Məzhəbləri birləşdirmək mümkündürmü?

 

Üsul alimlərinin qəbul edilən görüşlərinə görə, başqa bir məzhəbə keçmək xüsusunda, dinlə oynamaq dərəcəsinə varmamaq, yəni bir məzhəbdən digərinə keçən şəxsin, öz ağıl və elmi və ya bəzi güvənilən şəxslərin sözlərinə istinad səbəbilə, ən dərin alim və zühd və təqvaca bənzərsiz sanıb inandığı imamın məzhəbinə keçməsi və bir müddət sonra köhnə məzhəbinə dönmək əzmində olması və keçdiyi məzhəbin bütün hökmlərini mənimsəyib bütün məzhəbləri birləşdirməkdən çəkinməsi, şərtdir.

Bu halda, ən elmli və fəzilətli olanı tərk edib belə olmayanı təqlid etmək, yenə sahibinin ən üstün olduğunu qəbul etməklə bərabər, zahirən bəzi faydalara yarayacaq bir məzhəbə bir müddət üçün keçmək, heç caiz olmadığı kimi, əvvəlki məzhəbi ilə əməl etmənin təsirləri hələ itmədən, 2 məzhəbi birləşdirməyə səbəb olacaq bir şəkildə digər məzhəbə tabe olmaq da, caiz ola bilməz.

Məsələn:

Bir kimsənin dəstəmazlı olduğu halda, şəhvətlə bir qadının hər hansı bir üzvünə toxunmasından sonra,

təsadüfən burnundan və ya bədənindən axan qanla dəstəmazın pozulmamasında Şafii məzhəbini təqlid edib, dəstəmazını yeniləmədən namaz qılması, caiz olmaz. Çünki bu şəxs:

• Qadına toxunmaqla dəstəmazın pozulmamasında- Hənəfi məzhəbini qəbul; və sonra

• Burnundan və ya bədənindən qanın axması ilə pozulmamasında da, Şafii görüşünə istinad edib,

(Yəni Şafi məzhəbini təqlid edən biri, naməhrəm bir qadına toxunduğu vaxt, dəstəmazı pozulmuş sayılır. Bu şəxs, bu məsələdən dolayı, Hənəfi məzhəbini təqlid etməyə başlasa (ki, məhrəm olmayan qadına toxunmaqla, Hənəfilərə görə, dəstəmaz pozulmur) və daha sonra burnundan qan axsa, bu zaman da, Şafii məzhəbini təqlid etməyə başlasa (ki, burnundan qan açılması, bundan əvvəl təqlid etdiyi Hənəfi məzhəbinə görə, dəstəmazı pozur, Şafilərə görə isə, pozmur)

2 məzhəbin arasını birləşdirəcək iş görmüş olur ki, bunun doğru olmasına, 2 məzhəbin heç biri də əlverişli deyildir.

Başqa bir nümunə:

Bir kimsə, mükreh (zorla) boşandırılmış olduğu zövcəsinin ayrılmasında, Hənəfi məzhəbini təqlid edərək, o qadının bacısını nigahladıqdan sonra,

Şafii müftüsünün, bu boşanmanın, boşanma olmayacağına hökm etməsi səbəbilə, əvvəlki zövcəsinə dönməsi, caiz ola bilməz. Məgər ki, ikincini boşaya... Yoxsa 2 bacı, bir nigah altında birləşdirilmiş olur ki, bu, ayətin dəlalətilə haramdır. Allah Taala belə buyurur:

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَـٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَ‌ٰتُكُمْ وَعَمَّـٰتُكُمْ وَخَـٰلَـٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَـٰتُكُمُ ٱلَّـٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَ‌ٰتُكُم مِّنَ ٱلرَّضَـٰعَةِ وَأُمَّهَـٰتُ نِسَآئِكُمْ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا۟ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَـٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَـٰبِكُمْ وَأَن تَجْمَعُوا۟ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا

"Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan ögey qızları, – yox əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda bu (ögey qızlarınızla evlənməyiniz) sizə günah deyildir, – öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və

iki bacını birlikdə almaq haram edildi.

Olub-keçənlər isə artıq keçmişdir. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir." (Nisa/23)

---------------------------

---------------------------

(Haşiyə:

Mükrəh:

İstəmədiyi və çirkin gördüyü bir işi etməyə məcbur edilən kimsədir.

İkrah: Təhdid etmək (qorxutmaq) surətilə, insanın hüquqi olarak etməklə mükəlləf olmadığı bir işi etməyə, onu məcbur etmək deməkdir.

Mükrih: Təhdid edən, məcbur edən kimsəyə deyilir.

-------------------------

İkrah, tam və əskik olmaq üzərə ikiyə ayrılır:

1. Tam ikrah:

Öldürmə, bir orqanı yox etmək və ya cəmiyyətdə mövqe sahibi bir şəxs üçün, alçaldıcı bir davranışa məruz qoyma, təhdid ehtiva edən məcburiyyətdir.

Bu növ məcburiyyət, məcbur edilən kimsənin ixtiyar və razılığını ortadan qaldırır.

2. Əskik ikrah:

Öldürmə və ya bir orqanı yox etmək təhdidini ehtiva etməyən qorxutmadır. Qısa müddət həpslə və ya ölüm yaxud orqan itirmək təhlükəsi daşımayan döyməklə təhdid edərək qorxutmaq kimi.

Bu növ qorxutmaq, razılığı ortadan qaldırır, lakin ixtiyara təsir etməz.

-------------------------------

Mükrəhin boşaması:

• Hənəfilərə görə:

Əbu Hənifəyə görə, məcbur edilən şəxsin boşaması, məqbuldur. Çünki bu məcburiyyət, əslində iradəni ortadan qaldırmaz. Təhdid edilən kimsə, 2 şərdən daha uyğununu tərcih edərək, iradə və ixtiyarını bildirmiş olur. Razılığının olmaması, halı dəyişdirməz. Səhabələrdən biri gündüz vaxtı yatarkən, xanımı, onun sinəsi üstünə oturmuş və xəncəri boğazına dirəyərək:

"Məni 3 dəfə boşa. Əks halda, kəsəcəm." demişdir.

Səhabə, bu təhdid üzərinə, 3 dəfə boşamış, sonra Nəbi (sallallahu aleyhi və səlləm)'ə müraciət etmişdir. Allah rəsulu da:

"Boşamaqda, gündüz yuxusunun hökmü yoxdur." deyə cavab vermişdir. (bax: Kasani, "əl-Bədayiu's-Sənayi", lll, 100; ibnu'l-Humam, "Fəthu'l-Qadir, lll, 39-40; Məvsili, "əl-İxtiyar", lll, 124)

• Şafii, Maliki və Hənbəlilərə görə:

Mükrəhin boşaması, məqbul deyildir. İstinad etdikləri dəlillər bunlardır:

Allah rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"İğlaq (təzyiq, təhdid və qəzəb) halında, boşamaq və qul azad etmək, məqbul deyildir." (Buxari, Nigah/10)

Digər bir dəlil, bu hədisdir:

"Şübhəsiz, Allah, Mənim ümmətimdən, yanılma, unutma və etməyə məcbur buraxıldıqları şeyin hökmünü qaldırmışdır." (Buxari, Talaq/44)

Hənəfilərə görə, bu hədis, ümum ifadə etmir və yalnız axirətdəki cəzanın qaldırılması ilə bağlıdır. (İbnu'l-Hümam, "Fəthu'l-Qadir", lll, 39)

Hənəfilər, ikrah olduğunda, ümumi olaraq, əqdləri fasid qəbul etdikləri halda, bu qaydadan bəzi davranışları istisna etmişlərdir. Bunlar aşağıdakılardır:

• evlənmə;

• boşanma;

• qul azad etmə;

• ric'i boşamada zövcəsinə dönmə;

• and içmə.

Hənəfilərə görə:

Allah Rəsulu (sallallahu aleyhi və səlləm), bu davranışlarda, müəyyən ləfzin istifadə edilməsini kafi görmüşdür. Ləfzi istifadə edənin bu yöndə iradəsi olmasa belə, ləfzin istifadə edilmiş olması, hökm doğurur. Necə ki, hazil (zarafat edən, lətifə danışan) haqqında da hökm belədir. Bu mövzuda, mükrəh də, hazil'ə qiyas edilmişdir.

Həzl, sözün, əsas mənasından başqa bir məfhum üçün istifadə edilməsidir. Etdiyi təsərruflarda, ciddi davranmayan zarafatcıl kimsələrə, "hazil" deyilir. Hazilin hüquqi təsərrufları, fasid sayılmışdır. Ancaq bu 3 şey, hədislə istisna edilmişdir:

"3 şey vardır ki, ciddisi də ciddidir, zarafatı da ciddidir:

• nigah;

• talaq; və

• rici boşamaq halında, ərin zövcəsinə yenidən dönməsi." (Əbu Davud, Talaq/9; ibn Macə, Talaq/13)

• Maliki və Hənbəlilərə görə:

Yuxarıdakı hədis, bu şeyin əhəmiyyətinə işarət etməkdədir.

Digər yandan Hənbəlilər:

"Əməllər, niyyətlərə görədir."

hədisinin, ümum ifadə etdiyini, bu səbəbdən, əqd və təsərruflarda, niyyətin mövcud olmasının lüzumunu söyləyirlər. (bax: Səraxsi, "əl-Məbsut", XXIV, 122)

----------------------------

----------------------------

Bax, "Tahriru'l-Usul" kitabının müəllifi, Kəmaluddin ibn əl-Humam'ın və Amidi və ibn Hacib kimi bir çox məzhəb böyüklərinin:

"Əməl etdikdən sonra, təqliddən dönmək, ittifaqla batildir."

demələri, bu kimi birləşdirmələrə səbəb olan şəkillərə təvil edilir.

Yaxud da, bir məzhəblə əməl edib əməli tamamladıqdan sonra, o əməlin caiz olmadığı qənaətinə vararaq, digər məzhəblə o əməli təkrar etmək şəklinə görədir. Məsələn:

Başının 1/4-ini məsh edərək aldığı dəstəmazla zöhr namazını qılan kimsənin, sonradan, başı məsh etməkdə başın bütününü şərt qoşan imam Malik'in görüşünü doğru görüb o namazı təkrar qılması, mənasızdır. Çünki bir məzhəbə uyğun olaraq, bir əməli tamamlamaq, hakimi imzası kimidir, pozulmaz.

Ancaq bugünki zöhr namazını öz məzhəbinə görə qılan kimsənin, sabah başqa bir məzhəbin imamını təqlid edərək -lakin o məzhəbin namazla bağlı bütün hökmlərini qəbul etməsi şərtilə- qılması, mənasız bir dönüş sayılmaz.

Burası da unudulmamalıdır ki, öz məzhəbinə görə doğru zənn edərək tamamladığı namazın, sonradan ancaq digər məzhəbə görə doğru olduğunu anlayan kimsənin, o məzhəbin imamını təqlid edib ona tabe olduğunu düşünüb qılmış olduğu namazla kifayətlənməsi, caizdir. Lakin o məzhəbə görə namazın sihhətinə əngəl olan bir əməl işləməmək, şərtdir. Necə ki, "Fətava-i Bəzzaziyyə"də qeyd edildiyinə görə, imam əbu Yusuf, bir hamamda qüsl alıb cümə namazını qıldıqdan sonra, o hamamın su quyusuna siçan düşmüş olduğunu eşitdiyində:

"(Bəzi vaxtlarda) 2 qullə miqdarı (220 kq) suyun, pislənməyəcəyi görüşündə olan Mədinə alimlərinin görüşlərilə əməl etdiyimiz olmuşdur."

deyib, qıldığı namazla kifayətlənmişdi.

Read 7 times
In order to make a comment, please login or register