Maidə surəsi 101-102-ci ayələr
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌ • قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَـٰفِرِين
"Ey iman edənlər! Açıqlandığında xoşunuza gəlməyəcək şeylər barəsində, soruşmayın. Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar. Allah, bunları, əfv etdi. Allah, Ğafur (bağışlayan)'dır, Rahim (rəhmli)'dir. Sizdən əvvəl bir qövm, bunları soruşmuş; sonra da, bu səbəbdən kafir olmuşdu." (Maidə/101-102)
---------------------------
Təfsiri:
Allah, "Ey iman edənlər! Açıqlandığında xoşunuza gəlməyəcək şeylər barəsində, soruşmayın." buyurmuşdur.
Bu ayə ilə bağlı, bir neçə məsələ vardır:
✓ Birinci məsələ:
Bu ayətin, daha əvvəlki ayələrlə bağlı münasibəti haqqında, bu izahlar verilmişdir:
a. Allah Taala, "Allahın elçisinin vəzifəsi ancaq təbliğ etməkdir." (Maidə/99) buyurunca, sanki belə demişdir: "Rəsulun, sizə təbliğ etdiyi şeyi götürün və Ona tabe olun. Rəsulun sizə təbliğ etmədiyi şeyə gəlincə, o xüsusları, soruşmayın və o tərəfə girməyin. Çünki, əgər mükəlləf tutulmadığınız bir şeyə dalar və onun haqqında soruşarsanızsa, bu yersiz davranışlar səbəbilə, çox dəfə sizə ağır və çətin gələcək olan şeylər (yəni, hökmlər) ilə mükəlləf tutularsınız."
b. Uca Allah, "Allahın elçisinin vəzifəsi ancaq təbliğ etməkdir." buyurmuşdur ki, bu təbliğdən murad, Onun, peyğəmbər olduğunu söyləməsidir. Şübhəsiz ki, kafirlər, işi cığırından çıxarmaq məqsədilə, bəzi möcüzələrin zühur etməsindən sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, daha başqa möcüzələr göstərməsini istəyirlərdi. Necə ki, Allah Taala, bunu,
وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا
•
"Onlar dedilər: “Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq.' De: 'Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız elçi göndərilmiş bir insanam." (İsra/90-93) deyə buyurmuşdur. Buna görə, məna: "Mən, risaləti (peyğəmbərliyi), İlahi qanun və hökmləri sizə çatdırmaqla əmr olunmuş bir peyğəmbərəm. Allah Taala, peyğəmbərliyimin doğruluğunu göstərən, bir çox möcüzə ortaya qoyaraq, dəlillər iqamə etmişdir. Artıq, bundan sonra, bundan artığını istəmək, təhəkküm (təzyiq, zorbalıq) babından olub, hökmdə həddini bilməmək olar. Bu da, Mənim gücüm daxilində deyildir. Olar ki, onları izhar etmək sizi narahat edər."
Məsələn, keyfi olaraq istədikləri o möcüzələr izhar edilsəydi, bundan sonra Rəsula müxalifət edən hər kəs, dünyada dərhal cəzaya haqq qazanardılar. Sonra, möminlər də, kafirlərin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bəzi şeylər istədiklərini eşidincə, bəlkə də, qəlblərindən, "Kaş ki, bunlar göstərilsə..." deyə bir meyil duyardılar. Onlar, bu ayədən, bunu arzu etməyin uyğun olmadığını başa düşdülər. Çünki, çox dəfə bu cür möcüzələrin zühur etməsi, onları kədərləndirən bir hala yol aça bilərdi.
c. Bu ayə, Haqq Taala'nın, "Allah, sizin aşkara çıxardığınızı da; gizlində saxladığınızı da bilir." (Maidə/99) ayətinə bağlıdır. Buna görə, məna, "İşləri, olduqları hal üzərə (yəni, zahirinə görə) buraxın və onların, gizli, açıqlanmamış hallarını soruşmayın. Çünki, əgər o şeylər sizə açıqlanarsa, sizi kədərləndirər." şəklindədir.
--------------------------
✓ Üçüncü məsələ:
~ Ənəs (radiyallahu anh), bunu rəvayət edir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən sual soruşdular və sualı da, yaxşıca çoxaltdılar. Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), minbərə çıxdı və, "Məndən soruşun. Allaha and olsun ki, burda olduğum müddətcə, Məndən soruşacağınız hər şey haqqında, sizə bildirəcəm." deyə buyurdu.
- Bunun üzərinə, Abdullah b. Huzafə əs-Sehmi, ayağa qalxaraq, -ki, bu kimsə, nəsəbsiz olaraq tən edilirdi- "Ey Allahın nəbisi! Mənim atam, kimdir?" deyə soruşdu.
- Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Sənin atan, Huzafə b. Qays'dır." deyə buyurdu. (Muslim, "Fədəil", 136)
~ Suraqa b. Malik, (bir rəvayətə görə də, Ukaşə b. Mihsan): "Ey Allahın rəsulu! Həcc, hər ilmi bizə fərzdir?" deyə soruşdu.
Peyğəmbər (sallallahu aleyhi və səlləm), cavab vermək istəmədi. Ta ki, o, bu sualını, 2 dəfə və ya 3 dəfə təkrar edincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Vəyhəkə (Vay olsun sənə)! Allaha and olsun ki, əgər 'bəli' demiş olsaydım, həcc, hər il fərz olardı. Əgər fərz olsaydı, tərk edərdiniz. Əgər tərk etsəydiniz, kafir olardınız. Sizi tərk etdiyim müddətcə, Məni tərk edin (yəni, sizdən bir şey soruşmadığım müddətcə, Məndən bir şey soruşmayın). Sizdən əvvəlkilər, ancaq və ancaq, çox sual soruşmaları səbəbilə həlak oldular. Sizə bir şeyi əmr etdiyim vaxt, gücünüz çatdığı qədər onu edin. Sizi bir şeydən nəhy etdiyim vaxt da, ondan çəkinin." (Nəsai, "Həcc", 1) buyurdu.
~ Bir başqası ayağa qalxaraq, "Atam, hardadır?" deyə soruşdu.
- Bunun üzərinə, Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Cəhənnəmdə..." deyə cavab verdi.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qəzəbi artınca, Ömər (radiyallahu anh) ayağa qalxaraq, "Allahı, Rəbb; İslamı, din; Muhammədi də, nəbi olaraq qəbul etdik." dedi.
Bax, bunun üzərinə, Haqq Taala, bu ayəni nazil etdi.
Bil ki, bəzi məsələləri soruşmaq, çox dəfə, ortaya çıxması xoş olmayan gizli bəzi halların zühur etməsi nəticəsinə aparır. Və çox dəfə də, bu, çətin mükəlləfiyyətləri nəticə verir. Bundan dolayı, ağıllı olana yaraşan, özünə bir mükəlləfiyyət düşməyən xüsuslardan, soruşmamasıdır. Məgər görmürsənmi ki, atası haqqında soruşan kimsə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, özünü, atasından daha başqa birinin nəsəbinə qatmaq surətilə rüsvay etməyəcəyindən, necə əmin ola bilərdi?! Həcc haqqında soruşan kimsə də, az qalsın, Peyğəmbərin, haqqlarında, "Müsəlmanlardan, müsəlmanlara qarşı ən böyük günahı işləyən, bir halalın, haram olmasına səbəb olan kimsədir." (Muslim, "Fədəil", 133) dediyi kimsələrdən olacaqdı. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, (bu şəxsin sualından dolayı), həccin hər il fərz olduğunu söyləməsindən, əmin oluna bilməzdi.
Ubeyd b. Umeyr, belə deyir:
"Allah Taala, halal qıldı, haram qıldı...Bundan dolayı, Allahın halal qıldığını, halal sayın; haram qıldığından da, çəkinin. Allah, bəzi şeyləri də, məskut buraxdı (yəni, haqqında danışmadı), ki, onları, nə halal, nə də haram qılmışdır...Bax bu, Allah tərəfindən bir əfvdir."
Ubeyd, daha sonra bu ayəni oxudu.
----------------------------
(Soruşulub-soruşulmayacaq məsələlər):
Daha sonra, Haqq Taala, "Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar." buyurmuşdur.
Bu xüsusda, bu izahlar verilmişdir:
a. Allah Taala,
~ ayətin ilk qismilə: onların soruşduğu o şeylərin, özlərinə açıqlanması halında, onları kədərləndirəcəyini;
~ bu ifadəsilə də: əgər onlar, onları soruşarlarsa, bunların onlara açıqlanacağını
bəyan etmişdir. Bundan dolayı, sözün nəticəsi, bu olur:
Əgər onlar, bunlar haqqında soruşarlarsa, bunlar, onlara açıqlanar. Əgər onlara bunlar açıqlanarsa, bunlar, onları kədərləndirər...
Demək ki, bu 2 müqəddimənin cəmindən, ortaya bu çıxır:
Əgər onlar, o məsələləri soruşacaq olarlarsa, onlara, onları sevindirəcək şey deyil; kədərləndirəcək şeylər ortaya çıxar.
b. (Burda), 2 şəkildə sual vardır:
1. Nə kitabda, nə də sünnətdə, heç bir şəkildə bəhsi keçməyən şeylərdən sual soruşmaqdır ki, belə bir sual, "Ey iman edənlər! Sizə açıqlandığında...xoşunuza gəlməyəcək şeyləri soruşmayın." qismilə nəhy edilmişdir.
2. Quranın gətirdiyi bir şey haqqında sual soruşmaq.
Ancaq nə var ki, dinləyən kimsə, bu şeyi, gərəkdiyi kimi başa düşməmişdir. Bax bu halda, sual soruşmaq, vacibdir, ki, bu da, "Əgər Quran nazil edildiyi zaman onlar haqqında soruşsanız, sizə aydın olar." qismindən məqsəd də, budur.
Bu qismin zikr edilməsinin faydası, budur:
Haqq Taala, ilk ifadədə sual soruşmağı nəhy (qadağan) edincə; bax bu nəhy, hər cür sual soruşmağın nəhy edildiyi zənnini oyandırdı. Beləcə, Allah, bu qismi digərindən ayırmaq üçün, bu ikinci ifadəni zikr etdi.
-------------------
Daha sonra, Allah, "...Allah, bunları, əfv etdi..." buyurmuşdur.
Bunda, 2 izah vardır:
1. "Allah, sizin, daha əvvəl sual soruşmağınızı və bu sualınız səbəbilə, Peyğəmbəri qəzəbləndirməyinizi əfv etdi...Bundan dolayı, eyni şeyləri, bir də etməyin."
2. Allah Taala, "Onların soruşduqları o şeylərin onlara açıqlanması halında, onları kədərləndirəcəyindən bəhs etmiş, bunun ardınca da, 'Allah, bunları əfv etdi.' buyurmuşdur. Yəni, 'Allah, o suallar əsnasında, sizi kədərləndirəcək və sizə təklif edilməsi halında çətin gələcək o şeyləri əfv etdi." deməkdir.
-------------------------
-------------------------
"Sizdən əvvəl bir qövm, bunları soruşmuş; sonra da, bu səbəbdən kafir olmuşdu." buyurmuşdur.
Müfəssirlər, belə deyirlər:
a. Bunlar, Saleh (əleyhissəlam)'ın qövmüdür ki, möcüzə olaraq, özlərinə, bir dəvənin verilməsini istəmişdilər; sonra da dəvəni boğazlamışlardı.
b. Bunlar, Musa (əleyhissəlam)'ın qövmüdür ki, onlar, "Bizə, Allahı, açıq bir şəkildə göstər." demişdilər. Beləcə də bu, onların üzərində bir günah olmuşdu.
c. Bunlar, Peyğəmbərinə, "...Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!" (Bəqərə/246) deyən İsrail oğullarıdır. Bunun üzərinə, Haqq Taala da, belə buyurmuşdu: "...Vuruşmaq onlara vacib edildikdə isə, onlardan az bir qismi istisna olmaqla, hamısı döyüşdən üz çevirdilər..." (Bəqərə/246) və "...O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik..." (Bəqərə/247) demişdilər. Beləcə, İsrail oğulları da, ilk əvvəl, bunu istəmiş; sonra da, onu inkar etmişdilər.
d. Bunlar, İsa (əleyhissəlam)'ın qövmüdür ki, Ondan, bir süfrə gətirməsini istəmişdilər. Sonra da, süfrəni inkar etmişdilər. Beləcə, Allah, sanki: "Bax bunlar istədilər. İstədikləri də özlərinə verilincə, bu, onları kədərləndirdi. Bundan dolayı, siz də, bəzi şeyləri istəməyin. Bəlkə də, sizə istədiyiniz veriləcək olsa, o, sizi kədərləndirər." demək istəmişdir.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, -müxtəsər-)
