Maidə surəsi 43-cü ayə

وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوْرَىٰةُ فِيهَا حُكْمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِنۢ بَعْدِ ذَ‌ٰلِكَ ۚ وَمَآ أُو۟لَـٰٓئِكَ بِٱلْمُؤْمِنِينَ

"İçində Allahın hökmü olan Tövrat özlərində olduğu halda onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da verdiyin hökmdən üz çevirirlər. Onlar mömin deyillər." (Maidə/43)

---------------------------

İddia:

Tövrat təhrif edilibsə, Allah, təhrif olunmuş kitabla hökm etməyi, Peyğəmbərə necə əmr edə bilər? Demək ki, Tövrat'ın təhrifi, Quranın iddiasıdır.

Cavab:

İlk əvvəl, 43-cü ayədən əvvəlki ayələrə (Maidə/41-42), bir nəzər salaq. Belə ki, Allah (azzə və cəllə), Öz əzəmətli kitabında, belə buyurur:

يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ لَا يَحْزُنكَ ٱلَّذِينَ يُسَـٰرِعُونَ فِى ٱلْكُفْرِ مِنَ ٱلَّذِينَ قَالُوٓا۟ ءَامَنَّا بِأَفْوَ‌ٰهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ ۛ وَمِنَ ٱلَّذِينَ هَادُوا۟ ۛ سَمَّـٰعُونَ لِلْكَذِبِ سَمَّـٰعُونَ لِقَوْمٍ ءَاخَرِينَ لَمْ يَأْتُوكَ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِۦ ۖ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـٰذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَٱحْذَرُوا۟ ۚ وَمَن يُرِدِ ٱللَّهُ فِتْنَتَهُۥ فَلَن تَمْلِكَ لَهُۥ مِنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ لَمْ يُرِدِ ٱللَّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ ۚ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌ ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌ

"Ey Rəsul! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: 'İman gətirdik!'– deyən kimsələrdən küfrə can atanlar qoy səni kədərləndirməsin. Həm yəhudilərdən yalana həvəslə qulaq asanlar, həm də sənin yanına gəlməyən başqa bir camaata həvəslə qulaq asanlar vardır. Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: 'Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!' Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən. Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar.

سَمَّـٰعُونَ لِلْكَذِبِ أَكَّـٰلُونَ لِلسُّحْتِ ۚ فَإِن جَآءُوكَ فَٱحْكُم بَيْنَهُمْ أَوْ أَعْرِضْ عَنْهُمْ ۖ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْـًٔا ۖ وَإِنْ حَكَمْتَ فَٱحْكُم بَيْنَهُم بِٱلْقِسْطِ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُقْسِطِينَ

"Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir."

41-ci ayədə: "Onlar haqqı dərk etdikdən sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: 'Əgər sizə bu dəyişdirilən hökm verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!" buyurulmaqdadır.

Burda, 3 sual ortaya çıxır:

1. Əgər Tövrat dəyişdirilməyibsə, "onların, yəni yəhudilərin, kəlimələrin yerlərini dəyişdirməsi" necə başa düşüləcək?

2. Yəhudilərin dəyişdirmək istədikləri, nə idi?

3. Hökm qoyması üçün, dəyişdirilən bir şeyə dəvət edilməyin mənası, nə ola bilər?

 

• Birincinin cavabı, açıqdır. Çünki, ayənin bu qismində, onların Tövratı dəyişdirdikləri açıq bir şəkildə bəyan edilməkdədir. Bununla bərabər, Quranın digər ayələri də, Tövrat (bununla bərabər İncilin) dəyişdirildiyini, açıqca bəyan etməkdədir. Bunlara, aşağıdakı ayələr, misal verilə bilər:

• أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُوا۟ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلَـٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ

"Siz yəhudilərin sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər." (Bəqərə/75);

• فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ ٱلْكِتَـٰبَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـٰذَا مِنْ عِندِ ٱللَّهِ لِيَشْتَرُوا۟ بِهِۦ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُم مِّمَّا يَكْسِبُونَ

"Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: 'Bu, Allah tərəfindəndir!'– deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!" (Bəqərə/79)

• مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَ‌ٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِى ٱلدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَـٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

"Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: 'Eşitdik və asi olduq!', 'eşidilməyəni eşit!', 'bizə qayğı göstər!'– deyirlər. Əgər onlar: 'Eşitdik və itaət etdik!', 'eşit!', 'bizə nəzər yetir!'– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)." (Nisa/46);

• فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ لَعَنَّـٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَـٰسِيَةً ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ

"İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir." (Maidə/13) və s.

Yenə, Tövrat'dakı bu sözə nəzər salaq:

"Və Rəbbin sözünə görə, Rəbbin qulu Musa, orda, Moab diyarında öldü. Və Moab diyarında, Beyt-Peor qarşısındakı dərədə, onu dəfn etdi. Lakin bu günə qədər, kimsə, Onun qəbrini bilməz. Və Musa öldüyü vaxt, 120 yaşında idi. Gözü zəifləməsi və qüvvəti əskilmədi. Və İsrailoğulları, Moab ovasında, 30 gün Musa üçün ağladılar. Və Musa üçün, yas günləri tamam oldu." (Kitab-ı Müqəddəs, "Təsniyə", 34/5-8)

Diqqət edilsə, bu sözlərin sonradan Tövrata əlavə edildiyi açıq görünəcəkdir. Çünki vəhy, Musaya onun yaşadığı vaxt enirdi. Bu sözdə isə, Onun vəfatından bəhs edilməkdədir.

---------------------------

2. Yəhudilərin dəyişdirmək istədikləri, nə idi?

Müfəssirlər, belə deyirlər:

Xeybər əhli (yəhudilərdən) əsilzadə evli bir kişi və evli bir qadın, zina etmişdilər. Tövrat'da, zinanın hədd cəzası, rəcm idi. Bunun üzərinə, yəhudilər, bunlar əsilzadə olduqları üçün, onları rəcm etməyi uyğun görmədilər. Beləcə, evli olduqları halda, zina edənlərin hökmünün nə olduğunu, Allah rəsulu Muhamməd (sallallahu aleyhi və səlləm)'dən soruşmaq üçün, bəzi kimsələri Ona yollayaraq, o kimsələrə, belə tənbeh etdilər: "Əgər Muhamməd, bunların cəzasının sopa olduğunu deyərsə, bunu qəbul edin. Yox əgər sizə onları rəcm etməyi əmr edərsə, əsla qəbul etməyin."

Onlar, bu məsələni, Allah rəsulundan soruşduqları sırada, Cəbrail, onların rəcm ediləcəyi hökmünü endirdi. Ancaq onlar, bunu qəbul etmədilər. Bunun üzərinə, Cəbrail, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Səninlə onlar arasında, ibn Suriya'nı hakim təyin et!" dedi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Tüksüz, ağ bəniz, çəpgöz, Fədək'də oturan və özünə ibn Suriya deyilən bir gənc var. Siz, onu tanıyırsınızmı?" deyincə, onlar: "Bəli. O, yer üzündəki yəhudilərin, ən alimidir." dedilər və onun hökmünə razı olacaqlarını bildirdilər. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ibn Suriya'ya, belə dedi:

"Özündən başqa ilah olmayan; Musanın keçməsi üçün dənizi ayıran; üzərinizə Tur dağını qaldıran; sizi, Firon və ailəsindən qurtarıb firon və ordusunu suya qərq edən; sizə, kitabını, halal və haram hökmlərini endirən O Allah üçün de: Evli kimsələrin zina etmələri halında, onların rəcm ediləcəklərinə dair kitabınız Tövrat'da bir hökm vardırmı? Belə bir hökm, bilirsənmi?"

İbn Suriya, cavab olaraq belə dedi: "Bəli, var."

Bunun üzərinə, yəhudilər, ibn Suriya'nın üzərinə atıldılar. Bunun üzərinə, ibn Suriya da: "Əgər Ona yalan söyləmiş olsaydım, üzərimizə İlahi əzabın enəcəyindən qorxdum." deyib, ardınca Allahın rəsulundan, bildiyi əlamətlərdən bəzilərini soruşdu. Bunun üzərinə, ibn Suriya: "Allahdan başqa ilah olmadığına; Sənin isə, Allahın rəsulu və daha əvvəlki peyğəmbərlərin müjdələdiyi ərəb soyuna mənsub ümmi/oxuma-yazması olmayan bir peyğəmbər olduğuna, şəhadət edirəm." dedi.

Daha sonra, Allah rəsulu, zina edənlərin rəcm edilməsi hökmünü verdi. Onlar da, Məscidu'l-Nəbəvi'nin yanında rəcm edildilər.

Bu qissəni yaxşıca qavradığın vaxt, buna görə, biz, belə deyirik:

...يُحَرِّفُونَ ٱلْكَلِمَ مِنۢ بَعْدِ مَوَاضِعِهِ...

Yuhərrifunə'l-kəlimə min bə'di məvədiihi.

Yəni:

"...Onlar, kəlimələrin yerini dəyişib..." (Maidə/41) cümləsinin mənası, "Onlar, rəcm yerinə sopa vurulması hökmünü qoydular." şəklində olur.

-----------------------------

3. Hökm qoyması üçün, dəyişdirilən bir şeyə dəvət edilməyin mənası:

Allahın, Maidə/43'dəki bu ifadə ilə muradı, budur:

Bu,

~ Tövrat'da, zina cəzasının nə olduğunu bildikləri halda, yəhudilərin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hökmünə müraciət etdiklərinə;

~ sonra da, bu hökmü qəbul etməyib haqq və həqiqət olduğuna inandıqları hökmdən (yəni, rəcmdən), bir ruxsat (bir üzrdən dolayı ikinci dərəcəli olaraq məşru qılınan şey, yəni sopa cəzasını) istəyərək, batil olduğuna inandıqları hökmə doğru (yəni, sopa cəzasına) azmalarına,

Allahın təəccüb etdiyini göstərməkdədir.

Heç şübhə yoxdur ki, bu hadisədə, yəhudilərin cəhalət və inadları, bir neçə cəhətdən ortaya çıxmaqdadır:

1. Onlar, öz kitablarının hökmündən uzaqlaşmışlardır.

2. Onlar, batil tərəfdarı (yalnış) olduğuna inandıqları kimsənin hökmünü qəbul etmişlərdir.

3. Peyğəmbərin hökmünə müraciət etdikləri halda, verdiyi hökmdən üz çevirmişlərdir.

Bundan dolayı, Allah Taala, heç bir kimsə, "Onlar, kitab əhlidirlər və Allahın əmrini qoruyurlar." deyə onlara aldanmasınlar deyə, cəhalət və inadlarının halını bildirmişdir.

Əhl-i Sünnət'in əqidə imamlarından biri olan imam əbu Mansur əl-Maturidi, ayətin təfsirində belə deyir:

Ən doğrusunu Allah bilir, Haqq Taala, (sanki) belə deməkdədir: "Onlar, təsdiq etdikləri kitab (Tövrat) ilə əməl etmədilər. Elə isə, yalanladıqları kitab (Quran) ilə necə əməl edərlər?!"

Bu, onların, ağılsızlıqları və inadkarlıqlarının şiddətini göstərən Allahdan, peyğəmbərinə gələn bir heyrət ifadəsidir.

Əhl-i Sünnət'in fiqhi məzhəblərindən biri olan Hənəfi məzhəbi, Tövrat'ın hökmlərinin və bizdən əvvəlki ümmətlərin şəriətlərinin, nəsx edilmədikləri müddətcə, bizim üçün də məqbul və vacib olduğu xüsusunda, bu ayəti dəlil gətirmişlərdir.

Read 50 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR