Maidə surəsi 111-ci ayətin təfsiri

"Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə VƏHY etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər."

(Maidə/111)

-----------------------------------

Təfsiri:

Vəhyin nə mənaya gəldiyi, daha əvvəl açıqlanmışdı. Bundan dolayı, ayətdə bəhs edilən:

• "havarilər"in peyğəmbər olduğunu söyləyənlər, bunun peyğəmbərlərə edilən növdən bir vəhy olduğunu;

• onların peyğəmbər olmadıqlarını söyləyənlər isə, bunun, "ilham və qəlbə buraxılan, qoyulan şey" mənasında olduğunu söyləmişlərdir.

Bu, eynilə,

• "Musanın anasına: Onu əmizdir.' deyə VƏHY etdik." (Qasas/7); və

• "Rəbbin bal arısına vəhy etdi ki..." (Nəhl/68)

ayətlərində keçən "vəhy" kimidir.

Allah Taala, bu xüsusu, (havarilərə edilən ehsanları) nemətləri saymaq sədədində gətirmişdir. Çünki insanın, digər insanlar nəzdində sözünün qəbul edilməsi və qəlblərində sevgi qazanması, Allahın insana ən böyük nemətlərindən biridir.

Allah Taala, bunu, havarilərin qəlbinə ilham etdiyində, onların iman edib müsəlman olduqlarını bildirmişdir.

Bu ayətdə, "iman"ı, "İslam"dan əvvəl zikr etmişdir. Çünki iman, qəlbə aid bir vəsfdir; İslam isə, zahirən boyun əyib itaət etməkdən ibarətdir. Yəni:

"Onlar həm qəlblərilə iman etdilər; həm də zahirən boyun əydilər." deməkdir.

(Fəxrəddin ər-Razi, "Təfsiru'l-Kəbir", Maidə/111)

Read 6 times
In order to make a comment, please login or register