Məzlumun bədduası
İbn Abbas (radiyallahu anh)'dan belə rəvayət edilir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), Muaz b. Cəbəli Yəmənə göndərərkən, belə buyurmuşdur:
"Sən, kitab əhlindən olan bir qövmün yanına gedirsən. Onların yanına vardığın zaman, onları:
~ Allahdan başqa (ibadətə layiq olan) məbudun olmadığına; və
~ Muhammədin, Onun elçisi olduğuna şəhadət verməyə
dəvət et. Əgər bu işdə sənə itaət edərlərsə, onlara xəbər ver ki,
~ Allah, onlara gündəlik olaraq 5 vaxt namaz qılmağı, vacib buyurmuşdur.
Əgər bu işdə sənə itaət etsələr, onları xəbərdar et ki,
~ Allah, onlara zəkat verməyi -imkanlılardan götürülüb kasıblara verilməsini, vacib buyurmuşdur.
Əgər bu işdə də sənə itaət etsələr,
~ Onda onların mallarının ən qiymətlisini götürməkdən və məzlumun bəd duasından çəkin. Çünki onunla Allah arasında (bu bəd duanın qarşısını ala biləcək) heç bir pərdə yoxdur."
--------------------------------
İzahı:
• İsmaili belə deyir:
"Hədisdən ilk başa düşülən, zəkatın, alındığı yerin kasıblarına verilməsi gərəkdiyidir."
• ibnu'l-Muneyyir belə demişdir:
"Buxari, zəkatın, toplandığı diyardan başqa bir yerə nəqlinin caiz olduğu görüşündədir. Çünki 'kasıblarına' deyilərkən qəsd edilən 'müsəlmanların kasıbları'dır. Zəkat, hansı müsəlman kasıba verilmiş olarsa olsun, burdakı hədisin ümumi mənasına uyğun düşər."
Hədisdən ilk ağla gələn, zəkatın, başqa bir diyara göndərilməməsi gərəkdiyidir. "Onların kasıblarına" ifadəsindəki zamir/əvəzlik, muxatablara aid olduğu üçün, sadəcə o diyarın kasıblarına verilməsi lazımdır.
• Lakin ibn Daqiqu'l-İd, birinci görüşü tərcih edərək:
"Hər nə qədər ağla ilk gələn görüş bu olmasa da, bu xüsus (zəkatın başqa diyarlara nəql edilə biləcəyini) gücləndirməkdədir:
Ümumi şəri qanunlar cəhətindən, müəyyən şəxslər diqqətə alınmaz. Dolayısı ilə, nə namaz, nə də zəkat mövzusunda, şəxslər diqqətə alınmaz, xitab cəhətindən onlara yönəldilmiş olsa da, verilən hökm, sadəcə muxatablara aiddir deyilə bilməz." demişdir.
Alimlər, zəkatın başqa bir yerə nəqli mövzusunda ixtilaf etmişlərdir:
~ Leys, əbu Hənifə və əshabı, bunun caiz OLDUĞU görüşündədirlər. İbnu'l-Munzir, Şafi'dən eyni görüşü nəql etmiş və özü də bunu tərcih etmişdir.
~ Şafilərdəki səhih olan görüşə, Malikilər və cumhura görə, zəkatı, toplandığı yerdən başqa bir yerə nəql ETMƏMƏK gərəkdir. Əgər nəql edilərsə:
• Malikilərdə sağlam olan görüşə görə, zəkat yerinə verilmiş sayılır;
• Şafilərdəki səhih olan görüşə görə isə, zəkat yerinə verilmiş SAYILMAZ. Lakin zəkatın toplandığı yerdə, zəkat almağa əhil kimsələr yoxdursa, nəql edilə bilər.
Buxari'nin də, bu görüşü tərcih etdiyini söyləmək, çox uzaq bir görüş olmaz. Çünki başlıqda ("Zəkatın, varlılardan alınıb həmin yerdəki kasıblara verilməsi" başlığında) "həmin yerdəki" şəklində tərcümə etdiyimiz "حيث كانو" ifadəsi, zəkat toplanılan yerdə, zəkat almağa əhil kimsələr varsa, nəql edilməməsi gərəkdiyini ima etməkdədir.
------------------------
• Ravh ibnu'l-Qasim'in rəvayətində:
"İlk dəvət edəcəyin şey, Allaha ibadət olsun. Allahı tanıyarlarsa..." şəklindədir.
• əl-Fadl ibnu'l-Əla'nın rəvayətində isə:
"Allahı tək olaraq qəbul etməyə (tövhidə), əgər bunu qəbul edərlərsə..." şəklindədir.
Bu rəvayətlərin arası, belə birləşdirilə bilər:
Allaha ibadətdən qəsd edilən, Onu, bir qəbul etməkdir (yəni tövhid). Tövhiddən məqsəd isə, Allaha (varlıq və birliyinə) və Rəsulunun peyğəmbərliyinə şəhadət/şahidlik etməkdir.
Dinin təməli olduğu üçün, Allahdan başqa ilah olmaması və Muhammədin onun rəsulu olması ilə başlanılmışdır. Bu ikisini qəbul etmədən edilən heç bir əməl, səhih olmaz.
~ Tövhid inancına sahib olmayanlardan, həm Allahdan başqa ilah olmadığına, həm də Muhammədin, Onun rəsulu olduğuna dair şəhadət etməkləri istənilər.
~ Tövhid inancında olanlardan isə, bununla bərabər, Muhammədin peyğəmbər olduğunu da qəbul etməsi istənilər.
~ Şirkə girəndən və ya Üzeyrin Allahın oğlu olduğuna inanmaq kimi şirki gərəkdirən şeylərə inananlardan, ya da Allahı başqa şeylərə bənzədənlərdən isə, sahib olduqları inancları ortadan qaldıracaq şəkildə, tövhidə yönəlmələri istənilər.
Bəziləri bu hədisi dəlil olaraq istifadə edərək:
"(Müsəlman olmaq üçün) İslama zidd olan hər cür inancdan sıyrılmaq, şərt DEYİLDİR." demişlərdir.
Bu görüş:
"Bir şeyi inkar edən, başqa şeyə inanır, deməkdir. Dolayısı ilə, kafirliyinə səbəb olan şeyləri tərk etmədikcə, İslama girmiş olmaz." şəklindəki anlayışın ziddidir.
Bu iddiaya belə cavab verilə bilər:
Kəlime-i şəhadət, Allahı təşbih etməyi (yəni Allahı bir şeyə bənzətməyi), Üzeyrin Allahın oğlu olduğunu qəbul etməyi və başqa xüsusları tərk etməyi gərəkdirir. Dolayısı ilə, bunlarla kifayətlənə bilinər. Bu görüşə dəlil olaraq, sadəcə Allahdan başqa ilah olmadığına dair şəhadət etməyi kafi saymayıb, Muhammədin Allahın rəsulu olduğunu qəbul etməyin də istənilməsi göstərilmişdir. Cumhur da, bu görüşdədir.
Bəzi alimlər:
"Birinci şahidliklə (yəni tövhidlə) müsəlman olunar. Daha sonra ikinci şahidliyi (risalət-peyğəmbərlik) də etməsi istənilər." demişlərdir.
Bu görüş ayrılığının nəticəsi, riddət (dindən dönmə) mövzusunda ortaya çıxmaqdadır.
Hədisdəki "itaət edərlərsə" ifadəsi: "şahidlik edib boyun əyərlərsə" mənasındadır. Çünki kitab əhli, hər nə qədər Allaha ibadət edib Onu tanıdıqlarını göstərmiş olsalar belə, buna şahidlik etmirdilər.
Elm sahibi mütəkəllimin (kəlam alimləri) belə demişlərdir:
"Allahı, məxluqatına bənzədərək (təşbih edərək) tanıyan, Ona əl, oğul kimi şeylər izafə edən kimsələr, həqiqətdə, hər nə qədər özləri əksini söyləsələr belə, onların mə'budu Allah deyil, ibadət etdikləri digər varlıqlardır."
-------------------------------------
Yuxarıdakı hədis, kafirlərin, İslamın füru hökmlərilə muxatab olmadıqları görüşünə, dəlil olaraq gətirilmişdir. Çünki ilk əvvəl imana, daha sonra əmələ dəvət edilmişlərdir.
---------------------------------
"...varlılardan alınar..." ifadəsi: Zəkatı, dövlət başçısının almaqla məsul olduğunu göstərir. Ya şəxsən, ya da təmsilçisi vasitəsilə bu vəzifəni yerinə yetirər. Zəkat vermək istəməyən şəxsdən isə, ZORLA ALINAR.
Zəkat toplayarkən ən dəyərli malların ALINMAMASINDAKI incəlik, budur:
Zəkat, kasıblar üçün bir lütf və yaxşılıq olması üçün vardır. Bundan dolayı, razı olmaları halı xaric, zəkat toplayarkən, varlıların malına zərər vermək, münasib düşməz.
-----------------------------------
"...məzlumun bəd duasından çəkin..."
ifadəsi, bu mənaya gəlir:
Zülmdən çəkin ki, məzlum sənə bəd dua etməsin. Hədis, zülmün hər növündən çəkinilməsi gərəkdiyinə işarət etməkdədir.
Zəkatın, ən dəyərli mallardan alınması qadağan edildikdən sonra, "məzlumun bəd duasından çəkin" deyilməsi, belə edilməsi halında, bunun bir zülm olduğuna işarət etmək üçündür.
------------------------------
Allah ilə zülmə uğrayan kimsə arasında "pərdə" olmaması: duanın qəbul olunması üçün bir əngəl olmadığı mənasındadır.
Bu ifadə ilə, günahkar bir kimsə olsa belə, məzlumun duasının məqbul olduğu bildirilmək istənilmişdir. Necə ki, Əhmədin, əbu Hureyrə'dən mərfu olaraq nəql etdiyi səhih sənədli bir hədisdə:
"Zülmə uğrayan kimsənin etdiyi dua, məqbuldur. Günahkar belə olsa, günahı, öz məsuliyyətində olan bir xüsusdur." buyurulmuşdur.
Hədisdə, insanlar ilə Allah arasında bir pərdə olduğu, bu pərdənin, Allahı, insanlardan gizlədiyi kimi bir məqsəd, bəhs mövzusu DEYİL.
-----------------------------------
Hədisdən çıxan nəticələr:
1. Bir topluluqla döyüşmədən əvvəl, onları tövhidə (Allah bir olaraq qəbul etməyə) dəvət etmək gərəkdir.
2. Dövlət başçısı, öz vəzifəlilərinə, ehtiyac duyduqları hökm və digər mövzularda tövsiyyələr verməlidir.
3. Zəkat toplamaq üzərə, məmur göndərilə bilər.
4. Əhəd xəbərlərlə əməl etmək, gərəklidir.
5. Uşaq və dəlilinin malından zəkat almaq, vacibdir. Çünki "varlılarından" ifadəsi, ümumidir. Bu görüşü, Qadı İyad bildirmişdir.
6. "Varlılarına" ifadəsindəki zamir, müsəlmanlar üçün istifadə edilmişdir. Dolayısı ilə, istər zəkat toplanılan diyarda, istər başqa bir yerdə olsun, kafirlərə zəkat verilə BİLMƏZ.
7. Kasıblar, zəkat verməklə mükəlləf deyildirlər.
------------------------------------
(İbn Həcər Asqalani, "Fəthu'l-Bari şərh Sahih əl-Buxari", 24-cü kitab: "Zəkat", 63-cü bab: "Zəkatın, varlılardan alınıb eyni yerdəki kasıblara verilməsi babı", hədis no: 1496)
