamın təşəhhüdü bitirməsindən sonra namaz caiz olacaq qədər Quran oxuyarsa, namazı, caiz olar. Lakin, namazda caiz olmayacaq qədər az oxunmuş olarsa, namazı, səhih olmaz.

319. Məsbuqun qəza edəcəyi rükətlərdə, başqasına tabe olması; və başqasının da, bu halda məsbuqa tabe olması, caiz deyildir. Məsbuq, burda, tək başına sayılmaz. Lakin, bir məsbuq, nə qədər rükət qəza edəcəyini unudub özü ilə bərabər məsbuq olan kimsənin nə qədər rükət qəza edəcəyini yalnız nəzərə alarsa, bununla, namazı pozulmaz.

320. Məsbuq, namazını yenidən qılmaq niyyətilə təkbir gətirəcək olsa, əvvəlki təkbiri ilə başlamış olduğu namazı, pozular. Tək başına namaz qılan kimsə, belə deyildir. Başqa bir namaz qılmağa niyyət etmədikcə, eyni namaza yenidən başlamaq niyyətilə gətirəcəyi təkbir, bu namazı pozmaz. Çünki, hər 2 namaz, tək başına namaz qılan üçün, bir-birinin eynidir. Məsbuq isə, bir yöndən, tək başına namaz qılan kimsə kimidir; bir yöndən də, imama tabe olduğundan dolayı, onun üçün, eyni namaz deyildir.

321. Məsbuq, imam əbu Hənifəyə görə, qurban bayramında təşriq təkbirlərini, imamla bərabər gətirər; sonra, ayağa qalxıb geri qalan rükətləri tamamlayar. Halbuki, imama görə, tək başına namaz qılan kimsə, bu təkbirləri gətirmək məcburiyyətində deyildir. Bunun üçün, məsbuq, burda, tək başına namaz qılan kimi deyil, muqtədi yerindədir.

322. Məsbuq, ayağa qalxması səhih olacaq bir zamanda ayağa qalxıb, imam, hələ salam vermədən məsbuq, namazını bitirərək salamda imama tabe olsa, namazı, pozulmuş olmaz.

323. İmam, daha salam vermədən əvvəl, məsbuq, ət-təhiyyətunu oxuyub bitirmiş olsa, bir görüşə görə, şəhadət sözünü təkrarlayar; bir görüşə görə də, susar. Burda səhih olan, məsbuqun, ət-təhiyyətunu, yavaş-yavaş oxumasıdır.

Birinci oturuşda imamdan əvvəl təşəhhüdü bitirmiş olan bir muqtədi də, susar, təşəhhüd etməz.

324. Məsbuq, cəhrən (aşkar) oxunan namazlarda imama tabe olunca, subhanəkəni oxumaz. Geri qalan rükətləri qəzaya qalxınca oxuyar. Səhih olan, budur. Buna, yuxarıda işarət edilmişdi.

325. İmam, yanılaraq beşinci rükətə qalxınca, məsbuq da, ona tabe olaraq qalxsa, baxılar:

~ Əgər imam, dördüncü rükətdə oturmuşdursa, məsbuqun namazı, bu qalxmaq ilə pozulmuş olar.

~ Lakin imam, dördüncü rükətdə oturmamışdırsa, beşinci rükətdə səcdəyə getmədikcə, məsbuqun namazı, pozulmaz.

326. Bir məsbuq, lahiq də ola bilər. Belə ki:

İmama sonradan tabe olan kimsə, yuxu və ya dəstəmazı pozan bir səbəblə, rüknlərdən və ya rükətlərdən bir neçəsini imam ilə qıla bilməyib əldən qaçırsa, həm məsbuq olar, həm də lahiq. Bu halda, əvvəl əldən qaçırdıqlarını, qiraətsiz olaraq qəza edər; sonra mümkün isə, geri qalan namazda, imama tabe olar. Daha sonra da, imama tabe olmadan, əvvəlki rükətləri qiraətlə (Quran oxuyaraq) qəza edər. Əvvəl bunları qəza edib, ondan sonra namaz arasında əldən qaçırdığı rüknləri və ya rükətləri qəza etməsi də, caizdir. Lakin, bunu etməklə, məşru olan sıraya riayət etmiş olmayacağından, günahkar olar.

(Ömər Nasuhi Bilmən, "Böyük İslam elmihalı)

 

Read 7 times
In order to make a comment, please login or register